A r I s t o t e L si y a s ə T



Yüklə 104 Kb.
Pdf görüntüsü
səhifə27/104
tarix23.11.2017
ölçüsü104 Kb.
#12062
1   ...   23   24   25   26   27   28   29   30   ...   104

lənir?).  Lakin  hər  bir  məlum  soxluğa  heç  nə  mane  o lm u r  ki, 
deyilənləri  həqiqət kimi  qəbul  etsin.
6. 
Bax  bu  yolla  da  əvvəl  göstərilən  çətinliyi,  həmçinin  bu- 
nunla  bağlı  olan  digər  çətinliyi  də  həll  etmək  mümkün  olardı: 
əslində,  nədən  ata-anası  kölə  olmayan  vətəndaş  kütləsi,  yəni 
var-dövlətə  malik  olmayan  və  heç  bir  nəzərə  çarpan  m əziyyəti 
ilə  fərqlənməyən  adamlar  ali  hakimiyyətə  yiyələnməlidirlər?  Bu 
cür  adamları  yüksək vəzifəyə  buraxmaq  qorxuludur:  ədalət  his- 
sinə  və  dərrakəyə  malik  olmadıqlarından  onlar  gah  haqsız,  gah 
da  səhv  hərəkətlərdə  bulunacaqlar.  Digər tərəfdən  onları  höku- 
mət  işindən  kənarlaşdırmaq  da  qorxuludur:  haçan  dövlətdə 
çoxlu  adam  siyasi  hüquqlardan  məhrumdur,  haçan  orada  çoxlu 
kasıb  var,  bu  cür  dövlət  mütləq  düşmənçilik  əhval  -   ruhiyyə- 
sində  bulunan  adamlarla  dolu  olur.  Bircə  şey  qalır:  onlara  məş- 
vərətçi  və  məhkəmə  orqanlarında  iştirak  etməyə  yol  vermək.
7.  Buna  görə  Solon  da,  bir  para  başqa  qanunvericilər  də  vəzi- 
fəli  şəxslərin  seçkisində  iştirak  etmək  və  onlardan  hesabat  qə- 
bul  etmək  səlahiyyətini  onlara  veriblər,  lakin  onların  özlərini  və- 
zifə  tutmağa  qoymurlar:  bütöv  halda  birləşərkən  onların  kifayət 
qədər  dərrakəsi  olur və  ən  yaxşılarla  qaynayıb-qarışdıqda  döv- 
lətə  xeyir  gətirirlər,  bunun  kimi  təmizlənmiş  qida  məhsulları  tə- 
mizlənməmişlərlə  birlikdə  hər  yeməyi  az  miqdarda  təmizlənmiş 
olandan  daha  da  faydalı  edir.  Tək  adam  isə  işlərin  müzakirəsi 
zamanı  mükəmməllikdən  uzaqdır.
8. 
Dövlət  quruluşunun  bu  təşkilatının  çətinlik  törətməsini 
hər  şeydən  öncə  belə  izah  etmək  olar,  uğurlu  müalicə  barədə 
yalnız  o  adam  düzgün  mühakimə  yürüdə  bilər  ki,  o,  özü  hə- 
kimlik  sənətilə  məşğul  olsun  və xəstəni  düçar olduğu  mərəzdən 
sağaltsın,  yəni  həkim.  Bu  -   təcrübəyə  əsaslanan  digər  sənət- 
lərə  və  hər  cür fəaliyyətə  də  aiddir.  Necə  ki,  həkim  həkimə  he- 
sabat verməlidir,  eləcə də  digər sənət sahibləri  öz həmkarlarına
106
hesabat verməlidirlər.  Həm  müalicə  həkimi  (demioyrqos),  həm 
yüksək  bilik  nöqteyi-nəzərindən  tibbi  öyrənən  adam  (arkhitek- 
tonikos),  həm  də  üçüncüsü,  təzəlikcə  tibbi  təhsil  alan  adam 
həkim  sayılır  (bü  cür  dərəcəli  adamlar,  ümumiyyətlə  desək, 
bütün  sənətlərdə var)  və  biz bu  cür təhsil  alanlara  bilicilər qədər 
mühakimə  yürütməyə  imkan  veririk.  9.  Çox  guman,  bu  qayda 
hər  cür  seçkilərdə  də  qoyula  bilər.  Lakin  düzgün  seçimi  yalnız 
bilicilər  edə  bilər,  məsələn,  yerölçmə  sənətində  bulunan  səriş- 
təli  adamlar yerölçəni  düzgün  seçə  bilər,  gəmiçilik  elmində  bu- 
lunan  səriştəli  adamlar  -   sükançını;  əgər  ki,  bir  sıra  işlər  və 
sənətlər  üçün  adam  seçilməsində  kimsə  bir  xam  adam  iştirak 
edirsə,  bunların  sayı  hər  halda  bilicilərdən  çox  olmur.  Bu  nöq- 
teyi-nəzərlə  xalq  kütləsinə  vəzifəli  şəxslərin  seçkilərində  həl- 
ledici  səsə  malik  olmağa  imkan  vermək  olmazdı,  onların  fəaliy- 
yəti  haqqında  heç  vaxt  hesabat  qəbul  olunmur.  10.  Bununla 
belə  bu  deyilənlərin  hamısı  ola  bilsin  ki,  düz  deyil  və  əvvəlki 
mülahizəyə  görə  əgər  xalq  kütləsi  ata-anası  kölə  olmayanlarla 
olduğu  kimi  bütünlüklə  qədir-qiymətdən  salınmırsa,  onda  hər 
kəs  ayrılıqda  götürəndə  pis,  hamısı  birlikdə  isə  nə  yaxşı,  nə  də 
pis  hakim  olacaq.  Bəzi  hallarda,  yəni  o  yerdə  ki,  orda  işi  sənət 
sahibi  olmayan  adamlar  da  anlayır,  yalnız  usta  yeganə  və  ən 
yaxşı  hakim  olmur,  məsələn,  evə  təkcə  onu  tikən  bələd  deyil, 
bunun  haqqında  ondan  kim  istifadə  edirsə,  yəni  ev  sahibi  daha 
yaxşı  mühakimə  yürüdə  bilər;  eynilə  belə  də  sükandan,  sükanı 
düzəldən  ustadan  çox,  sükançı  məlumatlıdır,  ziyafət  haqqında 
da  aşbazdan  çox qonaq  daha düzgün fikir söyləyəcək.  Əlqərəz, 
biz  bu  çətinliyi,  yəqin  ki,  yuxarıda  göstərildiyi  tərzdə  məqbul  həll 
edə  bilərik.  11.  Lakin  bu  çətinliyin  ardınca  başqası  da  gəlir. 
Sadə  adamların  nəcib  adamlardan  üstün  tutularaq  daha  vacib 
məsələlərdə  həlledici  rola  malik  olmaları  qəribə  görünərdi;  bəs 
axı  vəzifəli  şəxslərdən  hesabat qəbul  etmək və  onları  seçmək -
107


çox  vacib  məsələdir.  Deyildiyi  kimi,  bir  sıra  dövlət  quruluşların- 
da  bu,  xalqın  ixtiyarına  verilmişdir,  çünki  xalq  məclisi  bütün  bu 
kimi  işlərdə  müstəsna  səlahiyyətə  malikdir.  Xalq  məclisində, 
şurada  və  məhkəmədə  az  əmlak  senzinə  və  istəniiən  yaş  həd- 
dinə  malik  olan  adamlar  iştirak  edir;  xəzinədarlar,  strateqlər  və 
ümumiyyətlə,  yüksək  vəzifə  sahibləri  olan  şəxslərsə  iri  əmlak 
senzinə  malik  olan  adamlardır.  12.  Lakin  sonuncu  çətinliyi  də 
beləcə  asanlıqla  həll  etmək  olardı  və  ola  bilsin,  burada  da  hər 
şey düzgündür.  Axı  nə  məhkəmənin  üzvü,  nə  şuranın  üzvü,  nə 
xalq  məhkəməsinin  üzvü,  hökumət  nümayəndəsi  deyil;  adları 
çəkilən  üzvlərin  hər  biri  idarənin  yalnız  tərkib  hissəsidir  (mən 
tərkib  hissəsi  deyəndə  şuranın,  xalq  məclisinin  və  məhkəmənin 
üzvlərini  nəzərdə  tuturam),  belə  ki,  xalq  kütləsi  hüquqi  cəhət- 
dən  daha  vacib  işlər  üzərində  müstəsna  səlahiyyəti  saxlayır: 
həm  xalq  məclisi,  həm  şura,  həm  də  məhkəmə  çoxtərkiblidir, 
özü  də  birlikdə  götürəndə  hamısının  əmlak  senzi  dövlətdə  yük- 
sək  vəzifə  tutanlardan  hər  birinin  ayrılıqda,  yaxud  kiçik  bir  qis- 
minin  əmlak  senzini  üstələyir.  13.  Məsəiə  bax  bu  surətdə  həll 
olunur.  Bizim  göstərdiyimiz  birinci  çətinlikdən  açıq-aşkar  yalnız 
aşağıdakı  fikir  hasil  olur:  ali  hakimiyyətdə  düzgün  qanunlar 
olmalıdır,  vəzifəli  şəxsiər  isə  -   bu,  istər  bir  nəfər  olsun,  istərsə 
bir  neçə  nəfər  -   yalnız  o  hallarda  həlledici  rola  malik  olmalıdır 
ki,  qanunlarda  doğru  cavab  tapmaq  mümkün  olmasın,  zira, 
ümumiyyətlə,  tam  şəkildə  bütün  ayrı-ayrı  hallara  münasibət  bil- 
dirib,  qanunda  müəyyən  yer  vermək  asan  deyil.  Bəs  düzgün 
qanunlar hansı  xarakterdə  o lm a lıd ır- burada  hələ  aydın  heç nə 
demək olmaz;  burada  hələ əvvəl  göstərilən  çətinliklər qalır,  yəni 
ədalət  prinsipinə  əsaslanan  və  ya  əsaslanmayan  dövlət  quru- 
luşu  formaları  kimi,  qanunlar da  pis və  ya  yaxşı  ola  bilər.  Yalnız 
bircə  şey  aydındır:  qanunlar  bu  və  ya  başqa  dövlət  quruluşu 
formalarına  uyğun  olmalıdır.  Əgər  bu  belədirsə,  onda  aydındır
108
ki,  düzgün  dövlət  quruluşu  formalarına  münasib  qanunlar  əda- 
lətli,  düzgünlərdən  yayınan  formalara  uyğun  gələn  qanunlar isə 
ədalətsiz olacaqdır.
VII. 
1.  Əgər  bütün  elmlərin  və  sənətlərin  son  məqsədi 
yaxşı  şeydirsə,  onda  ən  zəruri  şey  bütün  elmlərdən  və  sənət- 
lərdən  yuxarıda  duran  siyasətin  başlıca  məqsədidir.  Dövlətdə 
olan  yaxşı  şey  ədalətdir,  yəni  o  şeydir  ki  ümumun  mənafeyinə 
xidmət edir.  Ümumun təsəvvürünə görə ədalət bir bərabərlikdir: 
bu  müddəa  məlum  dərəcəyə  qədər əxlaqi  məsələləri  araşdıran 
fəlsəfi  fikirlərə  müvafiq  gəlir.  İddia  edirlər  ki,  ədalət  şəxsiyyətə 
aidiyyatı  olan  bir  şeydir  və  bərabərlər  tən  olmalıdır.  Lakin  qoy- 
maq  olmaz  ki,  bərabərliyin  və  qeyri  -   bərabərliyin  nədən  ibarət 
olması  aydınlaşdırılmamış  qalsın,  bu,  çətin  məsələdir,  eyni 
zamanda  da siyasi fəlsəfə  sahəsinə aiddir.
2. 
Kimsə  ola  bilər desin:  hər hansı  nemətin  bolluğu  bəzilə- 
rində  dövlət vəzifələrinin  qeyri-bərabər bölünməsinə  əsas verə- 
cək,  hətta  adamların  bütün  qalan  şeylərdə  bir-birindən  fərqlən- 
məyib,  bir bərabərdə  olduğu  halda;  axı  bir-birindən  fərqlənənlər 
həm  hüquqi,  həm də onlara  münasib olan  işlər cəhətdən  seçilir- 
lər.  Lakin  əgər bu  fikir düzgündürsə,  onda  dərisinin  rəngi,  yaxşı 
boyu  və  ümumiyyətlə,  hər  hansı  bir  cəhətdən  üstünlük  təşkil 
edənlər  də  siyasi  hüquqda  bir  üstünlüyə  malik  olacaqlar.  Lakin 
bu,  hətta  ilk  baxışdan  belə  yanlış  olmayacaqmı?  Bu,  digər elm- 
lərin  və  sənətlərin  müzakirəsindən  məlum  olacaq.  Doğrudan 
da,  məgər ən  yaxşı  fleytaları  eyni  dərəcədə  mahir fleyta  çalan- 
lardan  əsli  -   nəcabətilə  seçilənəmi  vermək  lazımdır?  Axı  bu, 
onların  ifaçılıq  bacarığının  artmasına  təsir  göstərməyəcək.  Kim 
fleytada  özünün  ifaçılığı  ilə  seçilirsə,  ən  yaxşı  aləti  də  ona  ver- 
m ək  lazımdır.  3.  Əgər bizim  sözlərimiz hələ  aydın  deyilsə,  onda 
bunlar  sonrakı  müzakirədə  bizim  gətirdiyimiz  misaldan  aydınla-
109


Yüklə 104 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə