A r I s t o t e L si y a s ə T



Yüklə 104 Kb.
Pdf görüntüsü
səhifə26/104
tarix23.11.2017
ölçüsü104 Kb.
#12062
1   ...   22   23   24   25   26   27   28   29   ...   104

ki,  yalnız  sözdə  deyii,  həqiqətdə  dövlət  adlandırılan  ölkədə 
vətəndaşların  yaxşı  cəhətlərinin  qeydinə  mütləq  qalmaq  lazımdır. 
Əks  təqdirdə  dövlət  münasibəti,  uzaqda  yaşayanlarla  da 
müttəfiqlikdə  bulunan  digər  birliklərdən  fərqlənən  adi  birliyə 
çevrilərdi.  Həm  də  bu  halda  qanun  adi  müqavilə,  yaxud  sofist 
Likofran  dediyi  kimi  şəxsi  hüquqların  adi  təminatı  olardı;  bunun 
isə vətəndaşları xeyirxah və ədalətli etməyə zoru yoxdur.
12. 
İşin  belə  olmağı -  aydındır.  Axı  əgər ki,  kimsə  ayrı-ayrı 
əraziləri  birləşdirsəydi,  məsələn,  Meqar  və  Korinf  şəhərlərinin 
divarları  bir-birinə toxunsaydı  belə yenə  də  bir dövlət əmələ  gəl- 
məzdi;  onlar  bir-birilə  epiqamiyaya17  girdikləri  halda  da  bu,  ol- 
mazdı,  baxmayaraq  ki,  axırıncı,  dövlətlər  arasında  olan  əlaqə- 
lərin  xüsusi formalarından  biridir.  Əgər adamlar bir-birindən  ayrı 
yaşasaydılar,  lakin  elə  böyük  məsafədə  yox  ki,  onların  arasında 
əlaqə  mümkün  olmasın,  yenə  dövlət  yaranmazdı,  hətta  m üba- 
dilə  zamanı  bir-birinə  ziyan  yetirməyi  qadağan  edən  qanun  tə- 
sis  edilsəydi  belə,  əgər ki,  məsələn,  biri  dülgər olsaydı,  digəri  -  
əkinçi,  üçüncüsü  -   pinəçi,  dördüncü  isə  -   bunlar  kimi  birisi  və 
onların  sayının  on  minə çatmasına  baxmayaraq,  hər halda  onla- 
rın  əlaqələri  yalnız  son  dərəcə  ticarət  mübadiləsi  və  hərbi  ittifa- 
qa  aid  olardı.  13.  Hansı  səbəbə  görə?  Yəqin  ki,  münasibətlərin 
yaxın  olmamasına  görə  yox.  Doğrudan  da,  əgər  ki,  bu  cür  mü- 
nasibət  müqabilində  hətta  onlar birləşsəydilər,  hər kəs  öz  evinə 
həm  də  dövlət  kimi  baxardı  və  əgər  ki,  onlar  müdafiə  birliyində 
olduğu  kimi,  yalnız  kimsə  tərəfındən  haqsızlıq  edilərkən  bir- 
birini  müdafiə  etsəydi,  onda  bu  halda  da,  diqqətlə  baxdıqda  gö- 
rünür  ki,  onların  bir-birinə  qarşı  münasibəti  birləşdikdən  sonra 
da,  madam  ki,  əlahiddə  yaşadıqları  vaxtlardakı  kimi  qalacaqsa, 
yenə dövlətin  əmələ  gəlməsi  mümkün  olmazdı.  Beləliklə,  aydın- 
dır  ki,  dövlət  ümumi  yaşayış  yeri  deyil,  o,  qarşılıqlı  haqsızlığın 
qabağını  almaq  məqsədilə,  yaxud  münasib  mübadilə  naminə
102
yaradılmır.  Əlbəttə,  dövlətin  mövcud  olması  üçün  bütün  bü  şərt- 
lər üzdə olmalıdır,  lakin  hətta  bunların  hamısını  birgə  götürəndə 
də  dövlət  olmur;  o,  yalnız  yaxşı  həyat  naminə  (ey  dzen),  mü- 
kəmməl və müstəqil  yaşamaq  məqsədilə ailələr və tayfalar ara- 
sında  münasibətlər  yaranarkən  meydana  çıxır.  14.  Bununla 
belə  bu  cür  münasibət  yalnız  o  halda  həyata  keçə  bilər  ki, 
adamlar  eyni  bir ərazidə  yaşasınlar  və  epiqemiyasız  da  keçin- 
məsinlər.  Bu  səbəbdən  dövlətdə  qohumluq  ittifaqları  və  fratsi- 
yalar,  qurban  kəsmə  və  birgə  yaşamaq  xatirinə  -   əyləncələr 
meydana  çıxmışdır.  Bütün  bunlar  qarşılıqlı  dostluq  əsasında  qu- 
rulmuşdur,  buna  görə  də,  məhz  dostluq  birgə  yaşamağın  vacib 
şərtidir.  Beləliklə,  dövlətin  məqsədi  yaxşı  həyatdır və  bütün  gös- 
tərilənlər bu  məqsəd  naminə  yaradılır;  dövlətin  özü  isə  tamamilə 
müstəqil  yaşayış  əldə  etmək  naminə  tayfaları  və  yaşayış  mən- 
təqələrini  özündə  təmsil  edir  ki,  bu  da  biz  iddia  etdiyimiz  kimi 
xoşbəxt  və  çox  gözəl  həyatdan  ibarətdir.  Belə  ki,  dövlət  müna- 
sibəti  də -   bu  cür düşünmək  lazımdır -  sadəcə  olaraq  birgə  ya- 
şamaq naminə deyil,  gözəl fəaliyyət naminə mövcuddur.
15. 
Bax  buna  görə  də  kim  ki,  bu  cür  münasibətə  əlindən 
gələni  əsirgəmir,  dövlət  həyatına  da  böyük  hüsn  -   təvəccöh 
göstərməlidir,  özlərinə  bərabər,  yaxud  müstəqillik  və  əsli-nəca- 
bət  cəhətdən,  hətta  onları  üstələyənlər  dövlətə  xeyirxahlıq  gös- 
tərməkdə  onlarla  müqayisə  oluna  bilməz,  yaxud  var-dövlət  cə- 
hətdən  onları  üstələyənlər  xeyirxahlıq  cəhətdən  onları  üstələ- 
mək vəziyyətində deyillər.
Beləliklə,  deyilənlərdən  aydındır  ki,  dövlət  quruluşu  haq- 
qında  bəhs  edənlərin  hamısının  gətirdiyi  dəlillər  yalnız  qismən 
gerçəkdir.
VI. 
1.  Araşdırmalar zamanı  dövlətdə  ali  hakimiyyətin  kimə 
m əxsus  olmasının  gərəkliyini  müəyyənləşdirmək  asan  deyil:
103


xalq  kütləsinəmi,  yoxsa  varlılara,  yoxsa  nəcib  adamlara,  yoxsa 
bütün  adamların  ən  yaxşılarından  birinə,  yoxsa  müstəbidə.  Bü- 
tün  bunlar,  sən  demə,  məsələnin  həlli  üçün  çətinlik  törədir. 
Doğrudan  da,  nə  üçün?  Məgər  çoxluq  təşkil  etmələrinə  istinad 
edərək  yoxsulların  dövlətli  adamların  varidatını  öz  aralarında 
bölüşdürmələri  ədalətli  olardımı?  Deyəcəklər  -   «bəli,  ədalətli- 
dir»,  çünki  ali  hakimiyyətin  çıxardığı  qərarla  bu,  düzdür.  Lakin 
bəs,  onda  ifrat  haqsızlıq  anlayışına  nə  uyğun  gəlir?  Hər  halda 
aydındır ki,  əgər çoxluq hər şeyi  özünə götürüb,  azlığın  sərvətini 
bölüşdürməyə  başlasa,  onda  bununla  dövləti  məhv edəcək,  axı 
xeyirxahlıq  özündə  daşıdığı  şeyi  məhv  etmir,  həm  də  ədalət  elə 
şey  deyil  ki,  o,  dövləti  məhv  etsin.  Beləliklə,  aydındır  ki,  bu  cür 
qanun  ədalətli  sayıla  bilməz.  2.  Üstəlik,  müstəbidin  gördüyü 
bütün  işləri  ədalətli  saymaq  lazım  gələrdi:  axı  o,  öz üstünlüyünə 
istinad edərək zor işlədir,  necə  ki,  kütlə -  bunu  dövlətlilərə  qarşı 
edir.  Bəlkə  dövlətlilərdən  ibarət  olan  azlığın  hökmranlıq  etm əsi 
ədalətli  olardı?  Amma  axırıncılar  əgər  bu  cür  hərəkət  etm əyə 
başlasalar,  yəni  kütlənin  əmlakını  əlindən  alıb talasalar,  bu  əda- 
lətli  olardımı?  Bu  halda  bunun  əksi  də  ədalətlidir.  Görünür ki,  bu 
cür tərzi-hərəkət  alçaq  və  ədalətsizdir.  3.  Bəs  nəcib  adamların 
hər  şeyin  başında  durub,  hökm  sürməsi  nə  deməkdir?  Am m a 
bu  halda  qalanların  hamısı  dövlət  vəzifələri  tutmaq  şərəfindən 
məhrum  olmaqla  siyasi  hüquqlarını  itirəcək.  Axı  vəzifə  tutmağı 
biz  şərəfli  iş  sayırıq,  əgər vəzifəyə  eyni  adamlar yiyələnəcəksə, 
onda  qalanları  mütləq  bu  şərəfdən  məhrum  olacaqdır.  Bəs  ha- 
kimiyyətin  ən  dəyərli  adamın  əlində  cəmləşməsi  yaxşı  olmaz- 
dımı?  Lakin  bu  daha  çox  oliqarxiyaya  yaxınlaşma  olardı,  çünki 
çoxluq  siyasi  hüquqlardan  məhrum  olacaqdır.  Çox  guman, 
kimsə  deyəcək:  ümumiyyətlə,  o  pisdir ki,  ali  hakimiyyəti  özündə 
qanun  deyil,  ruhu  qorxunun  təsiri  altında  olan  insan  təcəssüm 
etdirir.  Lakin  əgər  bu,  qanun  olsa,  amma  oliqarxiya,  yaxud  de-
104
mokratiya  qanunu,  göstərilən  çətinlikləri  həll  etmək  üçün  bunun 
nə  xeyri  olacaq?  Yuxarıda  nə  deyilmişdisə,  yenə  də  ortaya  o, 
çıxacaq.  4.  Qalan  məsələlər barədə  söhbət  başqa  yerdə  gedə- 
cək.  Ali  hakimiyyətin  azlığın  deyil,  hamısından  yaxşı  çoxluğun, 
bununla  belə  onlardan  ən  yaxşılarının  əlində  olması  fikri  yəqin 
ki,  məsələnin  həlli  üçün  məqbul  sayıla  bilər,  bu  da  özündə  nə 
isə  bir səbəbi,  hətta  çox  guman,  həqiqəti  də  ifadə  edir.  Axı  ola 
bilər  ki,  çoxluğun  tərkibində  bulunan  hər  kəs  ayrı-ayrılıqda  də- 
yərli  adam  olmasın,  amma  birləşib,  cəm  halında  olanda  təklik- 
dəkindən  yaxşı  olsun,  bunun  kimi  şərikli  naharların  ən  yaxşısı 
bir  nəfərin  vəsaiti  hesabına təşkil  edilənidir.  Çoxluq  özündə  çox 
adamı  birləşdirdiyindən  olsun  ki,  ayrılıqda  götürdükdə  hər  kəs 
müəyyən  hissə  xeyirxahlığa  və  dərrakəyə  malikdir,  amma  ha- 
çan  bu  adamlar birləşirlər,  onda  elə  bil  ki,  həm  çox əli,  həm  çox 
ayağı,  həm  çox  qavrayışı  olan  bir  adam  əmələ  gəlir,  xarakterlə 
də,  anlayışla  da  bu  cür  olur.  Bax  buna  görə  də  çoxluq  musiqili 
və  mənzum  əsərlər  haqqında  daha  yaxsı  fikir  söyləyir:  bir  para 
adam  bir  cəhət  haqqında  mühakimə  yürüdür,  digərləri  başqa 
cəhət  haqqında,  hamısı  birlikdə  isə  tam  haqqında  fikir  söy- 
ləyir18.  5.  Dəyərli  adamlar  götürülən  hər  hansı  kütlədən,  necə 
deyərlər,  qəşənglər  kifirlərdən,  yaxud  rəssamların  çəkdiyi  şə- 
killər  -   təbiət  mənzərəsindən  fərqləndiyi  kimi  fərqlənir:  yəni 
onunla  ki,  onlarda  birləşmiş  şeylər müxtəlif yerlərə  pərən-pərən 
salınmışdı;  və  haçan  tam  halında  olan  öz  tərkib  hissələrinə  bö- 
lünür,  bu,  bir adamda  göz ola  bilər,  digərində  bədənin  hər hansı 
bir  hissəsi,  şəkildə  təsvir  edildiyindən  gözəl  görünəcək.  Lakin 
hər xalqa və hər xalq  kütləsinə məxsus çoxluqla  bir para  dəyərli 
adam   arasında  bu  çür  münasibət  qurmağın  mümkün  olub-ol- 
maması  aydın  deyil.  And  olsun  Zevsə,  bu,  bəziləri  üçün  yəqin 
ki,  mümkün  deyil  (bu  fikir  heyvanlara  da  tətbiq  edilə  bilər;  doğ- 
rudan  da,  necə  deyərlər,  bəzi  xalqlar  heyvanlardan  nə  ilə  fərq-
105


Yüklə 104 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə