deyil və kim ki, bütün bu kimi zövqləri təşəkkül tapma adlandırır,
onlar yanılır. Onlar hesab edir ki, madam ki, həzz yemək qəbulu
zamanı əmələ gəlir, demək o, təşəkkül tapmadır. Ancaq bu belə
deyil. Qəlbdə bir hissə var ki, özümüzə lazım olan bir şeyi istehlak
etdikdə, bunun sayəsində biz zövq alırıq. Qəlbin bu hissəsi
fəaliyyət göstərir və hərəkət edir; onun fəaliyyəti və onun hərəkəti,
zövqün özüdür ki, var. Qəlbin bu hissəsinin qida qəbuluna təsir
etməsi üzündən, yaxud onun fəaliyyəti üzündən onlar zövqü
təşəkkül tapma adlandırırlar, çünki qida qəbulu aşkardadır, qəlbin
bu hissəsi isə aşkarda deyil8. Görünür, elə vaxt olur ki, insanın
vücud olduğunu düşünürlər, çünki vücud hiss ediləndir, qəlb isə -
yox. Amma qəlb də mövcuddur. Belə bir şey burda da öz yerini
tapır. Qəlbin nə isə bir hissəsi var ki, bunun vasitəsi ilə zövq
duyuruq, bu hissə isə yemək yedikdə fəaliyyət göstərir. Buna görə
də heç bir zövq təşəkkül tapma deyil.
Eyni zamanda sübut etməyə çalışırlar ki, [həzz]-təbii və-
ziyyətin əhəmiyyətli dərəcədə bərpasıdır (apokatastasis).
Amma [biz etiraz edirik], o adamlar da zövq alırlar ki, onlar təbii
olan şeyi əvvəlki vəziyyətinə qaytarmırlar. Axı təbii olan şeyin
əvvəlki vəziyyətinə qaytarılması - təbii çatışmazlığın yerini dol-
durmaq deməkdir. Zövqü isə, biz təsdiq edirik ki, nədəsə çatış-
maziıq olmadan da duymaq olar. Axı bir şey çatışmayan yerdə
dərd olur. Biz isə deyirik ki, dərdsiz və dərdə mübtəla olmamışa
qədər həzz almaq olar. Deməli, zövq - əsla çatışmazlığın əv-
vəlki vəziyyətinə qaytarılması deyil, çünki bu cür [kədərlə bağlı
olmayan] zövqlərdə çatışmazlıq olmur. Beləliklə, əgər zövqü
təşəkkül tapma olduğuna görə yaxşı şey hesab etmirlərsə,
həqiqətən də, heç bir zövq təşəkkül tapma deyii, onda burdan
belə çıxır ki, zövq tamamilə yaxşı şey də ola bilər.
Digərləri, bununla belə, təsdiq edir ki, hər zövq - yaxşı
şey deyil. Bunu, çox güman, aşağıdakı qaydada anlamaq olar.
378
Biz təsdiq etdiyimiz kimi, hər bir kateqoriyada bu iştər mahiyyət
olsun, istər miqdar, istər zaman, istərsə də, ümumiyyətlə, hər
hansı bir kateqoriya, söhbət yaxşı şeydən getdiyinə görə aşa-
ğıdakılar bəllidir: hər bir firavanlıq şəraitində həzz olur, yaxşı
şey isə bütün kateqoriyalarda özünə yer tapır, buna görə zövq
də yaxşı şeydir. Beləliklə, madam ki, bunlarda, [kateqoriyalar-
da], həm firavanlıq, həm də zövq var, zövq isə - yaxşı şeylər-
dən alınan həzdir, onda hər bir zövq yaxşı şey olacaq9. Burdan
o da aydın olur ki, zövq müxtəlif tərzlərdə olur. Axı həzzin özü-
nə yer tapdığı kateqoriyalar da müxtəlifdir. Burdakı məsələ elm-
də olduğundan fə rq lid ir- məsələn, qrammatikada və ya başqa
bir elmdə olduğu kimi deyil. Əgər Lamprın qrammatikadan başı
çıxırsa, onda o, bir qrammatik kimi özünün qrammatika sənə-
tinə görə qrammatikadan başı çıxan hər hansı bir adamla eyni
keyfiyyətə malik olacaq, çünki ikinci ayrı qrammatika yoxdur:
biri Lamprdan ötrü, digəri İldən ötrü. Lakin həzzə gəldikdə hər
şey başqa cür olur: sərxoşluğun gətirdiyi həzlə, cinsi əlaqə za-
manı olan həzz eyni cür deyil. Bu yolla məlum olur ki, zövqlər
öz tərzinə görə müxtəlifdir.
Bəzi zövqlərin sarsaq olması da bir əsas kimi həmçinin
onları vadar edirdi ki, onlar həzzi yaxşı şey sayma-sınlar. Bu
cür əsas və belə bir qiymət yalnız zövqə deyil, həm də xassəyə
və elmə aid edilir. Xassə alçaq (playle) olur, məsələn, soxul-
canlarda, böcəklərdə və ümumiyyətlə, iyrənc heyvanlarda, lakin
burdan elə çıxmır ki, özlüyündə xassə alcaq şeylərə aiddir.
Aşağı elmlər də belə olur, məsələn, peşələr, lakin elm buna
görə yenə alçaq şey deyil. Elm də, xassə də özünün mahiyyəti-
nə görə yaxşı şeydir. Heykəltaraşın necə olduğunu görməkdən
ötrü onda alınmayan və onun pis düzəltdiyi şeylərə deyil, onda
yaxşı alınan şeylərə baxmaq lazımdır; elm, xassə və digər
bütün şeylər barəsində də bu tərzdə mühakimə yürütmək
379
lazımdır, onlar sarsaq növlərinə görə deyil, yaxşı növlərinə görə
necədir. Həzz də bunun kimi - özünə görə yaxşı şeydir, hər-
çənd sarsaq zövqlərin olduğunu da yaddan çıxarmırıq. Madam
ki, canlı varlıqlar müxtəlif - yaxşı və alçaq xassələrə malikdir,
insanda, məsələn, bu yaxşıdır, canavarda və digər heyvanlarda
isə - alçaqdır, eləcə də at və insanın, eşşək və itin təbiəti eyni
deyil, həzz isə - qeyri-təbii haldan təbii hala keçməlidir, hansı
ki, hər kəsin özünə məxsusdur, onda belə xüsusiyyət öz yerini
tapmalıdır: alçaq xassədə - alçaq həzz olur. Doğrudan da, atla
insana eyni şey xas deyil, eləcə də digər [heyvanlara], lakin bir
halda ki, xassələr eyni deyil, onda zövqlər də eyni deyil. Zövq,
[müzakirə edilən fikrin tərəfdarlarının] müəyyənləşdiyi kimi - tə-
şəkkül tapmadır (apokatastasis), həm də onlar dediyi kimi xas-
sələrin əvvəlki vəziyyətinə qaytarılmasıdır, belə ki, alçaq
xassənin əvvəlki vəziyyətinə qaytarılması alçaqdır, yaxşının isə
- yaxşı.
Lakin özlüyündə həzzi yaxşı bir şey hesab etməyənlər
təxminən belə vəziyyətdə olurlar, necə ki, nektarın nə olduğunu
bilməyən adamlar, düşünür ki, allahlar şərab içir, şərabdan isə
daha ləzzətli heç bir şey yoxdur. Belə şey onlarda bilməməz-
likdən olur. Bu cür şeylər, kimlər ki, bütün zövqləri törəmə
hesab edir, onlarla da baş verir, ona görə də bunları yaxşı şey
saymırlar: onlara yalnız cismani həzz məlumdur, onlar başa dü-
şürlər ki, bu təşəkkül tapmadır, yəni dəyərsiz şeydir, buna görə
də həzzi, ümumiyyətlə, yaxşı şey hesab etmirlər. Madam ki,
həzz həm xassənin əvvəlki vəziyyətinə qaytarılması olan yerdə,
həm də artıq onun əvvəli vəziyyətinə qaytarılmış olduğu yerdə
olur, həm də nəzərə almaq lazımdır ki, harda çatışmazlığın yeri
dolursa, orda zövq əvvəlki vəziyyətinə qaytarılmış olur, əvvəlki
vəziyyətinə qaytarılmış xassənin zövqü isə - zövqün gör-
mədən, eşitmədən və bu kimi şeylərdən baş verdiyi yerdə olur,
380
onda artıq əvvəlki vəziyyətinə qaytarılmış xassənin fəaliyyəti,
çox güman, ən yüksək hesab ediləcək. Bu və o biri tərzin zöv-
qü - fəaliyyətdir. Buna görə də, əgər cismani zövq - çatışmaz-
lığın yerinin doldurulmasından alınan həzdirsə, görünür ki, gör-
mədən, eşitmədən və fikirləşmədən (philotmias) alınan həzz
daha yaxşı olmalıdır.
Həzzi bir də ona görə yaxşı şey hesab etmirlər ki, guya,
hər şeydə olmaq, həm də hamı üçün ümumi olmaq yaxşı şey
deyil. Amma bu əsas daha çox şöhrətpərəst adama və
şöhrətpərəstliyə (philotimias) xasdır. Şöhrətpərəst adam
yeganə sahib olmaq istəyir, bununla isə başqalarını geridə
buraxır. Deməli, [o düşünür ki,] həzz də yaxşı şey olmaqdan
ötrü təxminən belə bir şey olmalıdır. Lakin, bəlkə də, bu belə
deyil? Məgər, əksinə, bu yaxşı şey hesab edildiyinə görə hamı
buna can atmırmı? Axı hamı təbii olaraq yaxşı şeyə can atır. Və
əgər hamı həzzə can atırsa, onda həzz özlüyündə yaxşı şey
olmalıdır.
Həm də həzzi ona görə yaxşı şey hesab etmədilər ki, o,
əngəldir. Zövqü əngəl adlandırmağa vadar edən, görünür ki,
aparılmayan araşdırma üsuludur (me orthos skopein) Doğru-
dan da, həzz yerinə yetirilən işə əngəl deyil, lakin əgər bu nə
isə başqa bir şeydə həzdirsə, onda əngəldir, məsələn, sərxoş-
luqdakı həzz - işə əngəldir, lakin bu mənada elm də elmə
əngəl olacaq, ona görə ki, eyni vaxtda iki elmdə çalışmaq ol-
maz. Amma elm zövq gətirdiyi halda, məgər yaxşı şey deyilmi?
Məgər o, buna əngəl törədir? Yoxsa, daha çox, əksinə - adam
çox iş görərdi? Doğrudan da, həzz fəaliyyətdə daha səylə işlə-
mək həvəsi oyadır: məsələn, ləyaqətli adamı xeyirxahlıq et-
məyə, həm də bunları həzlə etməyə vadar et, məgər iş əsna-
sında onun səyi artmayacaqmı? Həm də kim işi zövqlə görürsə,
o, ləyaqətli adamdır, ancaq çox gözəl işi övqatı təlx halda gö-
381
Dostları ilə paylaş: |