A z ə r b a y c a n diLİ VƏ t a r I x I



Yüklə 6,93 Mb.
Pdf görüntüsü
səhifə103/116
tarix15.07.2018
ölçüsü6,93 Mb.
#55880
1   ...   99   100   101   102   103   104   105   106   ...   116

256 
 
Tbilisidə  keçirilən  Zaqafqaziya  rəssamlarının  Biyennale  sərgisində  və  Moskvada 
nümayiş  etdirilən  "Azərbaycan  SSR-nin  təsviri  sənəti"  sərgisində  öz  ifadəsini 
tapmışdır. 
Yeni  bədii  təfəkkür,  plastik  forma,  rənglərin  emosional  təsir  gücünü 
artırmaq  naminə  aparılan  axtarışlar  əsasən  rəssamların  yeni  nəslini  təmsil  edən 
Fərhad  Xəlilov,  İsmayıl  Məmmədov,  Faiq  Ağayev,  Fikrət  Haşımov,  Siruz  Mirzə-
zadə, Qəyyur Yunisov, Fərman Qulamov, Ağəli İbrahimov, Mirnadir Zeynalov və b. 
kimi orijinal fərdi simaya malik rəngkarların əsərlərində daha qabarıq gözə çarpır. 
Buraya yalnız son illərdə bədii ictimaiyyətin rəğbətini qazanmış yaşlı rəssamlardan 
Əşrəf Muradoğlunun və Cavad Mircavadovun da adlarını əlavə edə bilərik. Həmin 
rəssamlar  sənətdə  təkrarsız,  özünüifadə  prinsiplərinə,  fərdi  dəstxətlərinə  görə 
seçilirlər. Məsələn, F. Xəlilov son 20 il ərzində doğma Abşeron təbiətini tərənnüm 
edən  şairanə  mənzərələri,  tabloları  ilə  çıxış  edir.  Mavi  Xəzəri,  nar,  əncir,  zeytun 
ağaclarını, kənd evlərini, təbiətin dəyişən, əlvan rəngarəng lövhələrini dekorativ və 
yığcam  tərzdə  əks  etdirən  rəssam  milli  ənənələrdən,  eləcə  də  bəzi  modernist  sənət 
cərəyanlarının  üslub  xüsusiyyətlərindən  faydalanır.  Abşeron  qadınlarını,  əmək 
adamların  təsvir  edən  "Fırtına  ərəfəsində",  "Səhər"  adlı  tablolarında,  "Qala 
kəndində  bahar",  "Payız",  "Bahar"  mənzərələrində  müəyyən  ekspressiya,  daxili 
ehtiras duyulur. 
Azərbaycan  rəngkarlığının  gələcək  çiçəklənməsi  prosesi  fırça  ustalarının 
müasir  dövr  incəsənətinin  novator  nailiyyətlərinə,  dünyanın  mütərəqqi  sənət 
cərəyanlarının ənənələrinə əsil yaradıcı münasibətindən asılıdır. 
 
 
 
QRAFİKA 
 
Milli özünəməxsusluğu ilə fərqlənən Azərbaycan qrafikası təşəkkülünün ilk 
illərindən  başlayaraq  respublikanın  ictimai  və  bədii  həyatında  müstəsna  rol 
oynamışdır. 
Təsviri sənətimizdə siyasi plakat, karikatura, kitab tərtibi ilə illüstrasiyası 
kimi qrafika janrlarının təşəkkülü  Azərbaycanın xalq rəssamı Ə.Əzimzadənin adı ilə 
ayrılmaz  surətdə  bağlıdır.  Onun  çoxcəhətli  yaradıcılığı  doğma  vətənin  xarici  və 
daxili  düşmənlərinə,  məişətdə  köhnəliyin  qalıqlarına,  fanatizmə,  mürtəcelərin 
təsirinə  qarşı  amansız  tənqid  və  satirik  ifşa  ruhu  ilə  aşılanmışdır.  Özünün  "Səna-
yeləşdirməyə  doğru  gedən  ölkəmizdə  mövhumata  yer  yoxdur!",  "Yeni  əlifba 
uğrunda",  "Vətəndaş,  savadsızlığını  ləğv  et!",  "Mərsiyəxan"  kimi  olduqca  aktual 
plakatları  ilə  Ə.Əzimzadə  günün  mühüm  tələblərinə  səs  verirdi.  Rəssamın  dövrü 
mətbuat  səhifələrində,  xüsusilə  satirik  "Molla  Nəsrəddin"  jurnalında  dərc  olunan 
imperializmə,  fanatizmə,  ətalətə  qarşı  mübarizə  və  qadın  azadlığı,  məişət 
mövzusundakı  saysız-hesabsız  satirik  rəsmləri  və  karikaturaları  üçün  ictimai 
kəsərlilik, kütləvilik, aktuallıq səciyyəvidir.  Həmin  karikaturalar  satirik  obrazların 


257 
 
aydınlığı, anlaşıqlığı, təsvir dilinin lakonikliyi və ifadəliyi ilə fərqlənir. Əzimzadə 
real milli tipajın, əlbəsənin, əşyanın, dialoqların köməyi ilə mənfi hadisələrin sinfi 
mahiyyətini  məharətlə  açıb 
göstərirdi.  Xalqımızın  böyük 
satirik 
şairi 
Sabirin 
"Hophopnamə"sinə 
rəssamın 
çəkdiyi  illüstrasiyalar  milli 
kitab  qrafikasının  inkişafına 
qiymətli hədiyyədir. 
30-cu  illər  Əzimzadə 
yaradıcılığının  ən  məhsuldar 
dövrü 
olmuşdur. 
Onun 
fanatizmə 
qarşı 
mübarizə, 
məişət, 
inqilabi-tarixi 
mövzularda  yaratdığı  akvarel 
və  rəsm  silsilələri,  kitab 
illüstrasiyaları 
və 
səhnə 
tərtibatı  eskizləri  respublika 
incəsənətində 
milli  realist 
metodun 
təşəkkülü 
və 
inkişafında 
mühüm 
rol 
oynamışdır. 
Rəssam 
satirik 
təzadlaşdırma üslubuna əl ataraq 
özünün  "Kasıb  evində  toy", 
"Varlı  evində  toy",  "Qurban 
bayramı",  "Su  üstündə  dava", 
"Köhnə  ailədə  qadının  taleyi", 
"İnnabı  rəng  bizə  məxsusdur", 
"Mömin 
müsəlmanların 
müqəddəs  yerlərə  ziyarəti"  və 
sairə  kimi  ən  yaxşı  rəsmlərində 
ictimai  bərabərsizliyin,  qadının  hüquqsuzluğunun,  cəhalətin  eybəcərliklərini  açıb 
göstərirdi.  Müşahidəçi  rəssamın  yaradıcılığında  sərrast  fırçasının  bəhrəsi  olan 
"İnqilabdan  əvvəlki  Bakı  tipləri"  ("Yüz  tip")  silsiləsi  -  istismarçı  cəmiyyətin  "ictimai 
anatomiyasını" təmsil edən geniş satirik obrazlar qalereyası xüsusilə məşhurdur. 
Ə.Əzimzadə yaradıcılığı kəskin satira və rişxəndlə, yumşaq yumor və kinayə 
ilə fərqlənən parlaq fərdi dəst-xətə, təkrarsız qrafik üsluba malikdir. 
Plakat, kitab  və dəzgah qrafıkası sahəsində Əzimzadə ilə  yanaşı, rəssamlardan 
Əmir  Hacıyev,  Qəzənfər  Xalıqov,  İsmayıl  Axundov,  Ələkbər  Rzaquliyev,  Həsən 
Mustafayev,  Məmməd  Şirinov  və  başqaları  da  fəal  çalışırdılar.  Əmir  Hacıyev 
yaradıcılığını  əsas  etibarilə  kitab  qrafikası  və  tərtibatına  həsr  edərək  Azərbaycan 


258 
 
yazıçılarının -M.F.Axundzədənin, Y.V.Çəmənzəminlinin, M.Müşfiqin əsərlərinə bir çox 
kitab  cildli  və  illüstrasiyalar  yaratmışdır.  Özünün  ən  yaxşı  rəsmlərində,  məsələn, 
Nizaminin  "Yeddi gözəl" poemasına çəkdiyi illüstrasiyalarında o, ədəbi qəhrəmanların 
ümumiləşdirici  obrazlı  traktovkasını  verməyə  çalışmışdır.  M.Seyidzadənin  "Nərgiz" 
poemasına  Q.Xalıqovun  çəkdiyi  illüstrasiyalar  miniatür  ənənələri  üslubundadır. 
Nizaminin  "Xosrov  və  Şirin"  poemasına  verdiyi  tərtibatı  romantik  vüsətə  malikdir. 
Xalıqov, həmçinin, sənayeləşdirmə və kollektivləşdirmə mövzularında bir sıra plakatlar 
da yaratmışdır. 
H.Mustafayev  "Xalça  toxuyan  qadın",  "Üzüm  yığımı",  "Musiqiçilər"  kimi 
maraqlı  qravürlər  yaratmışdır.  Əliağa  Məmmədovun,  Maral  Rəhmanzadənin  tarixi 
keçmişimizə, qadın azadlığı və s. mövzularına həsr etdikləri ofort və avtolitoqrafiya 
silsilələri Azərbaycan qrafikasında ilk estamp nümunələri hesab olunur. 
İkinci  dünya  müharibəsi  illərində  qrafikanın  ən  kütləvi,  səfərbəredici  və 
operativ janrları - "təşviqat pəncərələri", plakat, karikatur geniş yayılır. Əzimzadənin 
karikaturlar  silsiləsi  -  "Tovuz  lələkli  qarğalar",  "Şir  və  bala  pişik",  "Böyüklük 
iddiası" və başqa rəsmləri qocaman sənətkarın yaradıcılığının yekunlaşdırıcı akkordu 
kimi səslənir. 
Müharibədən  sonrakı  dövrdə,  incəsənətin  digər  növlərində  olduğu  kimi, 
qrafikanın inkişafında da müasir həyatın ən vacib və aktual mövzularına doğru qəti 
dönüş nəzərə çarpır. 
Nəşriyyat  işinin  geniş  templərlə  inkişafı,  Azərbaycan  ədəbiyyatı 
klassiklərinin  -  Nizaminin,  Nəsiminin,  Füzulinin,  Vaqifin,  M.F.Axundzadənin, 
M.Ş.Vazehin,  Cəlil  Məmmədquluzadənin,  Sabirin,  H.Cavidin  yubileylərinin 
keçirilməsi bir sıra illüstrasiya silsilələrinin meydana çıxmasına səbəb olur. 
Qrafik  rəssamlarının  əksəriyyəti  müəyyən  bir  janrın  çərçivəsinə 
qapılmadan  öz  əsərlərinin  mövzu  rəngarəngliyinə  meyil göstərir. Belə ki, istedadlı 
rəssam  M.Rəhmanzadə  aktual  ictimai-siyasi  mövzularda  plakatlar,  klassik  və 
müasir  yazıçıların  əsərlərinə  -  M.S.Ordubadinin  "Qılınc  və  qələm",  Xətayinin 
"Dəhnamə",  şairə  Heyran  xanımın  "Qəzəllər",  "Azərbaycan  nağılları", 
Ə.Cəfərzadənin  "Vətənə  qayıtma"  kitablarına  illüstrasiyalar  yaratmışdır.  Həmin 
illüstrasiyalarda  tarixi  epoxa,  dövrün  koloriti  çox  gözəl  ifadə  olunmuş,  ədəbi 
əsərlərin  üslub  xüsusiyyətləri  gözlənilmiş,  miniatür  elementləri  məharətlə  tətbiq 
etməklə bərabər, qrafik obrazlar realist tərzdə canlandırılmışdır. 
Mahir  estamp  ustası  kimi  tanınmış  Rəhmanzadə  dəzgah  qrafikasının 
inkişafına  qiymətli  pay  vermişdir.  Onun  "Neft",  "Bizim  Xəzərdə",  "Doğma 
Azərbaycan",  "Bakı",  "Mənim  vətənim",  "Mənim  bacılarım",  "Üç  gül"  və  başqa 
avtolitoqrafiyalarında,  linoqravür  silsilələrində  tarixi  keçmişin  və  müasirliyin 
lövhələri canlanır, sənaye və kənd əməkçilərinin obrazları, epik və lirik mənzərələr 
verilir, şəhər və  kənd sakinlərinin  məişəti və  adətlərinə  xas olan özünəməxsusluq 
üzə çıxarılır. 
Müharibədən  sonrakı  dövrdə  kitab  qrafikası  səmərəli  inkişaf  edir.  Yaşlı 
nəslə  mənsub  rəssamlardan  Ə.Hacıyev,  Q.Xalıqov,  İ.Axundov,  K.  Kazımzadə 


Yüklə 6,93 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə