A r I s t o t e L si y a s ə T



Yüklə 104 Kb.
Pdf görüntüsü
səhifə33/104
tarix23.11.2017
ölçüsü104 Kb.
#12062
1   ...   29   30   31   32   33   34   35   36   ...   104

DÖRDÜNCÜ  KİTAB  (D)
1.  1.  Yalnız  bir hissə  ilə  məhdudlaşmayıb,  tamamilə  bir sa- 
həni  əhatə edən  hər bir sənətin və elmin elə bir şöbəsi vardır ki, 
bura  bütün  bu  sahəyə  ən  yaxşı  cəhətdən  uyğun  gəlmək  etibarı 
ilə  bütün  şeylərə  diqqət  yetirmək  daxildir.  Belə  ki,  məsələn, 
gimnastika  sənəti  ona  diqqət  yetirməyi  nəzərdə  tutur ki,  gimna- 
stika  təliminin  hansı  növü  kimin  üçün  faydalıdır,  hansı  məşqləri 
daha  yaxşı  hesab  etmək  lazımdır  (yaxud  aydındır  ki,  yaranışın- 
dan  çox  gözəl  bədənə  malik  olan  adamlara  və  daha  yaxşı  qul- 
luq  görənlərə  ən  yaxşı  məşqlər münasibdir),  adamiarın  əksəriy- 
yəti  üçün  hər  şeydən  çox  hansı  məşqlər  uyğundur  (bu  məsələ 
ilə  də  gimnastika  sənəti  hesablaşmalıdır);  nəhayət,  əgər  birisi 
yarışa  aid  olduğuna  görə  lazım  olan  təcrübə  və  biliyə  yiyələn- 
məyə  cəhd  göstərmirsə,  pedotrib  və  gimnastika  təliminin  rəh- 
bəri  hər  halda  az  dərəcədə  də  olsa,  onda  bu  bacarığın  inkişaf 
etməsinə kömək göstərməlidir.
2.  Bunları  təbabət,  gəmiqayırma,  dərzilik  və  hər  bir  digər 
sənət barəsində də demək olar.
Buradan  aydındır ki,  bu  kimi  elmlərdən  birinin  mövzusu  da 
ən  yaxşı  dövlət quruluşu  formasını  araşdırmaqdan  ibarətdir:  bu, 
nə  formadır,  onun  xüsusiyyətləri  necə  olmalıdır  ki,  -   kənardan 
heç  bir  maneə  olmadıqda  -   o  daha  arzuedilən  olsun;  bundan 
başqa,  kimə  hansı  forma  daha  münasibdir  (çox  guman,  əksər 
dövlətlər  üçün  ən  yaxşı  forma  əldə  etmək  mümkün  olmayacaq, 
buna  görə yaxşı  qanunverici  və həqiqi  dövlət xadimi  həm  həqiqi 
mənada  ən  yaxşı  dövlət  quruluşu  formasını,  həm  də  şəraitə 
uyğun  olan ən  yaxşını  nəzərdən  qaçırmamalıdır);  nəhayət,  siya- 
sət  tanınmış  nəslə  zəmin  yaratmaq  əsasında  qurulan  üçüncü 
dövlət  quruluşu  forması  ilə  də  hesablaşmalıdır.  Bu  dövlət  quru-
130
luşu  formasına  da  nəzəri  cəhətdən  diqqət  yetirmək  lazımdır:  o, 
əvvəlcə  necə  və  hansı  yolla  yarana  bilər,  yarandıqdan  sonra 
mümkün  qədər  daha  uzun  müddətə  qalmaqda  davam  edə 
bilərmi.  Mən  onu  nəzərdə  tuturam  ki,  məsələn,  bir  dövlət, 
ümumiyyətlə,  ən  yaxşı  dövlət  quruluşu  formasından  faydalan- 
madıqda,  bunun  üçün  zəruri  vəsaiti  belə  olmadığından,  hətta 
mövcud  formalardan  heç  biri  onun  üçün  mümkün  olmur,  o, 
ancaq  dəyərsiz  dövlət  quruluşuna  malik  olur.  3.  Bütün  bunlar- 
dan  başqa  elə dövlət  quruluşu  forması  haqqında  anlayışa  malik 
olmaq  lazımdır  ki,  beləsi,  bütün  dövlətlər  üçün  daha  münasib 
olsun.
Tədqiqatçılar  dövlət  quruluşu  haqqında  öz  fikirlərini  şərh 
edib,  çox şey barəsində  gözəl  mühakimələr yürütsələr də,  onlar 
təcrübədə  bu  fikirləri  tətbiq  edərkən  əksər  halda  səhvə  yol 
verirlər.  Axı yalnız ən  yaxşı  dövlət quruluşu formasını  deyil,  həm 
də  müəyyən  şərait  üçün  mümkün  olan  eləsini  nəzərdə  tutmaq 
lazımdır  ki,  bunu  butun  dövlətlərdə  həyata  keçirmək  asan  ol- 
sun.  Hazırdasa  bəzi  tədqiqatçılar dövlət  quruluşunun  ali  forma- 
sını  göstərirlər ki,  bunun  da  həyata  keçməsi  üçün,  ümumiyyətlə, 
bir  sıra  xarici  müqavilə  olmalıdır,  digərləri  təcrübədə  həyata 
keçməsi  daha  asan  olan  formanı  nəzərdə tuturlar,  belə  ki,  möv- 
cud  olan  dövlət  quruluşu  formalarıni  rədd  edib,  lakedemon  və 
ya  digər bir quruluşu  tövsiyə  edirlər.  4.  Bununla  belə  elə  dövlət 
quruluşu tətbiq etmək  lazımdır ki,  beləsi  məlum  şəraitə  münasib 
və  uyuşan  olsun:  dövlət  quruluşunu  təkmilləşdirmək  -   onu  lap 
əvvəlcədən  qurmaqdan  heç də  asan  deyil,  necə ki,  yenidən  öy- 
rənmək  əvvəl  öyrənməkdən  asan  olmur.  Buna  görə  dövlət 
xadimi,  indi  xatırlatdığımız kimi,  bütün  bunlardan  başqa  mövcud 
olan  dövlət  quruluşu  formalarının  təkmilləşməsinə  kömək  et- 
məyi  bacarmalıdır.  Əgər  dövlət  quruluşu  formalarının  nə  qədər 
olması  ona  məlum  deyilsə,  bunu  etmək  onun  üçün  mümkün
131


olmayacaq.  İndi  bəziləri  düşünür  ki,  guya  demokratiyanın  da, 
oliqarxiyanın  da  ancaq  və  ancaq  bir forması  vardır.  Əslində  isə 
bu,  belə  deyil.  5.  Deməli,  dövlət  quruluşu  formalarının  m üxtəlif 
olmasını,  onların  sayını  və  onların  sayının  uyğunluğunu  yaddan 
çıxarmaq  olmaz.  Yaxşı  qanunları  da,  dövlət  quruluşu  form a- 
larından  hər kəs  üçün  münasib  olanını  da  qabaqcadan  bu  cürə 
nəzərə  alıb,  onlara  diqqət  yetirmək  lazımdır.  Müəyyən  dövlət 
quruluşuna tətbiq  etməklə  qanunları  çıxarmaq  lazım d ır-  belədə 
də oniarın  hamısı  çıxır -  əksinə,  dövlət quruluşunu  qanunlara tərəf 
sürüb  gətirmək  lazım  deyil.  Doğrudan  da,  dövlətlərdə  vəzifələrə 
aid  olan  qayda  dövlət  quruluşunu  şərtləndirir,  yəni  onların 
bölüşdürülmə  üsulu  ali  hakimiyyətin  xarakterini  üzə  çıxarır,  hər bir 
siyasi  münasibətin  son  məqsədini  müəyyən  edir.  Amma  qanunlar 
müəyyən  dövlət  quruluşunun  nə  ilə  səciyyələndiyini  fərqləndir- 
məlidir;  hökmdarlar  qanunlara  əsaslanaraq  idarə  etməli,  eyni 
zamanda  bunları  pozanlara  göz qoymalıdırlar1.  6.  Beləliklə,  aydın- 
dır  ki,  qanunvericilik  işində  dövlət  quruluşu  formalarının  hər  birini 
səciyyələndirən  fərqli  cəhətləri  və  onların  sayının  neçə  olduğunu 
nəzərə  almaq  lazımdır,  çünki  demokratiyanın  və  oliqarxiyanın  bir 
deyil,  bir neçə forması  mövcud  olduğundan  həm  bütün demokrati- 
yaiar  üçün,  həm  də  bütün  oliqarxiyalar  üçün  eyni  qaydaların  fay- 
dalı olacağını təxmin etmək olmaz.
II. 
1.  Biz  dövlət  quruluşu  formaları  haqqında  olan  əvvəlki 
mühakimələrimizdə  onları  belə  təsnif  etmişdik:  üç  düzgün 
forma  -  çar hakimiyyəti,  aristokratiya,  politiya  -  və  onlardan  ya- 
yınan  üç  forma  -   müstəbid  üsul-idarəsi  -   çar  hakimiyyətindən, 
oligarxiya  -   aristokratiyadan,  demokratiya  -   politiyadan.  Aristo- 
kratiya  və  çar  hakimiyyəti  haqqında  yuxarıda  danışılmışdı  (ən 
yaxşı  dövlət  quruluşuna  diqqət  yetirmək,  məhz  aristokratiya  və 
çar  hakimiyyəti  haqqında  fikirlərə,  həm  də  bu  adlar  altında
132
gizlənən  şeylərin  müəyyənləşməsinə  bərabərdir,  zira  aristokra- 
tiya  da,  çar hakimiyyəti  də  bərqərar olmaqdan  ötrü  xeyirxahlığın 
olmasını  nəzərdə  tutur  ki,  bu  da  əlverişli  xarici  müqavilələrdə 
müşahidə olunur).
Əvvəllər,  həmçinin  bu  da  müəyyən  edilmişdi  ki,  aristokra- 
tiya  ilə  çar  hakimiyyətinin  bir-birindən  fərqi  nədir  və  nə  vaxt 
dövlət  quruluşunu  çar  hakimiyyəti  hesab  etmək  olar.  Beləliklə, 
ümumən  politiya  adlandırılan  dövlət  quruluşunu,  eyni  zamanda 
digərlərini,  yəni oliqarxiya,  demokratiya  və  istibdad  üsul -  idarə- 
sini  müzakirə etmək  qalır.
2. 
Düzgünlərdən  yayınan  formalardan  hansının  ən  pis  və 
hansının  buna  yaxın  olduğu  aydındır.  Əlbəttə,  ən  pis  forma 
bütün  dövlət  quruluşu  formalarından  ən  birincisi  və  ən  gözə- 
lindən  yayınanıdır.  Çar  hakimiyyəti,  əgər  o,  boş  şey  deyilsə, 
əgər o,  doğrudan  da,  mövcuddursa  hökm-fərma  edənin  yüksək 
üstunlüyünə  əsaslanır.  Beləliklə,  istibdad  üsul-idarəsi  dövlət 
quruluşu  formalarından  ən  pisi  kimi,  lap  əvvəldən  hamısından 
daha  uzaqda  durur;  oliqarxiya  bilavasitə  bununla  yanaşı  daya- 
nır  (oliqarxiyadan  fərqli  olaraq,  aristokratiya  aralıdadır);  yayınan 
formalardan  ən  sadəsi  isə  -   demokratiyadır.  3.  Əvvəllər bu  fikri 
mənim  sələflərimdən  biri  demişdi2,  baxmayaraq  ki,  o,  bizim 
nəzərdə  tutduğumuzu  düşünmürdü,  onun  fikrincə,  əgər  dövlət 
quruluşu formalarını  nümunəvi  halda  götürsək,  bir rıöv:  oliqarxiya 
və  başqaları  yaxşı,  demokratiya  isə  ən  pisi,  amma  əgər  onları 
korlanmış  vəziyyətdə  götürsək,  onda  ən  yaxşısı  -   o,  olacaqdır.
4.  Biz  isə  öz  tərəfimizdən  iddia  edirik  ki,  ümumiyyətlə,  bütün  bu 
dövlət  formaları  düzgün  deyil,  həm  də  demək  olmaz  ki,  guya  oli- 
qarxiyanın  bir forması  digərindən  yaxşıdır,  lakin  o,  yalnız digərləri 
ilə  müqayisədə  daha  az  pisdir.  Bununla  belə  indi  biz  bütün  bun- 
ları  araşdırmağı  bir kənara  qoyuruq.  Bizim  vəzifəmiz  hər şeydən 
öncə  bir-birindən  fərqlənən  dövlət  quruluşu  formalarının  sayını
133


Yüklə 104 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə