mək olmaz". Bu mülahizələr "Azərbaycan Respublikasında
Dövlət dili haqqında" Azərbaycan Respublikası Qanununun
"Dövlət dilinin xidmət sahələrində, reklam və elanlarda
işlənməsi" adlanan yeddinci maddəsində də öz əksini tap
mışdır. Həmin maddənin birinci bəndində deyilir:
"Azərbaycan Respublikası ərazisində bütün xidmət sahələ
rində, reklam və elanlarda dövlət dili işlənilir. Əcnəbilərə
xidmət göstərilməsi ilə bağlı müvafiq xidmət sahələrində
dövlət dili ilə yanaşı digər dillər də tətbiq oluna bilər. Lakin
onlarm tutduğu sahə Azərbaycan dilindəki qarşılığmm
tutduğu sahədən böyük olmamah və Azərbaycan dilindəki
yazıdan sonra gəlməlidir".
Gəlin bir anlığa şəhərimizə ekskursiya edək, küçə və
meydançalardakı reklamlara, ayrı-ayrı şirkətlərin adı
yazılmış divar lövhələrinə, mədəniyyət və istirahət bağla
rının - parkların adlanna nəzər salaq...
Bakı şəhərində gördüyümüz və aldığımız maddi-mənəvi
zövqün, aldığımız təəssüratların ümumi nəticəsi belə ol
malıdır: Şəhər reklam idarəsinin və ayrı-ayrı şirkət rəhbər
liyinin özbaşınalığının "hökm" sünnəsinə, Azərbaycan Res
publikası Milli Məclisinin orqanı olan "Azərbaycan" qə
zetinin iradlarına, etirazına və xəbərdarlığına məhəl qoyma-
ması, Müstəqil Azərbaycan Dövlətinin "Azərbaycan Res
publikasında Dövlət dili haqqında" Azərbaycan Res
publikasının Qanununa biganəlik göstərməsi özünü "sər
bəst" hiss etməsinə... və s... son qoyulmalıdır.
-Bakı şəhəri İcra hikimiyyətinin və Bakı şəhər rayon
larının icra hakimiyyətinin və digər əlaqədar təşkilatların
184
rəhbərlərinin öz vəzifə funksiyalarına "soyuq" yanaşmaları,
bəlkə də, öz vəzifə funksiyalarını dərindən bilməmələri,
əgər belə demək mümkündürsə səbatsızlığı, "Azərbaycan"
qəzetinin həyəcan təbili çalmasına, xəbərdarlığına və
doğma ana dilimiz barədə "Azərbaycan Respublikasında
Dövlət dili haqqında" Azərbaycan Respublikasının Qanunu
nun fəaliyyətdə olmağına biganəlikləri, etinasızlıqları,
dilimizə və mədəniyyətimizə, həmçinin, dövlətimizin ali
qanunlarına "yuxarıdan, xor baxmaları"... və s... ilə bağlıdır.
Elə burada böyük Atatürkün bir kəlamını xatırlamaq ye
rinə düşərdi: "Öyrənmək axma qarşı üzməyə bənzər,
irəliləyə bilməyəni axın geri atar". Bu kəlam necə də yerin
də deyilmişdir. Əbədiyaşar bu kəlamı, hər şeydən əvvəl,
Bakı şəhər və Bakı şəhər rayonları
icra hakimiyyətlərinin və
diger əlaqədar təşkilatların məmurlarına da aid etmək olar.
Çünki öz vəzifə borclarına biganə qalanlan, səbatsızları,
müasir dövlətçiliyimizin idarə etmə sistemi ilə ayaqlaşa bil
məyənləri, şübhəsiz ki, respublikamızda baş verən bu güclü
inkişaf və tərəqqi axını bir gün "geri atacaqlar", vəzifə
sindən uzaqlaşdıracaqdır-
İndi də şəhərimizin bər-bəzəkli reklam sistemindən bəzi
məqamlara yolüstü nəzər salaq. Şəhərimizin bütün küçə və
meydançalarındakı reklamların əksəriyyətində, bəlkə də,
90%-dən çoxunda reklamların dövlət dilində tərtib olun
masına dair "Azərbaycan Respublikasında Dövlət dili
haqqında" Azərbaycan Respublikasının Qanununun "Dövlət
dilinin xidmət sahələrində, reklam və elanlarda işlənməsi"
adlanan yeddinci maddəsinə riayyət olunmamışdır. Kim
185