A r I s t o t e L si y a s ə T



Yüklə 104 Kb.
Pdf görüntüsü
səhifə13/104
tarix23.11.2017
ölçüsü104 Kb.
#12062
1   ...   9   10   11   12   13   14   15   16   ...   104

III. 
1.  Sonradan  yazılmış  «Qanunlar»da  da  iş  təxm inən 
belədir.  Buna  görə  də  orada  təsvir  edilmiş  dövlət  qruluşunu 
qısaca  olaraq  nəzərdən  keçirmək  məqsədəuyğundur.  «Dövlət» 
əsərində  Sokrat  çox  az  şeyləri  aydınlaşdırır:  qadınların  və  uşaq- 
ların  ümumi  olması  ilə,  habelə  mülkiyyət və  vətəndaşlıqla  əlaqə- 
dar  işlər  necə  olmalıdır.  Bütün  əhalini  iki  hissəyə  bölmək  tə klif 
olunur:  bir  hissə  -   əkinçilər,  digəri  -   hərbçilər;  üçüncü  hissə  isə 
axırıncıdan  təşkil  olunan  -   məşvərətçilər  və  dövləti  idarə 
edənlərdir.  Əkinçilər və  sənətkarlar idarəetmədə  iştirak edirlərmi, 
əgər  edirlərsə,  onda,  məhz  nədə  iştirak  edirlər,  onların  silah 
gəzdirməyə  və  hərbçilərlə  birlikdə  yürüşlərdə  iştirak  etməyə 
hüquqları  var,  ya yox -  bütün  bünlara  Sokrat heç bir aydın  cavab 
verməyib.  Qadınlar,  əksinə,  Sokratın  fikrinə  görə  hərbçilərlə 
birlikdə  yürüşlərdə  iştirak  etməlidirlər  və  keşikçilər  alan  tərbiyəni 
onlar  da  almalıdırlar. 
Bununla  belə  onun 
mühakimələri, 
ümumiyyətlə,  əsil  məsələdən  uzaqlaşır,  keşikçilərin  tərbiyəsi 
necə olmalıdır məsələsinə aid olan hissələrdə də bu,  belədir.
2.  «Qanunlar»  əsərinin  böyük  hissəsi  qanunlara  həsr  olu- 
nub,  dövlət  quruluşu  barədəsə  orada  az  danışılır.  Hərçənd  qa- 
nunverici  elə  dövlət  quruluşu  təqdim  etmək  istəyir  ki,  bu,  ümu- 
miyyətlə,  bütün  dövlətlər  üçün  münasib  olsun,  lakin  «Qanun- 
lar»da  hər  şey  yavaş-yavaş  başqa  quruluş  tərəfə  istiqamətlən- 
dirilir,  qadınların  və  uşaqların  ümumi  olmasını  çıxmaq  şərti  ilə  o, 
eyni  şeyləri  hər iki  dövlət  quruluşuna  aid  edir:  tərbiyə  burda  da, 
orda  da  eynidir,  həyat tərzi  də  bunun  kimi  -  vacib  olan  gündəlik 
işlərdə,  habelə  sissitiyalarda  iştirak  etməmək.  Təfavüt  yalnız 
ondadır  ki,  «Qanunlar»a  görə  sissitiyalar  qadınlar  üçün  də  ol- 
malıdır;  birinci  halda  silah  daşıyan  vətəndaşların  heyəti  min  nə- 
fər müəyyən  edilir,  ikinci  halda -  beş min.
3.  Sokratın  bütün  mühakimələri  ağıllıdır,  incəliyi,  yeniliyi  ilə 
seçilir,  adamı  düşünməyə  vadar edir,  amma  bunlarda  hər şeyin
50
doğru  olmasını  etiraf  etmək  çətindir:  belə  ki,  bununla  çətinliklə 
razılışmaq  olar  ki,  əhalinin  göstərilən  kütləsi  üçün  Babilistanın 
ərazisi,  yaxud  hansısa  digər  böyük  bir ərazi  tələb  olunur;  yalnız 
bu  halda  heç nə ilə  məşğul  olmayan  beş  min  adam,  üstəlik,  on- 
lara  aidiyyatı olub,  dəfələrlə onlardan  çox olan  qadın  və xidmət- 
çi  kütləsi  yemək ala  bilər.  Əlbəttə,  ehtimalları  istənilən  kimi  qur- 
maq  olar,  amma  bu  halda  yerinə  yetirilməsi  mümkün  olmayan 
şeylər şübhəsiz,  olmamalıdır.
4.  Daha  sonra  «Qanunlar»da  göstərilir  ki,  qanunverici  qa- 
nun  təsis  edilərkən  iki  şeylə  hesablaşmalıdır:  torpaqla  və insan- 
larla.  Əgər dövlət ayrı  deyil  dövlətə məxsus  həyat tərzi  keçirmə- 
lidirsə,  bura  «qonşu  yerləri»  də  daxil  etmək  yaxşı  olardı;  axı 
dövlətə  istər-istəməz elə hərbi  qüvvələrdən  istifadə etmək lazım 
gəlir ki,  o,  təkcə  ərazisinin  müdafiəsi  üçün  deyil,  həm  də ondan 
kənardakı  ərazilərdə  hərəkət  etməyə  yararlı  olsun.  Əgər  hətta 
kim  isə  həm  şəxsi,  həm  də  ictimai  həyat tərzini  təqdir etmirsə -  
yenə  də  mütləq  düşmənləri,  yalnız  onların  ərazisinə  basqın  et- 
məklə  deyil,  uzaqdan  da  qorxu  altında  saxlamaq  lazımdır.
5.  Xüsusi  torpaq  sahəsinin  hansı  böyüklükdə  olması  haq- 
qında  da  düşünmək  lazımdır,  bunu  başqa  cür,  daha  dürüst 
müəyyən  etmək yaxşı  olmazdımı.  O,  göstərir ki,  bunun  sahəsi  o 
qədər  olmalıdır  ki,  soyuqqanlılıqla  yaşamaq  mümkün  olsun, 
necə  ki,  bir  kimsə  deməli  olsaydı  «məmnunluqla  yaşa».  Lakin 
bu,  həddindən  artıq  ümumi  müəyyənləşdirmədir;  həm  də  bun- 
dan  əlavə  hər  halda  çatışmamazlıqlar olsa  belə  sadə  yaşamaq 
da  mümkündür.  Buna  görə  belə  qənaətə  gəlmək  daha  yaxşı 
olardı:  ağılla,  ata-anası  kölə  olmayan  adama  layiq  surətdə  ya- 
şamaq;  axı  bu  şərtlərdən  birini  əgər  istisna  etsək,  onda  bir 
halda  həyat  təmtəraqlı,  digər  halda  -   həyat  ağır zəhmətlə  dolu 
olacaq.  Mülkiyyətdən  istifadə  məsələsi  nəzərdən  keçirildikdə, 
doğrudan  da,  adamın  ağlına  yalnız  göstərilən  məziyyətlər gəlir,
51


deyək  ki,  mülkiyyətə  «təmkinli»,  yaxud  «mərdcəsinə»  yanaş- 
,naq  olmaz,  bundan  isə ağılla  və  alicənablıq  göstərib,  əliaçıqlıq- 
a  istifadə  etmək mümkündür.  Mülkiyyətə  münasibət  belə  də  ol- 
nalıdır.
6. 
Bu  da  mənasızdır  ki,  mülkiyyəti  tənləşdirməklə  o,  vətən- 
daşlann sayını sahmanlamır, əksinə,  qeyri-məhdud uşaq  doğumu- 
nun  mümkünlüyünə  yol  verib,  təxmin  edir  ki,  bunda  tarazlıq  ola- 
caq və vətəndaşlann sayı artmayacaq,  çünki bəzi vətəndaşlar hal- 
hazırda  dövlətlərdə  müşahidə  olunduğu  kimi  övladsız  olacaqdır. 
Lakin  burada  onda  və  indi -  dövlətlər tamamilə  oxşar  ola  bilməz: 
indi  heç  kəs  ehtiyac  içində  bulunmur,  çünki  mülkiyyət  hər  kəs 
arasında  sayla  bölünür,  onda  ki,  mülkiyyət  artıq  bölünməyəcək, 
əhalinin qalan hissəsinin bu, azmı olacaq,  yoxsa çox,  yəqin ki,  heç 
nəyi olmayacaq.  7.  Bəlkə də düşünən olacaq  ki,  mülkiyyətdən çox 
uşaq  döğumuna  hədd  qoymaq  lazımdır,  belə  ki,  doğum  hansısa 
bir  müəyyən  edilmiş  saydan  artıq  olmasın.  Bu  sayı  onda 
müəyyənləşdirmək  olar  ki,  hər  cür  təsadüflər  hesaba  alınmasın, 
məsələn,  bəzi təzədoğulanlar öləcək,  yaxud  bir çox nigahlar uşaq 
doğumu  ilə  nəticələnməyəcək.  Əgər  bu  məsələni  dövlətlərin 
çoxusunda  olduğu  kimi  diqqətdən  kənarda  qoysaq,  onda  bu, 
mütləq  vətəndaşlann  kasıblaşmasına  gətirib  çıxaracaq,  kasıbçılıq 
isə -  hiddət  və  cinayətlərin  mənbəyidir.  Bax  buna  görə  ən  qədim 
qanunvericilərdən  biri olan  Korinfli  Fidon8 hesab edirdi  ki,  pay alan 
ailələrin  sayı  həmişə  vətəndaşiarın  sayına  bərabər  olmalıdır, 
baxmayaraq  ki,  əw əl  başda  hamıya  düşən  pay  bərabər  deyildi. 
«Qanunlar»da  isə  iş  tamamilə  başqa  cürdür,  lakin  bütün  bunlann 
daha  yaxşı  necə  qurulması  haqqında  olan  fikrimizi  biz  sonra 
açıqlayacayıq.
8. 
«Qanunlar»da  idarə  edənlərin,  idarə  olunanlardan  necə 
fərqlənəcəyi  məsələsi  də  kənarda  qalıb.  Sokrat  deyir:  necə  ki, 
parça  sapdan  deyil,  əsasən  başqa  yundan  toxunur,  belə  müna-
52
sibət  də  idarə  edənlərlə  idarə  olunanlar  arasında  olmalıdır. 
Lakin əgər o,  hər hansı  bir mülkiyyətin  beş  dəfəyə  qədər artma- 
sını  mümkün  hesab  edirsə,  onda  nə  üçün  xüsusi  torpaq  sahə- 
sinə  bu  cür  müəyyən  olunmuş  hədd  tətbiq  edilməsin?  Diqqəti, 
habelə  tikinti  işləri  aparılan  bölünmüş  sahəyə  də  yönəltmək 
lazımdır  ki,  hər  halda  bu  cür  sahə  təsərrüfata  ziyan  yetirməsin 
(axı  o,  tikinti  işləri  aparmaq  üçün  hər kəsə  iki  ayrıca  sahə verir, 
iki  evdə  isə yaşamaq -  çətin  işdir).
9.  Dövlət  quruluşu  bütövlükdə  nə  demokratiyadır,  nə  də 
oliqarxiya,  bu  onların  arasında  olub  politiya  adlanır;  burda  tam 
hüquqlu  adamlar  yalnız  ağır  silah  gəzdirənlərdir.  Əgər  qanun- 
verici  dövlətlər  üçün  bunu  başqaları  ilə  müqayisədə  daha  ya- 
rarlı  hesab  edirsə,  onda  bu  müddəa,  çox  guman,  doğrudur; 
lakin  əgər o,  bunu  qabaqcadan təsvir etdiyi formadan  sonra  da- 
ha  yaxşı  hesab  edirsə,  onda  o,  burda  səhv  edir,  ola  bilsin  ki, 
hamı  daha  çox  lakedemon  dövlət  quruluşunu,  yaxud  daha  mü- 
kəmməl  ifadə  edilmiş  aristokratik  xarakterə  malik  olan  hansısa 
birini tərifləyəcək.
10.  Bəziləri  iddia  edirlər ki,  ən  yaxşı  dövlət quruluşu  bütün 
dövlət  quruluşlarının  qarışığını  özündə  təmsil  etməlidir;  bəzilə- 
rinin  fikrincə,  bu  qarışıq  oliqarxiyadan,  monarxiyadan  və  de 
mokratiyadan  ibarətdir,  buna  görə  onlar lakedemon  quruluşum ’ 
tərifləyirlər:  axı  Lakedemondakı  çar  hakimiyyəti  özündə  monar 
xiyanı,  herontların  hakimiyyəti  -   oliqarxiyanı  təcəssüm  etdiriı 
demokratiyanın  əsas  prinsipləri  isə  eforatların9  hakimiyyətində 
meydana  çıxır,  çünki  axırıncılar xalqın  içindən  seçilirlər;  digərlə- 
rinin  fikrinə  görə  eforiya  özündə  istibdad  üsul-idarəsini  təcəs- 
süm  etdirir,  demokratiyanın  əsas  prinsiplərini  isə  onlar sissitiya- 
larda  və digər gündəlik adi  yaşayışda  görürlər.
11.  «Qanunlar»da  isə  göstərilir ki,  ən  yaxşı  dövlət  quruluşu 
demokratiya  və  istibdad  üsul-idarəsinin  birləşməsindən  ibarətdir,
53


Yüklə 104 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə