Ə zizim yelkən g əti,
Yelkənə örkən gəti.
L övbəri salla dənizə,
Bağ üçü örkən g əti.
Bu el qoşquları öz məzmunu, ifadə tərzi e'tibarilə bu
günkii dilimizlə, folklorumuzla yaxından səsləşsə də, on
ların tərkibində işlənmiş bir neçə söz, o cümlədən "sal",
"yelkən", "örkən" və "lövbər" sözləri bilavasitə gəmiçi
liklə bağlı olub, ulu babalarımızın çox qədim zamanlardan
gəmiçiliklə məşğul olmalarına dəlalət edir. Bu el qoş-
qularmdakı "lövbər", "yelkən" sözləri müasir dilimizdə
fəal şəkildə işləndiyi halda, "sal" ve "örkən" sözləri ar
xaikləşmişdir. Qedim dilimizdə "sal" gəmi, "örkən" sözü
isə kəndir mə'nasında işlədilmişdir. Deməli, bu el qoş
qularının erkən orta əsrlərdə, yə'ni ulu babalarımızın "sal"
və yelkənli gəmilərdən istifadə etdiyi dövrlərdə yaran
masına heç bır şübhə yeri qalmır.
Yaxud da: Ərəb g ə ld i hay verin.
N ə istəsə p a y verin.
A za duran döyüllər,
G ətirin tay-tay verin.
Ə zizim y ü z dərdim,
M əlhəm sizdi y ü z dərdim.
Ərəb g ə ld i ac oldu,
Birkən artdı y ü z oldu.
44
Ərəb nədi,
Corab nədi?
Ərəbin üzü
D əvənin dizi.
Şifahi xalq ədəbiyyatından götürdüyümüz bu nümu
nələrdən göründüyü kimi, bu kiçik bədii parçaların ərəb
istilası dövründə, yəni V1I-V1II əsrlərdə yaradılmasına
heç bir şübhə yeri qalmır. Çünki ərəb istilasına məruz qa
lan xalq bu məzmunlu bayatı və məsəlləri məhz həmin
dövrlərdə yarada bilərdi. Əlbəttə, bu tipli və ya məzmunlu
bədii parçaların nə ərəb istilasından əvvəl, nə də ondan
sonra yaradılmasına heç bir zərurət ola bilməzdi. Xalq isə
öz həyatında baş verən hadisələri elə həmin vaxtlar yad
daşlarına köçürmüş və gələcək nəsillərə ötürmüşlər.
Yuxanda qeyd olunan elmi-məntiqi vo fəlsəfi gücə ma
lik zərbül-məsəl xarakterli ifadələrdən və bayatının
ümumi məzmunundan və məntiqi nəticəsindən aydm olur
ki, bu ifadələr məhz VII əsrin ortalarında ərəb işğalı döv
ründə yazılmışdır, həm də bu ifadələr xalqın bədii təfək
kür və elmi süzgəcindən elə ustalıqla keçirilmiş, ona elə
mə'na çaları verilmişdir ki, sanki xalq bu ifadələrin də,
bayatının da məzmununu "xalq tərəzi"sində çox dəqiq
liklə çəkmiş, xalqın o dövrlə bağlı vəziyyətini, yə'ni ölkə-
nini ərəblər tərəfindən işğal olunmasını və islam dinini
qəbul etməyənlərin qılıncdan keçirildiyini bədii-elmi
45
parçalarda qeydə almış və özündə xalqımızın tarixinin
müəyyən səhifələrini qoruyub saxlayan həmin ifadələri
və bayatıları nosldən-nəslə ötürərək bu günkü nəslimizə
çatdırmışdır. Məgər, belə lokonik və qısa ifadələrlə böyük
bir tarixi məzmunu ifadə edən, xalqm tarixini, tarixi
ünvanım necə təhrif etmək olar. Məgər, folklorumuzda
özünə geniş yer tapan yüzlərlə belə bayatıların, ifadələrin,
elmi gücə malik atalar sözlərinin ifadə etdiyi məzmun xal
qımızın qədimlərdən, ən geci isə, eramızın ilk əsrlərində
xalq kimi təşəkkül etməsinə dəlalət edirmi? Bunlara göz
yumub, xalqımızı XI əsrin ortalarından kəlmə adlandırıb,
onun təşəkkülü tarixini, xalqımızın qədim, zəngin v ə
keşməkeşli tarixini necə təhrif etmək olar? Belə qeyri-
elmi aspektdə çıxış edən tarixçilərin "fəaliyyəti"nə necə
qiymət vermək olar?
Xalqımızın mədəniyyət tarixinin əvəz olunmaz şah
əsəri sayılan "Kitabi-Dədə Qorqud" dastanları da bədii
mo'ziyyotləri ilə yanaşı dərin elmi gücə malik bir əsərdir.
Bu dastanlar mə'Ium olduğu kimi, eramızın V-VII əsrlə
rində tam şəkildə formal aşmışdır. Bu mülahizəni sonralar
dastana əlavə edilməsi ehtimalı olunan müqəddiməyə
verilmiş qısa bir epizod da təsdiq edir. "Kitabi-Dədə Qor
qud" dastanlarında deyilir:
"Rəsul aleyhissəlam zamanına yaqın Boyat boyından,
Qorqut ata diyərlər, bir ər qopdı. Oğuzm, ol kişi təmam
bilicisiydi,-ııə diyərsə, olurdı"...
46
"Ölən adam dirilməz, çıxan can gerü gəlməz"...
"Yad oğlı saqlamaqla oğul olmaz,-böyüyəndə salur-
gidər, gördüm diməz".
"Kül təpəcik olmaz, Güyəgü oğul olmaz".
"Qarı düşmən dost olmaz".
"Ər, malına qıymayınca adı çıqmaz
Qız anadan görməyincə ögit olmaz.
Oğul atadaıı görməyincə süfrə çəkməz".
"Qonağı gəlməyən qara evlər yıqılsa, yeg!".
"Adam içməyən acı sular sızınca sızmasa, yeg!".
"Yalan söz bu dünyada olınca, olmasa, yeg!".
"Oğul kimdən oldığın ana bilür".
Dastanların mətnindən götürdüyümüz "Rəsul aleyhis
səlam zamanma yaqın", ifadəsinin məzmununa və mən
tiqi nəticəsinə nəzər salaq. Dilimizdə öz məzmunu və lo-
konikliyi ilə fərqlənən onlarla ifadələr vardır ki, həmin
ifadələr həm üslubuna, həm də ifadə etdiyi məzmununa
görə bir-birinin təxminən eyniyyətini təşkil edir, yalnız
vaxt-zaman e'tibarı ilə bir-birindən fərqlənir. Məsələn,
"axşama yaxın, səhərə yaxın, günortaya yaxın" və "Ki-
tabi-Dodə Qorqud" dastanından götürdüyümüz "Rəsul
əleyhissəlam zamanma yaqm" və s. Bu ifadələrdən bi
rincisində axşama, ikincisində səhərə və üçüncüsündə
günortaya təxminənə 2-3 saat qaldığı nəzərdə tutulduğu
halda, dördüncüsündə, yə'ni "Rəsul əleyhissəlam zama
nma yaqm" ifadəsində zaman baxımından təxminən bir
47
Dostları ilə paylaş: |