A z ə r b a y c a n ata türk m ə r k ə z I M. N.Ç O b a n o V



Yüklə 7,13 Mb.
Pdf görüntüsü
səhifə42/64
tarix23.08.2018
ölçüsü7,13 Mb.
#63884
1   ...   38   39   40   41   42   43   44   45   ...   64

"Azərbaycan  ədəbiyyatı"ndan  xülasələr  və  ayrı-ayrı 
klassiklərin həyat və yaradıcılığı haqqında oçerklər də artır­
maq  vacibdir.  Məhz  Sovet  imperiyasının  mövcud  olduğu 
dövr  ərzində  "Azərbaycan  ədəbiyyatı"  fənninin  proqram­
larında  "Rus  ədəbiyyatı"na  dair  xülasələr  və  həmçinin 
klassik  rus  yazıçılarının  həyat  və  yaradıcılığına  aid  geniş 
oçerklər  verilirdi.  Bunu  nəzərə  alaraq,  rusdilli  məktəblər 
üçün "Rus ədəbiyyatı" dərsliklərinin Bakıda hazırlanıb nəşr 
edilməsi məqsədyönlü olardı.
"Azərbaycan dilinin dövlət proqramı"nda tərcüməçilərin 
və  dilmanclann hazırlanması problemləri  də  geniş  şəkildə 
nəzərdə  tutulmalıdır.  Artıq,  Azərbaycan  Respublikası 
dünyanın  bütün  ölkələri  ilə  siyasi,  iqtisadi  və  mədəni 
əlaqələr yaratmışdır.  Azərbaycan  Respublikasının  səfirlik­
ləri,  konsulluqları və  digər nümayəndələri bir sıra ölkələr­
də  olduğu kimi, bir çox  ölkələrin səfirlikləri,  konsulluqları 
və  iş  adamları  da Azərbaycanda  fəaliyyət göstərməkdədir. 
Bu  əlaqələr,  hər  şeydən  əvvəl,  ölkəmizin  müxtəlif dilləri 
dərindən  bilən  güclü  tərcüməçilər və  dilmanclar korpusu­
nun  hazırlanması  vacibliyini  günün  ən  aktual  problemlə­
rindən  birinə  çevirmişdir.  Bu  məqsədlə  tədris  müəssisə­
lərində  Azərbaycan  dili  ilə  yanaşı  bir  sıra  xarici  dillərin 
öyrənilməsi də vacibdir.
Bizim mülahizəmizə görə, öyrənilməsi vacib olan dilləri 
aşağıdakı  qruplara bölmək olar:
Birinci  qrupa  beynəlxalq  və  xalqlararası  ünsiyyət 
vasitəsi  kimi istifadə olunan və geniş yayılmış  olan ingilis, 
alman,  fransız  və  rus  dillərini;  ikinci  qrupa  Azərbaycanla
180
bilavasitə  həmsərhəd  olan  ölkələrin  dillərini,  o  cümlədən 
türk,  fars,  gürcü,  erməni  və  s.  dilləri;  üçüncü  qrupa  yaxın 
bölgə  ölkələrinin  dillərini,  o  cümlədən  ərəb,  yəhudi  və  s. 
dilləri;  dördüncü  qrupa  isə,  Azərbaycan  Respublikası  ilə 
yaxından  siyasi,  iqtisadi  və  mədəni  əlaqələr yaratmış  olan 
ölkələrin,  keçmiş  SSRİ  məkanından  ayrılıb  və  öz 
müstəqilliyini  e’lan  etmiş  Ölkələrin,  həmçinin  Şimalı 
Atlantika Paktına daxil olan  ölkələrin dillərini  daxil  etmək 
olar.
Bir  sözlə,  "Azərbaycan  dilinin  dövlət  proqramı"  ana 
dilinin  daha  da  səlisləşməsi,  zənginləşməsi,  təkmilləş­
dirilməsi  sabitləşməsi  və  inkişaf etdirilməsi yollarında bir 
mayak olacaqdır.
Qeyd: Bu yazı  "Azərbaycan " qəzetinin 
26  fevral 2000-ci il tarixi sayında  dərc olunub.
181


Ə D Ə B İ   D İL İM İZ   X A L Q IM IZ IN  
M İL L İ  S Ə R V Ə T İD İR
(İkinci m əqalə)
Bu  başlıq  bizim   "Azərbaycan"  qəzetinin  26 fevral 
2000-ci il tarixli sayında çap olunmuş eyn i adlı məqa­
ləm izdən   götürülmüşdür.
  Bu  məqalədə  ana  dilimizin 
Konstitusiya  statusu,  elmi  aspektdə  tədqiq  edilməsi,  tədris 
müəssisələrində  bir  fənn  kimi  öyrənilməsi,  tətbiqi  məsə­
lələri  və  s.  geniş  şəkildə  şərh  olunmuşdur.  "Azərbaycan" 
qəzetində  çap  olunmuş  yarım  səhifəlik  bu  məqalə  həm 
ümumxalq ictimaiyyətinin, ziyalılar təbəqəsinin, həm də ali 
dövlət  orqanlarının  diqqətindən  yayınmamış  və  çox  məm­
nuniyyətlə  qarşılanmışdır.  Məhz  bu  məqalənin  nəşrindən 
azca  sonra  dilimizin  müasir vəziyyəti,  onun  inkişafının  sü­
rətləndirilməsi  və  təkmilləşdirilməsi,  bir  dəfəlik  latın  qra­
fikası  əsaslı  əlifbaya  keçilməsi,  tətbiqi  sahələrinin  geniş­
ləndirilməsi  və  sabitləşdirilməsi  barədə  Azərbaycan  Res­
publikasının  sabiq,  əbədiyaşar prezidenti  H.Əliyev  tərəfin­
dən imzalanmış fərman və sərəncamlar, o cümlədən.  "Azər­
baycan  əlifbası  və  Azərbaycan  dili  gününün  təsis  edilməsi 
haqqında"  (9.08.2001),  "Dövlət  dilinin  tətbiqi  işinin  tək­
milləşdirilməsi  haqqında"  (18.06.2001),  "Azərbaycan  Res­
publikasında  dövlət  dili  haqqında  Azərbaycan  Respublika­
sının  Qanunu"  (2.01.2003),  "Azərbaycan  Respublikasında 
Dövlət  dili  haqqında  Azərbaycan  Respublikasının  Qanu­
182
nunun tətbiq edilməsi barədə" (2.01.2003), həmçinin, Azər­
baycan  Respublikasının  prezidenti  İlham Əliyev tərəfindən 
imzalanmış  "Azərbaycan  Milli  Ensiklopediyasının  nəşri 
haqqında"  (12.01.2004), "Azərbaycan dilində latın qrafikası 
ilə  kütləvi  nəşrlərin  həyata  keçirilməsi  haqqında"
(12.01.2004) Sərəncamlar böyük tarixi əhəmiyyət kəsb edir.
"Ədəbi dilimiz xalqımızm  m illi sərvətidir"
 adlı  məqa­
ləmizdə qaldırdığımız məsələlərin bir çoxu son vaxtlarda öz 
həllini  tapmışdır.  Lakin müxtəlif səviyyəli  dövlət  orqanları 
hələ  də  bir çox  məsələlərin  həll  edilməsinə  "göz  yumur", 
"günü-günə satır", həmin məsələlərin həlli barədə bəlkə də 
düşüınnürlər.  Bizim həmin məqalədə qaldırdığımız bir çox 
məsələlər hələ öz həllini gözləməkdədir:
"Hətta  şəhərimizin  bəzi  rus  məktəblərinin  "rəhbərləri" 
azərbaycanlı  valideynlərə  övladlarının  rus  məktəblərində 
oxumaları barədə” dəyərli məsləhət verirlər. Bu da şübhəsiz 
ki, az da olsa öz "bəhrəsini" verir. Millət, milli mənsubiyyət 
anlayışına  malik  olmayan  valideynlər  də  kortəbii  olaraq 
onların dediklərinə əməl edirlər.
"Əlbəttə, şəhərimizdə fəaliyyət göstərən reklam idarələ­
rinin  "əməkdaşları" da bu sahədə "az iş görmürlər". Bakının 
mərkəzi  küçələrindəki  və  meydançalarındakı  reklamlara 
nəzər  saldıqda,  adam  özünü  bir  anlığa  haradasa  Avropa 
ölkələri şəhərlərindən birində olduğunu hiss edir. Bizə belə 
gəlir ki, şəhərlərimizdə və kəndlərimizdə, həmçinin dövlət, 
özəl  şirkətlərin  müəssisələrində  bütün  lövhələr  və  rek­
lamlar  əvvəlcə  Azərbaycan,  sonra isə  ingilis  dilində  yazıl­
malıdır. Reklamların tərtib olunmasında çoxdilliliyə yol ver­
183


Yüklə 7,13 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə