A r I s t o t e L si y a s ə T



Yüklə 104 Kb.
Pdf görüntüsü
səhifə21/104
tarix23.11.2017
ölçüsü104 Kb.
#12062
1   ...   17   18   19   20   21   22   23   24   ...   104

məyi  bacarmalıdır,  belə  ki,  bir  əl  yararlı,  digəri  isə  yararsız 
olmamalıdır.
9. 
Drakontun  qanunları  var,  lakin  o,  bunları  artıq  mövcud 
olan  dövlət  quruluşu  üçün  vermişdir.  Dərəcəsinə  görə  cəzanın 
şiddətli  olmasını  istisna  etməklə,  bu  qanunlarda  başqalarından 
fərqli  olan,  yadda  qalacaq  heç nə yoxdur.  Pittak43 da  dövlət  qu- 
ruluşunun  yox,  qanunların  yaradıcısı  idi.  Pittakın  başqalarından 
fərqli  olan  qanunu  aşağıdakıdır:  öz  yaramaz  hərəkətlərinə  görə 
sərxoşların  cəzası  ayıqlardan  daha  artıq  olmalıdır;  belə  ki,  sər- 
xoşlar  əksər  hallarda  ayıqlardan  böyük  həyasızlıqları  ilə  seçil- 
diklərindən  o,  ictimaiyyətin  mənfəətini  güdmüş  və  çox  guman 
bunun  nəticəsi  kimi onlara  iltifat göstərmək istəmişdir.
Frakiyalı  xalkidlərin  qanunvericisi  regiyalı  Androdamant 
idi44;  qətlə  dair  və  varis  qızlar  haqqında  qanunlar  ona  məxsus- 
dur;  bununla  belə  kimsə  çətin  ki,  Androdamantın  qanunlarında 
başqalarından  fərqli  olan  hansısa  bir cizgini  görə  bilsin.
Həm  gerçəklikdə  mövcud  olan,  həm  də  yalnız  layihə  ola- 
raq  qalan  dövlət  quruluşları  haqqında  bizim  fikirlərimiz bax  bun- 
lardır.
82
ÜÇÜNCÜ  KİTAB  (Q)
I. 
1.  Dövlət  quruluşunun  formaları  və  onlara  məxsus  xas- 
sələri  tədqiq  edənlərə  hər  şeydən  öncə,  ümumiyyətlə,  dövlət 
haqqında  məsələni  nəzərdən  keçirmək və  dövlətin  nə  olduğunu 
araşdırmaq  lazımdır.  İndiki  dövrdə  bu  xüsusda  fikir  ayrılığı  var; 
bəziləri  iddia  edirlər  ki,  dövlət  bu  və  ya  digər  işlər  nəticəsində 
əmələ  gəlmişdir,  digərləri  deyirlər:  yox,  dövlət  deyil,  oliqarxiya, 
ya  da  müstəbid.  Əslində,  biz görürük ki,  dövlət xadiminin və  qa- 
nunvericinin  bütün  fəaliyyəti  müstəsna  olaraq  dövlətə  (polis) 
yönəlmişdir,  dövlət  quruluşunu  (politeia)  isə  dövlətin  müəyyən 
sakinləri  təşkil  etmişlər.  2.  Hər bir tama  müvafiq  olaraq  dövlətin 
də  hissələrdən,  lakin  daha  çox  hissələrdən  ibarət  tərkibə  malik 
olduğunu  nəzərə  alsaq,  aydındır  ki,  öncə  vətəndaşın  (polites) 
nə  olduğunu  müəyyənləşdirmək  lazımdır,  axı  dövlət  vətəndaş- 
ların  məcmusundan  ibarətdir.  Beləliklə,  araşdırmaq  lazımdır  ki, 
kimi  vətəndaş  adlandırmaq  olar  və  vətəndaş  nə  deməkdir.  Axı 
biz  vətəndaş  anlayışını  müəyyənləşdirərkən  tez-tez  fıkir  ayrılı- 
ğına  rast  gəlirik:  eyni  bir  adamı  hamı  vətəndaş  kimi  tanımaq 
istəmir;  kim  ki,  demokratiyada  vətəndaşdır,  o,  oliqarxiyada  tez- 
tez olduğu  kimi artıq vətəndaş sayılmır.
3. 
Hansısa  xüsusi  bir  mənada  vətəndaş  adına  yiyələnən- 
ləri,  məsələn,  vətəndaş sıralarına  qəbul  edilənləri  diqqətdən  kə- 
narda  qoymaq  lazımdır1.  Vətəndaş  harda  yaşamağından  asılı 
olmayaraq  yenə  vətəndaş  olaraq  qalır:  axı  həm  meteklər2,  həm 
də  qullar  vətəndaşlarla  yanaşı  olaraq  daimi  yaşayış  yerlərinə 
malikdirlər,  həmçinin  də o kəslər vətəndaş deyildir ki,  onlar iddi- 
açılıq  və  cavabdehlik  hüququna  malikdirlər,  zira  bu  hüquqdan 
əcnəbilər  də,  onlarla  bağlanan  müqavilə  əsasında  istifadə  edir- 
lər (onlar,  məhz bu  hüquqdan  istifadə edirlər).  Meteklərə gəldik- 
də  isə  onlar əksər yerlərdə  bu  hüquqa  tam  malik  deyillər,  lakin
83


özlərinə  prostat3  seçməlidirlər;  beləliklə,  onlar  bu  sayaq  m üna- 
sibətlərdə tam  iştirak etmirlər.
4. 
Həm  həddi-buluğa  çatmayan  və  buna  görə  vətəndaşlıq 
siyahısına4  daxil  edilməyən  uşaqlar  haqqında,  həm  də  vətən- 
daşlıqdan  azad  edilən  qocalar  haqqında  demək  lazımdır  ki, 
bunlar  da,  onlar  da  -   şərtsiz  deyil,  yalnız  nisbi  mənada  vətən- 
daşdırlar;  həm  də  birincilərə  «günahdan  azad»  vətəndaşlar, 
ikincilərə  isə  -   «son  yaş  həddini  adlamış»,  yaxud  buna  uyğun 
nə  isə  artırmaq  lazımdır (iş  bu,  yaxud  başqa  ifadədədir -   bizim 
fıkrimiz  onsuz  da  aydındır).  Biz  isə  vətəndaş  anlayışını  bu 
sözün  şərtsiz  mənasında  müəyyənləşdirməyi  qarşımıza  məq- 
səd  qoymuşuq,  o  mənada  ki,  daha  düzəldilməsinə  ehtiyac 
duyulan  heç  bir  nöqsanı  olmasın,  əks  halda  həm  hüquqlarını 
itirmiş  vətəndaşların,  həm  də  qaçqınların  məsələlərini  həll  et- 
mək  işində  bulunmaq  lazım  gələcəkdir.  Bəzi  vəzifələr  müvəq- 
qəti  olur:  eyni  bir  adam  ya  ümumiyyətlə  bunları  ikinci  dəfə  tuta 
bilməz,  ya  da  yalnız  müəyyən  vaxtdan  sonra  tuta  bilər;  vaxta 
görə  digər  məhdudiyyətlər  yoxdur -   bura  məhkəmədə  və  xalq 
məclisində  iştirak  etmək də  aiddir.  5.  Hər  halda  kimsə  bəlkə  də 
sezə  bilər  ki,  hakimlər  və  xalq  məclisi  iştirakçıları  vəzifə  sahib- 
ləri  deyillər  və  buna  görə  onlar  dövlətin  idarə  edilməsində  işti- 
rak  etmirlər,  lakin  digərtərəfdən,  məhz  mühüm  qərarlar çıxaran 
adamları  səlahiyyətsiz  hesab  etmək  gülməlidir.  Amma  bu,  heç 
bir əhəmiyyət  daşımır,  çünki  söhbət yalnız  addan  gedir.  Doğru- 
dan  da,  hakimlər və xalq  məclisinin  iştirakçılarına  məxsus  ümu- 
mi  əlamətlər  yoxdur,  qoy  bu  vəzifələr  daha  az  təriflənsin,  təki 
anlayış  dürüst müəyyən  edilsin.  Biz o  adamları  vətəndaş  hesab 
edirik  ki,  onlar  məhkəmədə  və  xalq  məclisində  iştirak  edirlər. 
Vətəndaş  anlayışının  təxminən  bu  cur  müəyyənləşdirilməsi  hər 
şeydən  çox o kəslərə uyğun  gəlir ki,  onlar vətəndaş adlanırlar.
84
6. 
Nəzərdən  qaçırmaq  olmaz ki,  şeylərin forma  müxtəlifliyi 
onların  məzmununu  müəyyən  edir,  belə  ki,  onlardan  biri  birinci, 
digəri  -   ikinci,  sonrakı  -   üçüncüdür,  ümumi  əlamətlər ya  tama- 
milə olmur,  ya da tamam  az  dərəcədə olur.  Bununla belə dövlət 
quruluşları forma  cəhətcə  müxtəlif olur,  onlardan  biri  bu  ada  az, 
digəri  isə  -   çox  dərəcədə  layiqdir;  axı  düz  təsis  edilməyən  və 
düzgünlərdən  yayınan  dövlət  quruluşları  istər-istəməz  bu  çatış- 
mazlıqlara  malik  olmayanlardan  aşağıda  dururlar  (biz  yayınan 
formalar  deyərkən  nə  düşündüyümüzü  sonra  açıqlayacayıq). 
Beləliklə,  dövlət  quruluşunun  bu,  yaxud  digər formasından  asılı 
olaraq  vətəndaş  da  bu  və  ya  başqa  cür  olmalıdır.  Yuxarıda 
danışdığımız vətəndaş əsasən  demokratik quruluşa  uyğun  gəlir; 
digər dövlət quruluşuna  da  bu  təyinat uyğun  gələ  bilər,  lakin  bu, 
vacib  deyil.  7.  Bir çox  dövlət  quruluşu  formalarında  rəiyyət  yox- 
dur,  fövqəladə  halları  istisna  etməklə  xalq  məclisi  çağırmaq 
qaydası  da  yoxdur və  məhkəmənin  səlahiyyətləri  ayrı-ayrı  vəzi- 
fəli  adamlar  arasında  bölüşdürülmüşdür;  belə  ki,  məsələn,  La- 
kedemonda  ayrı-ayrı  mülki  işləri  eforatlardan  bu  və  ya  digəri, 
cinayət  işlərini  herontlar,  digər  işləri  -   həmçinin  hansısa  başqa 
vəzifəli  şəxslər  araşdırır.  Eyni  qayda  ilə  Karfagendə  də  bütün 
məhkəmə  işlərinə  dair  q
ərarları  m üəyyərı  vəzifəli  ş ə x s lə r
  çıxa- 
rırlar.  8.  Demək,  bizim  müəyyənləşdirdiyimiz  vətəndaş  anlayı- 
şının  düzəlişə  ehtiyacı  var:  başqa  döviət  quruluşlarında  xalq 
məclisinin  iştirakçıları  və  hakimlər  heç  bir təsir altına  düşməyən 
təyinatlı  vəzifəli  şəxslərdir,  daha  səlahiyyət  verilmiş  şəxslər 
deyil:  onların  ya hamısına,  ya  da  bəzilərinə şuranın  üzvü  olmaq, 
həm  də  ya  bütün  məhkəmə  işlərini,  yaxud  bunlardan  bir qismini 
araşdırmaq  hüququ  verilir.  Vətəndaşın  nə  olduğu  bundan  mə- 
lumdur.  Kimin  ki,  qanun  layihələrini  müzakirə  edən  orqanla, 
yaxud  məhkəmə orqanı  ilə  əlaqəsi  var,  biz təsdiq edirik ki o,  hə- 
min  dövlətin  vətəndaşıdır.  Biz  elə  vətəndaşların  məcmusunu
85


Yüklə 104 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə