259
Azərbaycan ədəbiyyatı klassiklərinin əsərlərini, dahi Nizaminin "Xəmsə"sini, rus və
xarici ölkə müəlliflərinin kitablarını tərtib və illüstrə edirlər.
Mikayıl Abdullayev "Arazın o tayında" adlı publisistik ruhlu rəsm
silsiləsindən sonra kitab tərtibatına maraq göstərir. S.Rəhimovun "Şamo" romanına,
Füzulinin "Leyli və Məcnun" poemasına, "Dədə Qorqud" eposuna, Nizami
"Xəmsə"sinə olduqca ifadəli illüstrasiya silsilələri yaradır.
Turgenevin, Qorkinin əsərlərinə maraqlı illüstrasiyalar yaratmış Oqtay
Sadıqzadənin, Hüqonun "Səfillər" romanına çəkdiyi illüstrasiyaları çoxplanlıdır,
ifasına görə lakonikdir, qəhrəmanların real portret xarakteriskası ilə, onları əhatə
edən mühitin və detalların doğruluğu ilə fərqlənir. Cəlil Məmmədquluzadənin
"Danabaş kəndinin əhvalatları" povestinə çəkilən və inqilabdan qabaqkı cəmiyyətin
ictimai təzadlarına qarşı etiraz ruhu ilə aşılanmış illüstrasiyalar da ifadəlidir.
"Fitnə", "Nəsimi" kitablarına verdiyi tərtibat miniatür üslubundadır. O.Sadıqza-
dənin pambıqçılıq, meyvəçilik, digər istehsalat mövzularına, xoşbəxt uşaqlıq, bayram
təntənəsi mövzusuna həsr etdiyi əlvan plakatları əyani təşviqatın kamil nümunələri
sırasına daxildir.
Qocaman rəssam Ələkbər Rzaquliyevin təkrarsız və orijinal yaradıcılıq
siması "Köhnə Bakı", "Lənkəran balıq-çıları", "Tələbələr" kimi maraqlı linoqravür
silsilələrində parlaq şəkildə ifadəsini tapmışdır. Özünü xalq adət və ənənələrinin,
milli mərasimlərin gözəl bilicisi kimi göstərmiş rəssam şəxsi müşahidələri və
təəssüratı əsasında inqilabdan qabaqkı məişətin canlı obrazlar qalereyasını
yaratmışdır.
50-ci illərdən başlayaraq Azərbaycan qrafikasının inkişafında ali peşəkar
təhsil almış istedadlı rəssamlar -Elmira Şahtaxtinskaya, Yusif Hüseynov, Rasim
Babayev, Altay Hacıyev, Elçin Aslan, Nazim Babayev və başqaları fəal rol
oynayırlar.
Y.Hüseynov
Azərbaycan
yazıçıları
N.Nərimanovun,
A.Şaiqin,
M.Hüseynin kitablarına çəkilən illüstrasiyaları, mübarizə və azadlıq motivlərinə,
xalqların istiqlaliyyəti və həmrəyliyi, əmək, gözəllik və gənclik mövzularına həsr
olunan "Azadlıq", "Nəsimi" plakatları, "Xəzərin qoynunda", "Xəzər balıqçıları"
avtolitoqrafiya silsilələri, dağ rayonları sakinlərinin məişəti, səfalı kənd təbiətinin
mənzərələrini əks etdirən "Xınalıq" akvarel silsiləsi, C.Cabbarlının, M.Müşfiqin
akvarel portretləri ilə şöhrət qazanır.
Orijinal rəsm ustası Rasim Babayevin lakonik və səlis cizgilərlə işlənmiş
"Azərbaycan odlar diyarı" linoqravürlərində alleqoriya, rəmz, şərtilik prinsipləri
üstündür.
Rəssam Altay Hacıyevin dəniz neftçilərinin, müasir kənd adamlarının
əməksevərliyini, nikbinliyini, həyat eşqini, milli naxışları, ənənələri tərənnüm edən
"Xəzər", "Bahar nəğməsi, "Xalq yaradıcılığı", "Üzümçülər" linoqravürlər silsilələri
romantik və lirik intonasiyalarla aşılanmışdır. "Koroğlu" dastanına, Nəsimi
poeziyasına illüstrasiyalarında", "Odlar yurdu", "Bahar oyunları" rəsmlərində o,
miniatür ənənələrindən faydalanır. Həmin ənənələri müasir intonasiyalarla
260
zənginləşdirməyə çalışır.
Orta nəslə mənsub rəssamlardan Rafiq Mehdiyevin, Nazim Babayevin,
Nadir Axundovun, Cəmil Müfidzadənin, Bəyim Hacıyevanın yaradıcılığının mövzu və
qrafik obrazlar dairəsi müxtəlifdir. Onlar kitab tərtibatı və estamp sahəsində
müvəffəqiyyətlə çalışırlar. Ofort, monotipiya, linoqravür, dəzgah rəsmi və akvarel
texnikalarına yaxşı yiyələnmişlər.
Müasir Azərbaycan plakatının inkişafında həlledici mövqe öz əsərləri ilə
geniş şöhrət qazanmış istedadlı rəssam Elmira Şahtaxtinskayaya mənsubdur. Onun
aktual siyasi, beynəlxalq, istehsalat mövzularına həsr olunmuş "Festival - gənclik
bayramıdır", "Vaxtından qabaq yerinə yetirmək!", "Üzüm toplayan qız", "İtkisiz
bəsləyirəm", "Azərbaycan - qədim mədəniyyət diyandır" silsilə plakatları rəng
cəhətdən əlvandır, dekorativdir, bayram əhvali-ruhiyyəsindədir, kəskin əyani
çağırış qüvvəsinə malikdir, obrazlı ümumiləşdirmənin, güclü qrafik formanın
emosionallığı sayəsində inandırıcıdır.
Karikatur və janr inkişafı Nəcəfqulu İsmayılovun, Ziya Kərimbəylinin,
Rahib Qədimovun, Ələkbər Zeynalovun, Həsən Haqverdiyevin adları ilə bağlıdır.
70-80-ci illərdə Azərbaycan qrafik ustalarının yaşlı və orta nümayəndələri
ilə yanaşı, gənc nəslə mənsub rəssamlar da öz yaradıcılıq fəaliyyətlərini
genişləndirirlər.
Bakıda kitab qrafikası və miniatür sərgiləri təşkil olunur. Elçin Aslanov,
Sənan Qurbanov, Nazim Babayev, Elçin Məmmədov kimi rəssamlar miniatür, stilizə
üslubunda illüstrasiyalar və dəzgah rəsmləri yaradırlar.
Dəzgah qrafikası və illüstrasiya janrlarında fəal çalışan Arif Hüseynov, Adil
Rüstəmov, Arif Ələsgərov və başqaları öz rəsm və akvarellərində inqilab,
müharibə, sülh, xalqlar dostluğu, quruculuq mövzularına, milli ənənələrə, folklor
motivlərinə müraciət edir, insanın qəlb aləminə, həyatın fəlsəfi mənasına nüfuz
etməyə çalışırlar.
261
Parlaq fərdi üslub və dəst-xətə malik istedadlı qrafika ustalarının yaradıcılıq
nailiyyətləri Azərbaycan qrafikasının professional səviyyəsinin gələcək yüksəlişinə,
onun kitab tərtibatı, estamp,
plakat, karikatura, dizayn kimi
müxtəlif növ və janrlarının
müvəffəqiyyətlə
inkişafına
təkan verməkdədir.
1990-cı illərdə müstəqil
Azərbaycan
Respublikasının
yaranması
şəraitində
mədəniyyətin,
o
cümlədən
təsviri sənətin inkişafında yeni
mərhələ başlanır. Hər şeydən
qabaq
sənətdə
ənənə
və
novatorluq
probleminə
münasibət
dəyişir,
əvvəllər
ideoloji prinsiplərə əsaslanan
təntənəli-təmtəraqlı
inqilabi
yubiley sərgiləri keçirmək meyli
tədricən aradan çıxır, başlıca
meyar rəssamlıq əsərlərinin bədii
kamilliyi, emosionallığı, ifaçılıq
tərzlərinin,
dəst-xətlərin
orijinallığı, rəngarəngliyi hesab
olunur.
Rəssamların
həyata
münasibəti, dünyabaxışı, bədii
idrak və ifadə təmayülləri
müasirləşir.
Yaradıcılıq
prosesindən səthi təsvirçilik,
illüstrasiyaçılıq,
foto-realizm
ruhu
kənar
edilir.
Həyat
hadisələrinin fəlsəfı mənasını
aşkara
çıxarmaq
naminə
assosiativ
motivlərə,
sözaltı
mənaya, şərti, simvolik, rəmzi,
mifoloji obrazlara müraciət
olunur. Stilizasiya, improvizasiya üslub prinsiplərinə, modernist və avanqard
cərəyanlarına meyil göstərən gənc rəssamların "yeni dalğası" meydana çıxır.
Beləliklə, respublikanın müasir bədii həyatında müəyyən canlanma,
yeniləşmə nəzərə çarpır. Dinamik və qızğın yaradıcılıq prosesində baş verən öncül və
aparıcı problemlər, istiqamətlər xüsusilə qeyd olunmalıdır.
Azərbaycan Dövlət İncəsənət Muzeyində, S.Bəhlulzadə adına Şəkil
Dostları ilə paylaş: |