266
DEKORATİV-TƏTBİQİ SƏNƏTLƏR
XX yüzilliyin əvvəllərindən başlayaraq, Azərbaycanın dekorativ-tətbiqi
sənətləri yeni inkişafa başlayır. Bu dövrdə keçmişdə mövcud olan xalq sənətlərinin
ən yaxşı nümunələrinin bir çox bədii və texnoloji nailiyyətlərinin öyrənilməsi,
onların yenidən işlənilməsi, həmçinin də bu sahədə əvvəllər olmayan növlərin
yaradılması və inkişaf etdirilməsi yolu ilə getmişdir.
Araşdırmalar göstərir ki, XX yüzilliyin dekorativ-tətbiqi sənəti öz tarixi
inkişafında bir neçə mərhələ keçmişdir.
1920-1930-cu illər əvvəlki illərdə zəifləmiş bədii sənətkarlığın yenidən
canlandırılmasına yönəldilən bir çox tədbirlərlə xarakterizə olunur.
Azərbaycanda sənət abidələrinin siyahıya alınması və qorunması,
xalçaçılığın daha da inkişaf etdirilməsi imkanlarının aydınlaşdırılması məqsədilə
daha iri xalçaçılıq istehsalı ocaqlarında xalça, xalça məmulatları sərgilərinin təşkil
edilməsi və s. bu tədbirlərdəndir.
Bakı şəhərindəki Ali rəssamlıq məktəbi nəzdində xüsusi tətbiqi sənət
şöbəsinin, həmçinin də Quba şəhərində xalçaçılıq texnikumunun açılması həmin
illərdə respublikamızın mədəni həyatında böyük hadisə idi.
Həmin illərdə xalq dekorativ-tətbiqi sənət növlərindən xalçaçılıq daha da
inkişaf edir.
İslahata tətbiq olunan müasir istehsal üsulu, əməyin mexanikləşdirilməsi,
yeni texniki üsullar, işçi qüvvəsinin düzgün yerləşdirilməsi, xammaldan səmərəli
istifadə edilməsi və bir çox başqa tədbirlər Azərbaycanda xalçaçılığın inkişafına
yeni canlandırıcı qüvvə verdi.
Gəncə, Qazax, Quba, Şamaxı, Bakı və s. kimi ənənəvi xalçaçılıq
mərkəzləri ilə yanaşı, xalça toxunması üzrə yeni məntəqələr yaranır. Elə 1929-cu
ilin ortalarında Azərbaycan xalçaları keçmiş əsrlərin gözəl nümunələrini bərpa
edərək, yenə də dünya miqyasına çıxır.
Ornamental xalçalarla yanaşı, həmin dövrdə portretlərlə və süjetli
kompozisiyalarla toxunan xalçalar da inkişaf edir. Həmin illərdə xalça
ustalarımızın ənənəvi süjetli tematik xalçaların toxunuşuna meyil göstərmələri
səbəbsiz olmamışdır. Xalq ustalarımız xalça sənətinin bu növü vasitəsilə onları
əhatə edən həqiqəti, yenilikləri göstərmək istəyirdilər.
Həmin illərdə Azərbaycanda yaradılan süjetli tematik xalçalar sırasına
dünya ədəbiyyatının klassiki İran şairi Firdovsinin portreti ilə toxunmuş xalçanı,
həmçinin XII əsrin dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin poemalarındakı
süjetlərə həsr edilən xalıları aid etmək olar.
Adları çəkilən xalçaların əksəriyyətinin yaradılmasında xalq rəssamı Lətif
Kərimov fəal iştirak etmişdir.
Həmin xalçalar arasında öz bədii xüsusiyyəti baxımından 1934-cü ildə
Əbdülqasım Firdovsiyə həsr edilən xalça daha çox diqqəti cəlb edir. Bu xalça
şairin minillik yubileyinə həsr edilmişdi. Həmin xalça ölçülərinə görə çox iri deyil və
267
xalçaçılıq sənətinin Təbriz məktəbi ənənələri əsasında yaradılıb.
Firdovsinin portreti xalçanın nəbati naxışlarla haşiyələnmiş ara sahəsində
yerləşdirilmişdir. Portretin aşağı hissəsində dörd kətəbədə Firdovsinin məşhur
"Şahnamə"-sindən fars dilində sətirlər toxunmuşdur. Şairin portreti on kətəbə ilə
haşiyələnmişdir ki, orada da dahi şairlərdən Nizami, Xəqani, Ənvəri tərəfindən
yazılmış şeirlər yerləşdirilmişdir. Bu xalça çox maraqlı və orijinal dekorativ-tətbiqi
sənət əsəri kimi 1937-ci ildə Parisdə keçirilən ümumdünya sərgisində nümayiş
etdirilmişdir.
Xalçaçılıq sənətimizdə həmin illərdə baş verən yenilik Azərbaycan
dekorativ-tətbiqi sənətinin başqa növlərində də müşahidə olunurdu. Böyük
ənənələrə malik zərgərlik sənətinin nümunələri bir çox tarixi səbəblərlə əlaqədar
olaraq, bu illərdə daha çox hədiyyə şəklində hazırlanırdı. Bunlar respublikamızın
ildönümü şərəfinə həsr edilmiş albom, bədii fiqur və emblemlər idi. Bu sənət
nümunələrinin çoxu 1937-ci ildə Parisdə, 1938-ci ildə Nyu-Yorkda açılmış
ümumdünya sərgilərində nümayiş edilərək tamaşaçıların hüsn-rəğbətini
qazanmışdır. Belə nadir sənət nümunələri sırasına 1935-ci ildə hazırlanmış
Azərbaycan Respublikasının qurulmasının 15 illiyinə həsr edilmiş albomun
qovluğunu aid edə bilərik. Qızıl, gümüş simlərdən düzədilmiş gül-çiçək, budaq və
onların elementlərindən quraşdırılmış minalı lövhəciklər bu sənət əsərinin əsas
bəzəyini təşkil edir. Bundan əlavə qovluq üzərində müasir bəzək motivləri emblemlər
də həkk olunmuşdur. Bu əsərin yaranmasında bir qrup Azərbaycan rəssamları və
zərgərlər yaxından iştirak etmişlər. Bu işə xalq rəssamı İsmayıl Axundov rəhbərlik
etmişdir.
Həmin illərdə zərgərlik sənətimizin inkişafına 1935-1936-cı illərdə
Bakıda təşkil olunmuş zərgərlik fabriki böyük təkan verir. Fabrikin inkişafında xalq
zərgərlərindən, ilk növbədə H.Quliyev, H.Haşımov və M.Səfərzadənin böyük rolu
olmuşdur. Bu illərdə zərgərlik fabrikində məişətdə istifadəsinə ehtiyac duyulan
zinət şeyləri (üzük, sırğa, bilərzik) daha çox istehsal olunurdu.
1930-1940-cı illərdə inzibati və ictimai tikintilərin kompleks tərtib
edilməsi sahəsində Azərbaycan rəssamlarının ilkin böyük həcmli işləri yaranır.
Burada, ilk növbədə, Azərbaycanın Moskvada Ümumittifaq Kənd Təsərrüfatı
Sərgisindəki pavilyonunun və Bakıdakı Nizami muzeyinin adını çəkmək olar. Bu
obyektlərin tərtib edilməsində Azərbaycanın ən yaxşı monumental və dekorativ-
tətbiqi incəsənəti ənənələrindən olan divar naxışlarından, keramikadan, gəc, ağac, daş
üzərində oymadan və s. səmərəli istifadə edilmişdir. Onların yaranmasında memar
S.Dadaşovun və M.Useynovun rəhbərliyi ilə böyük bir rəssam qrupu işləmişlər.
Həmin abidələrin bədii tərtibatında gəc və ağac üzərində oyma bəzəkləri açmaq
üçün L.Kərimov küllü miqdarda ornament kompozisiyaları, eskizləri hazırlamışdı. Bu
tikintilərin bəzəyi üçün hazırlanan L.Kərimovun tərtib etdiyi ornament eskizləri
təkcə yerinə yetirilmə ustalığı və kompozisiyanın orijinallığı ilə deyil, həmçinin
yeniliyi ilə də fərqlənir. Burada incəsənət tariximizdə ilk dəfə olaraq, ənənəvi
ornament kompozisiyasına yeni elementlərdən: beşguşəli ulduz, oraq və çəkic,
Dostları ilə paylaş: |