A r I s t o t e L si y a s ə T



Yüklə 104 Kb.
Pdf görüntüsü
səhifə12/104
tarix23.11.2017
ölçüsü104 Kb.
#12062
1   ...   8   9   10   11   12   13   14   15   ...   104

xoşdur.  7.  Lakin  bu,  yalnız xüsusi  mülkiyyət olduğu  halda  müm- 
kündür.  Əksinə,  o  adamlar  ki,  həddindən  artıq  dövlətin  birliyinə 
cəhd göstərir,  onlarda bu,  olmur,  hələ onu  demirəm  ki,  bu  halda 
iki  məziyyətin  işdə  ortahğa  çıxması  imkanı  tamam  məhdudlaşır: 
qadın  cinsinə  qarşı  əxlaqlı  olmaq  (axı  əxlaqlı  olub,  özgənin  qa- 
dınından  kənar  gəzib  dolanmaq  -   gözəl  işdir)  və  öz  mülkiyyə- 
tinə  münasibətdə  alicənablıqla  əliaçıqlıq;  mülkiyyət  ümumi 
olduğu  halda  alicənablıq  göstərib,  əliaçıqlıq  etmək  mümkün  ol- 
mayacaq,  heç  kəs  də  bunu  həyata  keçirmək  iqtidarında  olma- 
yacaq,  çünki  əliaçıqlıq,  məhz  öz  malın  üzərində  binagüzarlıq 
edərkən  mümkündür.
8. 
Nəzərdən  keçirdiyimiz qanunvericiliyin  münasib olduğu- 
nu  və  insansevərlik  üzərində  qurulduğunu  güman  etmək  olar. 
Bununla  tanış  olub,  sevinclə  bundan  yapışmaq  və  düşünmək 
olar  ki,  bu  qanunlarla  hamı  bir-birinə  qarşı  təəccüb  doğuracaq 
dərəcədə  məhəbbət  bəsləyəcək,  xüsusən  də  o  vaxt  ki,  kim  isə 
müasir  dövlətlərdə  ümumi  mülkiyyətin  olmadığını  göstərib,  pis 
işləri  ifşa  edəcək:  mən  alınan  pul  borcları  üzrə  prosesləri,  ya- 
lançı  şahidlik  üstündə  məhkəmə  işlərini,  varlılar  qarşısındakı 
yaltaqlıqları  nəzərdə  tuturam.  9.  Lakin  bütün  bunlar  mülkiyyətin 
ümumi  olmaması  üzündən  deyil,  adamların  mənəvi  pozğunluğu 
nəticəsində  meydana  çıxır,  çünki  görürük  ki,  nəyə  isə  sahib 
olub,  bundan  müştərək istifadə  edənlər bir-birləri  ilə  xüsusi  mül- 
kiyyətə  sahib  olanlardan  daha  çox  çəkişirlər;  lakin  bizim  fikri- 
mizcə  müştərək  mülkiyyət  üstündə  çəkişənlərin  sayı,  xüsusi 
mülkiyyətə  sahib  olan  adamların  sayından  çox  deyil.  Üstəlik, 
əgər  mülkiyyət  ümumi  olarsa,  ədalət  yalnız  bunun  hansı  pis 
tərəflərinin  itəcəyini  göstərməyi  tələb  etmir,  həm  də  onu  göstər- 
məyi  tələb  edir  ki,  bu  halda  hansı  müsbət  xüsusiyyətlər aradan 
qalxacaq,  bizim  fikrimizcə  mövcudluğun  özü  artıq  mümkün  ol- 
mayacaq.  Sokratın  layihəsindəki  əsas  səhvi  onun  ilkin  şərtlə-
46
rinin  qeyri  -   düzgünlüyündə  görmək  lazımdır.  İş  bundadır  ki, 
həm  ailədə,  həm  də  dövlətdə  birliyin  mütləq  deyil,  nisbi  olma- 
sını  tələb  etmək  lazımdır.  Əgər  bu  birlik  həddini  aşarsa,  onda 
dövlətin  özü  məhv  olacaqdır,  hətta  əgər  bu  baş  verməzsə, 
onsuz  da  məhvə  doğru  sürüklənən  dövlət  daha  pis  vəziyyətə 
düşəcək,  zira  nə  fərqi  var  ki,  kimsə  təranəni  ağız-ağıza  verib 
oxuyur,  yoxsa ritmi  bir taktla əvəz edir.
10. 
Əvvəl  başda  deyildiyi  kimi  kütləni  tərbiyələndirmək yolu 
ilə  birləşdirməyə  və  ümumiləşdirməyə  cəhd  göstərmək  lazımdır. 
Kim  kütləni  tərbiyələndirmək  niyyətini  güdürsə  və  ümid  edirsə  ki, 
onun  verdiyi  tərbiyənin  köməkliyi  ilə  dövlətin  də  vəziyyəti 
yaxşılaşacaq  və  əgər  Lakedemonun  və  Kritin  qanunvericilərinin 
mülkiyyət  məsələsində  yaxşı  adətləri,  fəlsəfəni  və  qanunları 
tətbiq  edib  sissitiyanı4  qanuna  salmaqla  həli  etdikləri  kimi  deyil, 
Sokratın təklif etdiyi  üsullarla  dövləti  düzəltmək istəsə,  çox böyük 
səhvə  yol  vermiş  olacaq.  Nəinki  nəzərdən  qaçırmaq  lazım  deyil, 
əksinə,  ona  diqqət  yetirmək  lazımdır  ki,  əgər  bu  qayda  yaxşı 
olsaydı  böyük  vaxt  ərzində,  uzun  illər  boyu  naməlum  qalmazdı. 
Axı  az  qala  hər şey  hələ  lap  çoxdan  düşünülüb,  lakin  biri  uyğun 
gəlmir,  digəri  adamlara  məlum  olsa  da  tətbiqini  tapmır.  11.  Bu 
birliyin  həyata  keçməsini  gerçəklikdə  müşahidə  edərkən  bu, 
daha  da  aydınlaşır.  Ya  sissitiyanın,  ya  da  fratsiya  və fılin  kömək- 
liyi  sayəsində  tərkibinə  daxil  olan  elementlərin  parçalanması  və 
xüsusiləşməsi  ilə  dövlət  yaratmaq  olmaz.  Beləliklə,  Sokratın  qa- 
nunlarından  yalnız  bircə  o  qalır  ki,  keşikçilər  gərək  əkinçiliklə 
məşğul  olmasınlar;  bu  axırıncını  lakedomonlular hal-hazırkı  dövr- 
də  həyata  keçirmək  istəyirlər.  Ümumi  mülkiyyətə  malik  olanlar 
üçün  bütövlükdə  dövlət  qanunlarının  hansı  yolla  təsis  ediləcəyi 
haqqında  da  -  Sokrat  həmçinin  heç  nə  deməyib,  hərçənd  ki,  bu 
barədə  rəy  soyləmək  də  asan  deyil.  Baxmayaraq  ki,  qalan 
vətəndaşlar  məlum  olduğu  kimi  dövlətin  az  qala  bütün  əhalisini
47


təşkil  edir,  amma  onlar  haqqında  da  aydın  surətdə  heç  bir  ş e y  
deyilməyib:  əkinçilərin  mülkiyyəti  ümumi  olmalıdırmı,  yoxsa 
xüsusi,  eynən  bunun  kimi  onların  qadınları  və  uşaqları  ümumi 
olmalıdır,  ya yox.  12.  Axı  bu  minvalla  əgər hər şey  hamıda  üm u- 
mi  olarsa,  onda  əkinçilər  keşikçilərdən  nə  ilə  fərqlənəcəklər? 
Yaxud  nəyə  görə  onlar  o  birilərin  ixtiyarında  olmalıdır?  Yaxud 
keşikçilərə  öz  səlahiyyətlərini  qoruyub  saxlamaqdan  ötrü  kritli- 
lərin  qullara  yalnız  gimnasiyalara  getməkdən  və  silah  əldə  et- 
məkdən  başqa  bütün  hüquqları  verdikləri  kimi  bir  şey  düşünmək 
lazımdır?  Əgər  bunlardakı  qaydalar  da  başqa  dövlətlərdəki  kimi 
olacaqsa,  onda  vətəndaş  birliyi  özünü  nədə  göstərəcək?  İstər- 
istəməz  bir  dövlətdə  bir-birinə  düşmən  olan  iki  dövlət  meydana 
çıxacaq.  Sokrat  axı  keşikçilərə  əlavə  olaraq  bir  növ  hərbi  qarni- 
zon  rolunu  verir,  əkinçiləri,  sənətkarları  və  əhalinin  qalan  hissə- 
sini  isə  vətəndaş  mövqeyində  qoyurdu.  13.  Sokratın  sözlərinə 
görə  dövlətlərdə  rast  gəlinən  ittihamlar,  çəkişmələr,  pis  işlər  ki, 
var -  bütün  bunlardan  onun  dövlətinin  vətəndaşları  da  qurtulma- 
yacaqdır.  Doğrudur,  Sokrat  göstərir  ki,  tərbiyə  vətəndaşları 
qanunun  çox  olması  zəruriliyindən  azad  edər,  məsələn,  astino- 
miya,  aqoranomiya5  və  bu  kimi  şeylərə  aid  olanlardan,  çünki 
tərbiyəni  yalnız  keşikçilər alacaq.  Üstəlik,  o,  mülkiyyəti  əkinçilərin 
ixtiyarına  töycü  ödəmək  şərti  ilə  verir,  amma  aydındır  ki,  bu  cür 
mülkiyyətçilər  bəzi  dövlətlərdə  yaşayan  ilotlar,  penestlər6  və 
qullardan  daha  qorxulu  və  iddialı  olacaqlar.  14.  Bununla  belə 
qətiyyən  müəyyən  edilməyib  ki,  bu,  eyni  dərəcədə  zəruridir,  ya 
yox,  eləcə  də  buna  yaxın  olan  şeylərdə,  yəni:  [əkinçilər  üçün] 
siyasi  quruluş necə olacaq,  onların tərbiyəsi nədən  ibarət olacaq, 
onlardan ötrü hansı  qanunlar təsis ediləcək?  Buna rəğmən bütün 
bunları  təsis  etmək  asan  deyil,  hərçənd  ki,  buna  qarşı  laqeydlik 
də  yoxdur,  əkinçilərdən  ötrü  həmin  ümumiliyi  saxlamaq  üçün  elə 
qaydalar olacaqmı,  hansı  ki,  beləsi  keşikçilərdən  ötrü var.  Hesab
48
edək  ki,  əkinçilərin  arvadları  ümumi,  mülkiyyətləri  isə  şəxsidir -  
onda  ev  işlərini  kim  görəcək,  eləcə  də  zəmilərə  aid  nə  varsa, 
bütün  bunlardan  kişilər  necə  istifadə  edəcək?  Əkinçilərdə  mül- 
kiyyət də,  arvadlar da ümumi olsa, bəs necə olacaq...7
15. 
Düşünəndə  ki,  qadınlar  da  həmçinin  ərlərinin  gördük- 
ləri  işlərlə  məşğul  olmalıdırlar,  heyvanlardan  nümunə  götürmək 
duzgün  olmazdı,  axı  heyvanların  heç bir təsərrüfatı yoxdur.
Vəzifələrin  təşkilində  də  Sokratın  əsaslandığı  fikir  səbat- 
sızdır.  Hakimiyyət,  onun  fikrincə,  həmişə  eyni  adamların  əlində 
olmalıdır.  Amma  bu  nəinki  hərarətli  və  cəngavər  adamların, 
hətta  yüksək  məziyyətlərə  malik  olmayanların  da  etirazına 
səbəb  olur.  Aydındır  ki,  onun  nöqteyi-nəzərincə  gərək  hakimiy- 
yət  mütləq  eyni  adamların  əlində  olsun:  axı  «qızıl  ilahə»  gah 
bunun,  gah  onun  qəlbində  deyil,  həmişə  eyni  adamların  qəlbin- 
də  olur.  Sokratın  inancına  görə  Allah  bəzi  keşikçilər üçün,  onlar 
anadan  olan  kimi  qızıl  yoğurur,  digərləri  üçün  gümüş,  mis  və 
dəmir  isə  o  kəslər  üçündür ki,  onlar  sənətkar  və  əkinçi  olacaq- 
lar.  16.  Bundan  başqa  keşikçilərin  fərəhini  əlindən  almaqla  o, 
iddia  edir  ki,  qanunvericinin  vəzifəsi  -   dövləti  bütövlükdə  xoş- 
bəxt  etməkdir.  Lakin  dövlətin  böyük  bir  hissəsi,  yaxud  heç 
olmasa,  bəziləri  xoşbəxtlik  içində  üzməsələr,  bütün  dövləti  xoş- 
bəxt  etm ək  olmaz.  Axı  xoşbəxtlik  anlayışı  dəqiq  rəqəmlər anla- 
yışına  aid  olan  kateqoriya  deyil:  toplananlar tək  rəqəmli  olanda, 
alınan  cəm  cüt  rəqəmli  olur,  lakin  xoşbəxtliyə  gələndə  bu,  belə 
olmur.  Ə gər  keşikçilər  xoşbəxt  deyillərsə,  bəs  onda  kimlər 
xoşbəxtdir?  Axı  bunlar  nə  sənətkarlardır,  nə  də  fiziki  əməklə 
məşğul olan  kütlə.
Beləliklə,  Sokrat deyən  dövlət quruluşunun  bu  kimi,  habe- 
lə  göstərilənlərdən  heç  də  az  əhəmiyyətli  olmayan  digər çətin- 
likləri var.
49


Yüklə 104 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə