A r I s t o t e L si y a s ə T



Yüklə 104 Kb.
Pdf görüntüsü
səhifə23/104
tarix23.11.2017
ölçüsü104 Kb.
#12062
1   ...   19   20   21   22   23   24   25   26   ...   104

düşən  işi  yaxşı  görməlidir,  bu  isə  vətəndaşın  məziyyətlərindərı 
asılıdır.  Lakin  bütün  vətəndaşların  eyni  cür  olması  mümkün 
olmadığından,  vətəndaşla  yaxşı  adamın  məziyyətləri  də  eyni 
ola  bilməz;  dəyərli  vətəndaşların  məziyyətləri  bütün  vətəndaş- 
ların  gözü  qabağında  olmalıdır,  zira  yalnız  bu  halda  dövlət  ən 
yaxşılarından  olur,  lakin  yaxşı  adama  məxsus  məziyyətlər  ha- 
mıda  olmur,  bir  şətrlə  ki,  ən  yaxşı  dövlətdə  bütün  vətəndaşlar 
yaxşı  olmalıdır fikri  burada  ehtimal  edilməsin.  4.  Bundan  başqa 
dövlətin  müxtəlif  hissələri  vardır;  bunun  kimi  hər  insan  ruhdan 
və bədəndən  ibarətdir,  ruh  isə öz növbəsində ağıl və  ehtirasdan 
ibarətdir,  bunu  kişi  ilə  qadının  ailəni  təşkil  etməsinə  də  bənzət- 
mək  olar,  sahiblikdə  isə  ağa  və  qul  vardır,  eləcə  də  dövlət 
özündə  bütün  bunların  hamısını,  hələ üstəlik,  digər müxtəlif şey- 
ləri  də  birləşdirir.  Burdan  labüd  nəticə  hasil olur;  xor üzvləri  ara- 
sında  xorün  rəhbərinin  məziyyəti  ilə  parastatın7  məziyyəti  kimi, 
bütün  vətəndaşların  məziyyətləri  də eyni  cür ola  bilməz.
5. 
Beləliklə,  deyilənlərdən  aydındır  ki,  yaxşı  adamla  dəyərli 
adamın  məziyyətləri,  ümumiyyətlə,  eyni  şey  deyil.  Amma  bu, 
kimdəsə  belə  ola  bilməzmi?  Axı  biz  deyirik  ki,  dəyərli  hökmdar 
yaxşı  və  ağıllı  olmalıdır,  dövlət  xadimi  isə  hökmən  ağıllı  olmalıdır. 
Bəziləri  iddia  edirlər ki,  hökmdarın  tərbiyəsi  lap əwəlcədən  başqa 
cür olmalıdır,  bu,  elə  əslində  də  belədir;  çarın  oğlanları  at sürməyi 
və  hərb  sənətini  öyrənirlər,  necə  ki,  Yevripid  deyirdi:  «Mənə 
incəliklər  deyii,  dövlətə  lazım  olan  şeylər  gərəkdir»8,  bununia  da 
hökmdarın  xüsusi  tərbiyəsini  nəzərdə  tuturdu.  6.  Əgər  yaxşı 
adamla  yaxşı  hökmdarın  məziyyətləri  eynidirsə  və  tabeçilikdə 
bulunan  da  vətəndaşdırsa,  onda  vətəndaşın  məziyyəti  ilə  adamın 
məziyyəti eyni ola bilməz,  yalnız müəyyən  vətəndaşlarda  bu,  belə 
ola  bilər,  çünki  hökmdarla  vətəndaşın  məziyyəti  bir-birindən 
fərqlidir.  Bu  da,  elə  çox  guman,  Yasonu9  o,  müstəbid  olmayanda 
aclıq çəkir deməyə  vadar etmişdir,  bu  isə o deməkdir ki,  o,  başqa
90
cür ola bilmir. 7.  Hökm sürmək və tabeçilikdə bulunmaq qabiliyyəti 
tərifə layiqdir,  vətəndaşın  məziyyəti  də,  çox güman,  hökm sürmək 
və  tabeçilikdə  bulunmaq  qabiliyyətindən  ibarətdir.  Beləliklə,  əgər 
biz  zənn  etsəydik  ki,  yaxşı  xadimin  məziyyəti  hökm  sürmək 
qabiliyyətindən,  vətəndaşın  məziyyəti  isə  həm  bu,  həm  də 
digərindən  ibarətdir,  onda  bu  iki  məziyyət  eyni  dərəcədə  tərifə 
layiq  olmazdı,  lakin  onlar,  əslində,  bir-birindən  seçildiklərindən, 
hökmdar  və  tabeçilikdə  bulunan  başqa-başqa  şeyləri  öyrənməli 
olduqlarından,  vətəndaş  bunu  da,  onu  da  bilməlidir və  bunda 
da, 
onda  da  iştirak  etməlidır...10  Bunu  aşağıda  göstərilənlərdən 
izləmək  olar.  8.  Ağanın  hakimiyyəti  vardır;  bu  hakimiyyəti  biz  ən 
zəruri  işlərin  təzahür  etməsi  kimi  başa  düşürük:  hökmdar  üçün 
bunları  icra  etməyi  bilmək  lazım  deyil,  o,  daha  çox  bunlardan 
istifadə etməlidir; əks təqdirdə  vəziyyət qulun  vəziyyəti  kimi  olardı; 
mən  azad  adamın  qula  munasib  olan  işləri  icra  etməsini  nəzərdə 
tuturam.  Biz  iddia  edirik  ki,  qullar  müxtəlif  olduğu  kimi  işlər  də 
müxtəlifdir.  Bu  işlərin  bir hissəsini  sənətkarlar icra edirlər,  məhz o 
sənətkarlar  ki,  bunu  onların  adı  da  göstərir,  «öz  əlləri  ilə»11  dola- 
nırlar,  onların  sırasına  ustalar  da  daxildir.  Buna  görə  də  qədim 
dövrlərdə  bəzi  dövlətlərdə  hələ  ki,  demokratiya  qəti  surətdə  bər- 
qərar olmamışdı,  sənətkarlar dövlət vəzifələrinə  keçə bilmirdilər.  9. 
Beləliklə,  nə  pis  adam,  nə  pis  dövlət  xadimi,  nə  kobud  vətəndaş 
alnına tabeçilikdə bulunmaq yazılmış olan adamlara  münasib işiəri 
öyrənməməiidirlər,  yalnız ehtiyac olduqda  özlərindən  ötrü  bu  işləri 
görə  bilərlər,  bu  halda  gah  ağa,  gah  qul  olmağa  lüzum  olmur. 
Lakin  elə  bir hakimiyyət də  vardır  ki,  insan  bununla  həm  özü  kimi 
adamlar,  həm  də  azad  adamlar  üzərində  hökm  sürür.  Biz  bu 
hakimiyyəti  dövlət  hakimiyyəti  adlandırınq;  burda  özünü  göstər- 
məkdən  ötrü  hökmdar tabeçilikdə  bulunmaq  məktəbi  keçib  öyrən- 
məlidir,  məsələn,  hippax  olmaqdan  ötrü  süvari  dəstəsində  qulluq 
etmək,  strateq  olmaqdan  ötrü  xidmət  göstərib  loxaq,  taksiarx
91


olmaq  lazımdır'2.  Tamamilə  də  doğrü  fıkirdir ki,  tabeçilikdə  bulun- 
mağı  öyrənmədən  yaxşı  rəhbərlik  etmək  olmaz.  10.  Bütün  bun- 
larda  məziyyətlər  bir-birindən  fərqlidir;  iakin  yaxşı  vətəndaş 
tabeçilikdə  bulunmağı  da,  rəhbərlik  etməyi  də  həm  bacarmalı, 
həm  də  buna  qabiliyyəti  çatmalıdır,  vətəndaşın  məziyyəti  isə azad 
adamlar  üzərində  hökm  sürmək  və  tabeçilikdə  bulunmaq  baca- 
nğından  ibarətdir.  Yaxşı  adamın  məziyyəti  bunu  da,  onu  da 
nəzərdə tutur. Əgər,  azad adam  istisna olmaqla,  rəhbərlik edəndə 
və  tabeçilikdə  bulunanda  təmkinlilik  və  ədalət  bir-birindən 
fərqlidirsə,  onda  aydındır  ki,  yaxşı  vətəndaşın  məziyyəti  yalnız, 
məsələn,  ədalətdən  ibarət  deyil;  lakin  insanın  hökm  sürməsi, 
yaxud  itaətdə  bulunması  ilə  əlaqədar  bu,  tərkib  hissələrinə 
bölünür,  kişinin  və  qadının  təmkinliyi  və  cəsarəti  bir-birindən 
fərqlənir:  əgər kişinin  cəsurluğu  cəsarətli  qadının  cəsurluğu  qədər 
olsaydı,  onda  o,  qorxaq  kimi  görünərdi,  qadınsa  əgər  ki,  xoş- 
xasiyyət  kişi  kimi  təvazökar olsaydı  çərənçi  adam  kimi  görünərdi; 
həm  də  kişidə  və  qadında  ayrı-ayrı  təsərrüfatları  idarə  etmək 
bacarığı  məlum  olur;  kişinin  işi  -  toplamaq,  qadının  işi  isə  -   sax- 
lamaqdır.  11.  Düşüncə  -   hökmdarda  seçilən  yeganə  məziyyət 
bax  budur;  qalan  məziyyətlər,  görünür  ki,  həm  itaətdə  bulunan- 
larda,  həm  də  hökmdarlarda  olan  ümumi  vacib  cəhətlərdir;  tabe- 
çilikdə  bulunanlardan  bir  məziyyət  olaraq  düşüncə  gözləməyə 
dəyməz,  fəqət  yalnız  ağıllı  mühakimələr  tələb  etmək  lazımdır; 
tabeçilikdə  bulunan  -   elə  fleyta  düzəldən  ustadır,  hökmdar  isə  -  
fleyta  çalandır,  özü  də  ifaçılığı  onun  fleytasında  edir.  Beləliklə, 
yaxşı adamla dəyərli  vətəndaşın  məziyyətinin eyni  olub-olmaması, 
bunun  nədə  eyni,  nədə  isə  fərqli  olması  -   əvvəl  deyilənlərdən 
aydındır.
III. 
1.  Vətəndaş  anlayışının  müəyyənləşdirilməsinin  daha 
bir çətinliyi  qalıb:  vətəndaşlar,  doğrudan  da,  yalnız  idarəetmədə
92
bulunanlardımı,  yoxsa  sənətkarları  da  vətəndaş  hesab  etmək 
olar?  Əgər  vəzifədə  olmayanları  da  vətəndaş  hesab  etmək 
lazımdırsa,  onda  belə  çıxır ki,  rəhbərlik  edənin  məziyyəti  hər bir 
vətəndaşa  xas  ola  bilməz,  çünki  bu  halda  o  biri  də  vətəndaş 
olur.  Əgər  bunlardan  heç  biri  vətəndaş  deyilsə,  onda  sual  olu- 
nur ki,  onların  hər biri  əhalinin  hansı  təbəqəsinə aiddir.  Əlbəttə,  o, 
nə  metek,  nə  də əcnəbidir.  Yaxud  biz  gərək etiraf edək  ki,  yaran- 
mış  bu  vəziyyət  heç  bir  qəribəliklə  əlaqədar  deyil,  zira  axı  nə 
qullar,  nə  də kölətikdən  azad  olunmuşlar heç bir halda  göstərilən- 
lərə  aid  edilmir.  2.  Dövlətin  keçinə  bilmədiyi  bütün  adamları 
vətəndaş  hesab  etmək  qətiyyən  ədalətli  deyil,  ona  görə  ki,  ki- 
çiklər böyüklərə aid olan  mənada  vətəndaş deyillər;  axırıncılar -  
tam  mənada  vətəndaşdırlar,  birincilər  isə  -   şərti:  onlar  na- 
tamam  vətəndaşdırlar.  Qədim  dövrlərdə  bəzilərində  sənətkarlar 
qullardan,  yaxud  əcnəbilərdən  idi,  buna  görə  də  indiki  dövrdə 
onların  əksəriyyəti,  məhz  belədir.  Lakin  ən  yaxşı  dövlət  sənət- 
kara  vətəndaş  hüququ  verməz;  əgər  o  da  -   vətəndaşdırsa, 
onda  təsdiq  etmək  lazımdır ki,  vətəndaşın  məziyyəti,  hansından 
ki,  söhbət  getmişdi,  hamıya  uyğun  gəlmir,  hətta  ata-anası  kölə 
olmayanların  bir çoxuna  da,  yalnız  o  kəslərə  uyğundur ki,  onlar 
zəruri  olan  ən  vacib  qida  məhsulları  əldə  etmək  işindən  azad- 
dır.  3.  Bu  kimi  işləri  bir  nəfər  üsün  görənlər  -   qullar,  ümumun 
xeyri  üçün  görənlər  isə  -   sənətkarlar  və  günəmuzd  işləyən- 
lərdir.  Buradan  aydın  olur  ki,  onların  işi  nə  yerdədir  və  əvvəl 
deyilənlər  də  bütün  məsələni  əhatə  edir.  Yəni  dövlət  quruluşu- 
nun  bir  neçə  forması  olduğu  kimi,  vətəndaşlar  da  cürbəcur 
olmalıdır,  əksəriyyətini  isə  tabeçilikdə  bulunan  vətəndaşlar 
təşkil  etməlidir,  beləliklə  də  dövlət  quruluşlarının  birində  sənət- 
karları  və  günəmuzd  işləyənləri  mütləq  vətəndaş  hesab  etmək 
lazımdır,  digərində,  harda  ki,  hörmətli  vəzifələr yalnız məziyyətə 
və  ləyaqətə  görə  verilir,  məsələn,  aristokratiya  adlandırılan  qu-
93


Yüklə 104 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə