A r I s t o t e L si y a s ə T



Yüklə 104 Kb.
Pdf görüntüsü
səhifə24/104
tarix23.11.2017
ölçüsü104 Kb.
#12062
1   ...   20   21   22   23   24   25   26   27   ...   104

ruluşda  bu,  mümkün  deyil,  axı  sənətkarlıqla,  yaxud  günəm uzd 
işlə  dolanan  adamın  xeyirxahlığa  alışması  mümkün  deyil.  4.  O li- 
qarxiyada  günəmuzd  işləyən  vətəndaş  ola  bilməz  (orada  v ə z i- 
fəyə  keçmək  böyük  mülkiyyət  senzilə  şərtlənir),  sənətkar  isə 
ola  bilər,  çünki  sənətkarların  çoxu  öz  sənəti  hesabına  varlanır. 
Fivada  qanun  vardı:  kim  ki,  on  il  ərzində  bazar ticarətindən  vaz 
keçmirdi  onun  dövlət  vəzifəsi  tutmağa  ixtiyarı  yox  idi.  Ə ksinə, 
əks  dövlətlərdə  əcnəbilərin  də  vətəndaşlığa  qəbul  edilm əsinə 
qanun  yol  verir,  belə  ki,  bəzi  demokratiyalarda  yalnız  anaları 
vətəndaş  olanlar  da  -  vətəndaşdır;  həmin  bu  qayda  qanundan 
kənar  doğulmuşlara  münasibətdə  çoxlarında  müşahidə  olunur.
5.  Buna  baxmayaraq  aclıq  üzündən  belə  adamları  da  qanuni 
vətəndaş  edirlər  (dövlətdə  əhalinin  azlığına  görə  qanun  buna 
yol  verir),  əhali  artımı  ilə  əlaqədar,  ancaq tədricən,  öncə  quldan 
və  kölə  qadından  törəyənlər,  sonra  isə  qadın  -   vətəndaşdan 
olanlar  kənar  edilir,  ən  axırda  ancaq  hər  iki  vətəndaş  -   vali- 
deyndən  əmələ  gələnlər  vətəndaş  olurlar.  6.  Beləliklə,  deyilən- 
lərdən  aydın  olur  ki,  vətəndaşlar cürbəcür olurlar,  bu  da  aydın- 
dır  ki,  vətəndaş  əsasən  o  kəs  olur  ki,  o,  vətəndaş  hüquqlarının 
hamısına  sahib  olur;  Homerdə  də  deyilib:  «elə  bil  ki,  mən  hi- 
mayə  olunan  yurdsuz adamam»,  zira  kim  ki,  vətəndaş hüquqla- 
rının  hamısına13  sahib  deyil,  o  metekə  bənzəyir.  Harda  ki,  bu 
cür  şeylər  ört-basdır  olunur,  bu,  həmin  dövlətdə  daimi  yaşayış 
yerlərinə malik olanları  çaş-baş  salmaq  məqsədilə  edilir.
Bu  minvalla,  yaxşı  adamla  dəyərli  vətəndaşı  bir-birindən 
fərqləndirən  məziyyətin  onlarda  fərqli,  yoxsa  oxşar  olması 
deyilənlərdən  aydındır:  bir dövlətdə  yaxşı  adamla  dəyərli  vətən- 
daş  anlayışı  birləşir,  digərində  ayrılır;  həm  də  birinci  halda  hər 
bir yaxşı  adam  eyni  zamanda  vətəndaş  deyil,  vətəndaş yalnız  o 
kəsdir  ki,  o  dövlət  həyatına  qarşı  məlum  münasibətdə  bulunur,
94
dövlət  işlərinə  təkbaşına,  yaxud  başqaları  ilə  bərabər  qayğı 
göstərməyə səlahiyyəti  var,  yaxud  bu  səlahiyyəti əldə edə bilər.
IV. 
1.  Aparılan  araşdırmalardan  sonra  bir,  yoxsa  bir  neçə 
dövlət quruluşunun  mövcud  olmasının gərək olub-olmadığını araş- 
dırmaq lazımdır və əgər onlar bir neçədirsə, onda bu  quruluşlar nə 
təhərdir, sayları neçədir və onlar bir-birindən  nədə fərqlənir.
Dövlət  quruluşu  (politeia)  -   bu,  ümumiyyətlə,  dövlət  vəzi- 
fələrinin  təşkili,  ilk  növbədə  də  ali  hakimiyyətə  aid  olan  rejimdir, 
ali  hakimiyyət  hər  yerdə  dövlət  idarəetmə  qaydaları  ilə  bağlıdır 
(politeyma),  axırıncı  isə  həm  də  dövlət  quruluşunun  özüdür. 
Mən,  məsələn,  onu  nəzərdə  tuturam  ki,  demokratik  dövlətlərdə 
ali  hakimiyyət  -   xalqın  əlindədir;  oliqarxiyada,  əksinə,  bir  para 
adamın  əlindədir;  buna  görə  də  biz  onlardakı  dövlət quruluşuna 
fərqli  deyirik.  Bu  nöqteyi-nəzərə  istinadən  qalanları  haqqında 
fikir deyəcəyik.
2.  Məsələyə  giriş  vermək  lazımdır:  dövlətin  yaradılmasının 
səbəbi nədir və ictimai  həyatda  insan tərəfindən  idarə edilən  haki- 
miyyətin  neçə  forması  var?  Hələ  əwəlki  mühakimələrimizdə  tə- 
sərrüfat  və  ailədə  ağanın  səlahiyyəti  haqqında  məsələləri  aydın- 
laşdırarkən  göstərilmişdi  ki,  insan  öz  xüsusiyyətlərinə  görə  siyasi 
məxluqdur,  buna  görə  də,  hətta  heç bir köməyə  ehtiyacı  olmayan 
adamlar belə mülahizə etmədən  birgə yaşamağa can atırlar.
3.  Lakin  ümumun  mənfəətini  də  başa  düşmək  insanları 
buna təhrik edir,  çünki  gözəl  həyatda  bulunmaq  hər kəsə nəsib- 
dir  (dzen  kalos);  bu  da  başlıca  olaraq  insanların  həm  cəm 
halda,  həm  də  hər  bir  kəsin  ayrı-ayrılıqda  birləşməsinə  səbəb 
olur.  Adamlar  dövlət  münasibətinə  bənd  olmaqla  həyatın  özü 
nam inə  birləşirlər:  oia  bilsin  ki,  həyat da,  əzab-əziyyətin  həddin- 
dən  artıq  üstünlük  təşkil  etdiyi  halları  istisna  etməklə,  yalnız 
özlüyundə  götürdükdə zərrə  qədər də  olsa  çox  gözəldir.  Aydın-
95


dır  ki,  adamların  əksəriyyəti  həyata  bağlı  olduqlarına  görə  bö- 
yük  çətinliklərə  dözməyə  hazırdırlar,  çünki  bunun  özündə  bir 
xoşbəxtlik və təbii  zövq var.
4. 
Hakimiyyətin,  necə  deyərlər,  formalarını  ayırd  etm ək 
çətin  deyil;  eksoterik14 əsərlərdə  də  bu  barədə  biz  dəfələrlə  da- 
nışmışıq.  Ağanın  qul  üzərində  hakimiyyəti,  hərçənd  ki,  bu  eyni- 
eyni  şeylərdir,  anadangəlmə  qul  olanlar üçün  də,  anadangəlmə 
ağa  olanlar  üçün  də  xeyirlidir,  hər  halda  əsas  etibarı  ilə  ağanın 
xeyri  nəzərdə tutulur,  quldan  ötrü  isə  bu,  kənardan  daxil  olduğu 
üçün faydalıdır (əgər qul  ölürsə ağanın  onun  üzərindəki  səlahiy- 
yətinə  yəqin  ki,  son  qoyulur).  5.  Uşaqlar üzərində,  qadınlar üzə- 
rində,  həm  də  bütün  ev  üzərində  səlahiyyət,  bizimsə,  ümumiy- 
yətlə,  adlandırdığımız  evin  idarə  edilməsi  ya  tabeçilikdə  bulu- 
nanların  xeyrini,  ya  da  hər  iki  tərəfin  birlikdə  xeyrini  nəzərdə 
tutur,  lakin  işin  mahiyyətinə  görə  tabeçilikdə  bulunanların  xey- 
rini,  necə  ki,  yerdə  qalan  sənətlərdə  biz  bunu  müşahidə  edirik, 
məsələn,  təbabətdə  və  gimnastikada,  bu  sənətlərə  sahib  olan- 
ların  xeyrinə  də  bu,  təsadüfən  xidmət  göstərə  bilər.  Axı 
pedotribin15 özünə vaxtaşırı  gimnastika təlimi  ilə  məşğul  olmağa 
heç  nə  mane  olmur,  bunun  kimi  sükançı  həmişə  dənizçilərdən 
biridir.  Pedotrib  də,  sükançı  da  özlərinin  tabeçiliklərində  bulu- 
nanların  xeyrini  nəzərdə  tutur,  lakin  haçan  onun  özü  onlardan 
biri  olursa,  onda  təsadüfən  ona  da  faydalanmaq  nəsib  olur:  sü- 
kançı  dənizçi  olur,  pedotrib  isə  -   gimnastika  təlimi  ilə  məşğul 
olanlardan  biri.  6.  Buna  görə  də  dövlət  vəzifələrinə  münasibət- 
də  -   vətəndaşların  hüquq  bərabərliyi  və  bərabərlik  əsasında 
qurulan  dövlət nəzərdə tutulur -  növbə  ilə  idarə  etmək  iddiasın- 
da  bulunurlar.  Bu  iddia  əvvəl  başda  təbii  idi;  tələb  edilirdi  ki, 
dövlət  mükəlləfiyyəti  növbə  ilə  icra  edilsin,  hər  kəs  də  istəyirdi 
ki,  onun  özü  hakimiyyətdə  olarkən  başqasının  mənafeyinə 
çalışdığı  kimi,  həmin  başqası  da  öz  növbəsində  onun  mənafeyi
96
üçün  çalışsın.  Hal-hazırda  ictimai  işlə  və  hakimiyyətlə  bağlı 
mənfəət  götürməkdən  ötrü,  hamı  çalışır ki,  buna fasiləsiz olaraq 
yiyələnsin;  başqalarının  bu  vəzifəyə  can  atmamasından  ötrü 
hakimiyyət  başında  duranlar  özlərini,  xəstə  vəziyyətlərinə  bax- 
mayaraq,  sağlam  kimi  göstərirlər.  7.  Beləliklə,  aydındır ki,  yalnız 
ümumun  mənafeyini  nəzərdə  tutan  dövlət  quruluşları  ədalət 
naminə,  düzgündür;  yalnız  idarə  edənlərin  xeyrini  nəzərdə 
tutanların  isə -  hamısı səhvdir və özlüyündə düzgünlərdən yayı- 
nanlardır,  onlar ağalıq  etmək  naminə  təsis  edilmişdi,  dövlət  isə 
azad adamların  münasibətidir.
Bu  muəyyənləşdirmədən  sonra  dövlət  quruluşlarını  -   on- 
ların  sayı  və  xüsusiyyətlərini,  hər  şeydən  öncə  isə  düzgünləri 
nəzərdən  keçirmək  lazımdır,  çünki  bunları  təyin  etdikdən  sonra 
onların  qəbul edilməməsi  aydınlaşacaq.
V. 
1.  Dövlət  idarəetmə  qaydaları  nəyi  göstərirsə,  dövlət 
quruluşu  da  onu  ifadə  edir,  birinci  isə  dövlətdə  ali  hakimiyyəti 
təcəssüm etdirir,  ali  hakimiyyət isə hökmən  ya  bir nəfərin,  ya  bir 
para  adamın,  ya da  çoxluğun  əlində  olur.  Və  haçan  bir nəfərmi, 
ya  bir para  adammı,  ya  da  çoxluqmu  ictimai  mənafeyi  əldə  rəh- 
bər  tutaraq  idarə  edirsə,  təbii  ki,  həmin  dövlət  quruluşu  forma- 
ları  düzgun  sayılır,  lakin  hansılar  ki,  ya  bir  nəfərin,  ya  bir  para 
adamın,  ya  da çoxluğun  mənafeyini  nəzərdə tutur,  bunlar qəbul 
edilməzdir.  Axı  ikisindən  birini  qəbul  etmək  lazımdır:  ya  dövlət 
munasibətində  bulunan  adamlar  vətəndaş  deyillər,  ya  da  on- 
ların  hamısının  ümumun  mənafeyinə  aidiyyatı  olmalıdır.  2.  Ümu- 
mun  mənafeyini  nəzərdə  tutan  şah  idarəçiliyini  biz  bir  qayda 
olaraq  çar  hakimiyyəti  adlandırırıq;  bir  nəfərdən  çox  olan,  bir 
para  adamın  hakimiyyətini  -   aristokratiya  (ya  ona  görə  ki,  ən 
yaxşılar  idarə  edir,  ya  da  ona  görə  ki,  dövlətin  və  ona  daxil 
olanların  rifahı  ən  yüksək  dərəcədə  nəzərdə tutulur);  amma  ha-
97


Yüklə 104 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə