1
Uşaqların maraq dünyasında
əlamətdar tarixi günlər
Firidun bəy Köçərli adına Respublika Uşaq
Kitabxanası tərəfindən hazırlanmış və uşaqlar üçün
maraq kəsb edən əlamətdar tarixi günlərə həsr
olunmuş metodik vəsait
Bakı – 2016
2
Redaktor və buraxılışa məsul: Şəhla Qəmbərova
Tərtibçi:
Təranə Hacıyeva
Uşaqların maraq dünyasında əlamətdar tarixi günlər:
Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası
tərəfindən hazırlanmış və uşaqlar üçün maraq kəsb edən
əlamətdar tarixi günlərə həsr olunmuş metodik vəsait / tərt.
ed. T.Hacıyeva; F.Köçərli adına Respublika Uşaq
Kitabxanası. – Bakı, 2016. – 66 s.
3
Tərtibçidən:
Müasir dünyada uşaqların maraq dünyasına aid olan
bir çox əlamətdar tarixi günlər qeyd olunur. Belə günlərin
qeyd olunmasını ölkəmizdə də ənənəyə çevirmək üçün
F.Köçərli adına Respublika Uşaq Kitabxanası metodik
vəsait hazırlamışdır. Bu vəsaitin hazırlanmasında əsas
məqsədlərdən biri kitabxanalarda bu günlərlə bağlı
keçiriləcək tədbirlər haqqında məlumat verməkdir.
Vəsaitdə aşağıdakı mövzular qeyd olunur: “Uşaq
İxtirası Günü - 17 yanvar”, “Beynəlxalq Kitab Bağışlama
Günü - 14 fevral”, “Beynəlxalq Kuklaçı Günü - 21 mart”,
“Beynəlxalq Uşaq Kitabı Günü - 2 aprel”, “Beynəlxalq
Rəqs Günü – 29 aprel”, “Ümumdünya İnternet Günü – 4
aprel”, “Ümumdünya Kitab və Müəllif Hüquqları Günü – 23
aprel”, “Beynəlxalq Cizgi Filmləri Günü – 6 aprel”,
“Ümumdünya Yer Günü – 22 aprel”, “Beynəlxalq Günəş
Günü – 3 may”, “Beynəlxalq Şokolad Günü – 11 iyul”,
“Beynəlxalq Dostluq Günü – 30 iyul”, “Ümumdünya Nöqtə
Günü – 9 sentyabr”, “Ümumdünya Dəniz Günü – 30
sentyabr”.
Bu metodik vəsaitdə hər bir əlamətdar günün
yaranma tarixi haqqında məlumat verilir, həmin günlərlə
əlaqədar keçiriləcək tədbirlərə dair nümunələr təqdim
olunur. Vəsaitdən məktəblərdə, gimnaziya və liseylərdə,
uşaq kitabxanalarında istifadə oluna bilər.
4
Uşaq ixtirası günü
Təqvim üzrə qeyd olunacaq ilk gün “Uşaq İxtirası
Günü”dür (Kid Inventors Day). Bu gün hər il yanvarın 17-
də qeyd olunur.
Bizim sivilizasiyamızın bütün tarixi boyu insan hər
zaman nələrisə ixtira etmişdir. Lakin bəzi ixtiraçılar buna
erkən yaşlardan başlamışlar. Həm də bu onlarda çox gözəl,
çox parlaq alınıb. Məhz belə balaca ixtiraçıların şərəfinə də
hər il yanvarın 17-də Beynəlxalq Uşaq İxtirası Günü qeyd
olunur.
Biz adətən alimlərin ağlına heyran olmağa alışmışıq.
Lakin bəzən uşaqlar da müdriklikləri ilə seçilir, nə isə ixtira
edirlər. Gənc ixtiraçıların istedadına həsr olunmuş bu gün
uşaqlara, onların fikirlərinə, yaradıcılığına daha çox diqqət
ayırmağa çağırır, axı onların arasında nəhəng ixtiraçılar
yetişə bilər.
Bu əlamətdar günün məhz 17 yanvarda qeyd
olunması təsadüfi deyil. 17 yanvarda Bencamin Franklin
anadan olmuşdur. O, tarixdə ən görkəmli amerikalılardan
biridir. B.Franklin həm dövlət xadimi, həm də alim, ixtiraçı,
jurnalist və diplomat olmuşdur. O hələ 12 yaşında olarkən
üzgüçülükdə istifadə olunan qol üçün üzgəcləri ixtira
etmişdir. Franklin böyüdükdən sonra da ixtiraçılıqla məşğul
olmuş, yellənən kreslo, barıtın elektrik qığılcımı ilə
partladıla biləcəyini və s. ixtira etmişdir.
İnsanların beyninə dahiyanə fikirlərin necə gəldiyini
alimlər izah edə bilmirlər. Həmçinin böyüklərin ağlına
gəlməyən fikirlərin necə olur ki, uşaqların ağlına gəldiyini
5
də izah etmək mümkün deyil. Alyaskanın bayrağı, çöp
üzərində dondurma, su xizəkləri, Brayl şrifti... bütün bunları
kim ixtira edib? Məhz uşaqlar! Hər il 500 mindən çox uşaq
və yeniyetmə müxtəlif kompüter oyunları, robot və
texnikalar yaradırlar. Hələ onların sayı gələcəkdə nə qədər
olacaq, məlum deyil. Odur ki, 17 yanvar – Uşaq İxtirası
Günü, gənc ixtiraçılar günü əsl qeyd olunmağa layiq bir
gündür.
Bu əlamətdar günlə bağlı kitabxanalarda bir sıra
tədbirlər keçirilə bilər.
Kitabxanada bu günlə bağlı kitab və şəkillərdən
ibarət sərgi təşkil etmək olar. Sərgidə aşağıdakı başlıqlardan
istifadə etmək məqsədəuyğundur: “İxtira etmək uşaqlara xas
xüsusiyyətdir”, “Bu günün balaca ixtiraçıları – gələcəyin
böyük dahiləri”, “Dünyanı dəyişdirən balaca ixtiraçılar” və
s. Aşağıda sizi sərgi nümunələri ilə tanış edirik.