A r I s t o t e L si y a s ə T



Yüklə 104 Kb.
Pdf görüntüsü
səhifə31/104
tarix23.11.2017
ölçüsü104 Kb.
#12062
1   ...   27   28   29   30   31   32   33   34   ...   104

lazımdır.  Əgər  bu,  asan  deyilsə,  bəs  onda  çoxları  arasında  kor- 
lanmaya  daha  az  meylli  olan  -   xadimlərlə  və  vətəndaşlarla 
neoə olacaq:  hökmdar bir nəfərdirmi,  yoxsa sayca  daha  çox,  bir 
neçə  nəfər,  lakin  hamısı  eyni  dərəcədə  yaxşıdır?  Məgər  bunun 
axırıncılar olması  aydın  deyilmi?  Lakin  bu  bir  neçə  nəfər  qisas- 
çılığa  başlayacaq,  birisi  isə  özünü  bu  mübarizədən  kənarda 
saxlayacaq.  Bu  etiraza qarşı  çox guman,  həmin  birisi  kimi  gözəl 
mənəvi  keyfiyyətlərə malik olan  bir neçə adamı  qoymaq olar.
7.  Əgər  eyni  dərəcədə  yaxşı  olan  bir  neçə  adamın  idarə- 
çiliyi  aristokratiya,  bir şəxsin  idarəçiliyi  isə -  çar hakimiyyəti  he- 
sab edilirsə,  onda  aristokratiya  dövlət üçün  çar hakimiyyətindən 
daha  yaxşı olardı,  hakimiyyətin  hərbi  qüvvəyə  istinad etməsinin, 
yaxud  onsuz  keçinməsinin  fərqi  yoxdur,  təki  idarəetməyə  bir 
neçə  bu  kimi  adamların  cəlb  edilməsi  mümkün  olsun.  Ola  bilər 
əvvəlki  dövrlərdə  adamlar məhz  ona  görə  çarlar tərəfindən  ida- 
rə  edilirdi  ki,  yüksək  mənəvi  keyfiyyətlərilə  fərqlənən  şəxslər 
tapmaq  çətin  idi,  üstəlik  də  o  vaxtlar  dövlətlərdə,  ümumiyyətlə, 
az  əhali  məskunlaşmışdı.  Bundan  başqa  çarları,  onların  xeyir- 
xahlıq  göstərmələrinə  görə  təyin  edərdilər,  bunu  isə  yaxşı  xa- 
dimlər  göstərərdi.  Haçan  ki,  eyni  dərəcədə  çoxlu  rəşadətli 
adam  üzə  çıxdı,  onda  onlar  bir  nəfərin  hakimiyyəti  altında  ol- 
maqdan  imtina  edərək,  ümumi  idarəçilik forması  axtarışında  bu- 
lundular və politiyanı  meydana  çıxardılar.
8.  Haçan  ki,  mənəviyyat  korlandı,  onlar  ümumi  sərvət  he- 
sabına  zənginləşməyə başladılar,  politiyadan təbii  olaraq oliqar- 
xiyalar  əmələ  gəldi,  axı  insanlar  var-dövlətə  hörmət  etməyə 
başlamışdılar.  Oliqarxiyadan  isə  əvvəlcə  istibdad  üsul-idarəsi 
meydana  çıxdı,  daha  sonra  istibdad  üsul-idarəsindən  -  demok- 
ratiya:  hökmdarların  alçaqcasına  mənfəət  güdməsi,  həmişə 
onları  öz  saylarını  azaltmağa  təhrik  edirdi,  bu  xalq  kütlələrinin 
güclənməsinə  səbəb  olduğundan,  axırıncılar  onların  əleyhinə
122
çıxaraq  demokratiyanı  meydana  gətirdilər.  Dövlətlərin  sayı  ço- 
xaldığı  üçün,  demokratiyadan  savayı,  yəqin  ki,  başqa  dövlət 
quruluşlarının ortaya  çıxması  indi  artıq asan  deyil.
9. 
Əgərbiri etiraf etsə  ki,  dövlətlər üçün  ən  yaxşı  idarəçilik 
forması  -   çar  hakimiyyətidir,  onda  ortaya  sual  çıxacaq,  çarın 
uşaqları  ilə  necə  olsun.  Məgər sonrakı  nəsil  də  çarlıq  etməlidir- 
mi?  Amma  ki,  bunlar arasında  əgər əvvəlkilərə  bənzər adamlar 
meydana  çıxsa,  onda  bu,  çox  pis  olacaq.  Bu  halda  gərək  çar, 
əgər  bütün  hakimiyyət  onun  əlindədirsə,  bu  cür  uşaqlara  haki- 
miyyəti  verməsin.  Lakin  bu  işdə ona  belə asanlıqla  etibar etmək 
olmaz,  ya  da  bu,  özü-özlüyündə  çətindir  və  insandan  onun  tə- 
biətinə  xas  olan  böyük  cömərdlik  istəyir.  10.  Həmçinin  hərbi 
mühafizə  dəstəsinə  dair  məsələnin  həllində  də  çətinlik  vardır: 
özünə  tabe  olmaq  istəməyənləri  bu  işə  məcbur  etmək  iqti- 
darında olsun  deyə,  hakimiyyətə  gələnin  ixtiyarında  arxalanmaq 
üçün  hərbi  mühafizə  dəstəsi  olmalıdırmı,  əks  təqdirdə  o,  idarə 
etmənı'n  öhdəsindən  necə  gələ  bilər?  Axı  əgər  ki,  hətta  o, 
qanunla  hakimiyyətə  bütünlüklə  sahib  olan  hökmdar  olsa  belə, 
həm  də  heç  bir  özbaşına  və  qanuna  zidd  hərəkətlərə  yol  ver- 
məsə,  hər halda  şübhəsiz,  onun  ixtiyarında  məlum  qüvvə  olma- 
lıdır  ki,  buna  istinadən  qanunları  qorumaq  iqtidarında  olsun. 
Doğrudur,  söhbət qanuni  çardan  gedirsə,  bu  məsələ tez və  ma- 
neəsiz  həll  edilə  bilər,  belə  çar  silahlı  qüvvəyə  malik  olmalıdır, 
bu  isə  o  dərəcədə  çox  olmalıdır  ki,  çar buna  istinad  edərək  hər 
bir  ayrı-ayrı  adamdan  və  hətta  bir  neçə  nəfərdən  güclü,  amma 
vətəndaş  kütləsindən  zəif  olsun.  Qədimdəkilər  dövləti  idarə 
etməkdən  ötrü  birisini  esimnet  və  ya  müstəbid  təyin  edərkən 
ona,  məhz  belə  mühafizə  dəstəsi  verirdilər;  Dionisi  isə  özünə 
mühafizə  dəstəsi tələb edən  zaman,  kim  isə sirakuzalılara  məs- 
ləhət  görmüşdü  ki,  ona,  məhz  bu  böyüklükdə  mühafizə  dəstəsi 
versinlər.
123


XI. 
1.  Bizim şərhimiz indi  bizi  elə çar haqqında  müzakirəyə 
gətirib  çıxardı  ki,  beləsi  hər işdə  öz xoşu  ilə  hərəkət  edir,  biz  də 
belə  çar  haqqında  öz  fikirlərimizi  bildirməliyik.  Qanuni  monar- 
xiya  adlanan,  biz  söylədiyimiz  kimi,  dövlət  quruluşunun  xüsusi 
forması  deyil;  onun  hər  formasında,  məsələn,  demokratiyada, 
yaxud  aristokratiyada  ömürlük  strategiya  mövcud  ola  bilər  və 
əksər dövlətlərdə  daxili idarəetmənin  rəhbərliyinə  bir nəfər səla- 
hiyyətli  şəxs  təyin  edilir;  bu  cür  hakimiyyət,  ancaq  səlahiyyəti 
bir  qədər  məhdudlaşdırılmış  halda  Epidamnedə  və  Opuntedə 
mövcuddur23.
2. 
Biz  artıq  indi  öz  bildiyi  kimi  idarə  edən,  necə  deyərlər, 
hər  şeyi  əhatə  edən  çar hakimiyyəti  haqqında  mühakimə  yürü- 
dəcəyik.  Dövlət  bir  bərabərdə  olan  adamlardan  ibarət  olduğu 
halda  bütün  vətəndaşların  bir nəfərin  tam  hökmü  altında  olması 
bəzilərinə  qeyri-normal  görünür:  zatən  bir  bərabərdə  olanlar 
üçün,  zatən  eyni  cür  də  qayda  və  sayğı  lazımdır.  Cismən  bir- 
birinə  bənzəməyən  adamlara  eyni  cür  yeməklərlə  qidalanmaq 
və  ya  eyni  cür  paltarlar  geyinmək  əgər  zərərlidirsə,  onda  imti- 
yaziarla  iş  nə  yerdədir;  bərabərlər  arasında  qeyri-bərabərçilik 
də  eyni  dərəcədə  zərərlidir.  3.  Buna  görə  ədaiət  tələb  edir  ki, 
bütün  bərabərlər hansı  dərəcədə  tabeçilikdə  bulunursa,  o  dərə- 
cədə  də  hökm  sürməlidir  və  hər  kəs  növbə  ilə  həm  hökm  sür- 
məli,  həm  də  tabeçilikdə  bulunmalıdır.  Burda  artıq  bizim  işimiz 
qanunla  əlaqəlidir,  yaxud  qayda  elə  qanunun  özüdür  ki,  var. 
Buna  görə  vətəndaşlar  arasından  kiminsə  birinin  deyil,  qanu- 
nun  hökm  sürməsi  yaxşı  olardı.  Buna  da  əsasən,  hətta  hakimiy- 
yətin  bir neçə  adamın  əlində  olması  yaxşı  hesab  edilsə  belə,  bu 
axırıncıları  qanunu  qorumaq  və  ona  xidmət  göstərmək  üçün 
təyin  etmək  lazımdır.  Əgər  bu  və  ya  digər  vəzifənin  olması  zə- 
ruridirsə,  onda  deyəcəklər  ki,  hamı  bir  bərabərdə  olarkən  onla-
124
rın  hamısının  bir  adamın  ixtiyarında  olması  ədalətsizdir.  4.  Bu 
qeyd  onu  göstərir ki,  qanun,  çox  guman,  bütün  mümkün  halları 
qabaqcadan  nəzərə  almaq  iqtidarında  deyil,  həm  də  insanda  o 
zor yoxdur ki,  bunları  öncədən  bilsin.  Hər halda,  vəzifəli  şəxsləri 
lazımi  surətdə  tərbiyələndirən  qanun,  onlara  daha  düzgün  fikir- 
lərə  əsaslanmaqla,  digər  işlərdə  məhkəmə  qərarları  çıxarmağa 
və  idarə  etməyə  imkan  yaradır.  Təcrübə  göstərəndə  ki,  onlar 
mövcud  olan  quruluşların  yaxşılaşmasına  yardım  edir,  qanun 
onlara  özündə  düzəliş  aparmağa  imkan  verir.  Beləliklə,  kim 
tələb edirsə  ki,  qanun  hökm  sürsün,  görünür ki,  Allahın  və ağılın 
hökm  sürməsini  istəyir,  ancaq  kim  tələb  edirsə  ki,  insan  hökm 
sürsün,  buna  heyvani  hisləri  də  əlavə  edir,  yaxud  ehtiras  nə  isə 
heyvanabənzər  bir  şeydir  və  qəzəb  hökmdarları  doğru  yoldan 
azdırır,  baxmayaraq  ki,  onlar  ən  yaxşı  adamlardır;  əksinə,  qa- 
nun  -   qeyri-iradəlikdən  azad  bir  dərrakədir24.  5.  Sənət  sahə- 
sindən  gətirilən  misaldan  görünür  ki,  göstəriş  necədirsə,  ona 
əsasən  müalicə  olunmaq  pisdir,  həkimlik  sənətinin  bilicilərinə 
müraciət  etmək  məqsədəuyğun  olsa  da,  səhv  hərəkət  kimi 
qəbul  edilir.  Axı  həkimlər  dostluğa  görə  qaydaların  əleyhinə 
olan  heç  bir  hərəkətdə  bulunmayacaqlar:  onlar  haqlarını  da 
xəstəni  sağaltdıqdan  sonra  alırlar.  Əksinə,  dövlət  vəzifələri  tu- 
tan  adamlar çox vaxt çox  işdə  ya  qərəzçilik  mövqeyi  tuturlar,  ya 
da  dostluğa  meyl  edirlər.  Şübhə  yarananda  ki,  həkimlər  bəd- 
xahların  şəriylə  qazanc  naminə  xəstəni  tələf  etmək  istəyir, 
adamlar  ona  üstünlük  verirlər  ki,  onlar  göstəriş  necədirsə,  ona 
əsasən  müalicə  etsinlər.  6.  Xəstə  həkimlər  öz  yanlarına  başqa 
həkimləri  çağırırlar;  gimnastika təlimi  ilə  məşğul  olan  pedotriblər 
digər  pedotribləri  dəvət  edirlər,  çünki  o  vaxt  ki,  iş  onların  öz- 
lərinə  aid  olur  və  onlar  özləri  ehtiraslara  qapılırlar,  bu  şəxslər 
həqiqət  haqqında  mühakimə  yürütmək  iqtidarında  olmurlar.  Be-
125


Yüklə 104 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə