üzdə olan o adamdır ki, o, haq-hesab bilmədən (aney logoy)
yaxşı şeylərə can atır və onları tapır, bu isə xasiyyətə xasdır,
çünki qəlbdə yaranışımızdan elə bir şey gizlənmişdir ki, bunun
sayəsində biz haq-hesab bilmədən hər şeyə can atırıq, bu da
bizə yaxşı şərait (ey ekhömen) qismət edir. Əgər belə hərəkət
edən adamdan soruşsan: «Bax bunu etmək nəyə görə sənin
xoşuna gəlir?» O, cavab verəcək: «Bilmirəm, ancaq mənim
xoşuma gəlir və ruhlanmış adamlar (enthoysiadzoysin) nə
hiss edirsə, mən də onu hiss edirəm». Ruhlanmış adamlar fikir-
ləşmədən nə isə bir şey (prattein ti) etməyə səy göstərməyin
dəlisidir.
Təsadüfi uğur üçün bizdə ayrıca olaraq buna uyğun gələn,
xüsusi bir ad yoxdur, lakin biz tez-tez bunun haqqında bir
səbəb kimi danışırıq. Səbəb, bununla belə, uğur anlayışına yad
bir şeydir11, çünki səbəb və onun nəyəsə bais olması - ayrı-ayrı
şeylərdir. Haçan ki, yaxşı şeylər tapmağa heç bir səy göstəril-
mir, təsadüfi uğuru onda da səbəb adlandırırlar, - məsələn, pis
bir işdən qurtardıqda, yaxud, əksinə, xeyir əldə etməyi düşün-
mədən xeyir əldə etdikdə. Belə uğur birincidən fərqlidir və şə-
raitə uyğun gəldikdə olur; bu uğur həqiqi mənada deyil, gəldi-
gedərdir. Buna görə o təsadüfi uğur olsa da, amma xoşbəxtlik,
görünür ki, insanın daxilində gizlənmiş yaxşı şeylərə qarşı olan
ən adi meyllə bağlıdır. Madam ki, yaxşı şeylər olmadan xoş-
bəxtlik olmur, bunlar isə, biz bir az bundan qabaq dediyimiz
kimi, təsadüfi uğurdan olur, onda belə uğur onun köməkçisi
(synergos) olmalıdır. Təsadüfi uğur barəsində biz belə deyirik.
9.
Biz hər məziyyət haqqında ayrı-ayrılıqda danışmışıq; indi,
çox güman, xüsusiyyətləri bir tam kimi toplayıb, ümumiləşdirmək
qalır. Doğrudan da, çox yaxşı insanla əlaqədar yaxşı bir ad var -
əxlaqı gözəl (kalokagathia). Tamamilə ləyaqətli olan (teleös
386
spoydaios) adamı çox gözəl əxlaqa malik olan adlandınrlar. Axı
əxlaqı gözəl olan haqqında məziyyət xüsusunda danışırlar: əda-
lətli, cəsarətli, tədbirli və ümumiyyətlə, bütün məziyyətlərə malik
olan [adamı] çox gözəl əxlaqa malik olan adlandırırlar.
Bölməni ikiyə tətbiq edərək, biz bəzi şeyləri çox yaxşıya
(kala), digərlərini - yaxşıya (agatha) aid edirik, yaxşılardan isə
bəziləri özlüyündə (haplös) yaxşıdır, digərləri - yox. Və ən
yaxşı şeylərə biz məziyyətləri, həm də xeyirxah işləri aid edirik,
yaxşılara isə - səlahiyyət, var-dövlət, şan-şöhrət, şərəf və bu
kimi şeyləri. O adam çox gözəl əxlaqa malikdir ki, ondan ötrü
özlüyündə yaxşı olan şeylər yaxşıdır, özlüyündə çox yaxşı olan
şeylər isə çox yaxşıdır. Belə adam həm yaxşıdır, həm də çox
yaxşıdır (kalos kai agathos). Ancaq kimdən ötrü özlüyündə
yaxşı olan şeylər pisdir, o adam çox gözəl əxlaqa malik olma-
yacaq, necə ki, o adam sağlam olmayacaq ki, ondan ötrü fay-
dalı şeylər faydasızdır. Məsələn, kiməsə var-dövlət və səlahiy-
yət zərərlidirsə, bunlar onun üçün arzuedilməzdir və bu adam o
şeylərə malik olmağı üstün tutacaqdır ki, bunlar ona ziyan
gətirməsin. Kim bir yaxşı şeyə sahib olmaqdan çəkinirsə, onu
çox gözəl əxlaqa malik olan hesab etmək olmaz. Yaxşı və çox
yaxşı o adamdır ki, onunçün yaxşı elə yaxşıdır və onu, mə-
sələn, var-dövlət, səlahiyyət kimi şeylər korlamır.
10.
Məziyyətə uyğun olan düzgün hərəkət haqqında
danışılıb, lakin az. Biz düzgün mühakiməyə uyğun olan hərəkəti
(kata ton orthon logon) belə adlandırmışdıq. Lakin nadan
adam burda soruşa bilər: bəs düzgün mühakiməyə uyğunluq
nə deməkdir, bu düzgün mühakimə hardadır? Qəlbin şüurdan-
kənar (alogon) hissəsi onun şüurlu (logistikon) hissəsinin
səyinə mane olmadıqda, düzgün mühakiməyə uyğun hərəkət
edirlər; onda bizim hərəkətimiz düzgün mühakiməyə uyğun
387
olur. Bizim qəlbimizdə ən yüksək və ən sadə şeylər var, ən
sadə şey isə həmişə ən yüksəkdən ötrü mövcud olur, necə ki,
qəlblə bədənin münasibətində bədən qəlbdən ötrü mövcuddur
və bədən nəinki maneçilik etməməyə, hətta qəlbə yardım edib,
onun işlərinə kömək etməyə qabil olduqda, biz deyirik ki, bədən
yaxşı vəziyyətdədir (ekhein kalös) (axı ən sadə ən yüksəkdən
ötrü mövcud olur ki, ən yüksəyə yardım etsin). Buna görə, his-
lərin artıb-əksilməsi, öz işini görərkən, ağılın fəaliyyətinə mane-
çilik törətmədikdə, məntiqə uyğunluq öz yerini tapır.
Buna etiraz edə bilərlər: «Doğrudanmı, ancaq hislərin
artıb-azalması hansı vəziyyətdə maneçilik etmir? Və bu cür
vəziyyət nə vaxt olur? Axı mən belə şeyi bilmirəm». Bu cür
suala cavab vermək asan deyil. Həkim də belə bir vəziyyətə
düşür, o, tinkturanı12 qızdırmalı xəstəyə verməyi buyurduqda,
ondan soruşurlar: «Bəs qızdırmanı necə bilməli?» O cavab
verir: «Xəstəni saralmış gördukdə». - «Bəs saralmışı necə tanı-
malı?» burda həkim [necə cavab verməyi] bilməlidir: o, deyə-
cək, əgər sən özün belə şeyləri duymursansa, mən artıq sənə
anlatmaq gücündə deyiləm. Bu ümumi fikri digər şeylərə də
tətbiq etmək olar. Bu, [ağılın fəaliyyətinə maneçilik etməyən]
hislərin artıb-əksilməsini müəyyən etmək lazım olan yerdə də
öz gücünü saxlayır, yəni bunu duymaqdan (aisthesin) ötrü
insan özü də bir səy göstərməlidir.
Həm də belə bir sual verə bilərlər: əgər bütün bunları bil-
səm mən həqiqətən xoşbəxt olacağammı? Belə mülahizə
etmək qəbul olunub ki, bəli. Lakin bu belə deyil. Axı başqa elm-
lərin də heç birinin tətbiqə və ya istehsal etməyə heç bir aidiy-
yatı yoxdur, bunlar yalnız [bilik] verir. Burda da belədir: bu cür
şeyləri bilmək, onları həyata keçirməyə maraq oyatmır (halbuki
xoşbəxtlik, biz təsdiq edirik ki, - fəaliyyətdir), yalnız insanı [bilik]
sahibi edir. Xoşbəxtlik onun hansı şeylərdən (exhön) ibarət ol-
388
masını bilməkdə deyil, ancaq onları həyata keçirməkdədir. Hə-
yata keçirmək, tətbiq etmək və fəaliyyət göstərmək - [xoşbəxt-
lik haqqında] elmin işi deyil, çünki heç bir başqa elm də işi onun
istifadəsinə gətirib çatdırmır, yalnız bilik verir.
11.
Bunların hamısına əlavə olaraq dostluq haqqında
(philla) danışmamaq olmaz: bu nədir, nədə və nə ilə əlaqədar
özünü göstərir. Biz görürük ki, bu - yaxşı şeydir, buna görə
onun haqqında xoşbəxtliyə aidiyyatı olan şey kimi danışmaq
lazımdır. Çox guman, çətinlik doğuran və araşdırılmağa ehtiyacı
olan nədirsə, ondan başlamaq daha yaxşıdır.
Dostluq mülahizə edilən və deyilən kimi bir-birinə bənzər
adamların arasındamı bərqərar olur? «Dolaşa, - deyirlər, -
dolaşanın yanında oturur», həm də «Tay öz tayı ilə əbədi mün-
cər olur». Nəql edirlər ki, bir it həmişə eyni bir kərpicin üstündə
yatırdı. Empedokldan soruşduqda ki, it nəyə görə eyni bir
kərpicin üstündə yatır, o, cavab vermişdi ki, it bir az bu kərpicə
oxşayır, anladaraq ki, it üçün buranın ən çox sevilən yer
olmasının səbəbi - oxşarlıqdır.
Digərləri, əksinə, zənn edirlər ki, dostluq - əksliklərin bir-
birinə olan qarşılıqlı meylidir, axı deyilir ki: «Torpaq quru olduq-
da, onun yağışı mildir13». Onlar hesab edir ki, əks əkslə dostluq
etməyə səy göstərir, halbuki, oxşar özünə oxşayana ehtiyac
duymadığı kimi, oxşaroxşarla dostluğu mümkün hesab etmir.
Dost olmaq çətindir, yoxsa yox? Tez etimad qazanan yal-
taqlar - dost kimi görünsələr də, əsla dost deyillər.
Və daha bir sual: ləyaqətli adam yaramaz adamın dostu
ola bilərmi, yoxsa yox? Dostluq etmək üçün düzlük və sadiqlik
lazımdır, yaramaz adam isə qətiyyən belə deyil.
Yaramaz yaramazın dostu ola bilərmi? Yoxsa o da ola
bilməz?
389
Dostları ilə paylaş: |