"İncitək sözlər seç, az danış,
az
din,
qoy az sozlərinlə diinya bəzənsin.
Az sözün incitək mənası solmaz,
çox sözün nərgiz tək qiyməti olmaz"
Nizami.
3. A Z Ə R B A Y C A N -T Ü R K D İL İN İN
T Ə ŞƏ K K Ü L Ü T A R İX İ
Azərbaycan-tiirk odəbi dilinin təşəkkülü tarixinə keçməz
dən əvvəl, keçmiş Sovet və Azərbaycan tarixşünaslığmda özü
nü göstərən qeyri-elmi, qeyri-məntiqi və subyektiv baxışlara,
ötəri də olsa, nəzər salmaq yerinə düşərdi...
AZƏRBAYCAN TARİXİNDƏ
SUBYEKTİV BAXIŞLAR
Azərbaycan tarixində mövcud olan subyektiv baxışlar
bir neçə səbəbdən yaranmışdır:
Müasir Azərbaycanşünaslıqda bilavasitə Azərbaycan
xalqının tarixi ilə əlaqədar olan əsərləri nəzərdən keçir
dikdə belə bir nəticəyə gəlmək olur ki, həmin tarixçi
lərimiz arasında "tarix" anlayışına, onun ümumi məğzinə
və məzmununa yanaşma, tədqiq etmə və araşdırma prin
siplərində ikitirəlik, ikili münasibət hökm sürməkdədir:
I.
Birinci qrup tarixçilər "tarix" anlayışına dar mə'nada
yanaşır, tarixdə xronolgiya axtarır, məntiqi nəticələri isə
arxa plana salırlar və hətta, məntiqi qanunauyğunluqları
unudurlar və beləliklə də, tarixi tədqiqatları və araş
36
dırmaları bu və ya digər mənbələrdəki qeydləri, bə'zən
yerli-bə'zon yersiz, sistemə salmaq və xalqın təşəkkülü
tarixini təhrif etmək və saxtalaşdırmaqla məşğul olurlar.
Bütün bunlar, sovet "tarixşünaslığınm" "parçala hökmran
lıq et" ideologiyasının bilavasitə həyata keçirilməsi, xalqı
mızı tarixi soy kökündən, mədəniyyətindən, şərəfli ən'ə-
nələrindən ayırmaq, türk dünyasından ayrı salmağa, uzaq
laşdırmağa xidmət edirdi. Digər tərəfdən də, Azərbaycan-
türk xalqının tarixini ayrı-ayrı etnik qrupların nümayən
dələrinin təhrif etməsi, saxtalaşdırması, qədim Oğuz
türklərinin tarixi Azərbaycan ərazisinə XI əsrdən sonra
gəlmələrinə dair qeyri-tarixi, qeyri-məntiqi, qeyri huma
nist konsepsiya irəli sürmələri ilə bağlı olmuşdur. Bu qrup
"tarixçilər" xalqımızın tarixinə dair nə mövcud xüsusi
ədəbiyyata, nə türk xalqları ilə ortaq ümumi ədəbiyyata,
nə qonşu xalqların tarixi sənədlərindəki mö’təbər mən
bələrə əhəmiyyət verirlər. Məsələn, bədxah qonşuları
mızdan erməni alimləri c'tiraf edirlər ki, hələ V-V1I əsr
lərdən erməni dilində türk sözləri işlənməyə başlamışdır
və müasir erməni dilində 5 mindən çox türk sözləri indi
də işlənm əkdədir. Həmçinin analoji fikirlərə tarixi
qonşularımız gürcü xalqının tarixi mənbələrində də rast
gəlirik. Onların V-VIII əsrlərə aid edilən tarixi mənbələ
rində 60-daıı çox türk sözləri işlənmişdir. Bu proses, yə'ni
Azərbaycan-türk dilindən sözalma ən’ənələri sonrakı
əsrlərdə də davam etdirilmiş, müasir gürcü dilində isə
minə yaxm türk sözləri işlənməkdədir. Həmçinin VIII əs
rə aid edilən gürcü mənbəyində qeyd olunur ki, Make-
37
doniyah İskəndərin hücumu dövründə Kür çayı vadisində
buntürklər (qədim türklər) yaşayırdılar. H ələ digər
mənbələri demirəm...
Yuxarıda qeyd olunanlan nəzərə aldıqda istər-istəməz
belə suallar meydana çıxır: "Əgər Oğuz türkləri tarixi
Azərbaycan ərazisinə XI əsrdən sonra gəlibsə, bəs, onda
V-VII əsrlərin erməni və gürcü mənbələrinə qədim dövr
lərdən türk sözləri necə keçmişdir?.. Yaxud, bəs, dünya
mədəniyyəti xəzinəsinin incisi sayılan məşhur "Kitabi-
Dədə Qorqud" dastanı tarixi Azərbaycan ərazisində necə
yaranmışdır? Yaxud, tarixi Azərbaycan ərazisi ilə bila
vasitə yaxından bağlı olan şifahi xalq ədəbiyyatı nümu
nələri XI əsrdən əvvəlki Azərbaycan ərazisində necə ya
ranmış və əsrlərdən-əsrlərə, nəsillərdən-nəsillərə keçə-
keçə bu günə necə gəlib çatmışdır?..
Dərd də elə buradadır ki, Azərbaycan tarixşünaslığı ilə
məşğul olan birinci qrup "bəsit tarixçilər" bu sualların heç
birinə cavab vermirlər, yaxud da tariximizi saxtalaşdır
maq, təh rif etmək məqsədilə qəsdən bu sualların
üstündən "sükutla" keçirlər...
Yuxarıda qeyd olunanlardan göründüyü kimi, birinci
qrup tarixçilərin tədqiqatlarında xalqımızın bir neçə min
illik tarixi lcimi, onun dövlətçilik tarixi də, dilinin tarixi
də, hətta, adət-ən'ənəlorinin tarixi də başdan-başa saxta
laşdırılmış və təhrif olunmuşdur.
"Azərbaycan türklərinə gəlincə, bu xalq da ulu türk
dünyasının mənşəcə eyni olan bir qolu olub, Qafqaz və
38
Kiçik Asiyanın şərqində böyük bir ərazidə dövlət
qurmuşlar. Onlar "azər (asor) adı ilə tarix elminə altı min
il qədimdən mə'lum olan bu xalq barədəki faktı öz təd
qiqatlarına və yazılı Norveç saqasına əsasən böyük müa
sirimiz Tur Heyerdal da təsdiq edir". Digər bir tədqiqatçı
isə yazır: "Azərbaycan dövlətçiliyinin 4200 il yaşı var"...
11. İkinci qrup tarixçilər isə, "tarix" anlayışını geniş
mə'nada dərk edir, xalqın tarixi ilə bilavasitə bağlı olan ən
mö'təbər mənbələrə istinad edir, həm elmilik həm də
məntiqildik cəhətdən düzgün nəticələrə gəlirlər. Bu isə,
hər şeydən əvvəl, tarixçilərimizin "tarix" anlayışına tama
milə geniş mə'nada yanaşması ilə bağlıdır. Geniş mə'nada
tarix elmi-xalqın siyasi, iqtisadi, mədəni həyatını; xalqın
tarixən yaratmış və yaşatmış olduğu elmi-fəlsəfi, elmi-
hüquqi, etik və estetik görüşlərini; adət-ən'ənələrini; xal
qın açıq səma altında yaratmış olduğu etnoqrafik muzey
lərini (qəbiristanlıqlarını, künbəzlərini və kurğanaları) və
onların özündə qoruyub saxladığı gizlin səhifələri; xalqın
tarixi möhürü hesab etdiyimiz antroponimik (şəxs
adlarım), toponimik (yer adlarını), hidronimik (su aləmi
nin adlarını) və digər adlarını; həmçinin istər xalqımızın
bizə irs qoyduğu mənbələrdə, istərsə də tarixən qonşu
xalqların yazılı mənbələrində özünə yer tapmış xüsusi
adları və ya sözlərin nəzərə alınması; Azərbaycan tarixinə
dair xüsusi və ümumi mənbələrin saf-çürük edilməsi;
həmçinin qonşu xalqların tarixi mənbələrinə dərindən
nəzər salınması və həmin mənbələrdən xalqımızın tari
39
Dostları ilə paylaş: |