yətindən ayrılmış, öz soykökündən sün'i yolla uzaqlaşdırıl
mış, adət-on'ənələri və dini inamları eyni olan xalqlarımızın
bir-bir ilə yenidən ünsiyyət tapmasına geniş imkanlar yarana
bilər. Şübhəsiz İd, bu istiqamədə apanlan işlər sahəsində
orta ixtisas və ali məktəblərarası tələbə mübadiləsinin də
mühüm əhəmiyyəti olacağı şəksizdir...
9. ELMİ ƏLAQƏLƏNDİRMƏ - TÜRKOLOGİYA
MƏRKƏZİNİN YARADILMASI HAQQINDA. Türk
ədəbi dillərinin birliyinə doğru gedilən yolda ən mühüm
əhəmiyyət kəsb edən amillərdən birini do türk ölkələri
arasında humanitar elmlər üzrə vahid Elmi Əlaqələndirmə
Mərkəzinin yaradılması təşkil edir. Əgər belə bir M ərkəz
yaradılarsa və həmin Mərkəzin idarə olunmasına ayrı-ayrı
türk ölkələrinin tanınmış alimləri cəlb olunarsa, onda istər
türk xalqlarının, istərsə də türk ədəbi dillərinin birliyinin
yaradılması yaxm bir neçə on il ərzində həyata keçirilə
bilər... Əlbəttə, Elmi Əlaqələndirmə Mərkəzi əvvəlcədən
tərtib və təsdiq olunmuş "Əsasnamə" və elmi tədqiqat planı"
üzrə fəaliyyət göstərməlidir...
10. ÜMUMTÜRK ENSİKLOPEDİYASI VƏ LÜĞƏT
LƏRİN YARADILMASI HAQQINDA. Türk xalqlarının
soykökünə qayıtması və onların tarixi birliyinin bərpası
üçün ən vacib sahələrdən birini do "Böyük Ümumtürk en
siklopediyası", "Ümumtürk dilinin izahlı lüğəti" və "Müasir
Türk dillərinin qarşılıqlı lüğəti"ııin və "Türk dillərinin
ümumterminoloji lüğəti" nin və s. lüğətlərin hazırlanması
təşkil edir. "Ümumtürk dilinin izahlı lüğəti" XVI əsrə qədər-
20
ki qədim türk yazılı kitabələrinin, tarixi sənədlərinin və
digər mənbələrin materialları üzərində hazırlanmalıdır.
Doğrudur, bu sahədə ayn-ayn türkdilli xalqların filologiya
sımda müəyyən işlər görülmüşdür, lakin onlar əsasən fərdi
xarakter daşıyır. Odur ki, müasir elmi-texniki
tərəqqi və türk
xalqlarının birliyi, ümumi mənafeyi "Ümumtürk dilinin
izahlı lüğoti"nin, "Toponimlər lüğəti"nin və "Antroponimlər
lüğəti"nin hazırlanmasının vacibliyini tələb edir.
Bütün yuxanda deyilən
mülahizələr həm türk xalqlannm,
həm də türk ədəbi dillərinin birliyinə doğru getməyin ən
mühüm və ən əsas şərtlərini təşkil edir. Burada Ş.İ.Xətainin
bir kəlamını xatırlamaq da yerinə düşərdi. Xətai gənclərə
vəsiyyətində demişdir "ATALAR SİZƏ ÜÇ ƏMANƏT
QOYUBLAR DİLİMİZ. QEYRƏTİMİZ. VƏTƏNİMİZ"".
Deməli, türk xalqlarının və onların ədəbi dillərinin birliyini
reallaşdırmaq üçiin yuxarıda qeyd olunan problemlərin həll
edilməsi məqsədilə müvafiq tədbirlər planının hazırlanması
və həyata keçirilməsi dövrümüzün ən aktual məsələlə
rindən ibarət olmalıdır...
Qeyd: 1. Bıı mövzu IV Uluslar Arası Türk Dil Qurultayında
Plenar İclasda moruzo olunub. (İzmir, 20-25 sentyabr, 2000).
2. Bu araşdırma ilk dəfə müəllifin ‘Türk odobi dillərinin bir
liyinə doğnı” kitabında nəşr olunub. (Bakı, 2000, soh. 3-15).
21