A z ə r b a y c a n diLİ VƏ t a r I x I



Yüklə 6,93 Mb.
Pdf görüntüsü
səhifə101/116
tarix15.07.2018
ölçüsü6,93 Mb.
#55880
1   ...   97   98   99   100   101   102   103   104   ...   116

252 
 
xüsusiyyətləri parlaq və əlvan boyalarla canlandırır. Rəssamın bu sevimli mövzusu 
həmçinin  "Qarabağlı  qız",  "Lənkəranlı  qadın",  "Abşeron  qadını",  "Anaların 
gəncliyi" kimi bir sıra ümumiləşdirici surətlərdə də şairanə ifadəsini tapmışdır. 
Doğma  Azərbaycan  diyarının  gözəlliyi,  bol  məhsullu  tarlaların  bərəkəti, 
günəşli  təbiətin  şeriyyəti  sanki  səadət  simfoniyası  kimi  səslənir.  Abdullayevin 
obrazlar  diapazonunun  genişliyi  haqqında  yaratdığı  zəngin  portret  qalereyası  canlı 
təsəvvür  verir.  Xalq  şairi  S.Vurğunun,  qocaman  şəbəkə  ustası  Ə.Babayevin, 
pianoçu  F.Bədəlbəylinin  pambıqçı  Ş.Həsənovanın,  mütəfəkkir  şair  Nəsiminin, 
ədəbiyyatımızın  klassikləri  Vaqifin,  M.F.Axundzadənin  portretləri  bu  qalereyada 
şərəfli  yer  tutur.  Abdullayev  xalqlar  dostluğu,  beynəlmiləlçilik  ideyalarının 
tərənnümçüsüdür.  Bunu  Hindistana,  Əfqanıstana,  Polşaya,  İtaliyaya  həsr  olunan 
silsilə tabloları inandırıcı şəkildə təsdiq edir. Hindistan silsiləsinə daxil olan bir çox 
etüd  və  tablolar,  o  cümlədən  "Benqal  qızları",  "Kəlkətəli  talibə",  "Ana",  "Balaca 
Çandra",  "Racəstan  qadınları"  və  s.  dünya  şöhrəti  qazanmış,  Nehru  adına 
Beynəlxalq mükafata layiq görülmüşdür. 
Doğma  Abşeron  təbiətinin  bərəkətini,  gözəlliklərini  tərənnüm  edən 
mənzərə  və  natürmortlar,  Bakı  metrosunun  Nizami  stansiyasını  bəzəyən  Nizami 
"Xəmsə"sinin qəhrəmanlarını canlandıran mozaikalar Abdullayev palitrasında milli 
və müasir ənənələrin dialektik vəhdətini sübut edir. 
Doğma  təbiəti  ehtiraslı  və  nikbin  boyalarla  tərənnüm  etmək  Səttar 
Bəhlulzadə  yaradıcılığının  başlıca  xüsusiyyətlərindən  biridir.  Respublikamızın 
müxtəlif  guşələrini  -  bağlar diyarı  Qubanı,  günəşli  Abşeronu,  yaylaqlar,  yaşıllıqlar 
məskəni  Qarabağı,  qızmar  Muğanı  canlandıran  mənzərələri  nəğmə  kimi  lirik  və 
şairanədir,  boyaları  şəffaf  və  havalıdır.  Rəssamı  daim  cənub  təbiətinin  saf  bahar 
nəfəsli  əsrarəngiz  obrazları  cəzb  edirdi.  O,  baharın  xoş  nəfəsinə,  doğma  çöllərin, 
çiçəklənən  meyvə  bağlarının  yeni  görkəm  alan  gözəlliyinə,  dağların,  şəlalələrin 
əzəmətinə  məftun  olmaqdan  yorulmazdı,  təbiətdə  yenilik  əlamətlərini  və  müasir 
ritmləri  həssaslıqla  duya  bilirdi.  "Torpağın  həsrəti",  "Oyanma",  "Kəpəzin  göz 
yaşları", "Xəzər gözəli", "Azərbaycan nağılı", "Suraxanının alovları" kimi məşhur 
mənzərələri məhz bu səpkidədir. Həmin mənzərələrdə incə lirik duyğular ilə pərvaz 
edən romantik xəyal və arzular bir-birinə qovuşur. 
"Vətənimin  baharı",  "Şamaxı  üzüm  bağları",  "Şahnabad  şəlalələri", 
"Zəfəran natürmortu", "Gəlin otağı", "Abşeron narı" kimi tablolarında onun dəsti-
xəti  koloritinə,  zərif,  yumşaq  rəng  çalarlarına  görə,  sərbəst  "improvizasiya"  sayağı 
yazı üslubuna görə ilk baxışdan tanınır, insanı valeh edir. 
Toğrul  Nərimanbəyovun  romantik  fırçası  üçün  koloritin  ifadə  qüvvəsi, 
ekspressiyası  və  cəsarətli  ritmi,  obrazların  miqyaslılığı,  emosional  vüsəti 
səciyyəvidir,  onu  güclü  xarakterlər,  coşqun  ehtiraslar,  qızğın  həyəcanlar  düşün-
dürür.  Rəssamın  "Xəzər  üzərində  şəfəq"də  verilən  romantik  gənclərin  surətləri  nə 
qədər şairanədir! 
Ötən  müharibənin  rekviyemini  -  matəm  nəğməsini  xatırladan  "Həyat 
naminə"  tablosunun  dramatik  boyaları  ilə  müasirlərimizə  həsr  olunan  "Sevinc", 


253 
 
"Muğam",  "Mahnı",  "Torpağın  bərəkəti",  "Məhsul  bayramı",  "Bakıda  yay", 
"Moskva", "Emalatxanada" kimi silsilə əsərlərindəki işıqlı, nikbin intonasiyalar təzad 
təşkil edir. 
Boyaların  uyarlılığı,  dekorativliyi  "Nar",  "Tarla  düşərgəsi",  "Çiçəklər", 
"Qocaman  çinar",  "Qız  qalası"  kimi  natürmort  və  mənzərələrini  səciyyələndirir. 
Bunlar  sanki  torpağın  həyat  dolu  şirəsindən,  qızmar  Abşeron  günəşindən, 
Göyçayın,  Zaqatalanın  cövlan  edən  gur  boyalarından  yoğurulmuşdur.  Rənglərin 
dekorativliyi rəssamın səhnə tərtibi və divar rəsmləri sahəsində uğurlu fəaliyyətində 
xüsusi məna kəsb edir. 
Nadir  Əbdürrəhmanovun  "Çəltik  tarlasında",  "Sevimli  naxışlar",  "Talış 
qadınları",  "Dağlarda  bahar", "Bizim  dağların  adamları",  "Azərbaycan  dağlarında 
bahar"  tabloları  əhvali-ruhiyyə  baxımından  lirikdir,  emosionaldır.  Rəssam  kənd 
sakinlərini əsrarəngiz təbiət qoynunda təsvir edərək, onların qarayanız  sifətlərində, 
əlvan  libaslarında  xüsusi  gözəllik  və  cazibədarlıq  tapır. "Laçın", "Minkənd",  "Qara 
göldə  səhər"  lirik  mənzərələrindən,  həmçinin  xarici  ölkələrin-  Koreya,  Bolqarıstan, 
Əfqanıstan,  İraq  xalqlarının  həyatına  həsr  olunan  silsilə  şəkillərindən  göründüyü 
kimi,  rəssam  milli  məişətin  ən  səciyyəvi  səhnələrini  müasir  dünyaduyum 
süzgəcindən  keçirir,  yumşaq,  axıcı,  şərti-dekorativ rəng səthlərinin poetik ahəngini 
mənalandırmağa nail olur. 
Asəf  Cəfərovun  yaradıcılıq  simasının  fərqləndirici  xüsusiyyətləri 
obrazların  dürüstlüyündə  və  ifadəliyində,  koloritin  dolğun  və  uyarlı  rəng 
ahəngdarlığındadır.  Təkcə  Hindistan  həyatına  həsr  olunan  "Qolbaq  seçən  qızlar" 
tablosuna  istinad  edib,  məhz  belə  qənaətə  gəlmək  mümkündür.  Kənd  məişətinə 
maraq  göstərən  rəssam  "Arx  kənarında",  "Rəfıqələr",  "Sabah  haqqında  düşüncələr" 
kimi ən yaxşı tablolarında incə boyalara meyil göstərir. "Abşeron" mənzərələri silsiləsi, 
"Oyanma", "Oğullar", "Üzümçülər", "Şair Ə.Vahid", "Bəstəkar A.Məlikov" və digər 
tablolarından  göründüyü  kimi,  onun  dolğun  palitrasında  rəng  incəlikləri  yaxıların 
kəskin ritmi ilə qovuşur, yaxud  "Mənim Azərbaycanım" monumental şəkil-pannoda 
şərti-dekorativ formalarla əvəz olunur... 
Müasir  sənayenin  poeziyası,  qədim  memarlıq  abidələrinin  ciddi  gözəlliyi, 
təbiətin  əzəli  və  əbədi  əzəməti  Rasim  Babayevin  mənzərələrinin  əsas  təsvir 
motivləridir.  Mazut  nəfəsli  torpağı,  iri  çənləri,  butan  kürələrini,  küləkdən,  qızmar 
günəşdən  cadar-cadar  olmuş  çölləri,  qayaları,  daşlı-kəsəkli  yerlərdə  bitən  ağacları 
təsvir  edən  "Neftin  doldurulması",  "Torpaq",  "Dağlar",  "Püstə  ağacı",  "Bahar 
haqqında xatirə" lövhələri geniş təsəvvürlər, həyat haqqında, xeyirlə şərin mübarizəsi 
haqqında  fəlsəfi  düşüncələr  doğurur.  "Qardaşının  xatirəsinə",  "Təcavüz",  "Hərbi 
psixoz",  "Qaçaq  Nəbi",  "Ailə"  kimi  tablolarında  təsirli  poetik  formalar  vasitəsilə 
alınan simvolika, alleqoriya, assosiativ, sözaltı məna elementləri üstündür. "Müharibə 
veteranı",  "Çayçı  Məmməd",  "Mənim  bağım"  və  digər  tabloları  insan  və  həyat 
problemlərindən  bəhs  edir.  Dünyada sülh  naminə, təcavüzə, zülmə,  müharibəyə qarşı 
nifrət motivləri R.Babayevin rəmzi-alleqorik silsilə tablolarında mərkəzi mövqe tutur. 
Yaradıcılığının  çiçəkləndiyi  dövrdə  vaxtsız  aramızdan  getmiş  istedadlı 


Yüklə 6,93 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə