işlər görmüşdür. Bu da həmin dövrdə milli hərəkatın vo
milli mənlik şüurunun inkişafında ən yüksək m ərhələ
olduğuna bariz nümunədir.
Tarixdən məlum olduğu kimi, təxminən iki il yaşamış
və fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyəti
1920-ci ilin yazmda-aprel ayının 28-də Rusiya Federasi
yası tərəfindən yenidən işğal olundu. (Bu Rusiyanın Azər
baycam işğal etmək məqsədilə 19-cu hücumu idi). Belə
liklə də, Azərbaycan öz müstəqilliyini və dövlətçiliyini
itirdi. Bunun əvəzində Rusiya tərəfindən Azərbaycana
əvvəlcə Mədəni muxtariyyət verilmiş, sonra isə 1936-cı
ilin 5 dekabrından SSRİ tərkibində bir subyekt, guya
"müstəqil Müttəfiq Respublika" hüququ verilmiş, onun
özünün "Konstitusiyası" olmuşdur. Buna baxmayaraq,
inzibati dövlət idarələrində, əsas etibarı ilə, rus dili dövlət
dili funksiyasına malik idi. SSRİ-nin tərkibinə daxil olan
respublikalar özlərinin yeni "Konstitusiya"larım qəbul et
diyi zaman "Azərbaycan SSR də 1978-ci il aprelin 21-də
özünün yeni Konstitusiyası"nı qəbul etdi. Həmin Kon
stitusiyada deyilirdi: "Azərbaycan SSR-in dövlət dili
Azərbaycan dilidir". Lakin bu ifadə əslində "gözdən pər
də asmaq" kimi idi. Əslində isə, Azərbaycan dili mədəni
muxtariyyətə malik danışıq dili kimi fəaliyyət göstərirdi.
Elmin, sosial həyatın bir çox sahələrində Azərbaycan
dilindən istifadə olunmurdu. Məsələn, hərbi məktəblərdə,
hərbidə, yuxarı səviyyəli inzibati-dövlət orqanlarında bü
tün işlər rus dilində aparılırdı. Həmçinin Respublika miq
64
yaslı bir qərar qəbul edilərsə, həmin qərar əvvəlcə rus
dilində hazırlanmalı və sonra Azərbaycan dilinə tərcümə
edilməli idi. Hətta, Ali Sovetin sesiyaları, Kommunist par
tiyasının qurultayları öz işini daim rus dilində aparırdı...
Bütün bunlara baxmayaraq, Azərbaycan-türk dili get-gedə
zənginləşir və inkişaf edirdi.
Nəhayət, 70 il dünyaya meydan oxuyan keçmiş SSRİ
imperiyası 1991-ci ildə birdəfəlik dağıldı və onun yerində
15 müstəqil dövlət meydana gəldi. Həmin dövlətlərdən
biri də müstəqil, suveren Azərbaycan Respublikasıdır. Elə
ilk günlərdən öz dövlətçiliyini yenidən bərpa etmiş
xalqımız və onun hökuməti həyatın müxtəlif sahələrinə
dair müstəqil islahatlar keçirir və yeni-yeni qanunlar verir.
Belə qanunlardan biri də "Azərbaycan Respublikasının
Konstitusiyası"nm qəbul olunmasıdır. "Azərbaycan Res
publikasının Konstitusi- yası" 1995-ci il noyabrın 12-də
keçirilən Azərbaycan Respublikası referendumunda qəbul
olunmuşdur. Həmin Konstitusiyanın "Dövlət dili" adlanan
2 1-ci maddəsində deyilir: "Azərbaycan Respublikasının
dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası
Azərbaycan dilinin inkişafını təmin edir".
Yuxarıda qeyd olunanlardan göründüyü kimi, XVI əsr
dən bəri fasilələrlə olsa da, Azərbaycan-türk dili dövlət
statusuna malik olmuşdur. Şübhəsiz ki, dillər tarixinin
təcrübəsindən göründüyü kimi, hər bir dilin sürətli
inkihafı, səlisləşməsi və təkmilləşməsi üçün o dilin rəsmi
dövlət dili hüququna malik olması başlıca şərtlərdəndir.
Çünki dil rəsmi dövlət dili olduqda, o dilin istər rəsmi,
65
ictimai-siyasi, elmi və bədii üslubları da sürətlə inkişaf
edir, onun əsas lüğət fondu zənginləşir, işlənmə sferası
daha da genişlənir. Bu amillər də, heç şübhəsiz ki, Azər
baycan-türk dilinin tarixən inkişafına səbəb olmuş və
onun Altay dilləri arasında xüsusi mövqeyə malik olma
sını şərtləndirmişdir.
Onu da qeyd etmək yerinə düşərdi ki, Azərbaycan-türk
dili dördüncü dəfə rəsmi dövlət dili statusu aldıqdan sonra
ədəbi dilimizin istər şifahi, istərsə də yazılı qollarının
inkişaf etdirilməsi üçün xüsusi şərait yaradılmış, həyat və
məişətin bütün sahələrində onun işlənmə sferası daha da
genişləndirilmişdir. Artıq, Azərbaycan-türk dilindən
ölkənin ali məclislərində, tədris və elmi müəssisələrində
fəal şəkildə işlədildiyi kimi, bir sıra Beynəlxalq məclis
lərdə və diplomatik danışıqlarda istifadə olunur.
66
"Tatarca (Azərbaycan türkcəsi)
öyrənməyə başlamışam. Avropada
fransız dilini bilmək nə qədər zə-
ruridirsə, burada da və ümumiyyətlə,
Asiyada da bu dili bilmək o qədər
vacibdir".
M .Y Lermontov.
5. AZƏRBAYCAN-TÜRK DİLİNİN
TƏSİR DAİRƏSİ
Azərbaycan-türk dili hələ orta əsrlərdən Qafqazda və
ümumiyyətlə, Yaxın Şərqdə kütləvi ünsiyyət vasitəsi ki
mi böyük şöhrət tapmış, bir növ, xalqlararası dil funksiyası
rolunu oynaması ilə şərtlənir. Tarixi materiallar və həm
çinin salnamələr, bədii əsərlərin nümunələrinin məzmu
nundan aydın olur ki, artıq, XIII əsrdən Azərbaycan-türk
dili Şərqin etiraf olunan, xalqlararası geniş ünsiyyət
imkanına malik olan əsas dillərdən biri idi. Bu da, hər şey
dən əvvəl, Azərbaycan-türk dilinin sadəliyi, ahəngdarlığı
və erkən orta əsrlərdən ümumxalq dili kimi təşəkkül tap
ınası və geniş ünsiyyət dairəsinə malik olması ilə bağlı idi.
Bu münasibətlə prof. M.Rəhimov qeyd etmişdir ki, ar
tıq, bizim eranın V-VI əsrlərində ümumxalq Azərbaycan-
(türk.-M.Ç.) danışıq dili o dövrdə bu ərazidə (Azərbay-
canda-M.Ç.) yaşayan çoxlu qəbilə və tayfaların ünsiyyət
vasitəsinə çevrilmişdir ("Sovetskaya türkologiya, Baku,
1971, N2, səh.58).
67
Dostları ilə paylaş: |