tədbirlərdən biri də əsrlərlə ulu babalarımıza ünsiyyət
vasitəsi kimi xidmət edən ana dilimizin inkişaf etdirilməsi
üçün lazımi şəraitin yaradılması idi. Məhz, belə bir şəraitin
yaradılması nəticəsində Xətai "Azərbaycan-(türk-M.Ç.)
dilini dövlət dili səviyyəsinə qaldırdı". (Ə.Dəmirçizadə,
Azərbaycan ədəbi dilinin tarixi, I, Bakı, 1979, səh. 166). Ən
başlıcası isə, Altay dilləri arasında ilk dəfə-hələ XV-XVI
əsrlərdə Ş.İ.Xətai dövründə, dövlət dili statusunu alan dil
də məhz Azərbaycan-türk dili olmuşdur. Əlbəttə, bütün
bunlar xalqımızın ümumi mədəni səviyyəsinin yüksəlmə
sinə müəyyən təsir etdiyi kimi, ümumxalq dilinin vahidləş-
rnəsi və inkişafı üçün də əlverişli imkan və şərait yarat
mışdır. "Bu baxımdan Azərbaycan - (türk - M.Ç.) dilinin
dövlət dili kimi həm yazılı, həm şifahi yolla Səfəvi dövlə
tinin ərazisində geniş dairədə işlənilməsi də ümumxalq
Azərbaycan-(türk-M.Ç.) dili... ümumiləşmə istiqamətində
inkişaf etmişdir" (Ə.Dəmirçizadə, səh. 166).
Tarixi sənədlərin verdiyi məlumatlardan aydın olur ki,
XVI əsrdə Azərbaycan Səfəvilor dövlətinə görkəmli döv
lət və hərb xadimi, məşhur şair Xətainin başçılıq etdiyi
dövrlərdə Azərbaycan-türk dilinin mövqeyi və nüfuz
dairəsi daha da genişlənmişdir. Başqa sözlə desək, Azər
baycan-türk ədəbi dili dövlət idarələrində və müəssisə
lərində, sarayda, orduda vo hərbi hissələrdə işlədilən rəs
mi hərbi təlim dilləri sırasında özünəməxsus xüsusi yer
tutmuşdur. Xətainin ana dilinə göstərdiyi qayğının nəti
cəsi olaraq, Azərbaycan-türk dili orta əsrlərdə islamiy
60
yətin dini və elm dili kimi şöhrət tapmış ərəb dili və h ə
min dövrlərdə bədii əsərlərin, xüsusilə poeziya dili kimi
geniş yayılmış fars dili ilə yanaşı eyni hüquqa malik ol
muşdur. Hətta, öz işləkliyinə və yayılma areallarına görə,
bəzi sahələrdə ərəb və fars dillərinin keçmiş nüfuzuna
kölgə salmışdır.
Hətta, Xətai dövründə ana dilinin rəsmiləşdirilməsinə
o dərəcədə diqqət yetirilir ki,o dövrün mədrəsələrində
ərəb və fars dilləri ilə yanaşı Azərbaycan-türk dilində də
təlim-tədris işləri aparılır. Bu da, artıq, Azərbaycan-türk
dilinin öz varlığım təsdiq etməyə və gələcəyin ən mühüm
dillərindən biri olacağı ehtimalını daha da artırırdı.
Burada bir epizodu xatırlamaq da yerinə düşərdi. Xətai
gənclərə nəsihətində yazırdı:
"Vətənimin bir ovuc torpağını bir ovuc altundan, dili
mizin bir kəlməsini bir ölçü miicəfhərdən üstün bildim.
Dilimizin və Vətənimizin obədiyyən yaşaması üçün əlim
dən gələni etdim. Məni lənətlə yad etməyin! Yaxşı nə et
dimsə davam etdirin, xətalarımı təkrar etməyin... Atalar
sizə üç ƏMANƏT qoyublar: D İL İM İZ , Q E Y R Ə T İM İZ ,
V Ə T Ə N İM İZ !"
Xətainin ölkədə apardığı digər islahatlarla yanaşı, mə
dəni-maarif sahəsində gördüyü tədbirlər də təqdirə layiq
idi. O cümlədən, həmin dövrdə ərəb və fars dillərindəki
mövcud elmi, bəddi və dini əsərlərin Azərbaycan-türk di
linə tərcümə edilməsi, həmçinin elmin və mədəniyyətin,
dilin və tarixin m üxtəlif sahələrinə dair Azərbaycan-türk
61
dilində də təlim-tərbiyə mahiyyətli əsərlər və kitablar ya
zılması barədə tədbirlər görülməsi də dilimizin inkişafına
geniş imkanlar açmışdır.
Məlumdur ki, XV-XVI əsrlər mədəniyyətimizin və
dilimizin tarixində Xətai-Füzuli mərhələsi adlanır. M əhz
bu dövrdə, görkəmli şair Xətainin təşəbbüsü ilə şairlər
məclisi təşkil edilmiş, Azerbaycan-türk dilində yazmaq və
yaratmaq üçün lazım şərait yaradılmış, hətta, Xətainin özü
də Azərbaycan-türk dilində yazmaqla müasir həmkar
larına nümunə göstərir və gələcək üçün bir zəmin, örnək
hazırlayırdı. Elə buna görə də, bədii yaradıcılıq sahəsində
ərəb və fars dillərinin nüfuzu get-gedə məhdudlaşırdı.
"Demək olar ki, Azərbaycan-(türk-M.Ç.) dili həm şifahi,
həm yazılı qollar üzrə sarayda, mədrəsələrdə, şəhərli ta
cirlərin, sənətkarların işlərində (ticarət və peşə sahə
sində,- M.Ç.) və məclislərdə (rosmi və qeyri-rəsmi.-
M.Ç.) artıq, normallaşmış ədəbi dil halında işlənilən
ümumi ünsiyyət və m ədəniyyət vasitəsi olmuşdur"
(Ə.Domirçizadə, səh. 167).
Tarixdən məlumdur ki, İslam dininin qəbul edilməsi ilə
əlaqədar olaraq, qədim türk runik yazısı məhv edilir, təd
ricən unudulur, onun əvəzində isə ərəb əlifbası qəbul olu
nur. İslam dininin qəbul edilməsinin ilk əsrlərində "türk
lər islam dünyasına o qədər böyük mənəvi ehtirasla daxil
olur, burada özlərini o qədər rahat hiss edirlər ki, müəy
yən səviyyədə, hətta, türk olduqlarını "unudub" üınumən
bir müsəlman kimi düşünürlər. Məhz bunun nəticəsidir ki,
62
bir sıra türk saraylarında, elm, mədəniyyət mərkəzlərində
eyni zamanda üç müsəlman dili (ərəb, fars, türk dilləri)
işlənir" (N izam i Cəfərov, Türkologiya tarixinə üm um i bir
baxış, Bakı, 2000, soh.8). Deməli, dünya poeziyasının
korifcyi Füzulinin üç dildə divan yaratması da məhz bu
reallıqla bağlı olmuşdur.
Tarixdən məlumdur ki, XX əsrin əvvəllərində, yəni
1918-ci il may aymın 28-də axşam saat 19-10 dəqiqədə
Azərbaycan Milli Şurası tərəfindən Azərbaycanın
istiqlaliyyəti elan edilmişdir. Azərbaycan Xalq Cümhuriy
yəti ölkənin daxili və xarici siyasətində, iqtisadiyyatında,
mədəniyyət və maarif sahəsində olduğu kimi, dövlət dili
və onun statusu haqqında da zəruri tədbirlər görmüş,
Azərbaycan hökuməti Azərbaycan-türk dilinə dövlət
statusu verilməsi, kargüzarlıqda Azərbaycan-türk dilinin
tədbiq edilməsi barədə 1918-ci il 27 iyun tarixli xüsusi
qərar vermişdir. Həmin qərarda deyilirdi: "Dövləti lisan
türk dili (Azərbaycan türkcəsi.-M.Ç.) qəbul edilərək,
irəlidə bütiin məhkəmə, idarcyi-daxiliyyə və sair
vəzifələrin başında duranlar bu lisanı bilənlər olana qədər
hökuməti m üəssisələrdə rus dili istimalma müsaidə
edilsin". Ümumiyyətlə, Azərbaycan hökumətinin bu
qərarında iki il ərzində bütün dövlət orqanlarının, tədris
müəssisələrinin öz işlərini ana dilində qurmaları nəzərdə
tutulmuşdur. Göründüyü kimi, cəmisi 23 ay yaşamış
Azərbaycan Xalq Cümhuriyyəti həyatın başqa sahə
lərində olduğu kimi, dil, dövlət dili sahəsində də böyük
63
Dostları ilə paylaş: |