QRAFİKA
Milli özünəməxsusluğu ilə fərqlənən Azərbaycan qrafikası təşəkkülünün ilk
illərindən başlayaraq respublikanın ictimai və bədii həyatında müstəsna rol
oynamışdır.
Təsviri sənətimizdə siyasi plakat, karikatura, kitab tərtibi ilə illüstrasiyası
kimi qrafika janrlarının təşəkkülü Azərbaycanın xalq rəssamı Ə.Əzimzadənin adı ilə
ayrılmaz surətdə bağlıdır. Onun çoxcəhətli yaradıcılığı doğma vətənin xarici və
daxili düşmənlərinə, məişətdə köhnəliyin qalıqlarına, fanatizmə, mürtəcelərin
təsirinə qarşı amansız tənqid və satirik ifşa ruhu ilə aşılanmışdır. Özünün "Səna-
yeləşdirməyə doğru gedən ölkəmizdə mövhumata yer yoxdur!", "Yeni əlifba
uğrunda", "Vətəndaş, savadsızlığını ləğv et!", "Mərsiyəxan" kimi olduqca aktual
plakatları ilə Ə.Əzimzadə günün mühüm tələblərinə səs verirdi. Rəssamın dövrü
mətbuat səhifələrində, xüsusilə satirik "Molla Nəsrəddin" jurnalında dərc olunan
imperializmə, fanatizmə, ətalətə qarşı mübarizə və qadın azadlığı, məişət
mövzusundakı saysız-hesabsız satirik rəsmləri və karikaturaları üçün ictimai
kəsərlilik, kütləvilik, aktuallıq səciyyəvidir. Həmin karikaturalar satirik obrazların
257
aydınlığı, anlaşıqlığı, təsvir dilinin lakonikliyi və ifadəliyi ilə fərqlənir. Əzimzadə
real milli tipajın, əlbəsənin, əşyanın, dialoqların köməyi ilə mənfi hadisələrin sinfi
mahiyyətini məharətlə açıb
göstərirdi. Xalqımızın böyük
satirik
şairi
Sabirin
"Hophopnamə"sinə
rəssamın
çəkdiyi illüstrasiyalar milli
kitab qrafikasının inkişafına
qiymətli hədiyyədir.
30-cu illər Əzimzadə
yaradıcılığının ən məhsuldar
dövrü
olmuşdur.
Onun
fanatizmə
qarşı
mübarizə,
məişət,
inqilabi-tarixi
mövzularda yaratdığı akvarel
və rəsm silsilələri, kitab
illüstrasiyaları
və
səhnə
tərtibatı eskizləri respublika
incəsənətində
milli realist
metodun
təşəkkülü
və
inkişafında
mühüm
rol
oynamışdır.
Rəssam
satirik
təzadlaşdırma üslubuna əl ataraq
özünün "Kasıb evində toy",
"Varlı evində toy", "Qurban
bayramı", "Su üstündə dava",
"Köhnə ailədə qadının taleyi",
"İnnabı rəng bizə məxsusdur",
"Mömin
müsəlmanların
müqəddəs yerlərə ziyarəti" və
sairə kimi ən yaxşı rəsmlərində
ictimai bərabərsizliyin, qadının hüquqsuzluğunun, cəhalətin eybəcərliklərini açıb
göstərirdi. Müşahidəçi rəssamın yaradıcılığında sərrast fırçasının bəhrəsi olan
"İnqilabdan əvvəlki Bakı tipləri" ("Yüz tip") silsiləsi - istismarçı cəmiyyətin "ictimai
anatomiyasını" təmsil edən geniş satirik obrazlar qalereyası xüsusilə məşhurdur.
Ə.Əzimzadə yaradıcılığı kəskin satira və rişxəndlə, yumşaq yumor və kinayə
ilə fərqlənən parlaq fərdi dəst-xətə, təkrarsız qrafik üsluba malikdir.
Plakat, kitab və dəzgah qrafıkası sahəsində Əzimzadə ilə yanaşı, rəssamlardan
Əmir Hacıyev, Qəzənfər Xalıqov, İsmayıl Axundov, Ələkbər Rzaquliyev, Həsən
Mustafayev, Məmməd Şirinov və başqaları da fəal çalışırdılar. Əmir Hacıyev
yaradıcılığını əsas etibarilə kitab qrafikası və tərtibatına həsr edərək Azərbaycan
258
yazıçılarının -M.F.Axundzədənin, Y.V.Çəmənzəminlinin, M.Müşfiqin əsərlərinə bir çox
kitab cildli və illüstrasiyalar yaratmışdır. Özünün ən yaxşı rəsmlərində, məsələn,
Nizaminin "Yeddi gözəl" poemasına çəkdiyi illüstrasiyalarında o, ədəbi qəhrəmanların
ümumiləşdirici obrazlı traktovkasını verməyə çalışmışdır. M.Seyidzadənin "Nərgiz"
poemasına Q.Xalıqovun çəkdiyi illüstrasiyalar miniatür ənənələri üslubundadır.
Nizaminin "Xosrov və Şirin" poemasına verdiyi tərtibatı romantik vüsətə malikdir.
Xalıqov, həmçinin, sənayeləşdirmə və kollektivləşdirmə mövzularında bir sıra plakatlar
da yaratmışdır.
H.Mustafayev "Xalça toxuyan qadın", "Üzüm yığımı", "Musiqiçilər" kimi
maraqlı qravürlər yaratmışdır. Əliağa Məmmədovun, Maral Rəhmanzadənin tarixi
keçmişimizə, qadın azadlığı və s. mövzularına həsr etdikləri ofort və avtolitoqrafiya
silsilələri Azərbaycan qrafikasında ilk estamp nümunələri hesab olunur.
İkinci dünya müharibəsi illərində qrafikanın ən kütləvi, səfərbəredici və
operativ janrları - "təşviqat pəncərələri", plakat, karikatur geniş yayılır. Əzimzadənin
karikaturlar silsiləsi - "Tovuz lələkli qarğalar", "Şir və bala pişik", "Böyüklük
iddiası" və başqa rəsmləri qocaman sənətkarın yaradıcılığının yekunlaşdırıcı akkordu
kimi səslənir.
Müharibədən sonrakı dövrdə, incəsənətin digər növlərində olduğu kimi,
qrafikanın inkişafında da müasir həyatın ən vacib və aktual mövzularına doğru qəti
dönüş nəzərə çarpır.
Nəşriyyat işinin geniş templərlə inkişafı, Azərbaycan ədəbiyyatı
klassiklərinin - Nizaminin, Nəsiminin, Füzulinin, Vaqifin, M.F.Axundzadənin,
M.Ş.Vazehin, Cəlil Məmmədquluzadənin, Sabirin, H.Cavidin yubileylərinin
keçirilməsi bir sıra illüstrasiya silsilələrinin meydana çıxmasına səbəb olur.
Qrafik rəssamlarının əksəriyyəti müəyyən bir janrın çərçivəsinə
qapılmadan öz əsərlərinin mövzu rəngarəngliyinə meyil göstərir. Belə ki, istedadlı
rəssam M.Rəhmanzadə aktual ictimai-siyasi mövzularda plakatlar, klassik və
müasir yazıçıların əsərlərinə - M.S.Ordubadinin "Qılınc və qələm", Xətayinin
"Dəhnamə", şairə Heyran xanımın "Qəzəllər", "Azərbaycan nağılları",
Ə.Cəfərzadənin "Vətənə qayıtma" kitablarına illüstrasiyalar yaratmışdır. Həmin
illüstrasiyalarda tarixi epoxa, dövrün koloriti çox gözəl ifadə olunmuş, ədəbi
əsərlərin üslub xüsusiyyətləri gözlənilmiş, miniatür elementləri məharətlə tətbiq
etməklə bərabər, qrafik obrazlar realist tərzdə canlandırılmışdır.
Mahir estamp ustası kimi tanınmış Rəhmanzadə dəzgah qrafikasının
inkişafına qiymətli pay vermişdir. Onun "Neft", "Bizim Xəzərdə", "Doğma
Azərbaycan", "Bakı", "Mənim vətənim", "Mənim bacılarım", "Üç gül" və başqa
avtolitoqrafiyalarında, linoqravür silsilələrində tarixi keçmişin və müasirliyin
lövhələri canlanır, sənaye və kənd əməkçilərinin obrazları, epik və lirik mənzərələr
verilir, şəhər və kənd sakinlərinin məişəti və adətlərinə xas olan özünəməxsusluq
üzə çıxarılır.
Müharibədən sonrakı dövrdə kitab qrafikası səmərəli inkişaf edir. Yaşlı
nəslə mənsub rəssamlardan Ə.Hacıyev, Q.Xalıqov, İ.Axundov, K. Kazımzadə
259
Azərbaycan ədəbiyyatı klassiklərinin əsərlərini, dahi Nizaminin "Xəmsə"sini, rus və
xarici ölkə müəlliflərinin kitablarını tərtib və illüstrə edirlər.
Mikayıl Abdullayev "Arazın o tayında" adlı publisistik ruhlu rəsm
silsiləsindən sonra kitab tərtibatına maraq göstərir. S.Rəhimovun "Şamo" romanına,
Füzulinin "Leyli və Məcnun" poemasına, "Dədə Qorqud" eposuna, Nizami
"Xəmsə"sinə olduqca ifadəli illüstrasiya silsilələri yaradır.
Turgenevin, Qorkinin əsərlərinə maraqlı illüstrasiyalar yaratmış Oqtay
Sadıqzadənin, Hüqonun "Səfillər" romanına çəkdiyi illüstrasiyaları çoxplanlıdır,
ifasına görə lakonikdir, qəhrəmanların real portret xarakteriskası ilə, onları əhatə
edən mühitin və detalların doğruluğu ilə fərqlənir. Cəlil Məmmədquluzadənin
"Danabaş kəndinin əhvalatları" povestinə çəkilən və inqilabdan qabaqkı cəmiyyətin
ictimai təzadlarına qarşı etiraz ruhu ilə aşılanmış illüstrasiyalar da ifadəlidir.
"Fitnə", "Nəsimi" kitablarına verdiyi tərtibat miniatür üslubundadır. O.Sadıqza-
dənin pambıqçılıq, meyvəçilik, digər istehsalat mövzularına, xoşbəxt uşaqlıq, bayram
təntənəsi mövzusuna həsr etdiyi əlvan plakatları əyani təşviqatın kamil nümunələri
sırasına daxildir.
Qocaman rəssam Ələkbər Rzaquliyevin təkrarsız və orijinal yaradıcılıq
siması "Köhnə Bakı", "Lənkəran balıq-çıları", "Tələbələr" kimi maraqlı linoqravür
silsilələrində parlaq şəkildə ifadəsini tapmışdır. Özünü xalq adət və ənənələrinin,
milli mərasimlərin gözəl bilicisi kimi göstərmiş rəssam şəxsi müşahidələri və
təəssüratı əsasında inqilabdan qabaqkı məişətin canlı obrazlar qalereyasını
yaratmışdır.
50-ci illərdən başlayaraq Azərbaycan qrafikasının inkişafında ali peşəkar
təhsil almış istedadlı rəssamlar -Elmira Şahtaxtinskaya, Yusif Hüseynov, Rasim
Babayev, Altay Hacıyev, Elçin Aslan, Nazim Babayev və başqaları fəal rol
oynayırlar.
Y.Hüseynov
Azərbaycan
yazıçıları
N.Nərimanovun,
A.Şaiqin,
M.Hüseynin kitablarına çəkilən illüstrasiyaları, mübarizə və azadlıq motivlərinə,
xalqların istiqlaliyyəti və həmrəyliyi, əmək, gözəllik və gənclik mövzularına həsr
olunan "Azadlıq", "Nəsimi" plakatları, "Xəzərin qoynunda", "Xəzər balıqçıları"
avtolitoqrafiya silsilələri, dağ rayonları sakinlərinin məişəti, səfalı kənd təbiətinin
mənzərələrini əks etdirən "Xınalıq" akvarel silsiləsi, C.Cabbarlının, M.Müşfiqin
akvarel portretləri ilə şöhrət qazanır.
Orijinal rəsm ustası Rasim Babayevin lakonik və səlis cizgilərlə işlənmiş
"Azərbaycan odlar diyarı" linoqravürlərində alleqoriya, rəmz, şərtilik prinsipləri
üstündür.
Rəssam Altay Hacıyevin dəniz neftçilərinin, müasir kənd adamlarının
əməksevərliyini, nikbinliyini, həyat eşqini, milli naxışları, ənənələri tərənnüm edən
"Xəzər", "Bahar nəğməsi, "Xalq yaradıcılığı", "Üzümçülər" linoqravürlər silsilələri
romantik və lirik intonasiyalarla aşılanmışdır. "Koroğlu" dastanına, Nəsimi
poeziyasına illüstrasiyalarında", "Odlar yurdu", "Bahar oyunları" rəsmlərində o,
miniatür ənənələrindən faydalanır. Həmin ənənələri müasir intonasiyalarla
260
zənginləşdirməyə çalışır.
Orta nəslə mənsub rəssamlardan Rafiq Mehdiyevin, Nazim Babayevin,
Nadir Axundovun, Cəmil Müfidzadənin, Bəyim Hacıyevanın yaradıcılığının mövzu və
qrafik obrazlar dairəsi müxtəlifdir. Onlar kitab tərtibatı və estamp sahəsində
müvəffəqiyyətlə çalışırlar. Ofort, monotipiya, linoqravür, dəzgah rəsmi və akvarel
texnikalarına yaxşı yiyələnmişlər.
Müasir Azərbaycan plakatının inkişafında həlledici mövqe öz əsərləri ilə
geniş şöhrət qazanmış istedadlı rəssam Elmira Şahtaxtinskayaya mənsubdur. Onun
aktual siyasi, beynəlxalq, istehsalat mövzularına həsr olunmuş "Festival - gənclik
bayramıdır", "Vaxtından qabaq yerinə yetirmək!", "Üzüm toplayan qız", "İtkisiz
bəsləyirəm", "Azərbaycan - qədim mədəniyyət diyandır" silsilə plakatları rəng
cəhətdən əlvandır, dekorativdir, bayram əhvali-ruhiyyəsindədir, kəskin əyani
çağırış qüvvəsinə malikdir, obrazlı ümumiləşdirmənin, güclü qrafik formanın
emosionallığı sayəsində inandırıcıdır.
Karikatur və janr inkişafı Nəcəfqulu İsmayılovun, Ziya Kərimbəylinin,
Rahib Qədimovun, Ələkbər Zeynalovun, Həsən Haqverdiyevin adları ilə bağlıdır.
70-80-ci illərdə Azərbaycan qrafik ustalarının yaşlı və orta nümayəndələri
ilə yanaşı, gənc nəslə mənsub rəssamlar da öz yaradıcılıq fəaliyyətlərini
genişləndirirlər.
Bakıda kitab qrafikası və miniatür sərgiləri təşkil olunur. Elçin Aslanov,
Sənan Qurbanov, Nazim Babayev, Elçin Məmmədov kimi rəssamlar miniatür, stilizə
üslubunda illüstrasiyalar və dəzgah rəsmləri yaradırlar.
Dəzgah qrafikası və illüstrasiya janrlarında fəal çalışan Arif Hüseynov, Adil
Rüstəmov, Arif Ələsgərov və başqaları öz rəsm və akvarellərində inqilab,
müharibə, sülh, xalqlar dostluğu, quruculuq mövzularına, milli ənənələrə, folklor
motivlərinə müraciət edir, insanın qəlb aləminə, həyatın fəlsəfi mənasına nüfuz
etməyə çalışırlar.
261
Parlaq fərdi üslub və dəst-xətə malik istedadlı qrafika ustalarının yaradıcılıq
nailiyyətləri Azərbaycan qrafikasının professional səviyyəsinin gələcək yüksəlişinə,
onun kitab tərtibatı, estamp,
plakat, karikatura, dizayn kimi
müxtəlif növ və janrlarının
müvəffəqiyyətlə
inkişafına
təkan verməkdədir.
1990-cı illərdə müstəqil
Azərbaycan
Respublikasının
yaranması
şəraitində
mədəniyyətin,
o
cümlədən
təsviri sənətin inkişafında yeni
mərhələ başlanır. Hər şeydən
qabaq
sənətdə
ənənə
və
novatorluq
probleminə
münasibət
dəyişir,
əvvəllər
ideoloji prinsiplərə əsaslanan
təntənəli-təmtəraqlı
inqilabi
yubiley sərgiləri keçirmək meyli
tədricən aradan çıxır, başlıca
meyar rəssamlıq əsərlərinin bədii
kamilliyi, emosionallığı, ifaçılıq
tərzlərinin,
dəst-xətlərin
orijinallığı, rəngarəngliyi hesab
olunur.
Rəssamların
həyata
münasibəti, dünyabaxışı, bədii
idrak və ifadə təmayülləri
müasirləşir.
Yaradıcılıq
prosesindən səthi təsvirçilik,
illüstrasiyaçılıq,
foto-realizm
ruhu
kənar
edilir.
Həyat
hadisələrinin fəlsəfı mənasını
aşkara
çıxarmaq
naminə
assosiativ
motivlərə,
sözaltı
mənaya, şərti, simvolik, rəmzi,
mifoloji obrazlara müraciət
olunur. Stilizasiya, improvizasiya üslub prinsiplərinə, modernist və avanqard
cərəyanlarına meyil göstərən gənc rəssamların "yeni dalğası" meydana çıxır.
Beləliklə, respublikanın müasir bədii həyatında müəyyən canlanma,
yeniləşmə nəzərə çarpır. Dinamik və qızğın yaradıcılıq prosesində baş verən öncül və
aparıcı problemlər, istiqamətlər xüsusilə qeyd olunmalıdır.
Azərbaycan Dövlət İncəsənət Muzeyində, S.Bəhlulzadə adına Şəkil
262
Qalereyasında bədii sərgilərin təşkili intensiv hal alır. Azərbaycan Rəssamlar
İttifaqının V.Səmədova adına salonunda, Miniatür Mərkəzində, 1988-ci ildə açılmış
Bakı İncəsənət Mərkəzində "Azərbaycan dünyası", "Qala" şəkil qalereyalarında
mövzu cəhətdən müxtəlif, rəngarəng tematik, qrup, fərdi rəsm sərgiləri nümayiş
etdirilir.
Azərbaycan incəsənətinin beynəlxalq əlaqələri yeni vüsət alır. Moskvada,
Kiyevdə, Londonda, Parisdə, Berlində, Strasburqda, Vaşinqtonda, Ankarada,
İstanbulda
Azərbaycan
incəsənəti
sərgiləri
nümayiş
etdirilir.
Milli
mədəniyyətimizin yeni uğurlarını əks etdirən həmin sərgilər respublika
ictimaiyyətinin və xarici ölkə tamaşaçılarının rəğbətini qazanır, mətbuat
səhifələrində əks-səda oyadır.
Sevindirici haldır ki, 1995-ci ildə görkəmli mənzərə ustası Səttar
Bəhlulzadənin fərdi sərgisi Nyu-Yorkda, Londonda, Bakıda, İstanbulda rəğbətlə
qarşılanmışdır.
Xalq rəssamı Toğrul Nərimanbəyovun Parisdə YUNESKO binasında
göstərilmiş sərgisində doğma Azərbaycana həsr etdiyi əsərləri ilə yanaşı, dünya
şöhrətli musiqiçi M.Rostropoviçin, görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun
portretləri və digər tabloları böyük maraq oyatmışdır. ABŞ-da "Toğrulun
muzeyində" rəssamın 40 əsəri saxlanılır. Lüksemburqda və Turində ona həsr
olunmuş albom-kataloqlar nəşr edilmişdir.
Rəssamlardan
K.Nəcəfzadənin
Vaşinqtonda
və
Londonda,
N.Əbdülrəhmanovun Ankarada, F.Xəlilovun Moskvada, A.Cəfərovun Bakıda Fransa
səfirliyi binasında fərdi sərgilərinin təşkil olunması bədii əlaqələrimizin ildən-ilə
genişləndiyini sübut edən maraqlı hadisələrdəndir.
Xarici ölkələrin mətbuatında müasir Azərbaycan rəssamlıq sənətinin
nailiyyətləri, milli özünəməxsusluğu, yüksək peşəkar səviyyəsi təhlil və təbliğ olunur,
lazımınca qiymətləndirilir.
Beləliklə, XX yüzilliyin son mərhələsində Azərbaycan rəngkarlıq və qrafika
sənətində əsil intibah baş vermişdir.
Vətənin istiqlaliyyəti, doğma xalqının qəhrəmanlıq keçmişi, nəcib
ənənələri, insanın, təbiətin gözəlliyi, müasirlərimizin yaratmaq, qurmaq eşqi və
başqa bu kimi mövzular milli sənətimizin leytmotivini təşkil edir. Rəssamların poetik
boyalar, dəqiq rəsmlər dilində nəqş etdikləri bədii salnamədə ulu müdrik Dədə
Qorqudun tarixi qəhrəman sərkərdə və şair Şah İsmayıl Xətayinin, milli azadlıq
fədailərinin canlı obrazları, müasir insanın arzu və düşüncələri, intim duyğuları,
zəngin mənəvi dünyası əksini tapmışdır. Bütün bunlar bir daha sübut edir ki,
Azərbaycan rəngkarlıq və qrafika sənəti müasir dünya bədii mədəniyyətinin
nailiyyətlərinə qovuşmaq sahəsində uğurlu addımlarla irəliləməkdədir.
|