A z ə r b a y c a n diLİ VƏ t a r I x I



Yüklə 6,93 Mb.
Pdf görüntüsü
səhifə109/116
tarix15.07.2018
ölçüsü6,93 Mb.
#55880
1   ...   105   106   107   108   109   110   111   112   ...   116

270 
 
sərgisində,  sonralar  isə  Nyu-Yorkda  keçirilən  sərgidə  böyük  müvəffəqiyyətlə 
nümayiş etdirilmişdir. 
Mücrü  Azərbaycan  xalq  qəhrəmanı  Koroğlu  eposu  mövzusuna  həsr 
olunmuşdur.  Qoz  və  palıd  ağaclarından  hazırlanmış  mücrünün  üstünə  və  dörd 
tərəfinə  rəssamlar  gözəl  zövq  ilə  işləyib  hazırladıqları  haşiyələri  quraşdırmış  və 
müxtəlif  heyvan  sümüklərindən  kəsilmiş  orijinal  şəbəkələr  geydirmişlər.  Heyvan 
sümüklərindən,  habelə  gümüş  və  əlvan  metallardan  quraşdırılmış  bu  mücrünün  hər 
kvadrat santimetri 30-50 hissədən ibarətdir. 
Mücrünün  qapağının  üstündə  medalyon  formalı  sümük  qaytanın  içində 
qiymətli  ağaclardan  və  sümük  hissələrindən  Koroğlunun  obrazı  verilmişdir. 
Koroğlu  şahə  qalxmış  Qıratın  üstündə  təsvir  edilir  və  uzaqdan  Çənlibel  qalası 
nəzəri cəlb edir. Mücrünün qapağının hər yan tərəfində medalyon formalı sümüyün 
üstündə  Koroğlu  dastanının  müxtəlif  epizodik  səhnələri  təsvir  edilmişdir.  Burada 
Koroğlunun  Eyvazı  xilas  etməsi,  Alı  kişinin  Həsən  xan  tərəfindən  kor  edilməsi, 
Nigarın  Koroğlu  tərəfindən  qaçırılması  və  Çənlibeldə  qurulmuş  şənlik  məclisi 
mövzulu kompozisiyalar verilmişdir. 
Keramika və bədii şüşə sahəsində işləyən rəssamlar da bu illərdə müəyyən 
müvəffəqiyyətlərə  nail  olmuşdular.  Sevindirici  haldır  ki,  müasir  dövrdə  həmin 
illərdə  ilk  dəfə  olaraq  respublikamızda  çini  və  saxsıdan  hazırlanan  heykəl 
fiqurlarının kütləvi istehsalına başlanır. Çini və saxsıdan düzəldilmiş xalq müdriki 
Molla  Nəsrəddinin  satirik  hekayələrindən  olan  obrazlar  bəstəkar  Üzeyir 
Hacıbəyovun "Arşın mal alan" operettasından şən personajlar təkcə Azərbaycanda 
deyil, onun hüdudlarından çox uzaqlarda da böyük məhəbbətlə qarşılanmışdır. 
Həmin  seriyadan  olan  işlərdən  daha  böyük  müvəffəqiyyət  qazananlar 
sırasında  H.Abdullayevin  "Yeddi  gözəl"  çini  fiqurlarını,  R.Xalafovun  "Molla 
Nəsrəddinin  lətifələri"  mövzusunda  kompozisiya  seriyasını,  T.Zeynalovun  "Saz 
çalan qız" kompozisiyasını və başqalarını göstərmək olar. 
Kiçik  formalı  heykəllər  təkrarolunmaz  xüsusiyyətə  malik  olmalarına 
baxmayaraq,  hər  hansı  bir  interyerə  daxil  olduqda  onun  ayrılmaz  hissəsinə 
çevrilirlər. 
Şüşə üzərində bədii işləmə sahəsində həmin illərdə rəssam S.Şahsuvarova 
müəyyən müvəffəqiyyətlərə nail olmuşdur. 
Həmin  rəssamın  əsərlərinin  ümumi  cərgəsində  milli  xüsusiyyətlər  özünü 
parlaq  surətdə  göstərir.  Onun  yubiley  tarixinə,  Azərbaycanın  mədəniyyət  və 
incəsənət  xadimlərinə  həsr  olunmuş  iri  dekorativ  vazaları  siluet  və  ornamental 
yığcamlığına görə diqqətəlayiqdir. 
S.Şahsuvarovanın bu illərdə yaratdığı içərisində xalq şairi Səməd Vurğuna 
həsr etdiyi vaza xüsusilə diqqəti cəlb edir. Bir metr yarım hündürlükdə olan bu vaza ağ 
büllurdan,  süd  və  firuzə  rəngli  şüşədən  hazırlanmışdır.  Vaza  beş  hissədən:  dayaq, 
ayaq, gövdə, boğaz və qapaqdan ibarətdir. Başqa vazalardan fərqli olaraq, rəssamın 
bu  vazasının  gövdəsi  fırlanır.  Belə  ki,  tamaşaçı  vazanın  üstündəki  medalyonların 
hamısını çox yaxşı görə bilir. Özünün nəfisliyi ilə diqqəti cəlb edən bu medalyonun 


271 
 
birində  xalq  şairi  Səməd  Vurğunun  portreti  verilmişdir.  Yan  medalyonlarda  açıq 
kitab üzərində Səməd Vurğunun anadan olduğu və vəfat etdiyi illər - "1906-1956" 
və "Fərhad və Şirin", "Vaqif”, "Xanlar" sözləri yazılmışdır. Axırıncı medalyonda isə 
şairin ölməz sözləri nəqş edilmişdir. 
 
Ölüm sevinməsin, qoy, ömrünü vermir bada  
El qədrini canından daha əziz bilənlər  
Şirin bir xatirə tək qalacaqdır dünyada. 
 
Əllinci illərdə bədii keramikanın maraqlı növlərindən biri sayılan mayolika 
da geniş inkişaf etməyə başlayır. Yerli istehsalat bazasında yaradılan mayolika bir 
çox  ictimai  və  inzibati  binaların  dekorativ  bəzədilməsində  geniş  tətbiq  olunmağa 
başlandı. 
Özünün sonsuz miqdarda dolğun rənglər palitrası ilə bu bəzək materialının 
texniki  və  bədii  qaydada  mənimsənilməsi  bizim  tətbiqi  incəsənət  ustalarının 
fəaliyyətlərində  böyük  imkanlar  yaradırdı.  Bu  materialla  yerinə  yetirilmiş  əsərlər 
arasında  ən  çox  əhəmiyyətli  olanı  M.Qafarov  və  Q.Hüseynovun  "Çoban", 
R.Xalafovun "Pambıqyığan qadın" portreti və başqalarını göstərmək olar. 
Həmin  illərdə  respublikamızın  zərgərləri  də  öz  yaradıcılıqlarında  böyük 
müvəffəqiyyətlər  əldə  etmişdilər.  Yeni  materiallara  müraciət  edən  Azərbaycanın 
zərgərlik  incəsənəti  bu  illərdə  özünün  metal  emalının  ən  qədim  bədii  üsullarını  da 
saxlamış  oldu.  Əvvəllər  olduğu  kimi  həmin  illərdə  Azərbaycanın  zərgərlik 
incəsənətində  əsas  yeri  şəbəkəçilik  işi  tuturdu.  Xalq  ustaları  qızılın,  gümüşün  nazik 
simlərindən və melxiordan keçmişin ən yaxşı nümunələrindən heç də geri qalmayan 
mürəkkəb forma və bəzəkli sənət əsərləri hazırlayırdılar. 
Zərgərlik sənəti sahəsində bu illərdə yüksək nailiyyətlər əldə edən üç Bakı 
zərgərinin adını xüsusi qeyd etmək lazımdır. Onlar usta Gülbala, Heydər Aslan oğlu 
və Həsən Mütəllib oğlu idilər. Həmin ustaların bacarıqlı əlləri ilə şəbəkə üsulunda 
düzəldilmiş  "piyaləzəng",  "gül",  "ay-ulduz"  sırğalar,  zərif  sinə  bəzəkləri 
respublikamızdan uzaqlarda da məşhur idi. 
Həmin illərdə dekorativ-tətbiqi sənət sahəsində çalışan rəssam və ustaların 
yaradıcılığı respublikanın sənaye müəssisələrinin ətrafında toplanması ilə xarakterizə 
olunur. Onların eskizləri və birbaşa rəhbərlikləri altında yaradılan yerli bədii sənaye 
məhsulları xalq arasında geniş yayılmağa başlayır. 
Xalq  tələbatı  məhsulları  hazırlanması  işində  aktiv  iştirak  edən  tətbiqi 
sənət ustaları memarlarla, heykəltəraşlarla, fırça ustaları ilə birlikdə bir çox ictimai-
inzibati  binaların,  sənaye  müəssisələrinin  və  yaşayış  komplekslərinin  tərtib 
edilməsində də yaxından iştirak etməyə başlayırlar. 
1960-1970-ci illərin dekorativ-tətbiqi sənətində əvvəlki illərdə olduğu  kimi 
birinciliyi xalçaçılıq sənəti tuturdu. 
Kütləvi qaydada "Azərxalça" Birliyinin müəssisələri tərəfindən buraxılan 
xalçalarla  yanaşı,  elə  həmin  illərdə  rəssamlarımızın  eskizləri  əsasında  bir  çox 


Yüklə 6,93 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə