15.
[Müzakirə edilənlərə] əlavə olaraq müstəqillik (ayt
erkeias) və müstəqil adam haqqında danışmaq olar. Onda
dostluğa ehtiyac yaranacaqmı, ya yox? Yoxsa o, burda da öz-
özü ilə kifayətlənəcək? Axı şairlər belə çözlər deyir:
Onda dost nə üçündür? Uğurlar arasında
Allahın iltifatı bizimçün bəsdir.
Bu səbəbdən sual doğur: bütün nemətlərə malik olub,
özü-özündən razı olan adamın dostluğa ehtiyacı varmı? Yoxsa,
daha çox, belə hallarda buna tələbat xüsusilə güclüdür? Doğru-
dan da, o, kimi himayə etməli və kiminlə birgə yaşamalıdır?
Əlbəttə ki, o, həyatını təklikdə keçirməyəcək. Madam ki, onun
bu kimi şeylərə ehtiyacı var, bunlar isə dostluq olmadan həyata
keçirilməsi mümkün olmayan şeylərdir, onda müstəqilin, görü-
nür ki, dostluğa ehtiyacı var. [Məlum] mühakimələrdən ötrü
adət halını almış Allahla müqayisəyə müraciət etmək orda da
(bu mühakimələrin özündə) düzgün deyil, burda da yol veril-
məzdir. Əgər Allah müstəqildirsə və heç nədən ehtiyacı yoxdur-
sa, onda burdan belə çıxır ki, bizim də heç nədən ehtiyacımız
olmayacaq. Allah haqqında belə bir fikir də var. Allah, deyirlər,
bütün yaxşı şeylərə malikdir və müstəqildir, ancaq O, nə ilə
məşğuldur? O ki, yatmır? Fikirdə sübut etməyə çalışırlar ki, O,
nəyi isə seyr edir, çünki bu ən yaxşı məşğuliyyətdir və Ona
daha çox xasdır. O, nəyi seyr edir? Əgər O, özündən fərqli olan
bir şeyi seyr edəcəksə, onda özündən yaxşı bir şeyə tamaşa
etməli olacaq. Lakin Allahdan yaxşı bir şeyin mövcud olması
mənasızdır, deməli, özü-özünü seyr edəcək, bu isə boş şeydir:
axı biz öz-özünü diqqətlə gözdən keçirən adamı korazehinlikdə
qınayırıq. Allah, əgər öz-özünü gözdən keçirməyə başlasa -
belə nəticə çıxır ki, - özünü mənasız aparmış olacaq. Allahın,
402
məhz nəyə baxacağı məsələsinin üstündən keçək. Biz Allahın müs-
təqilliyi haqqında deyil, insanın müstəqilliyi haqqında araşdırma
apannq: müstəqil adam dostluğa ehtiyac duyacaqmı, yoxsa yox?
«Dost» anlayışını araşdırarkən dostun nə olduğunu, onun necə
olduğunu görmək, həm də [başa düşmək olar ki, ] dost - söhbət ən
yaxın dosta aid olduqda bu «ikinci mən»dir. Atalar sözündə
deyildiyi kimi, «bu ikinci Herakldır»; d o s t- bu ikinci məndir15.
Öz-özünü tanımaq - həm çox çətin, bəzi müdriklərin dediyi
kimi, həm də çox sevindiricidir (axı özünü tanımaq bir sevincdir)16,
lakin öz gücümüzlə özümüz özümüzü görə bilmirik (özümüzün
özümüzü [görə] bilməməyimiz ondan aydındır ki, özgələri
qınayarkən, özümüzün eyni hərəkətlər etdiyimizi hiss etmirik; bu
[özümüzün özümüzə qarşı olan] yumşaqlığımızdan, yaxud
tərəfgirliyimizdən olur və bu düzgün mühakimə yürütməyimizə
mane olub, bizim çoxumuzu azdırır); buna görə necə ki, öz
üzümüzü görmək arzusunda olduqda biz güzgüyə baxıb, onu
görürük, eləcə də özümüz özümüzü anlamaq arzusunda olduqda,
dostumuza baxıb özümüzü dərk edə bilərik. Axı dost, biz dediyimiz
kimi, - «ikinci mən»dir. Beləliklə, əgər öz-özünü tanımaq fərəhli
şeydirsə, özünü tanımaq isə dostun köməkliyi olmadan mümkün
deyilsə, onda öz-özünü dərk etməkdən ötrü müstəqil adam
dostluğa ehtiyac duymalıdır. Həm də tale kimi nemət sahibi edibsə,
onun xeyriyyəçi olması çox yaxşıdırsa, bu isə belədir ki, var - onda
o, kimi himayə edəcək? Kiminlə birlikdə yaşayacaq? O, əlbəttə ki,
ömrünü təklikdə keçirməyəcək. Birgə həyat xoşdur, həm də
vacibdir. Əgər bu şeylər çox yaxşıdırsa, vacibdirsə, xoşdursa və
dostluğun köməkliyi olmadan həyata keçə bilmirsə, onda müstəqil
adam dostluğa ehtiyac hiss etməlidir.
16.
Çox dosta malik olmaq lazımdır, yoxsa az? Ümumiyyətlə
desək, nə çox, nə də az. Əgər dostlar çoxdursa, onda hər birini
403
aynlıqda sevmək çətindir. Digər hallarda isə bizim zəif təbiətimizin
də uzaqda olan şeylərə yetişməyə gücü yoxdur. Gözün köməkliyi
ilə biz uzaqlan görmürük və əgər bir şeydən lazım olan dərəcədən
uzaqda dayansaq, onda təbii gücsüzlükdən [görmə] qeyri-
qənaətbəxş olacaq. Belə bir şey eşitməyə və yerdə qalan digər
şeylərə
q ə
aiddir. Lakin əgər təbii gücsüzlükdən sevgi azlıq etsə, bu
haqlı olaraq məzəmmətlə nəticələnəcək, belə adamdan isə dost
ola bilməz, çünki sevmir, o, ancaq sözdə dostdur, dostluqsa
bununla hesablaşmır. Həm də əgər dostlar çox olsa, onda kədərin
sonu olmayacaq. Axı dostlar çox olduqda, təbii olaraq, onlardan
birinə həmişə qəza üz verir, burda isə kədərdən qaçmaq oimur.
Digər tərəfdən az - bir, ya iki dosta [malik olmaq yaxşı deyil],
onlann sayı şəraitə və insanın məhəbbətə qarşı olan meylinə
münasib olmalıdır.
17.
İndi isə dostla necə rəftar etməyin vacibliyinə baxmaq
lazımdır. Bizim araşdırmamız hər dostluğa deyil, ancaq o dostluğa
aid olacaqdır ki, bu halda dostlar ən çox bir-birini təqsirləndirir
(egkaloysi).
Bütün hallarda eyni cür təqsirləndirmiriər. Ata ilə oğulun dost-
lugu, məsələn, dostluğun bəzi formalan kimi, təqsitiəndirmələrdən
ötrü belə bəhanələr doğurmur, həmin dostluq formalannda [belə bir
qayda var]: «mən sənə necə, sən də mənə elə, xətaya görəsə ciddi
cəza (egklema)». Harda ki, dostlar tən deyil, orada bərabərlik
yoxdur. Atanın oğula məhəbbəti bərabərsizliyə əsalanır, həm də
arvadın ərinə qarşı, nökərin ağaya qarşı, ümumiyyətlə isə, aşağının
yuxanya qarşı məhəbbəti də bunun kimidir. Dosttuğun belə
formalarında təqsirləndirmələr olmur. Təqsirləndirmələr, dostlar -
bir-birinə tay olduqda olur. Buna görə biz ona baxmalıyıq ki, dostlar
bir-birinə tay olduğu halda, dostla necə rəftar etmək lazımdır...17
404
Ş Ə R H L Ə R
S İ Y A S Ə T
BİRİNCİ KİTAB
1. Sokratla Platonun gizli mübahisəsi.
2. Delfi bıçağı - eyni zamanda həm bıçaq, həm də qılınc
kimi işlədilən alət.
3. Mizrablar - kifara simli musiqi alətində vibrasiya
(titrəyiş) əmələ gətirməkdən ötrü işlədilən, ağacdan, metaldan,
fil sümüyündən, buynuzdan olan müxtəlif formalı kiçik vasitədir.
4. «Lokos» yünan sözü olub, «faiz» mənasını verir, hərfi
mənası «artım» deməkdir.
5. Bu müəlliflərin haçan yaşadığı məlum deyil.
6. İltizam- xüsusi şəxslərə verilən vergi toplama hüququ.
7. Çox guman Sirakuza müstəbidi Böyük Dionisi (b.e.ə.
təxminən 432-367) nəzərdə tutulur. 406-cı ildə o, Sirakuzada
hakimiyyəti ələ keçirmişdi.
8. Çox guman b.e.ə. IV əsrin ortalarında Afinada maliyyə
işlərini idarə edən Yevbul nəzərdə tutulur.
9. Herodot yazır: «Aprini devirdikdən sonra hakimiyyət
başına Amasid keçdi... İlk vaxtlarda misirlilər Amasidə laqeydlik
göstərirdilər və onu az da olsa dəyərləndirmirdilər, çünki əvvəl-
lər o, adi bir vətəndaş olmuşdu, özü də əsli-nəcabətli nəsildən
deyildi. Zaman ötüşdükcə o, fəndgirliklə misirlilərdə özünə qarşı
rəğbət oyatdı, yəni: onda çox qiymətli şeylər vardı, bunlardan
biri də qızıldan hazırlanmış ləyən idi. Amasid və onun bütün
süfrə yoldaşları bunda ayaqlarını yuyardılar. O, bu ləyəni kiçik
hissələrə bölüb, bundan bir büt düzəltdi və bunu şəhərin ən
görkəmli yerində qoydu. Misirlilər abidəyə yaxınlaşıb, buna
böyük hörmət göstərməyə başladılar. Şəhərlilərin bu hərəkətini
405
Dostları ilə paylaş: |