A r I s t o t e L si y a s ə T



Yüklə 104 Kb.
Pdf görüntüsü
səhifə91/104
tarix23.11.2017
ölçüsü104 Kb.
#12062
1   ...   87   88   89   90   91   92   93   94   ...   104

dən  ibarət  olması  haqqında  biz  artıq  yuxarıda  danışmışdıq.  Indi 
özbaşınalıq  və vəhşilik  haqqında danışmaq  lazımdır.
5.  Vəhşilik  (theriotes)  -   bu,  ifrat  pozğunluqdur  (kakia). 
Haçan  ki,  tamam  yaramaz  bir  adamı  görürük,  biz  deyirik  ki,  bu 
adam  deyil,  vəhşidir,  bununla  da  belə  bir  qüsurun  -   vəhşiliyin 
olmasını  mümkün  hesab  edirik.  Əks  məziyyət  adsız  qalır:  o, 
qəhrəman  və  ilahi  bir  məziyyət  kimi  insandan  yüksəkdədir. 
Adsız ancaq  məziyyətdir,  ona  görə  ki,  Allahın  öz  məziyyəti  yox- 
dur:  Allah  hər  bir  məziyyətdən  yüksəkdədir,  həm  də  Onun 
dəyəri  məziyyətlə  müəyyənləşdirilmir,  ona  görə  ki,  bu  halda 
məziyyət  Allahdan  yüksəkdə  olar.  Bax  buna  görə  adsız  məziy- 
yət  vəhşilik  qüsuru  ilə  ziddiyyət  təşkil  edir.  Bu  qüsura  qarşı 
insani  deyil,  ilahi  [məziyyət]  durur.  Bunun  kimi  vəhşilik  də,  ona 
zidd  olan  məziyyət də -  qeyri-insani  qüsurdur.
6.  Hövsələsizlik  (akrasias)  və  təmkinliyə  (eg  krateias) 
dair  tədqiqata,  sual  doğuran  və  göz  qabağında  olanlara  aid 
olan  şeylərdən  başlamaq  lazımdırki,  çətinliklərdən  və ziddiyyət- 
lərdən  ibarət  olan  dəlilləri  diqqətə  çəkməklə,  bu  nə  qədər 
mümkündürsə,  onlar nəzərdən  keçirilsin,  araşdırılsın  və  bu  şey- 
lər  haqqında  həqiqət  öyrənilsin.  Həqiqəti  görmək  belə  daha 
asan  olar.  Böyük  Sokrat2  hövsələsizliyi  tamam  aradan  qaldırır,
o,  iddia  edir  ki,  belə  şey  yoxdur,  elan  edir  ki,  heç  kim  bilə-bilə 
ki,  bu  pis  şeydir,  bunu  özü  üçün  seçmir,  hövsələsiz isə,  görünür 
ki,  pis  işin  pis  olduğunu  bilir,  lakin  ehtirasdan  boğularkən,  ona 
üstünlük  verir.  Bu  səbəbə  görə  Sokrat  güman  edirdi  ki,  hövsə- 
ləsizlik  mövcud  deyil.  Lakin  o,  haqlı  deyil.  Bu fıkrə  inanıb,  təcrü- 
bədə  mövcudluğuna  əmin  olduğumuz şeyləri  sezməmək məna- 
sızdır.  Hövsələsiz  adamlar  olur  və  onlar  pis  hərəkət  etdiklərini 
bilirlər,  amma  belə  də  hərəkət  edirlər.  Əgər  ki,  hövsələsizlik
366
varsa,  onda  belə  sual  doğur:  hövsələsiz  hansısa  bir  biliyə 
(epistemen)  malikdirmi,  hansı  ki,  bunun  köməkliyi  ilə  o  görür 
və  araşdırır ki,  pis  elə  pisdir?  Görünür ki,  yox,  ona  görə  ki,  biz- 
də  olan  ən  yaxşı  və  davamlı  şeylərə  nəyinsə  üstün  gəlməsi  mə- 
nasız  olardı,  axı  bilik  -   bizdə  olan  daimi  və  yenilməz  şeyin  özü- 
dür  ki,  var.  Beləliklə,  [Sokratın]  fikri  daha  bir  dəlillə  təkzib  edilir
-  o dəlillə  ki,  [hövsələsizin]  biliyi  yoxdur.
Bilik  yoxdur,  amma,  bəlkə,  fikir  var.  Ancaq  hövsələsizin 
fikri  varsa,  onu  məzəmmət  etmək  olmaz.  Axı  o,  əgər  bunu, 
görünür ki,  bilmədən,  ancaq  ehtimal  edərəkdən  nədəsə  yaxşı  iş 
görmürsə,  onda  ona  o  şeyi  keçmək  olar  ki,  o,  həzzə  uyub  və 
görünür  ki,  bilmədən  ancaq  ehtimal  edərəkdən  pis  hərəkət 
edib.  O  adamlarda  ki,  biz  üzürlü  səbəb  tapırıq,  onları  məzəm- 
mət  etmirik,  belə  ki,  əgər hövsələsiz ancaq  təkcə  fikrə  malikdir- 
sə,  məzəmmətə tuş  gəlmir.  Lakin  o,  buna tuş  gəlir.
Çıxılmaz  vəziyyətə  gətirib  çıxaran  fikirlər  bax  bunlardır: 
[hövsələsizin]  biliyə  malik  olmamasını  iddia  edən  dəlillər  cəfən- 
giyyatdır,  həmçinin  onda  fikrin  olmamasını  göstərən  dəlillər  də 
belə  bir mənasız şeydir.
Bir  də  bax  bu  kimdəsə  sual  doğuracaq:  tədbirli  adam 
(söphrön)  təmkinli  hesab  edilir,  lakin  o  nəyə  qarşısa  güclü 
meyl  hiss  edirmi?  Əgər  o,  təmkinlidirsə  güclü  meyl  hiss  etmə- 
lidir;  axı  özündə  yalnız  sakit  meylləri  saxlamağı  bacaran  adamı 
təmkinli  adlandırmaq  oimaz.  Güclü  meyllərlə  çulğalanmış  olan 
adam  isə  artıq  tədbirli  olmayacaq,  ona  görə  də tədbirli  o  adam- 
dır ki,  o,  bu  cür meyl  və ehtiraslara  malik  deyil3.
Belə  bir  çətinlik  də  əmələ  gəlir:  deməyə  əsas  var  ki,  bəzi 
hallarda  hövsələsiz  təriflənir,  təmkinli  isə  -   məzəmmət  olunur. 
Tutaq  ki,  deyirlər  kimsə  səhv  düşünür  və  haçan  ki,  mühakimə 
yürüdür,  yaxşı  şeylər ona  pis  görünür,  o  isə yaxşını  istəyir.  Belə 
çıxır  ki,  ağıl  ona  hərəkət  etməyə  imkan  vermir,  lakin  o,  başı  öz
367


istədiyinə  qarışdığından  [yenə  də]  hərəkət  edəcək,  axı  hövsə- 
ləsiz,  məhz  belədir.  Və  o,  çox  gözəl  iş  görəcək  -   doğrudan  da, 
biz  güman  etdiyimiz  kimi,  istək  onu  buna  sövq  edəcək,  ağıl  isə 
mane  olmağa  başlayacaq  -  biz axı  güman  edirdik  ki,  o,  özünün 
ən  yaxşı  haqqında  olan  fikirlərində  səhv edir,  belə  adam  hövsə- 
ləsiz  olsa  da  tərif  olunacaq:  onun  gördüyü  iş  yaxşı  olduğuna 
görə  o,  təqdirə  layiqdir.  Açıq-açığına  cəfəngiyyat  alınır.  Daha 
belə  bir  ehtimal  edək:  insan  səhv  düşünür  və  gözəl  şeylər  ona 
gözəl  görünmür;  təmkinli  odur  ki,  o,  bir  şeyi  çox  istəyir,  amma 
etmir,  çünki  ağıl  onun  qabağını  alır.  Və  budur  gözəl  şeylər  haq- 
qında  səhv  düşünən  adam  istədiyi  işi  etməyi  özünə  rəva  gör- 
mür,  o  iş  isə,  hansı  ki,  o,  bundan  özünü  saxlayır  -   yaxşı  işdir, 
axı  onu  buna  istəyi  cəlb  etmişdi.  Amma  lazım  olan  zamanda 
yaxşı  iş  görməyən  adam  məzəmmət olunmağa  layiqdir.  Deməli, 
təmkinli  arabir  məzəmmət  olunacaq.  Belə  bir  nəticə  də 
mənasızdır.
Hövsələsizlik  və  hövsələsiz  həmişəmi  və  hər  şeyə  müna- 
sibətdəmi  [özünü  göstərir]  -   məsələn,  pula,  hörmətə,  qəzəbə, 
şan-şöhrətə  münasibətdə;  axı  görünür  ki,  adamlar,  məhz  belə 
şeylərdə  hövsələsiz  olur,  -   yaxud,  əksinə,  hövsələsizlik  müəy- 
yən  şeylərdə  özünü  göstərir?  Bu  məsələ  də  çətinlik  törədə 
bilər.
Bizi  çıxılmaz  vəziyyətə  salan  belə  şeylərdir.  Lakin  bu  mə- 
sələləri  həll  etmək  lazımdır.  Birinci  məsələ  -   bilik  haqqındadır. 
Biliyə  malik  olan  insanın  bundan  məhrum  olması  və  ya  dəyi- 
şilməsi  mənasız  görünürdü.  Həminki  dəlil  fikirdən  ötrü  də  öz 
qüvvəsini  saxlayır,  ona  görə  ki,  burada  söhbətin  bilik  haqqında, 
yaxud  fıkir  haqqında  getməsinin  mənası  yoxdur:  əgər  fıkir  öz 
qətiliyi  və  möhkəmliyi  ilə  güclüdürsə,  onda  insanlar o fikrə tərəf- 
dar  olur  ki,  hər  şey  elə  onların  gözünə  göründüyü  kimidir,  bu 
zaman  fikir  bilikdən  heç  nəylə  fərqlənməyəcək.  Məsələn,  Efesli
368
Heraklitin  şeylər  haqqında  fikri  beləydi,  o  şeylər  haqqında  ki, 
bunlar barədə onun  öz fikri  vardı.
Haqqında  danışdığımız  biliyə  və  ya  belə  bir  fikrə  malik 
olan  hövsələsiz  adamın  yaramaz  hərəkətində  heç  bir  cəfəng 
şey  yoxdur.  İş  ondadır  ki,  bilik  iki  cür  olur:  biliyə  malik  olmaq 
olar  (biz  deyirik  ki,  insan  haçan  biliyə  malik  olduğunu  özü  bilir), 
amma  biliyin  köməkliyi  ilə  də  hərəkət  etmək  olar.  Belə  ki,  höv- 
sələsiz  ən  yaxşı  haqqında  biliyə  malikdir,  lakin  bu  biliyə  uyğun 
hərəkət  etmir.  O,  öz  biliyinə  müvafiq  surətdə  hərəkət  etmədik- 
də,  biliyə  malik  olsa  da,  pis  hərəkət  edəcək,  bunda  isə  heç  bir 
cəfəng  şey yoxdur.  Burda  o şey baş verir ki,  bu  yatmış  adamda 
olur:  onlar  biliyə  malik  olsalar  da,  amma  yuxuda  bir  çox  xoşa- 
gəlməz  şeylər  edir  və  buna  məruz  qalırlar,  ona  görə  ki,  bilik 
onlara  təsir  göstərmir.  Hövsələsiz  də  özünü  bu  cür  aparır.  O, 
yatan  adama  bənzəyir və  biliyin  köməkliyi  ilə  hərəkət  etmir.  Bu 
çətinlik  belə  həll  edilir.  Ortaya  sual  çıxmışdı:  hövsələsiz  belə 
hallarda  biliyi  rədd  edir,  yoxsa  onu  dəyişdirir?  Bu  da,  o  biri  də 
boş şeydir.  Bu  məsələyə aydınlıq gətirmək olar.  Biz «Analitika»- 
da  dediyimiz  kimi  sillogizm4 iki  mühakimədən  ibarətdir:  birinci  -  
ümumi,  ikinci  isə  -   bundan  asılı  və  xüsusi5.  Məsələn:  mən 
qızdırmadan  əzab  çəkən  hər adamı  sağaltmağı  bacarıram;  bax 
bu  adam  qızdırmadan  əzab  çəkir;  deməli,  mən  onu  da  sağalt- 
mağı  bacararam.  Ola  bilsin  ki,  mən,  ümumiyyətlə,  bilikdən  necə 
istifadə  etməyi  bilirəm,  lakin  ayrı-ayrı  hallarda  bilmirəm  ki,  bu- 
nunla  nə  edim.  Burada  bilikli  adam  səhvə  yol  verə  bilər:  qız- 
dırmadan  əzab  çəkən  hər  kəsi  sağaltmağı  [mən  bacarıram], 
lakin  bax  bu  adamın  qızdırmadan  əzab çəkdiyini  bilmirəm.  Höv- 
sələsiz  bilikli  adam  da  belə  səhv  edir.  Axı  mümkündür  ki,  höv- 
sələsiz  hansı  şeylərin  zərərli  və  pis  olması  barədə  ümumi  biliyə 
malikdir,  lakin  bilmir  ki,  məhz  ayrı-ayrı  filan  şeylər  zərərlidir, 
buna  görə  də,  biliyi  ola-ola,  o,  səhvə  yol  verir.  Onun  biliyi  ümu-
369


Yüklə 104 Kb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə