A z ə r b a y c a n diLİ VƏ t a r I x I


DEKORATİV-TƏTBİQİ SƏNƏTLƏR



Yüklə 6,93 Mb.
Pdf görüntüsü
səhifə107/116
tarix15.07.2018
ölçüsü6,93 Mb.
#55880
1   ...   103   104   105   106   107   108   109   110   ...   116

266 
 
DEKORATİV-TƏTBİQİ SƏNƏTLƏR 
 
XX  yüzilliyin  əvvəllərindən  başlayaraq,  Azərbaycanın  dekorativ-tətbiqi 
sənətləri yeni inkişafa başlayır. Bu dövrdə keçmişdə mövcud olan xalq sənətlərinin 
ən  yaxşı  nümunələrinin  bir  çox  bədii  və  texnoloji  nailiyyətlərinin  öyrənilməsi, 
onların  yenidən  işlənilməsi,  həmçinin  də  bu  sahədə  əvvəllər  olmayan  növlərin 
yaradılması və inkişaf etdirilməsi yolu ilə getmişdir. 
Araşdırmalar  göstərir  ki,  XX  yüzilliyin  dekorativ-tətbiqi  sənəti  öz  tarixi 
inkişafında bir neçə mərhələ keçmişdir. 
1920-1930-cu  illər  əvvəlki  illərdə  zəifləmiş  bədii  sənətkarlığın  yenidən 
canlandırılmasına yönəldilən bir çox tədbirlərlə xarakterizə olunur. 
Azərbaycanda  sənət  abidələrinin  siyahıya  alınması  və  qorunması, 
xalçaçılığın  daha  da  inkişaf  etdirilməsi  imkanlarının  aydınlaşdırılması  məqsədilə 
daha iri xalçaçılıq istehsalı ocaqlarında xalça, xalça məmulatları sərgilərinin  təşkil 
edilməsi və s. bu tədbirlərdəndir. 
Bakı  şəhərindəki  Ali  rəssamlıq  məktəbi  nəzdində  xüsusi  tətbiqi  sənət 
şöbəsinin,  həmçinin  də  Quba  şəhərində  xalçaçılıq  texnikumunun  açılması  həmin 
illərdə respublikamızın mədəni həyatında böyük hadisə idi. 
Həmin illərdə xalq dekorativ-tətbiqi sənət növlərindən xalçaçılıq daha da 
inkişaf edir. 
İslahata tətbiq olunan müasir istehsal üsulu, əməyin mexanikləşdirilməsi, 
yeni  texniki  üsullar,  işçi  qüvvəsinin  düzgün  yerləşdirilməsi,  xammaldan  səmərəli 
istifadə  edilməsi  və  bir  çox  başqa  tədbirlər  Azərbaycanda  xalçaçılığın  inkişafına 
yeni canlandırıcı qüvvə verdi. 
Gəncə,  Qazax,  Quba,  Şamaxı,  Bakı  və  s.  kimi  ənənəvi  xalçaçılıq 
mərkəzləri ilə yanaşı,  xalça toxunması üzrə  yeni məntəqələr yaranır. Elə 1929-cu 
ilin  ortalarında  Azərbaycan  xalçaları  keçmiş  əsrlərin  gözəl  nümunələrini  bərpa 
edərək, yenə də dünya miqyasına çıxır. 
Ornamental  xalçalarla  yanaşı,  həmin  dövrdə  portretlərlə  və  süjetli 
kompozisiyalarla  toxunan  xalçalar  da  inkişaf  edir.  Həmin  illərdə  xalça 
ustalarımızın  ənənəvi  süjetli  tematik  xalçaların  toxunuşuna  meyil  göstərmələri 
səbəbsiz  olmamışdır.  Xalq  ustalarımız  xalça  sənətinin  bu  növü  vasitəsilə  onları 
əhatə edən həqiqəti, yenilikləri göstərmək istəyirdilər. 
Həmin  illərdə  Azərbaycanda  yaradılan  süjetli  tematik  xalçalar  sırasına 
dünya  ədəbiyyatının  klassiki  İran  şairi  Firdovsinin  portreti  ilə  toxunmuş  xalçanı, 
həmçinin  XII  əsrin  dahi  şairi  və  mütəfəkkiri  Nizami  Gəncəvinin  poemalarındakı 
süjetlərə həsr edilən xalıları aid etmək olar. 
Adları çəkilən xalçaların əksəriyyətinin yaradılmasında  xalq  rəssamı  Lətif 
Kərimov fəal iştirak etmişdir. 
Həmin  xalçalar  arasında  öz  bədii  xüsusiyyəti  baxımından  1934-cü  ildə 
Əbdülqasım  Firdovsiyə  həsr  edilən  xalça  daha  çox  diqqəti  cəlb  edir.  Bu  xalça 
şairin minillik yubileyinə həsr edilmişdi. Həmin xalça ölçülərinə görə çox iri deyil və 


267 
 
xalçaçılıq sənətinin Təbriz məktəbi ənənələri əsasında yaradılıb. 
Firdovsinin  portreti  xalçanın  nəbati  naxışlarla  haşiyələnmiş  ara  sahəsində 
yerləşdirilmişdir.  Portretin  aşağı  hissəsində  dörd  kətəbədə  Firdovsinin  məşhur 
"Şahnamə"-sindən  fars  dilində  sətirlər  toxunmuşdur.  Şairin  portreti  on  kətəbə  ilə 
haşiyələnmişdir  ki,  orada  da  dahi  şairlərdən  Nizami,  Xəqani,  Ənvəri  tərəfindən 
yazılmış şeirlər yerləşdirilmişdir. Bu xalça çox maraqlı və orijinal dekorativ-tətbiqi 
sənət  əsəri  kimi  1937-ci  ildə  Parisdə  keçirilən  ümumdünya  sərgisində  nümayiş 
etdirilmişdir. 
Xalçaçılıq  sənətimizdə  həmin  illərdə  baş  verən  yenilik  Azərbaycan 
dekorativ-tətbiqi  sənətinin  başqa  növlərində  də  müşahidə  olunurdu.  Böyük 
ənənələrə  malik  zərgərlik  sənətinin  nümunələri  bir  çox  tarixi  səbəblərlə  əlaqədar 
olaraq, bu  illərdə  daha  çox  hədiyyə  şəklində  hazırlanırdı.  Bunlar  respublikamızın 
ildönümü  şərəfinə  həsr  edilmiş  albom,  bədii  fiqur  və  emblemlər  idi.  Bu  sənət 
nümunələrinin  çoxu  1937-ci  ildə  Parisdə,  1938-ci  ildə  Nyu-Yorkda  açılmış 
ümumdünya  sərgilərində  nümayiş  edilərək  tamaşaçıların  hüsn-rəğbətini 
qazanmışdır.  Belə  nadir  sənət  nümunələri  sırasına  1935-ci  ildə  hazırlanmış 
Azərbaycan  Respublikasının  qurulmasının  15  illiyinə  həsr  edilmiş  albomun 
qovluğunu aid edə bilərik. Qızıl, gümüş simlərdən düzədilmiş gül-çiçək, budaq və 
onların  elementlərindən  quraşdırılmış  minalı  lövhəciklər  bu  sənət  əsərinin  əsas 
bəzəyini təşkil edir. Bundan əlavə qovluq üzərində müasir bəzək motivləri emblemlər 
də  həkk  olunmuşdur.  Bu  əsərin  yaranmasında  bir  qrup  Azərbaycan  rəssamları  və 
zərgərlər yaxından iştirak etmişlər. Bu işə xalq rəssamı İsmayıl Axundov rəhbərlik 
etmişdir. 
Həmin  illərdə  zərgərlik  sənətimizin  inkişafına  1935-1936-cı  illərdə 
Bakıda təşkil olunmuş zərgərlik fabriki böyük təkan verir. Fabrikin inkişafında xalq 
zərgərlərindən, ilk növbədə H.Quliyev, H.Haşımov və M.Səfərzadənin böyük rolu 
olmuşdur.  Bu  illərdə  zərgərlik  fabrikində  məişətdə  istifadəsinə  ehtiyac  duyulan 
zinət şeyləri (üzük, sırğa, bilərzik) daha çox istehsal olunurdu. 
1930-1940-cı  illərdə  inzibati  və  ictimai  tikintilərin  kompleks  tərtib 
edilməsi  sahəsində  Azərbaycan  rəssamlarının  ilkin  böyük  həcmli  işləri  yaranır. 
Burada,  ilk  növbədə,  Azərbaycanın  Moskvada  Ümumittifaq  Kənd  Təsərrüfatı 
Sərgisindəki  pavilyonunun  və  Bakıdakı  Nizami  muzeyinin  adını  çəkmək  olar.  Bu 
obyektlərin  tərtib  edilməsində  Azərbaycanın  ən  yaxşı  monumental  və  dekorativ-
tətbiqi incəsənəti ənənələrindən olan divar naxışlarından, keramikadan, gəc, ağac, daş 
üzərində oymadan və s. səmərəli istifadə  edilmişdir. Onların yaranmasında memar 
S.Dadaşovun  və  M.Useynovun  rəhbərliyi  ilə  böyük  bir  rəssam  qrupu  işləmişlər. 
Həmin  abidələrin  bədii  tərtibatında  gəc  və  ağac  üzərində  oyma  bəzəkləri  açmaq 
üçün L.Kərimov küllü miqdarda ornament kompozisiyaları, eskizləri hazırlamışdı. Bu 
tikintilərin  bəzəyi  üçün  hazırlanan  L.Kərimovun  tərtib  etdiyi  ornament  eskizləri 
təkcə  yerinə  yetirilmə  ustalığı  və  kompozisiyanın  orijinallığı  ilə  deyil,  həmçinin 
yeniliyi  ilə  də  fərqlənir.  Burada  incəsənət  tariximizdə  ilk  dəfə  olaraq,  ənənəvi 
ornament  kompozisiyasına  yeni  elementlərdən:  beşguşəli  ulduz,  oraq  və  çəkic, 


Yüklə 6,93 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə