A r I s t o t e L si y a s ə T



Yüklə 104 Kb.
Pdf görüntüsü
səhifə10/104
tarix23.11.2017
ölçüsü104 Kb.
#12062
1   ...   6   7   8   9   10   11   12   13   ...   104

3.  Qadınların  hamıda  ümumi  olmasına  gəldikdə  isə  bu  nə- 
zəriyyə  çoxlu  müxtəlif  çətinliklərlə  üzləşir,  həm  də  Sokratın  bu 
qanunun  müdafiəsi  üçün  gətirdiyi  əsas,  görünür,  onun  öz  dü- 
şüncəsindən  süzülüb  gəlmir.  Üstəlik,  bu  müddəa  həmin  o  axır 
məqsədlə də  hec cür uzlaşmır,  hansı  ki,  bunun  həyata  keçməsi, 
onun  sözləri  ilə  desək  dövlət  üçün  zəruridir.  Bəs  heç  bir  müəy- 
yənləşdirmə  aparılmadığı  halda  biz  onun  mühakiməsini  necə 
düzgün  başa  düşək.  Mən  Sokratın  fıkrini  nəzərdə  tuturam:  hər 
şeydən  öncə  hər bir dövlət üçün  imkan  daxilində  yaxşı  olardı  ki, 
o,  özündə  birliyi  təmsil  etsin;  məhz bu  ilkin  şərti  Sokrat öz müd- 
dəasının əsası  hesab edir.
4.  Aydındır  ki,  dövlət  öz  birliyini  daima  gücləndirdiyi  halda 
dövlət  olmaqdan  kənarda  qalacaq.  Axı  özlüyündə  dövlət  nə  isə 
bir çoxluğu təmsil  edir.  Əgər o,  birliyə  cəhd göstərirsə,  bu  halda 
dövlətdən  ailə  əmələ  gəlir,  ailədən  isə  ayrıca  adam:  hər  kəs 
bununla  razılaşar  ki,  ailə  dövlətdən,  bir  adam  isə  -   ailədən  öz 
birliyi  ilə seçilir.  Beləliklə,  kimsə  bunu  həyata  keçirmək  iqtidarın- 
da  olsa  idi,  onda  hər halda  bu  işi  etmək  də  lazım  deyildi,  çünki 
o zaman  o,  dövləti  məhv  edərdi.  Bundan  başqa  dövlətin  tərkibi 
yalnız  ayrı-ayrı  insan  yığınından  ibarət  deyil,  həm  də  onlar  bir- 
birindən  öz  keyfiyyətlərinə  (eidei)  görə  fərqlənirlər;  axı  dövləti 
formalaşdıran  hissələr eyni  ola  bilməz.  Dövlət -   hərbi  birlik  kimi 
deyil:  hərbi  birlikdə  yalnız  üzvlərin  miqdarı  əhəmiyyət  daşıyır, 
halbuki  onların  hamısı  keyfiyyət cəhətcə eynidir;  axı  bu  cür birlik 
yardım  göstərməkdən  ötrü  yaradılır və bu,  o tərəzini  xatırladır ki, 
onun  bir  gözü  digərindən  ağır  gəlir.  5.  Dövlət,  eləcə  də  tayfa 
birliyindən  seçilir,  onu  təşkil  edən  adamların  sayıının  nə  qədər 
çox  olduğunu  fərz  etsək  də  belə,  onlar  da,  məsələn,  arkadlılar 
kimi  öz  yaşayış  məntəqələrindən  ayrı  yaşamırlar.  Birlik  nədən 
təşkil  oiunursa,  bunlar  keyfıyyətcə  bir-birindən  fərqlənir.  Bu 
səbəbdən  də  bundan  əvvəl  «Etika»  əsərində  deyildiyi  kimi
38
qarşılıqlı  əvəzvermə  prinsipi  dövlət üçün  xilasedicidir;  bu  prinsip 
azad  və  bərabər  adamlar  arasındakı  münasibətdə  özünü  gös- 
tərməlidir,  çünki  onların  hamısı  eyni  bir  vaxtda  hökm  sürə  bil- 
məz,  ya  ildə  biri,  ya  hasısa  bir  başqa  qaydada,  ya  da,  ümumiy- 
yətlə,  dövri  surətdə.  Onda  belə  çıxır  ki,  hamı  idarə  edir,  əgər 
çəkməçilər  və  dülgərlər  öz  peşələrini  dəyişməyə  başlasalar, 
əsla  eyni  adamlar  həmişə  çəkməçi  və  dülgər  kimi  qalmazdılar. 
6.  Lakin...1  bu  qaydanı  dövlət  münasibətlərinə  tətbiq  edərkən 
daha  da  mükəmməl  olur  və  görünür,  imkan  daxilində  eyni 
adamların  idarəçiliklə  məşğul  olması  daha  yaxşı  olardı.  Lakin 
bunu  bəzi  halları  nəzərə  almasaq  çətin  ki,  həyata  keçirmək 
mümkün  olsun:  birtərəfdən,  zatən  hamı  bərabərdir,  digərtərəf- 
dənsə  -   ədalət  tələb  edir  ki,  gərək  idarəetmədə  -   idarə  etmək 
yaxşıdırmı,  pisdirmi  -  hamı  iştirak  etsin.  Bu  üsul  bərabər adam- 
ların  öz  yerlərini  bir-birinə  güzəştə  getməsinə  bənzəyir,  elə  bil 
hakimiyyətdə  bərabər  surətdə  təmsil  olunmaqdan  savayı,  on- 
ların  bir-birlərinə  bənzərlikləri  də  vardır;  sanki  növbə  ilə  dəyişə- 
dəyişə  bir  para  adam  hökm  sürür,  digərləri  isə  itaətdə  bulunur. 
Bu  halda  da  müxtəlif adamlar eyni bir vəzifəni tutub  qalmırlar.
7. 
Deyilənlərdən  aydın  olur ki,  dövlətdə,  bəzilərinin  istədiyi 
kimi,  zatən  bu  dərəcəyə  qədər birlik ola  bilməz;  o şeylər ki,  döv- 
lətlər  üçün  ən  zəruri  şey  kimi  qələmə  verilir,  bu  onları  məhvə 
doğru  aparır,  hərçənd  ki,  hər  şeyə  xas  olan  yaxşı  şey  onun 
qorunub saxlanmasına xidmət edir.  Başqa yolla da sübut etmək 
olar  ki,  dövlətin  həddindən  artıq  tam  olmasına  cəhd  göstərmək 
heç  də  yaxşı  deyil:  ailə  ayrı-ayrı  adamlara,  dövlət  isə  -   ailəyə 
nisbətən  daha  müstəqildir,  dövlət  də  o  halda  mövcud  olur  ki, 
çox  şeyi  özündə  bir tam  kimi  birləşdirib  müstəqilləşsin.  Müstə- 
qilliyin  çox olması  nə  qədər yaxşıdırsa,  bütövlüyün  də  çox deyil, 
az olması  daha  məqsədəuyğundur.
39


8.  Lakin  hətta bununla  razılaşsaq  ki,  ən zəruri  şey münasi- 
bətin  son  həddə  çatana  qədər  birliyindədir,  yenə  də  vəziyyət 
hamı  deyəndə  ki:  «Bu  mənimdir»  və  «Bu  mənim  deyil»,  bu  cür 
birliyi  göstərməyəcək,  halbuki,  Sokrat,  məhz  bunu  dövlətin  mü- 
kəmməl  birliyinin  əlaməti  hesab  edirdi.  Əslində,  «hamı»  ifadəsi 
ikimənalıdır.  Əgər [«hamı»  sözünün  mənasını]  «hər  kəs  ayrılıq- 
da»  kimi  anlasaq,  onda  Sokrat  nəyi  arzulayırdısa,  onun  həyata 
keçməsinə  tezliklə  nail  olmaq  mümkün  olardı;  hər  kəs  eyni  bir 
oğlanı,  yaxud,  eyni  bir qadını  nəzərində tutub  deyərdi:  «Bu  mə- 
nim  oğlumdur»,  «Bu  mənim  arvadımdır»  və  eləcə  də  o,  mülkiy- 
yət  və  ümumiyyətlə,  hər  şey  barəsində  bu  cür  düşünərdi.  9. 
Lakin,  həqiqətən,  ümumi  arvad  və  uşaqlara  malik olsalar,  onda 
«Bu  mənimdir»  ifadəsini  işlədən  olmayacaq,  hər kəs belə  deyə- 
cək:  «Bu  bizimdir»;  eləcə  də  hamı  mülkiyyətə  ayrı-ayrı  adam- 
lara  deyil,  ümumə  mənsub  olan  şey  kimi  baxacaq.  Beləliklə, 
«hamı»  sözü  açıq-aydın  bir  qədər  aldadıcı  ifadədir:  «hamı», 
«hər  iki»,  «cüt»,  «tək»  kimi  sözlər  ikimənalı  olduğundan  müha- 
kimələr  zamanı  mübahisələr  doğurur.  Buna  görə  də  hamının 
eyni  cür,  birmənalı  danışması  bir  tərəfdən  yaxşı  olsa  da,  lakin 
bunun  həyata  keçməsi  mümkün  deyil,  digər tərəfdən  isə  heç bir 
vəchlə birmənalı  danışmaq  lazım deyil.
10. 
Üstəlik,  Sokratın  müddəası  özünü  başqa  bir  pis  tərəf- 
dən  də  göstərir,  o  şey  ki,  həddindən  artıq  adama  məxsusdur, 
onun  qeydinə  daha  az  qalınır.  İnsanlar  ən  çox  şəxsən  onların 
özlərinə  məxsus  olan  şeylərin  qeydinə  qalırlar,  ən  az isə  o şey- 
lərin  qeydinə  qalırlar  ki,  onlar  ümumə  məxsusdur,  yaxud  hər 
kəs  bu  şeylərin  ona  nə  qədər  dəxli  varsa,  o  qədər  də  onların 
qeydinə qalır.  Bütün  bunlardan  başqa  insanlar necə  ki,  bunu  ev 
xidmətçisinə  qarşı  edirlər,  eləcə  də  kənardan  göstərilən  qayğı- 
ya  etinasız  yanaşırlar:  sayca  çox  xidmətçi,  bəzən  aza  nisbətən 
daha zəif qulluq  göstərir.
40
11. 
Hər cür vətəndaşın  min  oğlu  olacaq,  onlar da  oğul  he- 
sab  ediləcək  və  kiminsə  təklikdə  oğlanları  olmayacaqlar,  lakin 
istənilən  hər  kəs  eyni  dərəcədə  istənilən  adamın  oğlu  olacaq, 
beləliklə  hamı  eyni  qaydada  atasına  laqeydlik  göstərəcək.  Bun- 
dan  əlavə  belə bir halda  hər kəs  nə qədər firavan  yaşayan,  ya- 
xud  yoxsulluq  çəkən  vətəndaş  varsa,  onlar  haqqında  «mənim- 
dir»  deyəcək;  məsələn:  «Bu  mənimdir»,  yaxud  «Bu  filankəsin- 
dir»  deyərək  ölkədə  min  nəfərdən  hər  birinin,  yaxud  nə  qədər 
vətəndaş varsa onların  adlarını  çəkəcək,  bununla  belə hətta  de- 
diklərinə  şübhə  də  edəcək.  Axı  bu,  yaxud  digər  uşağın  kimdən 
olması  və  onun  anadan  olandan  sonra  salamat  qalması  namə- 
lum  olacaq.  12.  «Mənimdir»  ifadəsini  hər hansı  şey  üçün  hansı 
mənada  işlətmək  daha  yaxşıdır,  bu  ifadəni  fərq  qoymadan  iki 
min,  yaxud  on  min  şeyə  aid  etməkmi,  yaxud  bunu  o  mənada 
işlətmək  ki,  hansı  ki,  müasir  dövlətlərdə  «mənimdir»  kimi  başa 
düşülür?  Hal-hazırda  eyni  bir  adamı  biri  özünün  oğlu,  digəri  -  
özünün  qardaşı,  üçüncüsü  -  özünün  əmisi  oğlu,  yaxud  hansısa 
bir qan  qohumu,  yaxud  da əvvəl  onun  özu  ilə,  sonrasa  yaxınları 
ilə  qudalaşdığına  görə  qohum  adlandırır.  Üstəlik,  biri  digərini 
frator,  yaxud  flet  adlandırır.  Axı  sözün  həqiqi  mənasında  əmi 
oğlu  olmaq  bu  mənada  oğul  olmaqdan  yaxşıdır.  13.  Hər  necə 
olsa  bəzi  vətəndaşların  bu  və  yaxud  digərlərini  özlərinin  qar- 
daşları,  övladları,  ataları,  anaları  kimi  tanıması  hallarından  hər 
halda  qaçmaq  mümkün  olmayacaqdır:  uşaqlar  və  valideynlər 
arasında  mövcud  olan  zahiri  oxşarlıq,  şubhəsiz,  onların  həqiqə- 
tən,  qohum  olmasını  sübuta  yetirən  dəlilə  çevriləcəkdir.  Təsviri 
coğrafiya  ilə  məşğul  olanların  dediklərində  də  bu  cür  şeylərə 
rast  gəlmək  olur.  Yuxarı  Liviyanın  bəzi  tayfalar/nda  arvadlar 
ümumidir,  təzə  doğulanlar  isə  valideynlər  arasında  oxşarlığına 
görə  müəyyən  edilir.  Hətta  bəzi  heyvanlarda,  məsələn,  at  və 
inəklərdə  dişinin  doğduğu  balalar  onları  törədənlərə  çox  oxşa-
41


Yüklə 104 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə