üstünlük verir. Haçan ki, hörmətlə anılan yaxşı şeyin özüdür,
həm də eləsi ki, o, yaxşı şeylərin arasında əsas yeri tutur, onda
nəcibliyin hər cür şərəfə deyil, ən yüksək şərəfə aidiyyatı
olacaq.
Özlərini dahi sayıb, onlara müvafiq surətdə hörmət gös-
tərilməsini fikirləşən aciz və axmaq adamlar - lovğadır. Özünü
layiq olduğundan daha az ləyaqətli sayan adamlar - məzlum-
dur. Deməli, bunların arasında o adam durur ki, o, layiq oldu-
ğundan nə az, nə də çox şərəfi özünə layiq bilmir, həm də hər
cürə hörməti özünə yaraşdırmır. Nəcib adam belədir. Beləliklə,
aydındır ki, nəciblik - lovğalıqla məzlumluğun arasında olan
ortadır.
26.
Genişlik (megaloprepeia) - bədxərcliklə xırdaçılığın
arasında olan ortadır. Genişlik - məsarifə [aid olan məziyyət-
dir], bunu münasib hallarda etmək lazımdır. O adam ki, o, lazım
olmayan yerdə pul xərcləyir - bədxərcdir, deyək ki, kimsə ziya-
fətdə kef edənləri şərikli surətdə elə qonaq edir ki, elə bil bu toy
ziyafətidir, belə adam bədxərcdir (bədxərc - o adamdır ki, lazım
olmayan vaxtda özünün xoş güzəranını nümayiş etdirir). Xırdaçı
adam özünü bunun əksinə olaraq aparır: böyük xərc lazım olan
yerdə o, bunu etmir, yaxud xoreqə və ya toya xərc çəkdikdə, lə-
yaqətsiz surətdə, zəif pul xərcləyir. Xırdaçı adam belədir. Geni-
şlik artıq öz adı ilə göstərir ki, o, biz onun haqqında danışdığı-
mız kimidir. Axı insan uyğun vaxtda geniş surətdə pul xərclə-
dikdə, «genişlik» onun kimliyini düzgün göstərir. Beləliklə, ge-
nişlik, madam ki, o, təqdirəlayiqdir, az xərclə son dərəcə böyük
xərc arasında olan nə isə bir ortadır, bu zaman insan uyğun
surətdə nəyə lazımdırsa, ona da pul xərcləyir.
Ümumun fikrincə, genişliyin bir çox növü var. Deyəndə ki,
məsələn: «0, geniş jest etdi» onu nəzərdə tuturlar. Bu kimi
342
digər hallarda da genişlik haqqında düz deyil, məcazi mənada
danışırlar, ona görə ki, genişlik bu şeylərdən yox, biz haqqında
danışdığımız şeylərdən ibarətdir.
27.
Hiddət (nemesis) - həsədlə bədxahlıq arasında olan
ortadır. Həm bu, həm də o biri hiss məzəmmət olunmağa, hid-
dət isə təqdirəlayiqdir. Hiddət - bu, o xüsusda olan kədərdir ki,
yaxşı şeylər ləyaqətsiz adama mənsubdur; hiddətli - o adamdır
ki, onu belə şeylər məyus edir. O, kiminsə haqsız olaraq əzab
çəkdiyini gördükdə də məyus olur. Hiddət və hiddətli belədir.
Paxıl isə özünü bunun əksinə olaraq aparır. Onu hər adamın, o
kəs buna layiqdirmi, yoxsa yox, xoşbəxt və firavan həyatı mə-
yus edir. Bədxah da həmçinin hər adamın, o, buna layiq olsa
da, olmasa da bədbəxtçiliyinə sevinir. Hiddətli isə belə deyil, o,
bir növ bunlar arasında olan nə isə bir ortadır.
28.
Heysiyyat (semnoles) - inadcıllıqla yaltaqlığın arasın-
da olan ortadır. Bu, adamların qarşılıqlı münasibəti zamanı özü-
nü göstərir. İnadcıl elə adamdır ki, o, heç kəslə nə ünsiyyətdə
olmağı bacarmır, nə də danışmağı. Adın özü, görünür ki, onun
xarakterini göstərir: inadcıl - bu, bir növ öz-özünü bəyənən və
öz-özündən razı olandır. Yaltaq isə - hamı ilə, hər cürə, hər
yerdə ünsiyyətdə olmağı bacarandır. Nə bu, nə də o biri təri-
fəlayiq deyil. Tərifəlayiq o adamdır ki, onun heysiyyatı var; onla-
rın arasında olan orta kimi, o, ləyaqətlilərdən başqa heç kəslə,
onları sonalamadan, ünsiyyətdə olmur, hamıdan aralı gəzməsə
də, ancaq ləyaqətlilərlə əlaqə saxlayır.
29.
Təvazökar (aidös) - abırsızlıqla utancaqlığın arasında
olan ortadır. O, özünü hərəkətlərdə və sözdə göstərir. Həyasız
hər hansı şəraitdə hər kəsə müraciət edib, danışır və necə gəldi
343
hərəkət edir. Utancaq, əksinə, hər adamın qarşısında hər sözü
danışmağa və hərəkət etməyə çəkinir (axı hər şeydən utanan
passivdir). Təvazökarlıq və tə v a z ö k a r- bunların ortasında olan
bir şeydir: təvazökar abırsızdan sonra ağzına gələni danışma-
yacaq, lakin utancaq kimi hər şeydən də həmişə çəkinməyə-
cək, harda lazımdır, nə lazımdır və haçan lazımdır, orda da
danışıb, hərəkət edəcək.
30. Yumor hissi (eytrapelia) - təlxəkliklə kobudluğun ara-
sında olan ortadır. Onun sahəsi - rişxənddir. Təlxək hər hansı bir
səbəbdən araya qoymağı lazım bilir, kobud isə zarafat etməkdən
imtina edir, istəmir ki, onunla da zarafat etsinlər və əsəbləşir.
Bunların arasında yumor hissinə malik olan adam durur. O, hər
kəslə hər səbəbə görə zarafat etmir, lakin adamdan da qaçmır.
Yumor hissi haqqında iki mənada danışmaq olar: yumor hissinə
malik oian adam - həm o adamdır ki, zarafatı yerində etməyi
bacarır, həm də o adamdır ki, istehzaya dözür.
31. Səmimilik (philia) - yaltaqlıqla düşmənçilik arasında
olan ortadır. Bu, özünü hərəkətlərdə və sözdə göstərir. Yaltaq
nə lazımdırsa onun, həm də, əslində, nə varsa onun üstünə
əlavə edir, düşməncəsinə ədavət aparan isə nə varsa onu da
alır. Ədalət naminə nə bu, nə də o biri təqdirəlayiq deyil, sə-
mimi adam isə bunların arasında orta mövqe tutur: o, nə varsa
bunun üstünə heç nə əlavə etməyəcək, həm də lazım olmayan
şeyi tərifləməyəcək, amma kiçiltməyəcək də və heç bir vəchlə
düşündüyünün əksinə danışmayacaq. Səmimi adam belədir.
32. Doğruçuluq (aletheia) - riyakarlıqla lovğalığın ara-
sında olan ortadır və özünü danışıqda göstərir, amma hər danı-
şıqda yox. Lovğa özünü, nəyi varsa bundan artıq olan, yaxud
344
nəyi bilmirsə, onu bilən adam kimi göstərir; riyakar, əksinə,
özünü elə göstərir ki, əslində olduğundan daha az şeyə malik-
dir, bildiyini də danışmayıb, bunu gizlədir. Doğruçu nə bunu, nə
də digərini etməyəcək: o nəyə malikdirsə, onu artırıb-əksilt-
məyəcək, əmlakı və biliyi barəsində nə varsa, onu da deyəcək.
Bunun məziyyət olub-olmaması - başqa araşdırmanın işi-
dir. Bununla belə, aydındır ki, onlar - adları çəkilən [ifratçılıq-
ların] arasındakı ortadır və [belə bir ortaya] uyğun olaraq yaşa-
yan adamlartəriflənir.
33.
Hələ ədalət (dikaiosynes) haqqında danışmaq q a lır-
bu nədir, özünü nədə göstərir və nəyə aiddir. Əvvəlcə ədalətli-
liyi götürək - bu nədir. Ədalətlilik iki cur olur. Bunlardan biri -
qanunauyğunluqdur: qanunun buyurduğu şeyi ədalətli adlan-
dırırlar. Qanun cəsarətlə, tədbirlə hərəkət etməyi, ümumiyyətlə
isə, məziyyət adlanan şeyə uyğunlaşmağı buyurur. Bax buna
görə, deyildiyi kimi13, ədalət, - görünür ki, nə isə mükəmməl bir
məziyyətdir. Axı ədalətli əgər - odursa ki, bunu etməyi qanun
buyurur, qanunsa bütün xeyirxahlıqları həyata keçirməyi hökm
edir, onda qanunun tələblərinə uyğun ədalətlə hərəkət edən
mükəmməl ləyaqətə yetəcək, belə ki, ədalətlilik və ədalət - nə
isə mükəmməl bir məziyyətdir. Ədalətliliyin bir forması bundan
ibarətdir və buna aiddir. Lakin biz belə ədalətliliyi və belə əda-
ləti araşdırmırıq. Doğrudan da, ədalətlilik bu cür başa düşüldük-
də özbaşına ədalətli olmaq ehtimalı var: tədbirli, cəsarətli, təm-
kinli özlüyündə belə olur. Qanunun tələb etdiyi ədalətlilikdən
digər adama münasibətdə olan ədalətlilik, yəni ikinci formada
olan ədalətlilik fərqlənir. Ədalət baxımından digərlərinə münasi-
bətdə insan [yalnız] özü-özündən ötrü ədalətli olmamaiıdır. Biz
isə, məhz başqasına münasibətdə olan ədalətliliyi və buna uy-
ğun olan ədaləti araşdırırıq14.
345
Dostları ilə paylaş: |