A r I s t o t e L si y a s ə T



Yüklə 104 Kb.
Pdf görüntüsü
səhifə19/104
tarix23.11.2017
ölçüsü104 Kb.
#12062
1   ...   15   16   17   18   19   20   21   22   ...   104

dən  v ə ...33 perieklərin ödədiyi  haqdan  bir hissə ayrılıb dini  işlərə 
və  ümumi  dövlət  xərclərinə  gedir,  digər  hissə  isə  sissitiyalara. 
Beləliklə,  hamı,  qadınlar  da,  uşaqlar  da,  kişilər  də  dövlətin 
hesabına  dolanırlar.
5. 
Qanunverici  çox tədbiıiər düşünüb  tapmışdı  ki,  kritlilər öz 
xeyirlərindən  ötrü  az  yesinlər;  həmçinin  qadınları  kişilərdən  ayır- 
maq  məqsədilə  ki,  onlar  çox  uşaq  doğmasınlar,  o,  kişi  ilə  kişinin 
intim  əlaqəsini  həyata keçirmişdi,  bu  iş pisdirmi,  yoxsa yaxşı -  bu, 
fürsət düşən kimi  başqa munasib vaxtda müzakirə ediləcək.
Sissitiyaların  kritlilərdə  lakedemonlulara  nisbətən  yaxşı 
təşkil  edilməsi  aydındır.  Əksinə,  onlarda  kosmalarla  iş  spartalı 
eforatlara  nisbətən  daha  pis  qurulub.  Eforat  sisteminə  məxsus 
mənfi  tərəflər  kosmalara  da  aiddir,  çünki  onların  sırasına  təsa- 
düfi  adamlar düşür.  Amma  orada  dövlət quruluşunun  götürdüyü 
xeyri,  biz  burada  görmürük.  Orada eforatlar hamının  içərisindən 
seçilir  və  beləliklə,  xalqın  yüksək  dövlət  adamlarına  yolu  oldu- 
ğundan  mövcud  dövlət qaydalarının  saxlanılmasını  istəyir;  bura- 
da  isə  kosmalar  hamının  deyil,  məyyən  nəsillərin  içərisindən 
seçilir,  herontlar  isə  -   kim  əvvəllər  kosma  olmuşdu,  onlardan 
seçilir.  6.  Onların  haqqında  da  Lakedemondakı  herontlar  kimi 
eyni  şeyləri  demək  olar:  onların  məsuliyyətsizliyi  və  əvəzedil- 
məzliyi  -   ləyaqətlərilə  müqayisədə  onlara  olduqca  böyük  şərəf- 
dir,  əslində  isə  onların  yazılı  qanunlar  əsasında  deyil,  özbaşına 
olan  idarəçiliyi  xatalıdır.  İdarəetmədən  məhrum  edilmiş  xalqın 
susması,  heç  bir  vəchlə  bu  qaydaların  doğruluğuna  dəlalət 
etmir.  Kosmaları  -  eforatların  əksinə olaraq -  ələ almaq heç cür 
mümkün  deyil,  ona  görə  ki,  onlar,  onları  ələ  almaq  istəyənlər- 
dən  uzaqda,  adada  yaşayırlar34.  Kritlilərin  çatışmazlıqları  ara- 
dan  qaldırmaqdan  ötrü  seçdikləri  yol  isə  yanlışdır  və  siyasi 
quruluş  üçün  deyil,  dinastiya  quruluşu  üçün  yararlıdır.  7.  Kos- 
maları  qovmaqdan  ötrü  onların  bəzi  yoldaşları,  yaxud  ayrı-ayrı
74
şəxslər,  onlara  qarşı,  məhz tez-tez  birləşirlər;  həmçinin  kosma- 
ların  özlərinə  də  icazə  verilir  ki,  icra  etdikləri  vəzifədən  imtina 
etsinlər.  Əlbəttə,  yaxşı  olardı  ki,  bütün  bunlar  qanun  əsasında 
baş  versin,  daha  heç  kimin  qərarına  görə  yox,  çünki  bu  axırıncı 
meyar xatalıdır.  Ən  acınacaqlısı  isə  -  qaydaların  tamamilə  ləğv 
edilməsinin  mümkünlüyüdür;  bu,  tez-tez  onları  hədələyən  məh- 
kəmələrə tabe  olmaq  istəməyən  qüdrətli  şəxslər tərəfindən  təş- 
kil  edilir.  Buradan  aydındır  ki,  krit  quruluşu  politiyadan  bir  növ 
ilgilənir,  lakin  bu  politiya  deyil,  hər şeydən  öncə  dinastiyadır.  Bu 
da  təbiidir  ki,  kübarlar  xalqı  və  dostlarını  özlərinə  qoşmaqla 
anarxiya,  qarşılıqlı  qisasçılıq  və  daxili  çəkişmələr  yaradırlar.  8. 
Bu  cür  vəziyyət,  ümumiyyətlə,  dövlətin  mövcudluğuna  müvəq- 
qəti  nəhayət  verilməsindən  nə  ilə  fərqlənir?  Məgər  bu  halda 
həm  də  dövlət  münasibətləri  alt-üst  olmurmu?  Haçan  dövlət 
təsvir etdiyimiz  vəziyyətə  düşsə  onda  kim  istəsə  və  ona  basqın 
etmək  iqtidarında  olsa  böyük təhlükə  meydana  çıxacaqdır.  Am- 
ma  yuxarıda  deyildiyi  kimi,  bu  quruluş  dövlətin  coğrafi  vəziyyəti 
hesabına  xilas  olacaqdır;  uzaqlıq  və  yadellilərin  qovulmasına 
yönələn  tədbirlər  bununla  nəticələnəcək35.  Buna  cörə  kritlilərdə 
perieklər yerlərində  dinc  oturublar,  bununla  belə  ilotlar kimi  tez- 
tez  qiyam  edirlər.  Kritlilər  adadan  kənarda  heç  nəyə  sahib 
deyillər  və  yalnız  bu  yaxınlarda  onlara  kənardan  edilən  basqın 
oradakı  qanunların  zəifliyini  aşkar  etdi36.  Hesab  edirik  ki,  Krit 
dövlət quruluşundan  kifayət qədər danışdıq.
VIII. 
1.  Belə  hesab  edirlər ki,  karfagenlilər də  əksər cəhət- 
cə  digərlərindən  fərqlənən  gözəl  dövlət  quruluşuna  malikdirlər; 
bir  çox  halda  o,  əsas  etibarı  ilə  lakedemon  dövlət  quruluşu  ilə 
eynilik  təşkil  edir.  Ümumiyyətlə,  bu  üç  -   krit,  lakedemon  və 
karfagen -  dövlət quruluşu  müəyyən  dərəcəyə  qədər bir-birləri- 
nə  çox  yaxındır və  digərlərindən  xeyli  fərqlənir.  Həqiqətən,  kar-
75


fagenlilərdə  dövlət  həyatının  əksər  tərəfləri  çox  yaxşı  qurul- 
muşdur.  Dövlət  quruluşunun  qaydasında  olmasına  artıq  o  dəla- 
lət  edir  ki,  orda  hərc-mərcliyi  və  istibdadı  xatırladan  şeylər  ol- 
masın  deyə xalq  könüllü  surətdə mövcud qaydaları  dəstəkləyir.
2.  Lakedemon  dövlət  quruluşu  ilə  eynilik  təşkil  edən  bun- 
lardır:  lakedemon  fiditiyasına  bənzər  Karfagendə  yoldaşlıq  sis- 
sitiyaları  mövcuddur;  yüz  dördlərin  vəzifəsi  eforatlara  uyğundur 
(bu  yüz  dördlərin  eforatlardan  fərqi  -   həm  də  yaxşı  tərəfdən  -  
bundan  ibarətdir:  eynilə necə  ki,  hər yetən  eforat  olur,  yüz  dörd 
nəfər də  yalnız  əsilzadələr  içərisindən  seçilir);  çarlar və  herusi- 
yalar,  lakedemon  çarları  və  herontlarına  uyğundur,  bununla 
belə  yenə  də  üstünlük  ondan  ibarətdir  ki,  çarlar  nə  mütləq  eyni 
nəsildən  olmalıdır,  nə  də  hər  yetəndən,  amma  görkəmli  nəsilə 
mənsub  olmalıdırlar...37  Bu  sıradan  seçilirlər38,  həm  də  yaşa 
görə  yox.  Əslində,  herontlar  əsas  vəzifələri  tutublar,  əgər  onlar 
dəyərsiz  adamlar olmuş  olsalar,  böyük  ziyan  vura  bilərlər,  artıq 
lakedemon dövlətinə də ziyan  vurublar.
3.  Əsasən  nə  xüsusda  bu  dövlət  quruluşunu  yuxarıda  gös- 
tərilən  hər  üç  dövlətə  eyni  dərəcədə  xas  olan  mükəmməl  quru- 
luşdan  yayındığına  görə  qınamaq  olar.  Dövlətə  və  politiyaya 
xidmət etmək niyyəti  ilə  dəvət  edilmiş  ən  yaxşılar (aristokratias) 
arasında  elələri  vardır  ki,  onlar  bir  qədər  demokratiya  tərəfə,  bir 
qədər  də  oliqarxiya  tərəfə  meyl  edir.  Çarlar  herontlarla  bərabər 
onların  arasında  tam  razılıq  olduğu  halda  məsələni  həll  etmək- 
dən  ötrü  xalq  məclisinə çıxarmağa  da  səlahiyyətlidirlər,  çıxarma- 
mağa da;  əgər ki,  razılıq yoxdursa,  onda  həlledici  səs xalq  məcli- 
sinə  məxsusdur.  O  işlər  ki,  onlar  haqqında  çarlar  və  herontlar 
qərar  verirlər,  bunlara  yalnız  hakimiyyətin  çıxardığı  qərar  kimi 
qulaq  asılmır,  həm  də  bunları  müzakirə  etməyə  icazə  verilir  və 
bu  istəkdə  bulunan  hər  kəs  irəli  sürülən  təkliflərə  qarşı  çıxış  edə 
bilər  ki,  bunu  da  biz  digər  dövlət  quruluşdarında  görmürük.
76
4.  Həmçinin  pentarxlar39  çoxlu  mühüm  səlahiyyətlərə  malik 
olmaqla  öz-özlərinə  nəzarət  edirlər,  yüzlər  şurasını  seçirlər, 
üstəlik başqa vəzifəli  şəxslərə  nisbətən  onlar hakimiyyətdə  uzun 
müddət  qalırlar  (pentarxlar  həm  vəzifədən  gedəndə,  həm  də 
vəzifəyə  keçməyə  hazırlaşanda  hakimiyyətdə  qalırlar),  -   bütün 
bu  xüsusiyyətlər  oliqarxiya  quruluşuna  xasdır.  Əksinə,  vəzifəli 
şəxslərin  xidmətə  görə  mükafatlandırılmamasını,  onların  püşkə 
və  bu  kimi  şeylərə görə təyin  edilməsini  aristokratiya  quruluşuna 
xas  olan  xüsusiyyətlər  hesab  etmək  lazımdır;  həmçinin  Lakede- 
mondakı  kimi  ayrı-ayrı  işlərin  ayrı-ayrı  hakimlərə  aid  olması  yox, 
Karfagendə  bütün  məhkəmə  işlərinin  müəyyən  vəzifəli  şəxslər 
tərəfindən araşdırılması  buna uyğundur.
5. 
Ancaq  karfagen  dövlət  quruluşunun  aristokratiya  dövlət 
quruluşundan  daha  çox  oliqarxiya  tərəfə  meyl  etməsi  əksərləri- 
ni  bu  qənaətə  gətirir:  onlar  hesab  edirlər  ki,  vəzifəli  şəxslər 
yalnız  əsilzadələrdən  deyil,  həm  də  dövlətlilərdən  seçilməlidir, 
ona  görə  ki,  təminatsız  adamın  yaxşı  idarə  etməsi  mümkün 
deyil  və bundan ötrü  onun  kifayət qədər asudə  vaxtı  da olmaya- 
caq.  Amma  adamların  var-döviətə  görə  vəzifəyə  seçilməsi  əgər 
oliqarxiyaya,  məziyyətlərinə  görə  isə  aristokratiyaya  xasdırsa, 
onda  biz buna  istinadən,  bunu  dövlət quruluşunun  həmin  üçün- 
cü  forması  hesab  edə  bilərik  ki,  belə  dövlət  qaydaları  karfagen- 
lilərə  məxsus  üslubda  təşkil  edilmişdir;  axı  onlar  vəzifəyə,  bun- 
dan  başqa  ən  əsas -  çarları  və  sərkərdələri  seçərkən,  məhz  bu 
iki  şərti  nəzərə  alırlar.  6.  Amma  aristokratiya  quruluşunun  belə- 
cə  qəbul  edilməməsinə  qanunvericinin  səhvi  kimi  baxmaq 
lazımdır.  Axı  ən  başlıcası  -   buna  da  hər  şeydən  öncə  diqqət 
yetirmək  lazımdır -   bundan  ibarətdir  ki,  ən  yaxşı  adamlar  döv- 
lətdə  asudə  vaxta  malik  ola  bilsinlər  və  vəzifədə  olub-olmama- 
larından  asılı  olmayaraq  onlar  heç  bir  ləyaqətsizliyə  məruz  qal- 
masınlar.  Bununla  da  hesablaşmaq  lazımdır  ki,  var-dövlət
77


Yüklə 104 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə