xinə dair mövcud faktların araşdırılması və elmilik ba
xımdan sistemə salınması; qədim və zəngin folklor mate
riallarının, arxeoloji qazıntılar nəticəsində əldə edilmiş
tarixi məlumatların həm elmi-məntiqi, həm də tarixi-
linqvistik baxımdan araşdırılmasım tələb edir. Başqa sözlə
desək, Azərbaycan xalqının təşəkkülü tarixinə bir prizma
dan yox, ən böyük və ən müxtəlif prizmalardan baxmaq,
onun vasitəsilə tarixin bizə irs qoyduğu mənbələrdəki
gizlin sirrlərini açmaq
lazımdır... Bu sahədə tarixçilərimizin və filoloq alim
lərimizin qarşısında çox böyük vəzifələr durur...
Bütün dünya dillərinin inkişaf tarixində olduğu kimi,
Azərbaycan-türk dili də müasir mərhələyə gəlib çatana
kimi bir neçə mərhələ keçmiş, nəhayət, ümumxalq dili
üzərində seçmə və evəzetmə əməliyyatı aparmaqla dilin
tədricən cilalanmış, səlisləşmiş, təkmilləşmiş və müəy
yən dərəcədə orfoepik, orfoqrafik və üslubi normaya sa
lınmış ədəbi dil ünsiyyəti meydana gəlmişdir. Məlumdur
ki, hər bir ədəbi dil hamının anladığı, başa düşdüyü vahid
normalar əsasında tarixin müəyyən pilləsində təşəkkül
tapır və inkişaf edir. Bu baxımdan Azərbaycan-türk ədəbi
dilinin inkişafı da uzun bir tarixi dövr keçmiş və bu günkü
səviyyəyə gəlib çatmışdır. Azərbaycan-türk dilinin
qaynaqlarının verdiyi məlumatlara görə, onun təşəkkül
tarixi erkən orta əsrlərə təsadüf edir. Bunu bir çox linq-
vistik mənbələr, o cümlədən şifahi ədəbiyyat nümunələri,
toponim və antroponimlər, yazılı ədəbiyyat nümunələri
və tarixi sənədlər də təsdiq edir.
40
Dünyanın bütün dillərində olduğu kimi, Azərbaycan-
türk ədəbi dilinin də tarixən təşəkkül tapmış iki qolu
vardır: şifahi ədəbi dil, yazılı ədəbi dil.
AZƏRBAYCAN-TÜRK ŞİFAHİ ƏDƏBİ DİLİ VƏ
ONUN TƏŞƏKKÜLÜ TARİXİ. Azərbaycan xalqının əsil
tarixinin yazılmasında ən mö'təbər mənbələrdən biri, xal
qımızın ümumtəfokkürünün məhsulu kimi təşəkkül tapan,
xalqımızın tarixən həm yol yoldaşı, həm də bu qədim və
uzun yolun əks etdiricisi, onu bədii təfəkkürün ümumi
məhsulu kimi qoruyub, bu günə çatdıran folklor material
larının da (şifahi xalq ədəbiyyatı, musiqi, rəqs) böyük elmi
əhəmiyyəti vardır. Çünki hər bir folklor nümunələri
xalqımızın tarixinin bu və ya digər gizlin səhifələrini özü
nün ayrı-ayrı misralarında, beytlərində, bəndlərində və
yaxud elmi-fəlsəfı xarakterli atalar sözü və zərbül-məsəl-
1 ərində, ümumi məişət xarakterli ifadə və cümlələrində
qoruyub saxlayır, onu büllurlanmış, cilalanmış və təkmil
ləşmiş şəkildə nəsldən-nəslə, əsrlərdən-əsrlərə ötürür.
Beləliklə də, bütün bunları bu günə gətirib çıxarmışdır.
Ümumiyyətlə, dünya dillərinin hamısında olduğu kimi,
Azərbaycan-türk ədəbi dilinin şifahi qolu da tarixən,
yazılı ədəbi dilə nisbətən, bir neçə əsr əvvəl təşəkkül tap
mışdır. Azərbaycaıı-türk şifahi ədəbi dilinin təşəkkülü
qədim tarixə malikdir. Şifahi mənbələrin verdiyi məlu
matlara görə, artıq, V1I-V1II əsrlərdə Azərbaycan-türk
ədəbi dilinin şifahi qolu, demək olar ki, tam mənası ilə
təşəkkül tapmış və ümumxalq xarakteri kəsb etmişdir.
41
Bunu əsrlərlə xalqımızın yaddaşına hopmuş şifahi xalq
ədəbiyyatının ayrı-ayn nümunələri açıq-aydın şəkildə
göstərir. Başqa sözlə desək, qədim şifahi xalq ədəbiyyatı
nümunələrində xalqımızın dili, adət-ənənələri, etik və
estetik normaları, məişəti, məşğuliyyəti və.s. geniş
şəkildə öz əksini tapmışdır. Məsələn,
Sadağı tər, oxu tər,
Sadaq şaxlar, oxu tər.
K irp ik lərin tərp ətm ə,
Q əm tünlükdür, ox istə r.
Bu xalq qoşqusunun qədim dövrlərdə, xüsusilə
xalqımızın silah kimi nizə və oxdan (yay oxundan) isti
fadə etdiyi zaman yarandığına heç bir şübhə yeri qalmır.
Bu xalq qoşqusunun məzmunu keçmiş dövrlə bağlı olduğu
halda, onun dili də, janrı da müasir dilimizdən heç də
fərqlənmir. Bu qoşquda işlədilmiş yalnız bir söz müasir
dilimiz üçün arxaik sayılan "sadaq" sözüdür. Məlumdur
ki, ulu babalarımız tarixən "oxu sadaqda", "qıpmcı isə
qında" saxlamışlar. Deməli, bu qoşqudakı "sadaq" sözü ox
qabı mənasında işlədilmişdir.
Yaxud:
Vermə xəzərə m əni,
Ç əkər bazara m əni.
Yada k ən iz verincən,
Salla m əzara m əni.
Ə zizinəm h ər aylar,
K eçər günlər, h ər aylar.
42
Qul qardaşım Bağdaddan
G əncə deyib haraylar.
A tdılar oda məni,
Qatdılar şama məni.
Qul edib bazarlada
Satdılar oda məni.
Tarixi sənədlərdən məlumdur ki, Şimali Qafqazda və
Volqa çayının aşağı axarında sakin olmuş xəzərlər 395-
396-cı illərdə sürətlə axışıb Azərbaycana gəlirlər. Xalq bu
tarixi hadisəyə biganə qalmamış, onu yaddaşlarda yaşat
maq məqsədilə həmin hadisənin konkret məzmununu
kiçik bir bədii parçada gələcək nəslə təqdim etmişdir. Bu
bədii parçanın-bayatının da məhz xəzərilərin Azərbay
cana gəlişinin ilk dövrlərində yaranmasına söz ola bilməz.
Bayatının məzmunundan aydın olur ki, bu bayatı yaran
dığı dövrlərdə hələ quldarlıq cəmiyyəti davam etməkdə
imiş. Bu mülahizəni bayatıdakı "Çəkər bazara məni"
misrası açıq-aydm şəkildə sübut edir. Tarixdən məlumdur
ki, insanların bazarda alınıb-satılması quldarlıq cəmiyyəti
üçün səciyyəvi olmuşdur. Bu fikir də yuxarıdakı bədii
parçada öz əksini tapmışdır.
Ə zizim sa l düzəlt,
Taxta g ə ti, sa l düzəlt.
B izi k eçir o üzə,
Ömrümüzə sa l düzəlt.
43
Dostları ilə paylaş: |