A z ə r b a y c a n diLİ VƏ t a r I x I



Yüklə 6,93 Mb.
Pdf görüntüsü
səhifə111/116
tarix15.07.2018
ölçüsü6,93 Mb.
#55880
1   ...   108   109   110   111   112   113   114   115   116

274 
 
şəhərinin ustaları tərəfindən inkişaf etdirilirdi. 
Şəki  zərgərləri  Ə.Məmmədov,  C.Əyyubov,  Naxçıvan  zərgərləri  usta 
Mahmud və onun şagirdləri M.Seyidovun, A.Nəbiyevin, Ə.Əliyevin bu sənətin yerli 
ənənələr əsasında inkişaf etdirilməsində böyük rolları olmuşdur. 
Respublika  Rəssamlar  Birliyinin  üzvü  zərgər  Əyyub  Məmmədovun 
yaradıcılığı bu illərdə xüsusilə məhsuldar olmuşdur. Ə.Məmmədov zərgərliyin həm 
şəbəkəçilik, həm də  gümüşbəndlik sahəsində  məharətlə  işləyən sənətkar  idi. Onun 
bacarıqlı  əlləri  ilə  hazırlanmış  qolbaq,  sırğa,  qadın  sinə  bəzəkləri  texniki  icrası  və 
gözəlliyi  ilə  diqqəti  cəlb  edir.  Hazırda  Bakıda  Azərbaycan  İncəsənət  Muzeyində 
nümayiş  etdirilən  qızıldan  düzəldilmiş  ləl-cavahiratın  kristal  hissələri  ilə  bəzədilmiş 
qadın sinə bəzəyi bu ustanın məharətini əyani təsdiq edir. 
1960-1970-ci  illərdə  Azərbaycan  dekorativ-tətbiqi  sənətinin  ənənəvi  növü 
sayılan ağac üzərində bədii oyma sənəti də öz inkişafını davam etdirirdi. Bu sahədə 
həmin illərdə Şəkidə yaşayan xalq ustası Əşrəf  Rəsulov xüsusilə yüksək nailiyyətlər 
əldə edir. Usta Əşrəf bədii taxta emalı sənətinin demək olar ki, bütün sahələrində 
məharətlə  çalışır.  Lakin  onun  bu  sahədəki  əsas  müvəffəqiyyəti  ənənəvi 
"şəbəkəçilik" sənətinin inkişaf etdirilməsində olmuşdur. 
O  özünün  şəbəkə  işlərində  ən  möhkəm  ağac  növləri  olan  şümşad,  qoz, 
palıddan  istifadə  edir  və  onlardan  müxtəlif  ölçülü  və  formalı  standart  hissələr 
hazırlayır,  sonra  isə  təyin  olunmuş  kompozisiya  və  lazımi  ölçüdə  yapışqandan  və 
mismardan  istifadə  etmədən,  düzgün  çoxbucaqlıdan,  8-12  bucaqlı  ulduzdan  və  s. 
ibarət olmaqla təkrarlanan mürəkkəb naxışlar yığır. Bir çox nadir əşyalardan tumba, 
kitab rəfi, tağlar, pəncərə  virajları usta  Əşrəfin  əlləri ilə  yaradılmışdır. Onun işləri 
Sankt-Peterburqdakı Etnoqrafiya Muzeyində, Bakı şəhərindəki Azərbaycan Xalçası 
Muzeyində nümayiş etdirilir. O, Moskva şəhərindəki "Bakı" restoranının şəbəkəsi 
üzərində də işləmişdir. 
1970-1980-ci  illərin  dekorativ-tətbiqi  sənətlərinin  inkişafında  bir  qrup 
istedadlı  gənc  rəssamların  xüsusi  rolu  olmuşdur.  Z.Hüseynovun,  E.Məmmədovun, 
S.Haqverdiyevanın,  A.Hüseynovun,  E.Mikayılovun  axır  on  ildəki  fəal  yaradıcılığı 
buna  gözəl  sübut  ola  bilər.  Respublikanın  Rəssamlar  İttifaqı  cərgəsinə  dekorativ-
tətbiqi  sənət  sahəsində  çalışan  ixtisaslı  gənclər  dəstəsinin  gəlməsi  Azərbaycan 
incəsənətinin ən kütləvi növünün inkişafı demək idi. Moskvanın, Sankt-Peterburqun, 
Tbilisinin  və  başqa  şəhərlərin  ali  məktəblərini  bitirmiş  keramika  üzrə  mütəxəssis 
rəssamlar  bu  illərdə  xüsusən  böyük  müvəffəqiyyətlər  qazandılar.  Onlardan 
Z.Hüseynovu,  Ş.Abbasovu,  Məzahir    Əfşarı,  E.Məmmədovu  və  başqalarını 
göstərmək olar. V.Muxina adına Sankt-Peterburq Ali Rəssamlıq Sənaye Məktəbini 
bitirmiş Məzahir Əfşarın yaradıcılığı xüsusilə diqqəti cəlb edir. 
Məzahir  geniş  rəssamlıq  diapazonuna  malik  olan  sənətkardır.  Onun 
əsərlərinin  yüksək  keyfiyyəti  Məzahirin  həm  istedadlı  rəssam,  həm  də  keramika 
sənəti  texnologiyasına  dərin  yiyələnməsi  ilə  izah  olunur.  O,  əsərlərində  həmişə 
yenilik  axtaran  bir  rəssamdır.  Ona  görə  Məzahirin  düzəltdiyi  qablar,  fiqurlar  bir-
birinə  bənzəmir.  Həm  obraz,  həm  əşya  üçün  rəssam  hər  dəfə  yeni  material,  yeni 


275 
 
kompozisiyalar axtarıb tapır. Bu baxımdan onun "Xürrəmilər" (Babək üsyanı) adlı 
kompozisiyası "Afşaran" adlı vazası "Nəsimiyə" həsr edilmiş bədii nimçələri xüsusi 
maraq doğurur. 
1987-ci  ildə  keçirilən  gənc  rəssamların  "Ölkənin  gəncliyi"  adlı  respublika 
sərgisində  Məzahir  "Axaltəkə"  adlı  orijinal  bir  kompozisiyası  ilə  çıxış  edir. 
Kompozisiyada  dördbucaq  formalı  kətil  üzərində  elə  bil  kişnəyən  altı  at  başının 
əksi  verilmişdir.  At  başları  şərti  dekorativ  bir  səpkidə,  konusvari  formalarda 
verilməsinə  baxmayaraq,  tamaşaçıya  güclü  təsir  bağışlayır.  Axaltəkə  seriyasına 
"Axaltəkə-I" və "Axaltəkə-II" kompozisiyaları daxildir. 
Onlar  bir-birindən  bədii  üslubuna  və  texniki  icrasına  görə  fərqlənirlər. 
Birincidə  rəssamın  heykəltəraşlıq,  ixtiraçılıq  qabiliyyəti,  ikincidə  ümumiləşmə  və 
qrafikləşmə  ilə  əvəz  olunur.  Bu  illərdə  keramika  sahəsində  Eldar  Məmmədov  da 
müəyyən yaradıcılıq müvəffəqiyyətinə nail olmuşdur. 
Eldar  Məmmədov  Məzahir  Əfşar  kimi  Sankt-Peterburq  şəhərində  ali 
rəssamlıq  təhsilini  almışdır.  Gəncliyinə  baxmayaraq,  onun  da  sənətində 
püxtələşmiş  şəxsi  yaradıcılıq  xətti  vardır.  Eldar  Azərbaycan  incəsənətinin  xalq 
ənənələrini  xüsusilə  çox  sevir.  Xalq  sənətinə  olan  bu  məhəbbət  də  onun  əsas 
yaradıcılıq axtarışlarını təyin edir. Keramika  üzərinə  yağlı boya ilə bəzəkvurmada 
E.Məmmədov xüsusən böyük müvəffəqiyyət qazandı. Onun bəzəkli nimçə,  dekorativ 
lövhələri  rəng  çalarlarının  zənginliyi,  yüksək  texniki  icrası  ilə  diqqəti  cəlb  edir. 
Onun rəng palitrası heç ağırlıq, dolğunluq təsiri bağışlamır, onlar tamaşaçıda sevinc 
və fərəh əhvali-ruhiyyəsi yaradır. 
Əsrin  əvvəllərində  olduğu  kimi,  1980-1990-cı  illərdə  yenə  toxuculuq 
sənətinin xalı, qobelen, bədii tikmə və b. sahələri ön plana çıxır. 
Bu sahədə E.Mikayılov, F.Hüseynova,  L.İskəndərzadə,  Əfşar,  U.Həmidova 
və b. yüksək nailiyyətlər əldə edirlər. 
Zəngin  ənənələrə  malik  olan  toxuculuq  sənətimiz,  xüsusilə  xalçaçılıq  bu 
illərdə daha da çiçəklənir. 
Xalı  sənətimizin  bu  illərdə  inkişafına  az  da  olsa  təsir  göstərən  gənc 
rəssamlardan biri Eldar Mikayılov olmuşdur. 
İlk  yaradıcılıq  addımlarını  L.Kərimov,  C.Müciri,  K.Əliyev  kimi  xalı 
mütəxəssislərinin  yanında  başlayan  E.Mikayılov  hazırda  bu  sahənin  aparıcı 
rəssamlarından biri sayılır. 
E.Mikayılov  təkcə  istedadlı  xalı  rəssamı  deyil,  həm  də  onun  texnoloji 
xüsusiyyətlərinin  dərin  bilicisidir.  Bütün  bu  cəhətləri  onun  1980-1990-cı  illərdə 
yaratdığı  böyük  şair  Füzuliyə  həsr  etdiyi  "Şəbi-hicran",  "Yeni  Əfşar",  "Üzeyir 
Hacıbəyov", "Musiqi korifeyləri" və b. əsərlərində görə bilərik. 
Ənənəvi xalq dekorativ-tətbiqi sənətimizin bu illərdə yenidən canlandırılıb 
xalqımızın  həyat  və  məişətinə  qaytarılmasında  respublikamızın  müxtəlif  bölgə  və 
kəndlərində yaşayan el ustaları da peşəkar rəssamlara böyük köməklik göstərmişlər. 
Azərbaycan  xalq  dekorativ-tətbiqi  sənətləri  gördüyümüz  kimi  XX  əsrdə 
zəngin inkişaf yolu keçmişdir. Bu yol təkcə onun ənənəvi növlərinin canlanması dövrü 


Yüklə 6,93 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə