"vaxtımız" sözü işlədilməlidir. Çünki "zaman" sözü fəlsəfi
kateqoriyanı, vaxt" sözü isə, astronomik anlayışı bildirir.
Göründüyü kimi, fəlsəfi termin anlamında işlədilən "za
man "(ımız) termini vaxt ölçüsünə malik olmayan "müddət"
mənasını bildirsə də, daha çox fəlsəfi-mücərrəd zamanı,
yəni sonsuz davam edən və ardıcıllıqla təzahür edən müddət
anlayışını bildirir, bir növ, materiyanın varlıq forması olduğu
mənam əks etdirir, Fəlsəfi mənada məkan və zaman
materiyanın varlıq formasıdır.
Dilçilikdə, xüsusilə morfologiyada fəlsəfi kateqoriya olan
"zaman" sözü mücərrəd müddət anlayışını ifadə edir: keç
miş zaman, indiki zaman, gələcək zaman.
Morfologiyada geniş şəkildə işlədilən bu qrammatik ka
teqoriyaların hər üçü mücərrəd məna daşıyır və vaxt ölçü
lərindən kənarda mücərrəd zaman anlayışını bildirir. Mə
sələn, "keçmiş zaman" dedikdə konkret olaraq, keçmiş za
manın vaxt ölçüsü məlum olmur...
Astronomik termin olan "vaxt" anlayışı dedikdə isə, hər
şeydən əvvəl, çağdaş dövrdə "cərəyan edən bir işin və ya
hadisənin əsrlər, illər, və saniyələrlə ölçülən davametmə
müddətini bildirir". Başqa sözlə desək, vaxt ölçüləri ən kiçik
andan-saniyədən başlanır, qərinələrə və əsrlərə qədər arta-
arta, birləşə-birləşə davam edir: saniyələr dəqiqəni, dəqi
qələr saatı, saatlar günü,
günlər həftəni, həftələr aylan, aylar
illəri, illər qərinələri, qərinələr əsrləri əmələ gətirir. Bu da,
heç şühbəsiz ki, yuxanda qeyd olunan cümlədəki "zamanı
mız" sözü əvəzinə "vaxtımız" sözünün işlədilməsini məntiqi
baxımdan reallaşdırır, cümlənin ümumi məzmununu daha
232
aydın şəkildə ifadə etməyə imkan verir. Bu mənada, radio
və televiziya verilişlərinin proqramları da konkret vaxt an
layışı ilə yaxından bağlıdır. Bu da, şübhəsiz ki, "vaxt"
sözünün ümumişlək xarakter daşıması və məna çalarlannın
aydınlığı, hamı tərəfindən anlaşılması ilə əlaqədardır.
Yaxud, "Kinonun bir xasiyyəti var". Televiziya aparıcı
sının müsahibə prosesində söylədiyi bu cümlə elmi və mən
tiqi baxımdan qüsurludur. Birincisi yuxanda qeyd olunan
cümlədəki "xasiyyət" sözü elmi və məntiqi baxımdan yerinə
düşməmişdir. Çiinki "xasiyyət" sözü yalnız insanlara məx
sus olan psixoloji xassədir. Deməli, "xasiyyət" sözünün
kinoya aid edilməsi aparıcının qeyri-peşəkarlığına işarə edir.
İkincisi yuxanda qeyd olunan cümlədəki "bir xasiyyəti"
ifadəsinin əvəzinə "özünə məxsus səciyyəvi texnoloji xü
susiyyəti" ifadəsi işlədilməli idi. Bütün bunlan nəzərə al
dıqda yuxanda qeyd olunan cümlə belə olmalı idi: "Kinonun
özünəməxsus səciyyəvi texnoloji xüsusiyyəti var".
Son illərdə radio və televiziya əməkdaşları efir veriliş
lərinin ahongdar, cəlbedici və daha məzmunlu olması məq
sədilə ayrı-ayn tanınmış alimlərimizdən və ya incəsənət
ustadlarından geniş müsahibələr götürürlər. Bu çox yaxşıdır,
təqdirəlayiqdir... Bəzi jurnalistlər müsahibəyə başlamazdan
əvvəl müsahibdən xahiş edirlər ki, "xəsislik etməyin", geniş
və ətraflı məlumatlar verin... Müsahib do qarşıya qoyulan
sual və problemlərə geniş və ətraflı məlumatlar verir...
Montaj zamanı müsahibin verdiyi məlumatların çox hissəsi
müsahibin nitqindən ixtisar edilir (bəzən belə ixtisarlar ara
sında ardıcıllıq və uzlaşma pozulur) və həmin ixtisar olun
233
muş mətni "jurnalist" səliqə-səhmanla hazır materialı öz adı
ilə efirdə səsləndirir, dinləyiciyə təqdim edir...Şübhəsiz ki,
jurnalistlərin belə hərəkəti - “plagiyaf’la məşğul olması
müsahibi əsəbiləşdirir.., bir də jurnalistlərə müsahibə ver
m ək istəmir. Bəs, jurnalist etikası...
Son illərdə efir verilişlərinin dilində tez-tez reklam xarak
terli "Paşa çay", "Paşa İnşaat", "Paşa Sığorta" "Tomat paşası"
və s. kimi yersiz ifadələr səslənir. Görünür, bu ifadələri
işlədən müəssisələrin rəhbərliyi də, bu mənasız reklamları
efirdə səsləndirən radio və televiziya yayımlarının aparı
cıları da hələ "Paşa" sözünün mənasını bilmirlər.
Bəs, "Paşa" sözünün mənası nədir?
"Paşa" sözü keçmişdə (elə indi də) Türkiyədə, Misirdə və
bəzi Şərq ölkələrində (müsəlman ölkələrində) ali əsgəri vəzi
fə tutan şəxslərə verilən rütbə-general mənasım bildirir. Məsə
lən, Num paşa-general Nuru, Həbib paşa-general Həbib və s.
Həmçinin, mülki sahələrdə isə "paşa" sözü həm mülki
məmurlara verilən "fəxri ad, ünvan (vəzifə)” mənalarını bil
dirir. Məsələn, Həsən paşa (xan), Aslan paşa və s.
Dilimizdə "paşa" sözündən "paşalıq" sözü də əmələ gəl
mişdir. Məsələn, Aslan paşa car çəkdirib paşalığm bütün
camaatım meydana yığdırmışdır.
Yuxarıdakı nümunələrdən göründüyü kimi, "paşa" sözü
nün ilkin məna çalan çox fəxrli, fəxarətli anlamlarını ifadə
edir. Odur ki, belə fəxrli, fəxarətli şəxsləri və onlann rütbə
sini və vəzifə ünvanını bildirən sözlərin məna çalannı çaya,
inşaat idarəsinə, tomata və sığorta idarəsinə verilməsi, ilk
növbədə, xalq arasında daha çox fəxr və fəxarətlə yayılan
234
və hörmətlə qarşılanan "general", eləcə də, "xan, rəhbər"
mənalannda işlənən "paşa" sözünün gənclər arasında nüfu
zunun aşağı düşməsinə və hərbi vətənpərvərlik tərbiyəsinə,
müəyyən dərəcədə, mənfi təsir göstərir. Digər tərəfdən isə,
həmin sözlərin istər mətbu orqanlarının səhifələrində, istər
sə də, efir verilişlərinin yayımlarında, yaxud da küçə rek
lamlarında yazılması istər dilimizin ahəngdarlığı, ifadəliliyi,
emosionallığı, eləcə də, elmiliyi və məntiqliyi baxımdan
düzgün sayıla bilməz. Çünki belə hallar xalqın fəxri, fəxa
rəti və adı ilə qürur hissi keçirdiyi general və paşa adlarına
hörmətsizlik gətirir, həmin sözlərin
məna tutumunu və tarixi
məzmununu təhrif edir.
Diger tərəfdən isə, ədəbi dilimizin lüğət tərkibini və se-
mantik məna çalarlarını korlayır. Ədəbi dilimizin qanuna
uyğunluqlarını korlamağa isə, heç kəsin haqqı yoxdur...
ÜSLUBİ QEYDLƏR
Onu da qeyd etmək istəyirəm ki, istər radio, istərsə də
televiziya verilişlərinin ayn-ayn proqramlarında aparıcıların
çıxışlarında üslubi baxımdan qüsurlu olan ifadələrə və ya
cümlələrə iez-tez təsadüf etmək olur (demək olar ki, bütün
çıxışlarda). Son vaxtlar həm radio, həm də televiziya veriliş
lərində tez-tez "top beşlik, top onluq, top şou" kimi ifadə
lərə, "Top şoumuza başlamazdan əvvəl"... kimi cümlələrə
rast gəlirik. Bu ifadə və cümlələrdə “top” ehtiyac yoxdur.
Yazud, "Axalkalaki-Türkiyə dəmir yolu çəkilişi zamanı"
"bir kilometrlik onda iki kilometrlik tunel açılacaqdır" ifadə
si üslubi baxımdan çox qüsurludur. Hətta, cümlənin ümumi
məzmunu belə aydın deyil. Yuxarıdakı cümlə dilimizin
235