A z ə r b a y c a n diLİ VƏ t a r I x I



Yüklə 6,93 Mb.
Pdf görüntüsü
səhifə106/116
tarix15.07.2018
ölçüsü6,93 Mb.
#55880
1   ...   102   103   104   105   106   107   108   109   ...   116

264 
 
meydanına  qədər  yaşıllığa  bürünmüş  böyük  bir  sahə  Nizami  meydanının  yaşıl 
kompleksi ilə üzvi surətdə birləşmişdir. Bu yaşıllığın yuxarı hissəsində 1958-ci ildə 
heykəltəraş Cəlal Qaryağdı tərəfindən yaradılmış Azərbaycanın görkəmli satirik şairi 
M.Ə.Sabirin heykəli ucalır (memarlar Ə.İsmayılov və Q.Əlizadə). Hər iki sahə dərin 
düşünülmüş, gözəl bir memarlıq ansamblıdır. 
Cəlal Qaryağdının yaradıcılığından danışarkən onun  Nizami muzeyi üçün 
"Xosrov  və  Şirin"  poemasının  motivləri  əsasında  "Fərhad  dağı  yarır"  qorelyefini 
xüsusi  qeyd  etmək  lazımdır.  C.Qaryağdı  bu  əsərində  həm  obrazların,  həm  də 
mənzərənin  təsvirində  müəyyən  şərtiliyə  yol  verir.  Fiqurların  arxasında  görünən 
dağların miniatür üslubuna bənzər bir səpkidə verilməsi buna misal ola bilər. Lakin 
bu şərtilik əlamətləri heç də əsəri realizmdən uzaqlaşdırmır, əksinə, ayrı-ayrı detalların 
miniatür  üslubunda  həll  edilməsi  qorelyefi  Nizami  poeziyasına  yaxınlaşdırır,  onu 
poemanın ruhuna uyğun bir şəklə salır. 
Azərbaycan  monumental  heykəltəraşlığının sonrakı  inkişafı 1950-1960-cı 
illərə təsadüf edir. Bu illərdə  monumental  heykəltəraşlığımıza  yeniliklər gətirən bir 
qrup  istedadlı  sənətkarlarımız  fəaliyyət  göstərmişdir.  Bunlardan  T.Məmmədov, 
Ö.Eldarov, M.Mirqasımov, E.Hüseynova,  E.  Şamilov  və  başqalarının  qeyd  etmək 
olar. 
Tokay  Məmədovun  Ömər  Eldarovla  birlikdə  1963-cü  ildə  yaratdığı 
Akademik  Milli  Dram  Teatrının  binası  qarşısında  ucaldılan  Məhəmməd  Füzuli 
abidəsi  nəinki  bu  müəlliflərin,  hətta  Azərbaycan  heykəltəraşlığının  yüksək 
nailliyyətlərindən sayıla bilər. 
Altı metrlik boz qranit kürsü üzərində ucalan tunc heykəl yüksək romantik 
əhval-ruhiyyə ilə aşılanmışdır. 
Heykəldə  böyük  şair  başını  azacıq  əyərək,  sanki  Məcnunun  yaşadığı 
zəmanədə  məhəbbətin  ülvi  mənasının  unudulduğu  üçün  dərin  xəyallar,  düşüncələr 
aləminə  dalmışdır.  Yüksək  plastik  hissiyata,  sərbəst  formalarda  və  ahəngdar 
həcmlərdə  işlənmiş  bu  sənət  əsərində  ölməz  sənətkarın  mənəvi  zənginliyi, 
müdrikliyi,  poeziyanın  məna  dərinliyi  yüksək  plastik  səpkidə  rəsm  edilmişdir. 
Heykəlin bədii təsvirini qüvvətləndirən mühüm əlamətlərdən biri də Şərq aləmində 
məhəbbətin  əbədi  rəmzinə  çevrilmiş  Leyli  və  Məcnun  təsvirlərinin  kürsüdə 
verilməsidir. 
Bu  illərdə  yaradılmış  maraqlı  monumental  heykəltəraşlıq  sənətinin 
nümunələri sırasına Mirəli Mirqasımovun Naxçıvandakı Cəlil Məmmədquluzadənin 
və görkəmli dramaturq Cəfər Cabbarlının on bir metrlik bütöv qranit heykəlini aid 
edə bilərik. 
Heykəltəraşlığın monumental janrında axtarışlar aparan sənətkarlarımız  XX 
əsrin  axırlarında  da  bu  sahədə  bədii  xüsusiyyətlər  kəsb  edən  bir  sıra  əsərlər 
yaratmışlar. Belə əsərlər sırasına İ.Zeynalovun "Şah İsmayıl Xətayi", A.Əsgərovun 
"Akademik Y.Məmmədəliyev" abidələrini aid etmək olar. 
Monumental  sənətimizin  bu  illərdəki  uğurlarından  danışarkən  bir  neçə 
xatirə  abidələrini  də  yada  salmaq  lazımdır.  Bunlar  ilk  növbədə  heykəltəraş 


265 
 
E.Şamilovun  Qazax  bölgəsinin  Şıxlı  kəndindəki  şair  Vidadiyə  həsr  edilmiş 
məzarüstü abidəsi və T.E.Zeynalov qardaşları tərəfindən Lənkəranda ucaldılan tunc 
heykəl kompozisiyasıdır. 
Azərbaycan heykəltəraşları monumental janrla yanaşı, portret janrı sahəsində 
də yüksək nailiyyətlər əldə etmişlər. Ö.Eldarovun, T.Məmmədovun, M.Mirqasımovun, 
F.Nəcəfovun,  A.Əsgərovun  bu  janr  sahəsində  yaratdıqları  əsərlər  ifadə  tərzinin 
dəqiqliyi, obrazların psixoloji həlli cəhətindən diqqəti cəlb edir. 
Bu tipli portretlər sırasına Ö.Eldarovun ağacdan yonulmuş "Şairə Natəvan", 
T.Məmmədovun  "Nizami  Gəncəvi",  "Xalq  şairi  Səməd  Vurğun"  portretlərini,  Cəlal 
Qaryağdının orijinal kompozisiyalı bəstəkar Qara Qarayevin mərmərdən düzəldilmiş 
obrazını aid etmək olar. 
Azərbaycan  heykəltəraşları  1970-1990-cı  illərdə  müxtəlif  materiallardan 
düzəldilmiş  kiçik  janrlı  plastika  sahəsində  də  xeyli  nailiyyətlər  əldə  etmişlər.  Bu 
janrda  yaradılmış  əsərlər  üzərində  heykəltəraşlardan  F.Salayev,  A.Əsgərov, 
N.Əliyev,  N.Dadaşov,  X.Əhmədov  çox  fəal  yaradıcılıq  işləri  aparmışlar.  Qeyd 
olunan  müəlliflərin  kiçik  janrlı  plastika  əsərləri  müxtəlif  vaxtlarda  respublika  və 
beynəlxalq sərgilərdə uğurla nümayiş etdirilmiş, hətta  bəziləri yüksək mükafatlara 
layiq görülmüşdür. 
İncəsənətimizin  başqa  növ  və  janrlarında  görünən  yeni  meyillər  axır 
vaxtlar  heykəltəraşlığımızda  da  açıq-aydın  tərzdə  nəzərə  çarpır.  Bu  meyil  realizm 
metodlarından nisbətən uzaqlaşaraq, daha çox ulu keçmişimizin sənət abidələrinə üz 
döndərməkdən ibarət olmuşdur. 
Yeni  yaradılan  əsərdə  məqsəd  tək  gözəllik  axtarmaq  yox,  dərin  məzmun, 
xırdalıqdan  qaçaraq  ümumiləşdirilmiş  obraz  yaratmaq,  bir  sözlə,  kiçik  məkan 
dairəsində böyük ideyalar təlqin etmək idi. Buna misal keçmişlərə aid Azərbaycan, 
Mərkəzi Asiya və s. ərazilərdə tapılmış bütləri göstərmək olar. 
Bu  səpkidə  Azərbaycanda  bir  qrup  heykəltəraşlar  yaradıcılıq  axtarışları 
aparmışlar.  Onların  içərisində  Fazil  Nəcəfovun  yaradıcılığı  xüsusilə  maraqlıdır. 
F.Nəcəfovun  əsərləri  müxtəlif  materiallarda  yaradılmışdır.  Lakin  o  daşı  hamısından 
üstün  tutur.  Bu  da  təbiidir,  çünki  Azərbaycan  ərazisində  ilahiləşdirilmiş  təbii 
obyektlərdən  ən  qədimi  daş  olmuşdur.  Azərbaycanda  daşa  sitayiş,  daşdan  müalicə 
vasitəsi  kimi  istifadə  etmək,  ondan  insan,  heyvan  heykəlləri  düzəltmək  uzaq 
keçmişlərdə olmuşdur. 
Bu  baxımdan  onun  daşdan  yonulmuş  lakonik  tərzdə  icra  edilən  "Çılpaq 
qadın"  fiquru  diqqəti  daha  çox  cəlb  edir.  Müəllif  burada  da  o  biri  əsərlərində 
olduğu kimi istifadə etdiyi materialın bütövlüyünü, tutumunu qoruyub saxlamışdır. 
F.Nəcəfovun "Dua edən qadın", "Əsrin əks-sədası" və başqa əsərləri də bu 
qəbildəndir. 
Yaradıcılıq fəaliyyətinə axır vaxtlarda başlamış istedadlı gənclərimiz milli 
heykəltəraşlıq  sənətimizə  yeni  ruh,  yeni  duyğular  gətirirlər.  Həyatı  kor-koranə 
köçürməkdən əl çəkib, yeni formalar axtaran belə heykəltəraşların axtarışları maraq 
doğurur. 


Yüklə 6,93 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə