A r I s t o t e L si y a s ə T



Yüklə 104 Kb.
Pdf görüntüsü
səhifə15/104
tarix23.11.2017
ölçüsü104 Kb.
#12062
1   ...   11   12   13   14   15   16   17   18   ...   104

ona  yalnız  bir  vasitəyə  -   fəlsəfəyə  müraciət  etmək  lazımdır, 
çünki  digər  vasitələrə  yetişmək  üçün  insanların  köməyi  tələb 
olunur.  Ən  böyük  cinayətlər  ən  zəruri  şeylərə  görə  deyil,  bol- 
luğa  can  atmaq  üstündə  baş  verir;  məsələn,  ondan  ötrü  zalım 
hökmdar  olmurlar  ki,  soyuqdan  qorunsunlar,  buna  görə  də  bö- 
yük ehtiram  o adama  göstərilmir ki,  o,  orğunu  öldurub,  o  adam a 
göstərilir ki,  o,  zalım  hökmdarı  məhv edib.  Beləliklə,  Faleyin  tək- 
lif etdiyi  dövlət quruluşu  yalnız  kiçik  ədalətsizliklərə  qarşı  m üda- 
fiəni təmin  edə  bilər.
9. 
Üstəlik  o,  öz  dövlətini  elə  təşkil  etmək  arzusundadır  ki, 
qarşılıqlı  münasibətdə  bulunan  vətəndaşlar  çox  gözəl  yaşasın- 
lar.  Lakin,  axı  qonşularla  və  bütün  yadlarla  da  münasibəti  nə- 
zərdən  qaçırmaq  olmaz.  Bunun  ardınca  hökmən  dövlət  qurulu- 
şunda  hərbi  qüvvə  də  nəzərə  alınmalıdır,  lakin  o,  bu  haqda, 
eləcə  də  [dövlətin]  maddi  imkanları  haqda  heç  nə  deməyib.  Bu- 
nunla  belə  lazımdır ki,  bu  axırıncılar dövlətin təkcə  daxili tələbat- 
ları  üçün  deyil,  həmçinin  lazım  olan  halda  onu  xarici  təhlükələr- 
dən  qorumağa  da  kifayət  etsin.  Buna  görə  də  dövlətin  maddi 
imkanları  elə olmalıdır ki,  bunlar kənardan  daha  güclü  qonşular- 
da  tamahkarlıq  oyatmasın,  vəsaitə  malik  olanlar  isə  basqın  et- 
miş  düşmənləri  dəf  etmək  iqtidarında  olmasınlar;  digər  tərəf- 
dən,  bu  vasitələr  o  qədər  olmalıdır  ki,  miqdarca  və  keyfiyyətcə 
eyni  qədər vəsaitlərə  malik  olan  dövlətlərlə  müharibədə  davam 
gətirmək  mümkün  olsun.  10.  O,  bu  barədə  heç  bir  müəyyən 
göstəriş  verməyib;  bununla  belə  mülkiyyətə  hansı  miqdarda 
yiyələnməyin  də  daha  sərfəli  olduğunu  nəzərdən  qaçırmaq 
olmaz.  Bəlkə  də  ən  yaxşı  hədd  bu  ola  bilərdi  ki,  daha  güclülər 
qazanc  əldə  etmək  üçün  apardıqları  hərbi  işlərdən  xeyir tapma- 
yaydılar,  müharibələrdən  də  o  qədər  itirəydilər  ki,  bu  vəsaitləri 
geri  qaytarmaq  mümkün  oimayaydı.  Məsələn,  Avtofradat  Atar- 
neyi  mühasirəyə  almaq  istəyərkən  Evbul  ona  təklif  etmişdi  ki,
58
düşünüb  görsün  bu  istehkamı  o,  nə  qədər  vaxta  ala  bilər  və 
bununla  bərabər  mühasirə  ilə  bağlı  xərcləri  hesablasın  və 
Atarneyi  az  məbləğə  tərk  etməyə  razılıq  versin.  Bu  təklifi  dü- 
şündükdən  sonra  Avtofradat  mühasirədən  əl  çəkmək  fıkrinə 
gəldi14.  11.  Beləliklə,  mülkiyyətin  bərabər  olması  vətəndaşların 
qarşılıqlı  münasibəti  baxımından  müəyyən  dərəcəyə  qədər 
sərfəli  görunur,  onlar  arasındakı  narazılıqları  aradan  götürür, 
amma  ümumiyyətlə  desək  bu,  əsla  böyük  əhəmiyyət  daşımır. 
Axı  istedadlı  adamlar  ola  bilsin  ki,  bu  cür  bərabərçiliyi  özlərinə 
layiq  sanmayıb  bundan  hiddətlənsinlər;  buna  görə  də  onlar tez- 
tez qiyamların  səbəbkarları  olurlar.  Bununla  belə  insanın  gözləri 
doymur:  əvvəl  onlara  iki  xırda  gümüş  pul  kifayət  edir,  haçan  ki, 
buna  öyrəşirlər,  onlara  həmişə  daha  çox  lazım  olur,  beləcə  də 
axıra  qədər.  İş  bundadır  ki,  zatən  insanların  istəyi  hədsizdir  və 
əksər  adamların  da  həyatı  bu  istəklərin  təmin  edilməsi  üçün 
sərf olunur.
12. 
Bütün  bunlarda  iş  əsasən  -   mülkiyyəti  bərabərləşdir- 
məkdən  çox,  bunu  elə  təşkil  etməkdir  ki,  heç  zaman  ləyaqətli 
insanlar çox  şey  arzu  etməsinlər,  ləyaqəti  olmayanların  isə  bu- 
na  imkanları  olmasın;  bu,  o  halda  ola  bilər ki,  bu  axırıncıları  aşa- 
ğı  mövqedə  qoysunlar,  lakin  incitməsinlər.  Bununla  belə  Faley 
mülkiyyətin  bərabərliyini  düzgün  müəyyənləşdirməyib:  o,  yalnız 
torpaq  mülkiyyətini  bərabərləşdirib,  lakin  var-dövlət  axı  həm  də 
qullardan,  mal-qaradan,  puldan  və  necə  deyərlər,  hərəkətdə 
olan  müxtəlif  mülkiyyət  əşyalarından  ibarətdir.  Beləliklə,  bu  işi 
belə  qoymadan,  bunların  hamısını  ya  bərabərləşdirmək,  ya  da 
hansısa  bir  orta  məxrəcə  gətirməyə  cəhd  göstərmək  lazımdır.
13.  Faleyin  təsis  etdiyi  qanunlardan  aydın  olur  ki,  əgər  bütün 
sənətkarlar  dövlətin  qulları  olsalar  və  əhalinin  vətəndaş  hissə- 
sində  artım  olmasa,  o,  kiçik  dövlət  quruluşunu  nəzərdə  tutur. 
A m m a  əgər  onlar  dövlətin  qulları  olsalar  gərək  ictimai  işlərlə
59


məşğul  olsunlar,  bu  isə  Epidamnedə  mövcud  olana,  yaxud 
vaxtı  ilə  Diofantın15 Afinada tətbiq etmək istədiyi  işə  bənzəyir.
Bütün  yuxarıda  göstərilənlərin  əsasında  hər  kəs  təyin  edə 
bilər ki,  Faley özünün təklif etdiyi  dövlət  quruluşunda  nəyi  yaxşı 
deyib,  nəyi yox.
V. 
1.  Miletdən  olan Yevrifondun  oğlu  Hippodam16 (o,  polis- 
lərin  ayrılması  fikrini  irəli  sürmüş,  Pireyi  planlaşdırmışdır:  o, 
ümumiyyətlə,  həyatda  şöhrətpərəstliyi  ilə  seçilirdi,  son  dərəcə 
qeyri-adi  adam  idi,  belə  ki,  bəzilərinə  elə  gəlirdi  ki,  o  öz  qalın 
saçları  və  qiymətli  zinət əşyaları,  həmçinin  yalnız  qış  vaxtı  deyil, 
həm  də  yay  vaxtı  sadə  və  isti  geyimi  ilə  çox  məşğul  olur  və 
özünü  bütün  şeylərin  təbiətindən  başı  çıxan  alim  kimi  göstər- 
mək  istəyir)  dövlət işində çalışmayan  adamlar içərisindən  birinci 
olaraq  ən  yaxşı  dövlət  quruluşu  haqqında  nə  isə  deməyə  cəhd 
göstərib.  2.  O,  əhalisinin  sayı  on  min  olan  üç hissəyə  bölunmuş 
dövlət  layihələşdirib:  birincini  sənətkarlar  təşkil  edir,  ikincini  -  
əkinçilər,  üçüncünü  -  silahlı  dövlət müdafiəçiləri.  Dövlətin  ərazi- 
si  də,  həmçinin  üç  hissəyə  bölünür:  müqəddəs,  ictimai  və  xüsu- 
si.  Müqəddəs  -   odur  ki,  mədaxildən  təsis  edilmiş  dini  ayinlər 
üçün  göndərilsin;  ictimai  -   odur ki,  mədaxildən  dövlət  müdafiə- 
çilərinin  olması  üçün  vəsait  alınsın;  üçüncü  əkinçilərin  şəxsi 
mülkiyyətinə  daxildir.  Onun  fikrincə  qanunlar  da  yalnız  üç  cür 
olur,  çünki  məhkəmə  işləri  üç  cür cinayətdən  (təhqirdən,  zədə- 
lənmədən,  ölümdən)  törəyir.  3.  O,  bir ali  divanxana  da  təsis  et- 
məyi  təklif edirdi  ki,  iddiaçıların  fikrincə,  düzgün  həll  edilməyən 
bütün  təhqiqat  işləri  burada  keçirilməlidir;  bu  divanxana  seçki 
yolu  ilə  təyin  edilmiş  müəyyən  sayda  ağsaqqallardan  ibarət 
olmalıdır.  Onun  fikrincə,  gərək  məhkəmədə  çıxarılan  qanunlar 
daş  göndərmə  yolu  ilə  həll  edilməsin:  hər  bir  hakim  lövhəcik 
alır,  əgər  hakim  müttəhimə  şərtsiz  iş  kəsirsə,  onda  cəzanı  ora
60
yazmaq lazımdır,  əgər hakim  müttəhimə  şərtsiz bəraət qazandı- 
rırsa,  onda  lövhə  boş  saxlanılır,  qismən  cəza  verildiyi,  yaxud 
bəraət qazandırıldığı  halda  isə  qərar yazılır.  Müasir qanunları  o, 
yanlış  hesab edirdi:  hakimlər ya  ittihamedici,  ya  da  bəraətverici 
qərarlar  çıxarmaqla  özlərinin  içdikləri  andı  pozmuş  olurlar.
4.  Üstəlik,  o,  dövlətə  xeyir vermək  üçün  nə  isə  düşünən  adam- 
lardan  ötrü  də  qanun  təsis  etmişdi:  onlar  gərək  şan-şöhrət  sa- 
hibi  olsunlar;  belə  qanun  hələ  başqalarında  olmadığından 
müharibədə həlak olanların  da  övladları  dövlət hesabına tərbiyə 
edilməlidir.  Bu  cür  qanun  hal-hazırkı  dövrdə  Afınada  və  digər 
dövlətlərdə  mövcuddur.  Bütün  vəzifəli  şəxslər  xalq  tərəfindən 
seçilməlidir,  yəni  dövlətin  göstərilən  həmin  üç  hissəsi  tərəfın- 
dən.  Seçilmiş  vəzifəli  şəxslər  dövlət  işlərinə,  həmçinin  əcnəbi- 
lərə  və  yetimlərə  qayğı  göstərməyə  borcludurlar.  Hippodamın 
tə klif etdiyi  quruluşun  böyuk və  gərəkli  hissələri  bunlardır.
5. 
Hər şeydən  öncə  hamını,  demək olar,  əhalinin  vətəndaş 
hissəsinin  bölünməsi  çətin  vəziyyətə  salar.  Dövlətin  idarəçiliyin- 
də  hamı  iştirak edir:  həm  sənətkarlar,  həm  əkinçilər,  həm  hərb- 
çilər.  Bununla  belə  əkinçilərin  silah  gəzdirməyə  ixtiyarı  yoxdur, 
sənətkarların  nə  torpağı,  nə  silahı  var,  belə  ki,  onlar  az  qala 
silah  gəzdirməyə  ixtiyarları  olan  qullardır.  Deməli,  onlar  üçün 
bütün  imtiyazlara  malik  olmaq  mümkün  deyil,  axı  strateqləri  də, 
qanun  keşikçilərini  də17  və  ümumiyyətlə,  silah  gəzdirməyə  ixti- 
yarı  olan  ali  rütbəli  şəxsləri  təyin  etmək  lazımdır.  Bəs  dövlət ida- 
rəçiliyndə  iştirak  etməyənlər dövlət quruluşuna  döstluq  münasi- 
bəti  göstərə  bilərmi?  6.  Lakin  digər  tərəfdən  silah  gəzdirməyə 
ixtiyarı  olan  adamlar o  biri  iki  hissəyə  mənsub  olanlardan  güclü 
olmalıdır.  Bu  iş  o  halda  asan  olmur  ki,  silah  gəzdirənlər  azlıq 
təşkil  etsinlər,  əgər  onlar  güclü  olacaqlarsa,  onda  yerdə  qalan 
vətəndaşlara  dövlət  idarəçiliyndə  iştirak  etmək  və  vəzifəli  şəxs- 
lərin  təyin  edilməsində  səs  hüququna  malik  olmaq  nəyə  lazım-
61


Yüklə 104 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə