Uşaqların maraq dünyasında əlamətdar tarixi günlər



Yüklə 339,2 Kb.

səhifə2/11
tarix20.09.2017
ölçüsü339,2 Kb.
1   2   3   4   5   6   7   8   9   10   11

 

    Alyaskanın  bayrağı.  1926-cı  ildə  13  yaşlı  Amerikalı 



yeniyetmə Benni Benson tərəfindən yaradılmışdır.        

 

15  yaşlı  amerikalı  Çester  Qrinvud  1873-cü  ildə 



soyuqdan qoruyan qulaqcıqlar ixtira etmişdir.                     

 



 

Versiyalardan birinə görə, ilk qarda yeriyən maşını 1922-ci 



ildə 15 yaşlı kanadalı Jozef-Arman Bombardye ixtira 

etmişdir. 

           Meyvəli  buzu,  taxta  çöp  üzərində  dondurmanı  ilk 

dəfə 11 yaşlı amerikalı  Frenk Epperson icad etmişdir.  

 

 



 

Gözdən əlillərin yazıb oxuması üçün Brayl əlifbasını 1824-



cü ildə 15 yaşlı fransız Lui Brayl ixira etmişdir. 

 

İlk dəfə plastilin, divar kağızları üçün yapışqan istehsal edən 



Kleo  Makvikerin  nəvəsinin  sayəsində  icad  edilmişdir. 

Balaca  qızcığaz  babasına  onunla  oynamaq  istədiyini 

dedikdə,  K.Makviker  ona  lazımi  qatqılar,  rəng  əlavə  etmiş, 

zərərli maddələri isə xaric etmuişdir. 




 

 



Amerika  məktəblisi  Cek  Andraka  15  yaşında 

mədəaltı  vəzin  erkən  mərhələdə  xərçəng  xəstəliyinin 

diaqnostikası  üçün  test-sistemin  prototipini  yaratmışdır.  Bu 

test  hazırda  mövcud  olanlardan  168  dəfə  sürətli  və  öz 

analoqlarından 26 min dəfə ucuz, həm də 100 faiz dəqiqdir.  

 

Beynəlxalq Kitab Bağışlama Günü 

 

Təqvimdə  ikinci  sırada  duran  əlamətdar  gün  – 



“Beynəlxalq Kitab Bağışlama Günüdür”(İnternational Book 

Giving  Day).  Bu  gün  hər  il  fevralın  14-də  qeyd  olunur. 

Təqvimdə ən gənc bayramlardan olan bu gün, uşaqlara kitab 

bağışlayan  və  onlarda  kitaba  məhəbbət  oyadan  bütün 

insanları birləşdirir. Bu bayram 2012-ci ildə ABŞ-da məşhur 

Delightful  Childrens  Books  uşaq  kitabı  saytının  yaradıcısı 




10 

 

Emmi  Brodmurun  təşəbbüsü  ilə  yaradılmışdır.  Bu  ideyanı 



ona  balaca  oğlu  vermişdir.  O,  anasından  soruşmuşdur  ki, 

niyə  insanların  bir-birinə  kitab  bağışladığı  xüsusi  gün 

yoxdur.  E.Brodmur  öncə  İnternetdə  müxtəlif  insanlara  bu 

təşəbbüsdə iştirak etmələrini təklif etmişdir. Bu təşəbbüs az 

müddətdə  bütün  dünyada  dəstək  qazanmış,  ona  çoxlu 

insanlar qoşulmuşlar və bu indi də davam edir. Bu əlamətdar 

günün  yayılmasında  məşhur  müəlliflərin,  bloqqerlərin  və 

uşaq  yazıçılarının  dəstəyi  böyük  rol  oynamışdır.  Hər  il 

minlərlə  həm  oxunmuş,  həm  də  yeni  kitablar  dünyanın 

bütün  istiqamətlərinə  yola  düşür  və  uşaqlarda  kitaba 

məhəbbət,  böyüklərdə  isə  bağışlamaq,  hədiyyə  etmək, 

bölüşmək sevinci yaradır.  

F.Köçərli  adına  Respublika  Uşaq  Kitabxanası  bir 

uşaq kitabxanası  olaraq uşaqlar və kitablarla bağlı günlərin 

qeyd olunmasına xüsusi önəm verir. Bu əlamətdar gündə isə 

həm  kitablar,  həm  də  uşaqlar  iştirak  etdiyi  üçün,  xüsusi 

əhəmiyyət daşıyır. Belə bir günün qeyd olunması üçün uşaq 

kitabları,  kitabı,  mütaliəni  təbliğ  edən  vəsaitlərdən  istifadə 

olunması  ilə  sərginin  qurulması  məqsədəuyğundur.  Sərgini 

aşağıdakı başlıqlar altında qurmaq olar:  “Ən  gözəl  hədiyyə 

kitabdır”,  “Kitab  bağışlayaq,  dost  qazanaq”,  “Ən  qiymətli 

sərvətimizi  –  kitablarımızı  bir-birimizlə  bölüşək”,  “Yaxşı 

kitab ömürlük dostdur” və s.  

 

 



 

 

 




11 

 

Sərgdə  kitabı,  mütaliəni  təbliğ  edən  aforizmlərdən 



istifadə etmək olar. 

Kitab  –  insanın  özünün  öz  üzərində  yüksəlməsinə  imkan 

verir.  

 

 



 

 

Andre Morua 



 

 

 



 

Fransız yazıçısı 

 

Kitab – bizi dolduran, lakin özü boşalmayan qabdır. 



 

 

 



 

 

 



 

 

 



A.Dekursel 

 

 



 

 

Fransız yazıçısı 



 

Dünyada  ən  yaxşı  kino  zalı    beyindir  və  sən  bunu  yaxşı 

kitab oxuyarkən anlayırsan. 

 

 



 

 

 



 

 

 



 

Ridli Skott 

İngilis rejissoru və ssenaristi 

 

Kitab olmayan ev, ruhsuz bədən kimidir. 



 

 

 



 

 

M.T.Siseron 



 

 

 



 

Filosof 


Yalnız heç nə oxumayan, heç nə haqqında düşünmür. 

 

 



 

 

D.Didro 



 

 

 



 

Fransız yazıçısı 

 

Kitab  oxumaqdan  əl  çəkmək,  düşünməyi  dayandırmaq 



deməkdir. 

 

 



 

 

M.F.Dostoyevski 



 

 

 



 

Rus yazıçısı 




12 

 

 



Kitabxanalarda  bu  günlə  bağlı  uşaqlar  arasında  viktorina 

keçirilməsi  də  yaxşı  olar.  Sorğu  üçün  aşağıdakı  sualları 

təqdim edirik: 

 

1.



 

Müstəqil  şəkildə  oxuduğunuz  ilk  kitab  hansı 

olub? 

2.

 



Ən  çox  sevdiyiniz  kitabınızı  dostunuza 

bağışlayardınızmı? 

3.

 

Hansı  kitabların  sizə  hədiyyə  olaraq  verilməsini 



istəyərdiniz? 

4.

 



Şəxsi  kitabxananızı  qurarkən  orada  hansı 

mövzularda kitabların olmasını istəyərdiniz? 

5.

 

Kitab  bağışlamaq  imkanınız  olsaydı,  ilk  öncə 



kimlərə kitab bağışlayardınız? 

 

 



                     

Beynəlxalq Kuklaçı Günü 

 

21 mart – Beynəlxalq Kuklaçılar Günü (İnternational 

Day  of  Puppetry)  kimi  qeyd  olunur.  Bütün  dünyada 

Beynəlxalq Kuklaçı Gününün qeyd olunması ideyası məşhur 

İran  kukla  teatrı  xadimi  Civad  Zülfaqarihoya  məxsusdur. 

2000-ci  ildə  Maqdeburqda,  Beynəlxalq  Kukla  Teatrı 

Xadimləri  İttifaqının  XVIII  Konqresində  o,  bu  məsələni 

müzakirəyə  çıxarmışdır.  Lakin  bu  bayramın  keçirilməsinin 

yeri  və  vaxtı  haqqında  müzakirələr  getsə  də,  məsələ  həll 

olunmamış  qalmışdır.  Yalnız  iki  ildən  sonra,  UNİMA-nın 

Beynəlxalq  Şurasının  iclasında  bayramın  tarixi  müəyyən 





Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə