mənasızdır. Bununla belə adamlar, haçan ki, bu onlara xoş
olur, o zaman yola gedirlər. Deməli, xoşa gəlmək xüsusiyyəti,
məhz yaxşılara daha çox xas olmalıdır.
Dostluq bizdə üç yerə bölünmüşdü və bir sual çətinlik
törədirdi: onların dostluğu bərabərliyə, yaxud bərabərsizliyə
əsaslanırmı? Buna indi cavab verək: o həm buna, həm də o
birinə əsaslanır. Oxşarlıqdan yaranmış dostluq - ləyaqətli
adamların dostluğu olub, mükəmməl dostluqdur, bənzərsizliyə
əsaslanan dostluq fayda arayan dostluqdur. Yoxsul - varlının
dostudur, cünki onda kifayət etməyən nədirsə, varlı onunla
təmin olunub. Pis də elə bu səbəbdən-yaxşının dostudur: çünki
özündə kifayət etməyən xeyirxahlığı ondan əxz eləməyə ümid
edir. Deməli, oxşar olmayanlar arasındakı dostluq faydaya
əsaslanır və Yevripid əbəs yerə demir: «Torpaq quru olduqda,
onun yağışı mildir13», nəzərdə tutaraq ki, bu iki əkslik arasında
faydaya əsaslanan dostluq əmələ gəlir. Ən ifrat əksliyi - su ilə
odu götür və [görəcəksən ki,] onlar bir-birinə faydalıdır. Od,
deyirlər, rütubət olmasa sönür, axı o, guman edildiyi kimi,
alovun üstün gəldiyi miqdarda götürüldükdə, onun yanmasına
səbəb olur. Əgər rütubət çoxdursa, o güc gəlib odu söndürə-
cək, lakin onun miqdarı əgər uyğundursa, onda bu onu qüvvət-
ləndirəcək14. Beləliklə, görünür ki, ən zidd şeylər arasında dost-
luq yaranır, bu dostluq isə faydadan ötrüdür. Bərabərlik və bə-
rabərsizlik əsasında olan bütün dostluq münasibətləri [bizim
etdiyimiz] üç növ ayırmaya daxildir.
Dostluğun bütün formalarında olan qarşılıqlı münasibətlər-
də fərq var. Dostlar sevməyi, xeyirxahlıq etməyi, əl tutmağı,
yaxud daha nə isə bu qəbildən olan şeyləri eyni qaydada etmir-
lər. Haçan ki, biri can yandırır, digəri isə etinasızlıq göstərir,
onda etinasızlıq üstündə [onu] danlayıb, məzəmmət edirlər.
Haçan ki, dostlar ümumi məqsəd güdür, məsələn, əgər onlar
394
faydadan, zövqdən, xeyirxahlıqdan ötrü dostluq edirlərsə,
dostların biri tərəfindən olan etinasızlıq özünü çox açıq göstərir.
Əgər sən mənə, mən sənə etdiyimdən daha çox yaxşılıq edir-
sənsə, onda mübahisə etmirəm, mən səni daha çox sevməli-
yəm. Ancaq biz əgər ümumi bir şeydən ötrü dostluq etmiriksə,
onda fikir ayrılığı daha çox olur. Belə hallarda dostların biri tərə-
fındən olan etinasızlıq az dərəcədə nəzərə çarpır. Məsələn,
əgər dostlardan biri zövq, ikincisi isə - fayda gətirirsə, onda
burda mübahisə yaranır: daha çox fayda gətirən adam düşünür
ki, o, gətirdiyi faydaya layiq zövq almır, daha çox xoş ovqat
gətirən isə hesab edir ki, həzzə görə əldə etdiyi qazanc - yetə-
rincə deyil. Bax buna görə dostluğun bu formalarında tez-tez
fikir ayrılığı əmələ gəlir.
Dostlar bərabər olmadıqda, kimin var-dövləti çoxdursa,
yaxud da bu qəbildən olan bir şey varsa, düşünürlər ki, onlar
özləri sevməli deyil, amma ki, daha kasıb adamlar onları sev-
məlidir. Lakin özünün sevməsi, sevimli olmaqdan daha yax-
şıdır; sevmək - həzz, həm də yaxşı şey bəxş edən (energeia
tis hedones) nə isə bir hərəkətdir, sevimli olmaq isə məhəb-
bətin özündə heç bir fəaliyyət doğurmur. Həm də: dərk etmək
dərk edilən olmaqdan yaxşıdır, axı dərk edilən olmaq cansızlara
da xasdır, dərk etmək və sevmək isə - canlılara. Həm də: xey-
riyyəçi olmaq, olmamaqdan daha yaxşıdır. Sevən nə qədər
sevirsə, bir o qədər də xeyriyyəçilik edir, sevimli isə bir sevimli
kimi xeyriyyəçilik etmir. Bununla belə adamlar şöhrətpərəstlik
üzündən özləri sevməyi deyil, sevimli olmağı daha üstün tu-
turlar, çünki sevimli olmaq bir üstünlüklə bağlıdır, sevimli həmi-
şə həzdə də, vəsaitin çoxluğunda da, xeyirxahlıqda da üstün-
lüyə malikdir, şöhrətpərəst isə belə bir üstünlüyə can atır. Və
üstünlüyə malik olanlar sevməyə borclu olduqlarını düşünmür,
hesab edərək ki, onlar sevənləri onlardan üstün olduqları şeylə
395
mükafatlandırırlar. Həm də: əgər sevənlər aşağı mövqedə olan-
lardırsa, sevimlilər düşünür ki, onlar özləri sevməli deyillər,
ancaq sevgini qəbul etməlidirlər. Kimə ki, pul, zövq, xeyirxahlıq
çatmır, o adam kimdə hər şey boldursa, bunlara məftun olub,
onu sevir, guman edərək ki, bunu ondan alır və ya alacaq.
Birinə canı yanıb, yaxşılıq etmək istəyilə də dostluq olur.
Lakin yaranan bu dostluqda [yuxarıda göstərilən xüsusiyyətlərin]
hamısı olmur: biz tez-tez birinə yaxşılıq arzulayırıq, lakin bir
başqası ilə ünsiyyət saxlamaq istəyirik. Ümumiyyətlə, bu hisləri
dostluğun xüsusiyyəti adlandırmaq lazımdır, yoxsa yalnız xeyir-
xahlığa əsaslanan mükəmməl dostluğu? Bunların hamısı məhz
dostluğun axırıncı formasına xasdır: xoşagəlimlilik də, fayda da,
xeyirxahlıq da ləyaqətli adamda birləşir və biz heç bir başqa
şəxslə birlikdə yaşamaq istəməzdik, həm də biz, məhz ona xeyir,
eyni zamanda da yalnız ona - ömür və salamatlıq arzulayardıq.
insanın öz-özü ilə dost olub-olmamasının, həm də özünə
qarşı məhəbbətin olub-olmamasının üstündən biz indi keçə-
cəyik, lakin sonralar bu barədə danışacayıq. Biz öz-özümüzə
hər şey arzulayırıq: öz-özümüzlə əlaqə saxlamaq (bu, deyəsən
həm də qaçılmazdır), xoşbəxt yaşamaq, dolanmaq, başqa biri-
sinə deyil, ancaq özümüzə xeyir arzulamaq istəyirik. Özümüzə
hamıdan çox canıyananlıq edirik: zədələnən kimi, yaxud bu
qəbildən olan başqa bir şeyin acısını çəkərkən, biz dərhal kədə-
rlənirik. Bir sözlə, bu nöqteyi-nəzərdən, görünür ki, adamın öz-
özü ilə dostluğu olur. Doğrudan da, canıyananlıq, xoşbəxt yaşa-
maq arzusu və digər bu kimi şeylər haqqında danışarkən onları
ya öz-özü ilə dostluğa aid edirik, ya da mükəmməl dostluğa.
Hər iki halda bütün bunlar olur: burda birgə həyat da, yaşamaq
arzusu da, xoşbəxt yaşamaq da, salamatlıq da var.
Çox guman, hesab etmək olar ki, ədalət [münasibətləri]
olan hər bir yerdə dostluq da olur. Buna görə ədalət neçə növ-
396
dürsə, dostluğun da bir o qədər forması var. Doğrudan da,
ədalət əcnəbinin vətəndaşa qarşı, qulun ağaya qarşı, vətən-
daşın vətəndaşa qarşı, oğulun ataya qarşı, arvadın ərə qarşı
[münasibətində özünü göstərir] və ümumiyyətlə, münasibətin
neçə forması varsa, dostluq da bir bu qədər olur. Əcnəbilərin
dostluğu görünür ki, hər şeydən möhkəm olur: onlar nəyin
'istündə rəqabət aparırsa, vətəndaşlar arasında olduğu kimi,
ounda onların ümumi məqsədi yoxdur. Birincilik üstündə rəqa-
bət apardıqlarından vətəndaşlar dost kimi qalmırlar.
İndi, yekun vuraraq, biz deyə bilərik ki, insanın öz-özü ilə.
dostluğu olur, yoxsa yox. Artıq yuxarıda qısaca olaraq dediyimiz
kimi, biz görürük ki, dostluq ona yönələn yaxşı şeylərin ayrı-ayrı
növləri ilə məlum olur, bütün bu yaxşı şeylərə malik olmağı isə
biz hər şeydən çox özümüz özümüzə arzulayırıq: özümüzə xe-
yir də, ömür də, xoşbəxt həyat da arzu edirik, hamıdan çox
özümüzə canımız yanır, hər şeydən çox özümüzlə güzəran ke-
çirmək istəyirik. Buna görə, əgər dostluq yetirilmiş olan ayrı-ayrı
yaxşı şeylərin növünə görə bilinirsə, bütün bu yaxşı şeylərə
malik olmağı isə biz ancaq özümüzə arzu edərdik, onda aydın-
dır ki, özümüzün özümüzlə dostluğumuz olur, bunun kimi də,
bizim fikrimizcə, özümüzün özümüzə qarşı ədalətsizliyimiz olur.
Təhqir edənlə təhqir edilmiş - başqa-başqa şəxslər, adam özü
isə tək olduğuna görə elə görünür ki, öz-özünə qarşı ədalət-
sizlik olmur. Bununla belə bu olur, necə ki, qəlbin tərkibinə daxil
olan hissələrə nəzər salıb, biz buna əmin olduq: onlar çoxdur
və onların hər bir ixtilafı zamanı özümüzdə özümüzə qarşı əda-
lətsizlik meydana çıxır. Bunun kimi, görünür ki, öz-özü ilə dost-
luq da olur. Əbəs yerə deyil ki, əgər [bizim] dostumuz varsa,
onda hər dəfə onun haqqında böyük dost kimi danışmaq istə-
yərkən biz deyirik: «Bizim qəlbimiz onunla birdir». Madam ki,
qəlb bir neçə hissədən ibarətdir, onda ağılla hislər uzlaşdıqda
397
Dostları ilə paylaş: |