3
Bu kitab "Rasim Əfəndi. Azərbaycan incəsənəti (Bakı, Çaşıoğlu, 2001)
nəşri əsasında təkrar nəşrə hazırlanmışdır
ISBN 978-9952-34-116-4
709.4754-dc22
Azərbaycan incəsənəti
Rasim Əfəndi. Azərbaycan incəsənəti
Bakı, "Şərq-Qərb", 2007, 160 səh. + 112 səh. (illüst.)
Kitabda qədim, orta əsrlərdə və sonrakı
dövrlərdə Azərbaycanda
yaradılmış görkəmli memarlıq abidələri, təsviri və dekorativ-tətbiqi sənət
nümunələri araşdırılır, incəsənətimizin zəngin ənənələri hərtərəfli şərh edilir.
© "Şərq-Qərb", 2007
4
ÖN SÖZ
"Azərbaycan incəsənəti" kitabı minilliklər boyu formalaşmış
bədii
mədəniyyətimizin zəngin tarixinə həsr olunmuşdur. Kitabda ən qədim dövrlərdən
başlayaraq XX yüzilliyin axırına qədər Azərbaycan incəsənətinin keçdiyi inkişaf
yolları izlənir, Şərq incəsənəti tarixində milli incəsənətimizin
mövqeyi müəyyən
edilir.
Azərbaycan incəsənəti xalqımızın tarixi qədər qədim və zəngindir.
Qobustanın qaya təsvirləri, Qafqaz Albaniyasının bədii keramika və metal
məmulatı, bədii şüşə və oyma sənəti, orta əsrlərdə dünya şöhrəti qazanmış Təbriz
miniatür
sənəti nümunələri, rəngarəng xalçalar, tikmələr, şirli saxsı qablar, kaşı
sənəti, zərif oyma şəbəkələr və gözəl zərgərlik məmulatları
- bütün bunlar bədii
irsimizin çox zəngin olduğunu sübut edir. Kitabda qədim, orta əsrlərdə və sonrakı
dövrlərdə yaradılmış memarlıq abidələri, təsviri və dekorativ-tətbiqi sənət
nümunələri araşdırılır, incəsənətimizin zəngin ənənələri hərtərəfli izlənir.
XX yüzillikdə Azərbaycanın ictimai və iqtisadi həyatında
baş vermiş
mütərəqqi dəyişikliklər nəticəsində xalqın mədəni inkişafında və bədii
yaradıcılığında ortaya çıxmış yeni təkamüllər, xüsusilə
təsviri sənətin realist
üslubda inkişafı ilə əlaqədar problemləri geniş şərh edilir.
Kitab rəssam, sənətşünas, ali və orta ixtisas məktəblərinin tələbələri,
həmçinin Azərbaycan incəsənətinin tarixi ilə maraqlanan geniş oxucu kütləsi üçün
nəzərdə tutulmuşdur.