A r I s t o t e L si y a s ə T



Yüklə 104 Kb.
Pdf görüntüsü
səhifə20/104
tarix23.11.2017
ölçüsü104 Kb.
#12062
1   ...   16   17   18   19   20   21   22   23   ...   104

asudə  vaxtın  əmələ  gəlməsinə  imkan  yaradır,  amma  pisi  odur 
ki,  ən  yüksək  şeylər,  yəni  çarın  ləyaqəti  və  strategiya  pulla  ələ 
alına  bilsin.  Bu  cür  qanunlar  ona  gətirib  çıxarır  ki,  var-dövlət 
məziyyətdən  üstün  tutulur  və  bütün  dövlət  tamahkar  olmağa 
başlayır.  7.  Axı  o  şey  ki,  vəzifə  sahiblərində  qiymətli  sayılır,  o 
biri  vətəndaşların  təsəvvüründə  də  bu,  istər-istəməz  belə  ola- 
caq.  Amma  harada  ki,  məziyyət bütün  şeylərdən  üstün  sayılmır, 
orada  aristokratiya  dövlət  quruluşu  möhkəm  ola  bilməz.  Ta- 
mamilə  təbiidir ki,  hakimiyyəti  pulla  ələ  alanlar vəzifəyə  keçdik- 
dən  sonra  pulsuz  qalsalar  bundan  gəlir  götürməyə  adət  edə- 
cəklər;  kasıb  və  təmiz  adamın  gəlir  əldə  etmək  təmənnasında 
bulunması  inanılmaz  şeydir,  amma  bundan  pisi  pulsuz  qalsa 
bunun  təmənnasında  olacaq.  Ona  görə  də  o  adamlar  idarə 
etməlidirlər ki,  onlar idarəetməni  daha  yaxşı  bacarırlar  (arista). 
Əgər  qanunverici  təmiz  adamların  firavan  yaşamasına  cəhd 
göstərib,  buna  imkan  yaratmamışdırsa,  onda  o,  heç olmasa  elə 
etməli  idi  ki, vəzifəli şəxslərin  lazımi  qədər asudə vaxtı  olsun.
8.  Onu  da  mənfi  cəhət  saymaq  olar  ki,  bir  adama  eyni 
vaxtda  bir necə vəzifə tutmaq  imkanı  verilir;  bununla  belə  Karfa- 
gendə  bu  qayda  tərəqqi  edir.  Amma  hər  hansı  bir  iş  bir  adam 
tərəfindən  daha  yaxşı  icra  olunur.  Qanunverici  bununla  mütləq 
hesablaşmalıdır;  o yol  verməməlidir ki,  eyni  bir adam  həm  fleyta- 
da  çalsın,  həm  də  ayaqqabı  tiksin.  Beləliklə,  heç  də  kiçik  olma- 
yan,  daha  çox  politiya,  bununla  da  bərabər  demokratik  bir  ölkə- 
nin  idarə  edilməsində  vətəndaşların  böyük  qisminin  iştirak  etmə- 
si  mümkündür:  onda  biz  qeyd  etdiyimiz  kimi,  hər  kəs  öz  işini 
ictimaiyyətin  mənfəətini  daha  çox  düşünərək  həm  daha  yaxşı, 
həm  də  tez  görəcəkdir.  Bu,  əmr və tabeçiliyin  hər şeyi  üstələdiyi 
hərb və dəniz işlərində özünü  daha aydın göstərir.
9.  Beləliklə,  [Karfagendə  dövlət  quruluşu]  oliqarxiya  olsa 
da,  amma  karfagenlilər  məharətlə  xalqın  [hiddətinin  qarşısını
78
ona]  varlanmağa  imkan  verməklə  alırlar,  belə  ki,  onlar  həmişə 
xalqın  müəyyən  qismini  hakimiyyətləri  altında  olan  şəhərlərə 
göndərirlər.  Bununla  onlar öz  dövlət quruluşlarını  müalicə  edib, 
ona  möhkəmlik verirlər.  Lakin  hər bir hadisə  baş  verə  bilər,  bu- 
nunla  belə çaxnaşmaların  qarşısını  almaq  qanunvericinin  öhdə- 
sinə  düşən  işdir.  İndiki  vəziyyətdə  hər hansı  bir bədbəxtlik  baş 
verərsə və tabeçilikdə  bulunan  kütlə  cızığından  çıxarsa,  qanun- 
larda sakitliyi  bərpa etmək  üçün  vasitə tapılmayacaq.
Yaxşı  ad  qazanan  Lakedemon,  Krit  və  Karfagen  dövlət
quruluşlarında işlər belədir.
IX. 
1.  Dövlət  quruluşu  haqqında  bu  və  ya  başqa  cür  fikir 
söyləmiş adamlar arasında,  bəziləri  hətta  az da  olsa  belə  dövlət 
işində  çalışmayıbdır,  bütün  ömürlərini  ancaq  adi  adamlar  kimi 
keçiriblər;  onların  bu  barədə  az-çox  söylədikləri  ən  yaxşı  fıkirlə- 
rin,  demək olar,  hamısını  biz yuxarıda qeyd etmişik.  Bəzilərı,  ək- 
sinə,  qanunverici  idi;  onların  bir  qismi  öz  dövlətləri  üçün  qanun 
çıxarmışdı,  digərləri -  özgələri  üçün,  həmçinin  onlar  dövlət  işlə- 
rində  şəxsən  iştirak etmişdilər.  Bu  qanunvericilərin  bir qismi yal- 
nız  qanunların  yaradıcılarıdır,  digərləri  isə  məsələn,  Ukurq  və 
Solon,  həm  də  dövlət  quruluşunun;  onlar  həm  qanunları  hazır- 
lamış,  həm  də dövlət quruluşunu  yaratmışdılar.
2. 
Lakedemon  dövlət  quruluşu  haqqında  yuxarıda  danışıl- 
mışdı.  Solonu  isə  bir çoxları  mükəmməl  qanunverici  hesab  edir:
o,  oliqarxiyanı  qəti  surətdə  ləğv  etdi,  sadə  xalqın  köləliyinə  son 
qoydu  və  müvəffəqiyyətlə  ayrı-ayrı  dövlət  quruluşlarında  olan 
əsas  şeyləri  götürüb,  ulu  babaların  demokratiyasını  bərpa  etdi, 
areopaq  oliqarxiyanın  əsaslarını  təşkil  edir,  seçki  yolu  ilə  vəzi- 
fəyə  adam təyin  etmək -  aristokratiyanın,  xalq  məhkəməsi isə -  
demokratiyanın  əsaslarıdır.  Bununla  belə,  Solon  göründüyü 
kim i,  əvvəllər  mövcud  olan  şeyləri,  yəni  areopaq  və  vəzifəyə
79


gəlməyin  seçki  yolu  ilə olmasını  saxlamışdır,  lakin  demokratiya- 
nı  o,  məhz xalq  məhkəmələrini tətbiq  etməklə elə  qurmuşdur ki, 
burada  istənilən  şəxs  hakim  ola  bilər.  3.  Bir  çoxları  Solonu 
bunun  üstündə  məzəmmət  edib,  göstərirdi  ki,  o,  dövlət  qurulu- 
şunun  digər əsaslarını  heçə  endirərək  bütün  səlahiyyətləri  üzv- 
ləri  püşklə  təyin  edilən  məhkəməyə  vermişdir.  Haçan  ki,  xalq 
məhkəməsi  möhkəmləndi,  onda  müstəbidin  qarşısında  olduğu 
kimi  sadə xalqın  aa  önündə  yaltaqlanmağa  başladılar və  dövlət 
quruluşu  indiki  demokratiyaya  çevrildi.  Areopaqın  əhəmiyyətini 
Periklla  bərabər  Efialt  azaltdı;  Perikl  məhkəmədə  iştirak  etmək 
üçün  ödəniş  tətbiq  etdi,  beləliklə  də  hər  bir  demaqoq  demok- 
ratiyanı  daha  uzağa  -   indiki  vəziyyətə  gətirib  çıxardı.  4.  Bu  isə 
göründüyü  kimi  Solonun  fıkrinə  yox,  daha  çox  şəraitə  müva- 
fiqdir.  Axı  İran  müharibələri  zamanı  sadə  xalq  dənizdə  hege- 
monluğa  nail  olduqdan  sonra  lovğalanmağa  başladı  və  nəcib 
adamların  etirazına  baxmayaraq  özünə  səfeh  başçılar  seçdi; 
bununla  belə  Solon,  göründüyü  kimi,  sadə xalqa  ən  lazımi  -   və- 
zifəli  şəxsləri  seçmək  və  onlardan  hesabat  almaq  səlahiyyəti 
vermişdir (əgər o,  bu  hüquqlara malik olmasaydı,  onda  qul  vəziy- 
yətində  olardı  və  düşmənçilik  əhval  -   ruhiyyəsində  bulunardı); 
amma  Solonun  fikrincə  bütün  vəzifələrə  zadəgan  əsilli  və  vaıiı 
adamlar təyin  e d ilm əlidir- pentakosiomedimlərdən,  zevgitlərdən 
və  süvarilər adlanan  üçüncü  təbəqədən;  dördüncü  təbəqəni  heç 
bir vəzifəyə keçmək imkanı olmayan fetlər təşkil edir.
5. 
Həmçinin  Lokrov Epizefirdən  olan  Zalevk və Katanadan 
olan  Harond  öz  vətəndaşlarının,  həm  də  İtaliya  və  Siciliyada 
olan  digər  xalkid  şəhərlərinin  qanunvericiləri  idilər40.  Bəziləri 
Onomakriti  də  qanunvericilərin  siyahısına  salmağa  çalışır,  guya 
ki,  qanunvericilik  işində  birinci  olaraq  o,  fərqlənmişdir;  onun 
mənşəcə  lokr  olduğunu  göstərirlər,  yaşadığı  Kritdə  təlim  alıb 
mantika  sənətinə  yiyələnmişdi;  Faley  isə  onunla  dostluqda
80
bulunmuşdu;  Likurq  və  Zalevk  Faleyin,  Harond  isə  -   Zalevkin 
tələbəsi olmuşdu41.  Lakin  kimlər bu  cür ardıcıllıq yoluna keçirsə, 
onlar xronologiya  ilə tamam az hesablaşırlar.
6. 
Fivalılarda  qanunverici  Filolay  Korinfli  idi,  Filolay42  Bak- 
xiadlar  nəslindən  çıxmışdı;  olimpiya  yarışlarının  qalibi  Dioklla 
məhəbbət  münasibətində  bulunduğundan  Fivaya  çəkilmişdi, 
anası  Alkionun  ona  qarşı  olan  cinayətkar  məhəbbəti  zəhləsini 
tökən  zaman  Korinfi  tərk  etdi.  Orada  da  hər  ikisi  ömrünü  başa 
vurdu.  İndinin  özündə  də  onların  məzarlarını  göstərirlər,  onlar 
elə  yerləşmişdir  ki,  birindən  digərini  yaxşı  görmək  olur.  Lakin 
Korinfin  ərazisi  bir qəbir tərəfdən  görünür,  digərindən  isə -  yox.
7.  Rəvayətə  görə  dəfn  barədə  onlar  özləri  göstəriş  vermişdilər. 
Diokl  -   öz  başına  gələnlərə  doğan  nifrətdən  istəmişdi  ki,  onun 
məzarından  Korinf  vilayəti  görünməsin,  Filolay  isə,  əksinə  -  
istəyirdi  ki,  o,  görünsün.  Onların  ikisi  də yuxarıda  göstərilən  sə- 
bəbə  görə  Fivada  məskunlaşmışdı.  Filolay  bununla  belə,  həm 
də  onlarda  uşaq  döğumuna  dair  qanunlar təsis  etmişdi  (bu  qa- 
nunları  onlar  övladlığa  götürmə  haqqında  qanunlar  adlandırır- 
lar).  Onlar bunu  xüsusi  olaraq  pay torpaqlarının  eyni  bərabərdə 
saxlanması  məqsədilə təsis etmişdilər.
8. 
Harondun  qanunlarında  yalandan  şahidlik etmək  üstün- 
də  məhkəmənin  təqibi  haqqında  qanunu  istisna  etməklə,  baş- 
qalarından  fərqli  olan  bir şey yoxdur (o,  birinci  olaraq  buna görə 
məsuliyyətə  cəlb  etməni  qanuna  salmışdır).  Dürüstlüyünə  görə 
Harondun  qanunlarında  xülasə  edilmiş  fikirlər,  hətta  indiki  qa- 
nunvericilər  arasında  fərqlənir.  Faleydə  mülkiyyətin  bərabərliyi 
haqqında  qanun  xüsusiyyət  təşkil  edir.  Platonda  qadınların, 
uşaqların  və  mülkiyyətin  ümumiliyi,  qadın  sissitiyaları,  həmçinin 
də  içki  məclisləri  haqqında  qanun,  yəni  bunlara  birbaş  ağıllı  -  
başlı  adamlar sədrlik etməlidir,  daha sonra -  hərbi təlim  haqqın- 
dakı  qanuna  görə təlim  keçənlər hər iki  əllə  eyni  dərəcədə  işlə-
81


Yüklə 104 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə