A z ə r b a y c a n diLİ VƏ t a r I x I



Yüklə 6,93 Mb.
Pdf görüntüsü
səhifə104/116
tarix15.07.2018
ölçüsü6,93 Mb.
#55880
1   ...   100   101   102   103   104   105   106   107   ...   116

259 
 
Azərbaycan ədəbiyyatı klassiklərinin əsərlərini, dahi Nizaminin "Xəmsə"sini, rus və 
xarici ölkə müəlliflərinin kitablarını tərtib və illüstrə edirlər. 
Mikayıl  Abdullayev  "Arazın  o  tayında"  adlı  publisistik  ruhlu  rəsm 
silsiləsindən sonra kitab tərtibatına maraq göstərir. S.Rəhimovun "Şamo" romanına, 
Füzulinin  "Leyli  və  Məcnun"  poemasına,  "Dədə  Qorqud"  eposuna,  Nizami 
"Xəmsə"sinə olduqca ifadəli illüstrasiya silsilələri yaradır. 
Turgenevin,  Qorkinin  əsərlərinə  maraqlı  illüstrasiyalar  yaratmış  Oqtay 
Sadıqzadənin,  Hüqonun  "Səfillər"  romanına  çəkdiyi  illüstrasiyaları  çoxplanlıdır, 
ifasına  görə  lakonikdir,  qəhrəmanların  real  portret  xarakteriskası  ilə,  onları  əhatə 
edən  mühitin  və  detalların  doğruluğu  ilə  fərqlənir.  Cəlil  Məmmədquluzadənin 
"Danabaş kəndinin əhvalatları" povestinə çəkilən və inqilabdan qabaqkı cəmiyyətin 
ictimai  təzadlarına  qarşı  etiraz  ruhu  ilə  aşılanmış  illüstrasiyalar  da  ifadəlidir. 
"Fitnə",  "Nəsimi"  kitablarına  verdiyi  tərtibat  miniatür  üslubundadır.  O.Sadıqza-
dənin pambıqçılıq, meyvəçilik, digər istehsalat mövzularına, xoşbəxt uşaqlıq, bayram 
təntənəsi mövzusuna həsr etdiyi əlvan plakatları əyani təşviqatın kamil nümunələri 
sırasına daxildir. 
Qocaman  rəssam  Ələkbər  Rzaquliyevin  təkrarsız  və  orijinal  yaradıcılıq 
siması "Köhnə Bakı", "Lənkəran balıq-çıları", "Tələbələr" kimi maraqlı linoqravür 
silsilələrində  parlaq  şəkildə  ifadəsini  tapmışdır.  Özünü  xalq  adət  və  ənənələrinin, 
milli  mərasimlərin  gözəl  bilicisi  kimi  göstərmiş  rəssam  şəxsi  müşahidələri  və 
təəssüratı  əsasında  inqilabdan  qabaqkı  məişətin  canlı  obrazlar  qalereyasını 
yaratmışdır. 
50-ci  illərdən  başlayaraq  Azərbaycan  qrafikasının  inkişafında  ali  peşəkar 
təhsil  almış  istedadlı  rəssamlar  -Elmira  Şahtaxtinskaya,  Yusif  Hüseynov,  Rasim 
Babayev,  Altay  Hacıyev,  Elçin  Aslan,  Nazim  Babayev  və  başqaları  fəal  rol 
oynayırlar. 
Y.Hüseynov 
Azərbaycan 
yazıçıları 
N.Nərimanovun, 
A.Şaiqin, 
M.Hüseynin  kitablarına  çəkilən  illüstrasiyaları,  mübarizə  və  azadlıq  motivlərinə, 
xalqların  istiqlaliyyəti  və  həmrəyliyi,  əmək,  gözəllik  və  gənclik  mövzularına  həsr 
olunan  "Azadlıq",  "Nəsimi"  plakatları,  "Xəzərin  qoynunda",  "Xəzər  balıqçıları" 
avtolitoqrafiya  silsilələri,  dağ  rayonları  sakinlərinin  məişəti,  səfalı  kənd  təbiətinin 
mənzərələrini  əks  etdirən  "Xınalıq"  akvarel  silsiləsi,  C.Cabbarlının,  M.Müşfiqin 
akvarel portretləri ilə şöhrət qazanır. 
Orijinal rəsm ustası Rasim Babayevin lakonik və  səlis  cizgilərlə  işlənmiş 
"Azərbaycan  odlar  diyarı"  linoqravürlərində  alleqoriya,  rəmz,  şərtilik  prinsipləri 
üstündür. 
Rəssam  Altay  Hacıyevin  dəniz  neftçilərinin,  müasir  kənd  adamlarının 
əməksevərliyini,  nikbinliyini,  həyat  eşqini,  milli  naxışları,  ənənələri  tərənnüm  edən 
"Xəzər", "Bahar nəğməsi, "Xalq yaradıcılığı", "Üzümçülər" linoqravürlər silsilələri 
romantik  və  lirik  intonasiyalarla  aşılanmışdır.  "Koroğlu"  dastanına,  Nəsimi 
poeziyasına  illüstrasiyalarında",  "Odlar  yurdu",  "Bahar  oyunları"  rəsmlərində  o, 
miniatür  ənənələrindən  faydalanır.  Həmin  ənənələri  müasir  intonasiyalarla 


260 
 
zənginləşdirməyə çalışır. 
Orta  nəslə  mənsub  rəssamlardan  Rafiq  Mehdiyevin,  Nazim  Babayevin, 
Nadir Axundovun, Cəmil Müfidzadənin, Bəyim Hacıyevanın yaradıcılığının mövzu və 
qrafik  obrazlar  dairəsi  müxtəlifdir.  Onlar  kitab  tərtibatı  və  estamp  sahəsində 
müvəffəqiyyətlə çalışırlar. Ofort, monotipiya, linoqravür, dəzgah rəsmi və akvarel 
texnikalarına yaxşı yiyələnmişlər. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Müasir  Azərbaycan plakatının inkişafında həlledici mövqe öz əsərləri ilə 
geniş şöhrət qazanmış istedadlı rəssam Elmira Şahtaxtinskayaya mənsubdur. Onun 
aktual  siyasi,  beynəlxalq,  istehsalat  mövzularına  həsr  olunmuş  "Festival  -  gənclik 
bayramıdır",  "Vaxtından  qabaq  yerinə  yetirmək!",  "Üzüm  toplayan  qız",  "İtkisiz 
bəsləyirəm",  "Azərbaycan  -  qədim  mədəniyyət  diyandır"  silsilə  plakatları  rəng 
cəhətdən  əlvandır,  dekorativdir,  bayram  əhvali-ruhiyyəsindədir,  kəskin  əyani 
çağırış  qüvvəsinə  malikdir,  obrazlı  ümumiləşdirmənin,  güclü  qrafik  formanın 
emosionallığı sayəsində inandırıcıdır. 
Karikatur  və  janr  inkişafı  Nəcəfqulu  İsmayılovun,  Ziya  Kərimbəylinin, 
Rahib Qədimovun, Ələkbər Zeynalovun, Həsən Haqverdiyevin adları ilə bağlıdır. 
70-80-ci illərdə Azərbaycan qrafik ustalarının yaşlı və orta nümayəndələri 
ilə  yanaşı,  gənc  nəslə  mənsub  rəssamlar  da  öz  yaradıcılıq  fəaliyyətlərini 
genişləndirirlər. 
Bakıda  kitab  qrafikası  və  miniatür  sərgiləri  təşkil  olunur.  Elçin  Aslanov, 
Sənan  Qurbanov,  Nazim  Babayev,  Elçin Məmmədov kimi rəssamlar miniatür, stilizə 
üslubunda illüstrasiyalar və dəzgah rəsmləri yaradırlar. 
Dəzgah qrafikası və illüstrasiya janrlarında fəal çalışan Arif Hüseynov, Adil 
Rüstəmov,  Arif  Ələsgərov  və  başqaları  öz  rəsm  və  akvarellərində  inqilab, 
müharibə,  sülh,  xalqlar  dostluğu,  quruculuq  mövzularına,  milli  ənənələrə,  folklor 
motivlərinə  müraciət  edir,  insanın  qəlb  aləminə,  həyatın  fəlsəfi  mənasına  nüfuz 
etməyə çalışırlar. 


261 
 
Parlaq fərdi üslub və dəst-xətə malik istedadlı qrafika ustalarının yaradıcılıq 
nailiyyətləri Azərbaycan qrafikasının professional  səviyyəsinin gələcək  yüksəlişinə, 
onun  kitab  tərtibatı,  estamp, 
plakat,  karikatura,  dizayn  kimi 
müxtəlif  növ  və  janrlarının 
müvəffəqiyyətlə 
inkişafına 
təkan verməkdədir. 
1990-cı illərdə müstəqil 
Azərbaycan 
Respublikasının 
yaranması 
şəraitində 
mədəniyyətin, 

cümlədən 
təsviri  sənətin  inkişafında  yeni 
mərhələ  başlanır.  Hər  şeydən 
qabaq 
sənətdə 
ənənə 
və 
novatorluq 
probleminə 
münasibət 
dəyişir, 
əvvəllər 
ideoloji  prinsiplərə  əsaslanan 
təntənəli-təmtəraqlı 
inqilabi 
yubiley sərgiləri keçirmək meyli 
tədricən  aradan  çıxır,  başlıca 
meyar  rəssamlıq  əsərlərinin  bədii 
kamilliyi,  emosionallığı,  ifaçılıq 
tərzlərinin, 
dəst-xətlərin 
orijinallığı,  rəngarəngliyi  hesab 
olunur. 
Rəssamların 
həyata 
münasibəti,  dünyabaxışı,  bədii 
idrak  və  ifadə  təmayülləri 
müasirləşir. 
Yaradıcılıq 
prosesindən  səthi  təsvirçilik, 
illüstrasiyaçılıq, 
foto-realizm 
ruhu 
kənar 
edilir. 
Həyat 
hadisələrinin  fəlsəfı  mənasını 
aşkara 
çıxarmaq 
naminə 
assosiativ 
motivlərə, 
sözaltı 
mənaya,  şərti,  simvolik,  rəmzi, 
mifoloji  obrazlara  müraciət 
olunur.  Stilizasiya,  improvizasiya  üslub  prinsiplərinə,  modernist  və  avanqard 
cərəyanlarına meyil göstərən gənc rəssamların "yeni dalğası" meydana çıxır. 
Beləliklə,  respublikanın  müasir  bədii  həyatında  müəyyən  canlanma, 
yeniləşmə nəzərə çarpır. Dinamik və qızğın yaradıcılıq prosesində baş verən öncül və 
aparıcı problemlər, istiqamətlər xüsusilə qeyd olunmalıdır. 
Azərbaycan  Dövlət  İncəsənət  Muzeyində,  S.Bəhlulzadə  adına  Şəkil 


Yüklə 6,93 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə