272
maraqlı (ornamental və süjetli) xalçalar yaranır. Keçmişdə olduğu kimi bu sahədə
rəssamlardan L.Kərimov, K.Əliyev, C.Mücri, A.İsmayılov müvəffəqiyyətlə çıxış
edirlər. Bu illərdə xalq rəssamı L.Kərimov "Şəbi-hicran" ornamental xalçasını, XIV
əsrin şair və mütəfəkkiri İmadəddin Nəsiminin və XII əsrin memarı Əcəmi
Naxçıvaninin portretlərini yaradır.
İmadəddin Nəsiminin portreti olan xalça 1972-ci ildə şairin 600 illik yubileyi
münasibətilə toxunmuşdur. Bu xalçada rəssam elə bil ki, özünün son illərdəki bütün
yaradıcılıq axtarışlarını birləşdirməklə, Nəsiminin şairlik istedadının bədii varlığını
əks etdirmək üçün dekorativ-ornamental sənətin vasitələrindən bacarıqla istifadə edə
bilmişdir. Bu əsərində L.Kərimov ustalıqla rəsmi, ornamental və başqa sənət
komponentlərini xalçaçılıq sənətinin xüsusiyyətinə yaxınlaşdırmağa çalışmışdır.
Xalçaçılıq sənəti sahəsində bu illərdə rəssam Kamil Əliyevin də
yaradıcılığı çox səmərəli olmuşdur. Onun Butalı, Xonça adlı ornamental xalıları,
dahi Azərbaycan şairi
Nizami Gəncəviyə, İmadəddin Nəsimiyə həsr olunmuş portret-
xalçaları icrası və bədii xüsusiyyəti baxımından diqqəti cəlb edir. Nizaminin portreti ilə
yaradılan xalçanı nəinki K.Əliyevin yaradıcılığında, hətta bu illərdə respublikamızda
toxunan ən orijinal xalçalardan saymaq olar.
Hazırda Bakıda Azərbaycan Xalçası Muzeyində nümayiş etdirilən bu xalçanın
iki başqa variantı da var. Onlardan biri Kiyevdə keçirilən Azərbaycan ədəbiyyatı və
incəsənəti günləri zamanı respublikamızın adından Ukrayna xalqına bağışlanmışdır. O
biri xalça isə 1980-ci ildə Daşkənddə keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti
günlərində özbək xalqına bağışlanmışdı. Bu xalça çox böyük deyil. O tamaşaçını öz
zəngin ornamenti, rəng çalarlarının bolluğu və dolğun kompozisiyası ilə cəlb edir.
Müəllif bu portretdə elə bil ki, Nizami barədə öz təsəvvürünü onun yaradıcılığına
heyran olduğunu bildirməklə göstərməyə çalışmışdır.
Xalça texnoloji üsullarının dərin bilicisi, ornamentalist rəssam Cəfər Müciri
də bu illərdə orijinal xüsusiyyətlər kəsb edən bir neçə xalı yaradır. Bu baxımdan onun
hazırda Bakıda xalça muzeyində nümayiş etdirilən XVII əsrin görkəmli şairi Saib
Təbriziyə həsr edilən xalısı xüsusilə diqqəti cəlb edir. Yunun təbii rənglərindən
quraşdırılıb toxunan bu xalı xalçaçılıq sənətimizdə nümunəvi xarakter daşıyır.
1960-1970-ci illər həm respublika, həm də Ümumittifaq sərgilərində ənənəvi
xovlu xalçalarımızla yanaşı, rəssamlarımız sənətimiz üçün yeni olan qobelenlərlə də
müvəffəqiyyətlə çıxış edirlər. Azərbaycan İncəsənət İnstitutunun yetişdirmələrindən
X.Yusifov, F.Hüseynova, S.İsmayılov, F.İbrahimov və başqaları bu sahədə
müvəffəqiyyət qazandılar. Bu illərdə yaradılmış ən maraqlı qobelenlər öz şərti
dekorativliyi, rəngi baxımından Azərbaycanın ənənəvi xovsuz xalça növlərini
xatırladır.
Bakıda, Gəncədə, Göyçayda yerli xammal əsasında hazırlanan saxsı, çini,
şüşədən müxtəlif məhsullar buraxan bir çox müəssisələrin meydana gəlməsi həmin
sahədə bu illərdə çalışan rəssamlarımızın yaradıcılığını xeyli canlandırır.
Bu sahədə çalışan rəssamlarımızın həmin illərdə daha sərgilər üçün
nümunəvi
xarakter
daşıyan
sənət
əsərləri
yaratmaqla
kifayətlənmir,