A r I s t o t e L si y a s ə T



Yüklə 104 Kb.
Pdf görüntüsü
səhifə11/104
tarix23.11.2017
ölçüsü104 Kb.
#12062
1   ...   7   8   9   10   11   12   13   14   ...   104

yırlar;  buna  misa!  kimi  ədalət  ləqəbli  farsal  madyanını  göstər- 
mək  olar.
14. 
Üştəlik,  kimlər  bu  kimi  birliyi  layihələşdirirsə,  onlar 
üçün  təhqir,  qəsdən  və  qərəzsız  adam  öldürmək,  dava-dalaş, 
söyüşmə  kimi  pis  hadisələri  aradan  qaldırmaq  çətindir;  bütün 
bunlar  isə  yad  adamlara  qarşı  olmasa  da  atalara,  analara  və 
yaxın  qohumlara  qarşı  münasibətdə  günahdır.  Bununla  belə 
bütün  bunlar  istər-istəməz  baş  verir,  ən  çox  da  o  halda  ki,  öz 
yaxınlarını  tanımırsan,  tanıdığın  halda  yenə  də  gördüyün  işləri, 
günahı  yüngülləşdirmək  üçün  müəyyən  edilmiş  qaydalarla  yu- 
maq  olar,  amma  tanımadığın  halda  bunu  etmək  olmur.  15. 
Həmçinin  nəzərdə  tutulmuş  oğulların  ümumiliyi  məsələsində 
sevişənlər  arasında  olan  cinsi  əlaqəni  istisna  etmək  də  məna- 
sızdır,  sevişməyə  isə  heç  bir  maneçilik  törədilmir,  eləcə  də  ata 
ilə  oğul,  yaxud  qardaşlar arasında  çox  ləyaqətsiz  münasibətlə- 
rin  olmasına  mümkünat  verilir,  heç  olmazsa,  bunlar  müstəsna 
olaraq  məhəbbət  hislərinə  əsaslanaydı.  Cinsi  əlaqələri,  yalnız 
bundan  ən  yüksək  dərəcədə  həzz alındığına  görə  istisna etmək 
mənasız  olardı,  həm  də  söhbətin  ata  və  oğul  haqqında,  yaxud 
qardaşlar  barəsində  getdiyini  də  nəzərdən  qaçırmaq  olmaz. 
Deyəsən  axı,  qadınların  və  uşaqların  ümumi  olması  keşikçilər- 
dən  çox  əkinçilərə  uyğun  gəlir;  uşaqlar  və  qadınlar  ümumi  ol- 
duqları  halda  dostluq  duyğuları  az  olur,  itaətdə  bulunan  adam- 
lar isə  gərək iğtişaşçı  deyil,  sözəbaxan  olmaları  ilə fərqlənsinlər.
16.  Ümumiyyətlə,  düşünülmüş  qanun  nəticə  etibarı  ilə  ortaya 
çıxması  lazım  olan  qanuna  istər-istəməz zidd  olur və  Sokrat  da 
bunu  nəzərə  alıb  qadın  və  uşaqlar üçün,  məhz bu  cür qanunun 
olmasını  lazım  bilirdi.  Bizsə  hesab  edirik  ki,  dostluq  münasibət- 
ləri -  dövlət  üçün  ən  zəruri  şeydir (axı  münasibətlər belə  olduq- 
da  ixtilaf daha  az  olur),  Sokratın  özü  də  ən  çox  dövlətin  birliyini 
təqdir  edirdi,  bu  birlik  isə,  görünür,  onun  özünün  iddia  etdiyi
42
dostluq  münasibətlərinin  nəticəsidir  (bu  haqda  məlum  olduğu 
kimi  Aristofan  özünün  məhəbbətə  dair  çıxışında  deyirdi  ki, 
məhz sevənlər özlərinin  dərin  məhəbbətləri  nəticəsində bu  bağ- 
lılığa can atırlar,  cəhd edirlər ki,  iki can  bir olsun).
17.  Beləliklə,  iki  nəfər,  yaxud  onlardan  biri  istər-istəməz 
özünü  qurban  verir;birlik  kimi  layihələşdirilən  dövlət  isə  dostlu- 
ğun  möhkəmləndirilməsinə  gətirib  çıxarardı,  həm  oğul  atanı, 
həm  də  ata  oğlunu  özününkü  hesab  edə  bilərdi.  Bunun  kimi  az 
miqdarda  şirnini  çox  miqdarda  su  ilə  qarışdıranda  necə  ki,  da- 
dında  heç  bir  dəyişiklik  duyulmayan  qatışıq  əmələ  gəlir,  bir- 
birinə  bağlılıq  da  yalnız  dildə  mövcud  olanda  eynən  belə  olur; 
amma  düşünülmüş  dövlət quruluşunda  oğul  atanın,  ata  oğulun, 
qardaş  qardaşın  qeydinə,  əlbəttə,  hər  şeydən  az  qalacaq.  Axı 
insanlar  ən  çox  o  şeyin  qeydinə  qalıb  onu  sevirlər  ki,  birincisi, 
bu  onlara  məxsus olsun,  ikincisi  isə  bu  onlar üçün  əzizdir,  lakin 
nə  bunu,  nə  də  o  birisini  bu  cür  dövlət  quruluşu  olduğu  halda 
insanlar arasında təsəvvürə gətirmək olmur.
18. 
Təzə  döğulmuş  uşaqların  yerlərinin  əkinçilər və  sənət- 
ka rla r  zümrəsindən  keşikçilər  zümrəsinə  və  əksinə  keçirilməsi 
məsələsində  çoxlu  dolaşıqlıqlar  vardır.  Bu  yerdəyişmə  necə 
həyata  keçiriləcəkdir?  Verən  və  dəyişdirən  şəxslər  bilməlidirlər 
ki,  onlar  hansı  uşağı  kimə  verirlər.  Bu  zaman,  bir  az  əvvəldə 
qeyd  etdiyimiz  kimi,  məhz  qalmaqal,  dava,  qətl  halları  istər- 
istəməz  daha  artıq  dərəcədə  meydana  çıxacaqdır;  axı  başqa 
zümrəyə  verilmişlər  keşikçiləri  özlərinin  qardaşları,  övladları, 
ataları,  anaları  adlandırmayacaq,  habelə  keşikçilər  içərisindən 
də  heç  kim  digər  vətəndaşları  bu  cür  çağırmayacaq.  Bu,  ona 
gətirib  çıxaracaqdır  ki,  qohumlara  qarşı  yolverilməz  hərəkətlər 
etməkdən  daha  çəkinən  olmayacaqdır.  Beləliklə,  bizim  uşaq  və 
qadınların  ümumi  olması  barədə fıkirlərimiz bax bu  qədərdir.
43


II. 
1.  Bunun  ardınca  mülkiyyət  haqqında  məsələni  nəzər- 
dən  keçirmək  lazımdır.  Bu,  ən  yaxşı  dövlət  quruluşuna  cəhd 
göstərənlərdə  necə təşkil  olunm alıdır- mülkiyyət ümumi  olm alı- 
dır,  yoxsa  yox?  Uşaq  və  qadınlara  aid  məsələyə  qanundan 
kənarda  da  baxmaq  olar.  Mən  aşağıdakıları  nəzərdə  tuturam : 
əgər  hətta  uşaq  və  qadınlar,  necə  ki,  bu  indi  hamı  tərəfindən 
belə qəbul edilib,  ayrı-ayrı  şəxslərə məxsus olmalıdır,  onda  mül- 
kiyyətin  ümumi  olması  və  bundan  ümumən  istifadə  etmək 
yaxşıdırmı...2  Yaxud,  əksinə,  qoy  torpaq  ümumi  olsun  və  birgə 
becərilsin,  buradan  götürülmüş  məhsul  isə  ayrı-ayrı  şəxslər 
arasında  bolüşdürülsün  (deyirlər ki,  elə  bu  cür bəzi  barbarlar da 
ümumi  torpağa  malikdirlər).  Yoxsa  ki,  nəhayət,  həm  torpaq 
sahələri,  həm  də  bunlardan  götürülən  məhsul  ümumi  olmalıdır?
2.  Əgər  torpağın  becərilməsi  xüsusi  adamlara  həvalə  edilərsə, 
onda  bütün  işləri  başqa cür qurmaq və yüngül  həll  etmək olardı, 
lakin  əgər əkinçilərin  özləri  yalnız  özləri  üçün  çalışırlarsa,  onda 
mülkiyyətlə  bağlı  məsələiərin  həlli  əhəmiyyətli  dərəcədə  böyük 
çətinliklərlə  üzləşəcək.  İşdə  və  ondan  alınan  nəticələrdə  bəra- 
bərlik  əldə  etmək  mümkün  olmadığından  -  əksinə,  burdakı  mü- 
nasibət  bərabər  deyil,  -   istər-istəməz  az  işləyib  çox  alanlarla, 
çox  işləyib  az  alanların  dedi-qodusu  başlayır.  3.  Ümumiyyətlə, 
bir  yerdə  yaşamaq  və  insanların  qarşılıqlı  münasibətlərinə  aid 
olan  bütün  ümumi  işlərdə  içtirak  etmək  asan  deyil,  ələlxüsus  da 
bu  halda.  Bir  yerdə  səyahətə  çıxan  dəstəyə  diqqət  yetirsək, 
görərik  ki,  iştirakçıların  çoxu  adi,  mənasız  şeylərin  üstündə  bir- 
birləri  ilə  düz  gəlmirlər  və  bunun  üstündə  də  araları  dəyir.  Biz 
də  ən  çox  o  ev  xidmətçiləri  ilə  çənələşirik  ki,  onların  qulluğun- 
dan  gündəlik  istifadə  edirik.  Mülkiyyətin  ümumiliyinin  bu  və  bu 
kimi çətinlikfəri var.
4. 
Buna  görə  də  mülkiyyətdən  istifadə  etməyin  o  üsulu 
üstünlük  təşkil  edir  ki,  o,  əziz  tutulan  adət-ənənəyə  və  nizama
44
salınmış  düzgün  qanuna  istinad  edir,  necə  ki,  hal-hazırda  qəbul 
olunub:  bu,  özündə  hər  iki  üsulun  yaxşı  tərəflərini  birləşdirir, 
mən  məhz  ümumi  mülkiyyəti  və  xüsusi  mülküyyəti  nəzərdə 
tuturam.  Mülkiyyət  yalnız  nisbi  mənada 
üm um i,  ü m um iyyətlə  
isə  xüsusi  olmalıdır.  Axı  onda  ki,  müxtəlif adamlar eyni  dərəcə- 
də  bunun  qeydinə  qalmağa  başlayacaqlar,  onlar  arasındakı 
->nlaşılmazlıqlar  da  aradan  götürüləcək,  əksinə,  bundan  böyük 
rayda  hasil  olacaq,  çünki  hər  kəs  özünə  məxsus  olan  şeyin 
qeydınə  ciddi  -   cəhdlə  qalacaq;  xeyirxahlıq  naminə  isə  mülkiy- 
yətdən  istifadə  «Dostlarda  hər şey ümumidir»  atalar sozünə  uy- 
ğun
  gəlir3.  5.  Hal-hazırkı  dövrdə  bəzi  ölkələrdə  elə  bir  qaydanın 
təməli  qoyulubdur ki,  bu  da  onun  binaən  həyata  keçməməsinin 
qeyri-mümkünlüyünü  göstərir,  xüsusən  yaxşı  təşkil  edilmiş 
dövlətlərdə  bu,  bir  qədər  həyata  keçirilib,  bir  qədər  də  keçirilə 
bilərdi:  xüsusi  mülkiyyətə  sahib  olan  adam  bunu  bir  halda  öz 
dostlarının,  digər  halda  ümumun  istifadəsinə  verir.  Beləcə,  mə- 
sələn,  Lakedemonda  hər  kəs  öz  xüsusi  malı  kimi  başqasının 
qulundan  istifadə  edir,  eləcə  də  at  və  itlərdən,  həm  də  ehtiyac 
olan  halda  dövlət  zəmilərindəki  ərzaqlardan  -   azuqə  ehtiyatla- 
rından  istifadə  edilir.  Beləliklə,  göründüyü  kimi  o  yaxşıdır  ki, 
mülkiyyət  xüsusi  olsun,  ondan  istifadə  isə  -   ümumi.  Vətəndaş- 
ları  buna  hazırlamaqsa  -   qanunvericilərin  işidir.  6.  Bütün  bun- 
lardan  başqa  nəyinsə  sənə  məxsus  olduğunu  bildikdə  bundan 
nə  qədər həzz  aldığını  sözlə  ifadə etmək  çətindir,  axı  hər kəsdə 
öz-özünə  qarşı  olan  məhəbbət  hissi  təsadüfi  deyil,  bu,  bizə 
təbiətin  özü  tərəfindən  bəxş  edilib.  Doğrudur,  eqoizm  haqlı  ola- 
raq  pislənir,  iakin  bu,  öz-özünə  məhəbbətdən  ibarət  deyil,  bu 
məhəbbətin  lazımi  dərəcədən  artıq  olmasının  nəticəsidir;  bu, 
tamahkar  adama  da  aiddir;  bu  və  başqa  hislərə  demək  olar  ki, 
bütün  adamlar  meyllidir.  Digər  tərəfdən  dostlara,  tanışlara  ya- 
xud  yoldaşlara  qulluq  və  yardım  göstərmək  nə  qədər  də
45


Yüklə 104 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə