262
Qalereyasında bədii sərgilərin təşkili intensiv hal alır. Azərbaycan Rəssamlar
İttifaqının V.Səmədova adına salonunda, Miniatür Mərkəzində, 1988-ci ildə açılmış
Bakı İncəsənət Mərkəzində "Azərbaycan dünyası", "Qala" şəkil qalereyalarında
mövzu cəhətdən müxtəlif, rəngarəng tematik, qrup, fərdi rəsm sərgiləri nümayiş
etdirilir.
Azərbaycan incəsənətinin beynəlxalq əlaqələri yeni vüsət alır. Moskvada,
Kiyevdə, Londonda, Parisdə, Berlində, Strasburqda, Vaşinqtonda, Ankarada,
İstanbulda
Azərbaycan
incəsənəti
sərgiləri
nümayiş
etdirilir.
Milli
mədəniyyətimizin yeni uğurlarını əks etdirən həmin sərgilər respublika
ictimaiyyətinin və xarici ölkə tamaşaçılarının rəğbətini qazanır, mətbuat
səhifələrində əks-səda oyadır.
Sevindirici haldır ki, 1995-ci ildə görkəmli mənzərə ustası Səttar
Bəhlulzadənin fərdi sərgisi Nyu-Yorkda, Londonda, Bakıda, İstanbulda rəğbətlə
qarşılanmışdır.
Xalq rəssamı Toğrul Nərimanbəyovun Parisdə YUNESKO binasında
göstərilmiş sərgisində doğma Azərbaycana həsr etdiyi əsərləri ilə yanaşı, dünya
şöhrətli musiqiçi M.Rostropoviçin, görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun
portretləri və digər tabloları böyük maraq oyatmışdır. ABŞ-da "Toğrulun
muzeyində" rəssamın 40 əsəri saxlanılır. Lüksemburqda və Turində ona həsr
olunmuş albom-kataloqlar nəşr edilmişdir.
Rəssamlardan
K.Nəcəfzadənin
Vaşinqtonda
və
Londonda,
N.Əbdülrəhmanovun Ankarada, F.Xəlilovun Moskvada, A.Cəfərovun Bakıda Fransa
səfirliyi binasında fərdi sərgilərinin təşkil olunması bədii əlaqələrimizin ildən-ilə
genişləndiyini sübut edən maraqlı hadisələrdəndir.
Xarici ölkələrin mətbuatında müasir Azərbaycan rəssamlıq sənətinin
nailiyyətləri, milli özünəməxsusluğu, yüksək peşəkar səviyyəsi təhlil və təbliğ olunur,
lazımınca qiymətləndirilir.
Beləliklə, XX yüzilliyin son mərhələsində Azərbaycan rəngkarlıq və qrafika
sənətində əsil intibah baş vermişdir.
Vətənin istiqlaliyyəti, doğma xalqının qəhrəmanlıq keçmişi, nəcib
ənənələri, insanın, təbiətin gözəlliyi, müasirlərimizin yaratmaq, qurmaq eşqi və
başqa bu kimi mövzular milli sənətimizin leytmotivini təşkil edir. Rəssamların poetik
boyalar, dəqiq rəsmlər dilində nəqş etdikləri bədii salnamədə ulu müdrik Dədə
Qorqudun tarixi qəhrəman sərkərdə və şair Şah İsmayıl Xətayinin, milli azadlıq
fədailərinin canlı obrazları, müasir insanın arzu və düşüncələri, intim duyğuları,
zəngin mənəvi dünyası əksini tapmışdır. Bütün bunlar bir daha sübut edir ki,
Azərbaycan rəngkarlıq və qrafika sənəti müasir dünya bədii mədəniyyətinin
nailiyyətlərinə qovuşmaq sahəsində uğurlu addımlarla irəliləməkdədir.
263
HEYKƏLTƏRAŞLIQ
Təsviri sənətimizin başqa növlərində görünən yeniliklər XX əsrin
əvvəllərində heykəltəraşlığımızda da özünü büruzə verməyə başlayır.
Bu zamanlar əsasən Bakı şəhərində müxtəlif ölkələrdən gəlmiş
heykəltəraşlar fəaliyyət göstərirdilər. Onların yaratdığı əsərlərin əksəriyyəti təbliğat
xarakteri daşıdığından uzunömürlü olmamışdır.
Beləliklə, professional milli heykəltəraşlığımızın əsas inkişafı 1930-1940-
cı illərə təsadüf edir. Bu da gənc heykəltəraşlarımız Cəlal Qaryağdı, Fuad
Əbdülrəhmanov, Pyotr Sabsay, Mirəli Mirqasımov, Tokay Məmmədov, Ömər
Eldarovun adı ilə bağlı olmuşdur.
Bu dövrün heykəltəraşlıq sənətindən bəhs edərkən Fuad Əbdülrəhmanov
və Cəlal Qaryağdının əsərlərini xüsusi qeyd etməliyik. Onlar Azərbaycan Dövlət
Rəssamlıq Məktəbinin yetişdirmələridir. Hər ikisi rəssamlıq təhsilini aldıqdan
sonra Bədii Akademiyaya daxil olmuş, görkəmli heykəltəraşların yaradıcılıq
emalatxanalarında işləmişlər.
F.Əbdülrəhmanov və C. Qaryağdı dünya klassik incəsənətinin ən gözəl
ənənələrindən bəhrələnmiş, sərbəst yaradıcılıq həyatına qədəm qoyduqları ilk
günlərdən realist sənət yolunu tutaraq irəliləmişlər. Bu ümumi yolda onların hər biri
özünəməxsus üsluba malik olmuş, fərdi yaradıcılıq xüsusiyyətlərini inkişaf
etdirmişlər. Fuad Əbdülrəhmanov hələ otuzuncu illərdə yaratdığı obrazlarda
monumental formalara meyil göstərirdi. Əbdülqasım Firdovsinin "Şahnamə"
poemasındakı surətlərdən biri "Ox atan gənc" fiquru buna gözəl nümunə ola bilər.
Hazırda Bakıda İncəsənət Muzeyində saxlanılan bu əsər onun ilk monumental
heykəli idi.
Zaman keçdikcə Fuad Əbdülrəhmanovun sənətkarlıq səviyyəsi daha da
artır və yüksəlirdi. Bu baxımdan onun yaratdığı "Nizami" abidəsi xüsusi maraq
doğurur.
F.Əbdülrəhmanov hələ 1940-cı illərdən dahi Nizaminin obrazı üzərində
yaradıcılıq axtarışları aparır. O,1946-cı ildə Nizaminin vətəni Gəncə şəhəri üçün
dahi şairin obrazını yaradır. Elə həmin ildə Gəncə çayı kənarında ucaldılan dörd
metrlik bu tunc heykəl zəmanəmizədək Azərbaycan heykəltəraşlığının yüksək
nailiyyətlərindən biri kimi sayılır.
Gəncədə ucaldılan bu abidədən sonra F.Əbdülrəmanov Bakı şəhərində
qoyulmuş Nizami heykəli üzərində yaradıcılıq işləri aparır. 1949-cu ildə Bakıda
Nizami meydanının mərkəzində ucaldılan (memarlar S.Dadaşov və M.Hüseynov)
bu altı metrlik tunc abidə respublikamızda heykəltəraşlığın inkişafında irəliyə doğru
addım sayılır. Gəncə abidəsində olduğu kimi, Bakı şəhərindəki monument də
mürəkkəb plastik formaya malikdir. Fiqura geydirilmiş üst paltarlardan üzü aşağı
ritmik şəkildə sallanan qırışlar monumentə klassik heykəllərə münasib bir görkəm
verir.
Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti binasından Gənclər
Dostları ilə paylaş: |