"Azərbaycan ədəbiyyatı"ndan xülasələr və ayrı-ayrı
klassiklərin həyat və yaradıcılığı haqqında oçerklər də artır
maq vacibdir. Məhz Sovet imperiyasının mövcud olduğu
dövr ərzində "Azərbaycan ədəbiyyatı" fənninin proqram
larında "Rus ədəbiyyatı"na dair xülasələr və həmçinin
klassik rus yazıçılarının həyat və yaradıcılığına aid geniş
oçerklər verilirdi. Bunu nəzərə alaraq, rusdilli məktəblər
üçün "Rus ədəbiyyatı" dərsliklərinin Bakıda hazırlanıb nəşr
edilməsi məqsədyönlü olardı.
"Azərbaycan dilinin dövlət proqramı"nda tərcüməçilərin
və dilmanclann hazırlanması problemləri də geniş şəkildə
nəzərdə tutulmalıdır. Artıq, Azərbaycan Respublikası
dünyanın bütün ölkələri ilə siyasi, iqtisadi və mədəni
əlaqələr yaratmışdır. Azərbaycan Respublikasının səfirlik
ləri, konsulluqları və digər nümayəndələri bir sıra ölkələr
də olduğu kimi, bir çox ölkələrin səfirlikləri, konsulluqları
və iş adamları da Azərbaycanda fəaliyyət göstərməkdədir.
Bu əlaqələr, hər şeydən əvvəl, ölkəmizin müxtəlif dilləri
dərindən bilən güclü tərcüməçilər və dilmanclar korpusu
nun hazırlanması vacibliyini günün ən aktual problemlə
rindən birinə çevirmişdir. Bu məqsədlə tədris müəssisə
lərində Azərbaycan dili ilə yanaşı bir sıra xarici dillərin
öyrənilməsi də vacibdir.
Bizim mülahizəmizə görə, öyrənilməsi vacib olan dilləri
aşağıdakı qruplara bölmək olar:
Birinci qrupa beynəlxalq və xalqlararası ünsiyyət
vasitəsi kimi istifadə olunan və geniş yayılmış olan ingilis,
alman, fransız və rus dillərini; ikinci qrupa Azərbaycanla
180
bilavasitə həmsərhəd olan ölkələrin dillərini, o cümlədən
türk, fars, gürcü, erməni və s. dilləri; üçüncü qrupa yaxın
bölgə ölkələrinin dillərini, o cümlədən ərəb, yəhudi və s.
dilləri; dördüncü qrupa isə, Azərbaycan Respublikası ilə
yaxından siyasi, iqtisadi və mədəni əlaqələr yaratmış olan
ölkələrin, keçmiş SSRİ məkanından ayrılıb və öz
müstəqilliyini e’lan etmiş Ölkələrin, həmçinin Şimalı
Atlantika Paktına daxil olan ölkələrin dillərini daxil etmək
olar.
Bir sözlə, "Azərbaycan dilinin dövlət proqramı" ana
dilinin daha da səlisləşməsi, zənginləşməsi, təkmilləş
dirilməsi sabitləşməsi və inkişaf etdirilməsi yollarında bir
mayak olacaqdır.
Qeyd: Bu yazı "Azərbaycan " qəzetinin
26 fevral 2000-ci il tarixi sayında dərc olunub.
181
Ə D Ə B İ D İL İM İZ X A L Q IM IZ IN
M İL L İ S Ə R V Ə T İD İR
(İkinci m əqalə)
Bu başlıq bizim "Azərbaycan" qəzetinin 26 fevral
2000-ci il tarixli sayında çap olunmuş eyn i adlı məqa
ləm izdən götürülmüşdür.
Bu məqalədə ana dilimizin
Konstitusiya statusu, elmi aspektdə tədqiq edilməsi, tədris
müəssisələrində bir fənn kimi öyrənilməsi, tətbiqi məsə
lələri və s. geniş şəkildə şərh olunmuşdur. "Azərbaycan"
qəzetində çap olunmuş yarım səhifəlik bu məqalə həm
ümumxalq ictimaiyyətinin, ziyalılar təbəqəsinin, həm də ali
dövlət orqanlarının diqqətindən yayınmamış və çox məm
nuniyyətlə qarşılanmışdır. Məhz bu məqalənin nəşrindən
azca sonra dilimizin müasir vəziyyəti, onun inkişafının sü
rətləndirilməsi və təkmilləşdirilməsi, bir dəfəlik latın qra
fikası əsaslı əlifbaya keçilməsi, tətbiqi sahələrinin geniş
ləndirilməsi və sabitləşdirilməsi barədə Azərbaycan Res
publikasının sabiq, əbədiyaşar prezidenti H.Əliyev tərəfin
dən imzalanmış fərman və sərəncamlar, o cümlədən. "Azər
baycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi
haqqında" (9.08.2001), "Dövlət dilinin tətbiqi işinin tək
milləşdirilməsi haqqında" (18.06.2001), "Azərbaycan Res
publikasında dövlət dili haqqında Azərbaycan Respublika
sının Qanunu" (2.01.2003), "Azərbaycan Respublikasında
Dövlət dili haqqında Azərbaycan Respublikasının Qanu
182
nunun tətbiq edilməsi barədə" (2.01.2003), həmçinin, Azər
baycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən
imzalanmış "Azərbaycan Milli Ensiklopediyasının nəşri
haqqında" (12.01.2004), "Azərbaycan dilində latın qrafikası
ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında"
(12.01.2004) Sərəncamlar böyük tarixi əhəmiyyət kəsb edir.
"Ədəbi dilimiz xalqımızm m illi sərvətidir"
adlı məqa
ləmizdə qaldırdığımız məsələlərin bir çoxu son vaxtlarda öz
həllini tapmışdır. Lakin müxtəlif səviyyəli dövlət orqanları
hələ də bir çox məsələlərin həll edilməsinə "göz yumur",
"günü-günə satır", həmin məsələlərin həlli barədə bəlkə də
düşüınnürlər. Bizim həmin məqalədə qaldırdığımız bir çox
məsələlər hələ öz həllini gözləməkdədir:
"Hətta şəhərimizin bəzi rus məktəblərinin "rəhbərləri"
azərbaycanlı valideynlərə övladlarının rus məktəblərində
oxumaları barədə” dəyərli məsləhət verirlər. Bu da şübhəsiz
ki, az da olsa öz "bəhrəsini" verir. Millət, milli mənsubiyyət
anlayışına malik olmayan valideynlər də kortəbii olaraq
onların dediklərinə əməl edirlər.
"Əlbəttə, şəhərimizdə fəaliyyət göstərən reklam idarələ
rinin "əməkdaşları" da bu sahədə "az iş görmürlər". Bakının
mərkəzi küçələrindəki və meydançalarındakı reklamlara
nəzər saldıqda, adam özünü bir anlığa haradasa Avropa
ölkələri şəhərlərindən birində olduğunu hiss edir. Bizə belə
gəlir ki, şəhərlərimizdə və kəndlərimizdə, həmçinin dövlət,
özəl şirkətlərin müəssisələrində bütün lövhələr və rek
lamlar əvvəlcə Azərbaycan, sonra isə ingilis dilində yazıl
malıdır. Reklamların tərtib olunmasında çoxdilliliyə yol ver
183
Dostları ilə paylaş: |