A z ə r b a y c a n diLİ VƏ t a r I x I



Yüklə 6,93 Mb.
Pdf görüntüsü
səhifə100/116
tarix15.07.2018
ölçüsü6,93 Mb.
#55880
1   ...   96   97   98   99   100   101   102   103   ...   116

249 
 
aşılanmış,  milli  özünəməxsusluğa  malik  sənət  yaratmaq  niyyətləri  miniatür 
ənənələrinə yaxın şərti-dekorativ üslubda işlədikləri "Gəncə toxucu fabrikinin sap 
sexi", "Qadınlar şöbəsi", "Azərbaycan qadını" tablolarında öz  ifadəsini tapmışdır. 
Bu meyil 1933-cü ildə Moskvada təşkil olunan Azərbaycan incəsənəti sərgisinin və 
1934-cü  ildə  Firdovsinin  anadan  olmasının  1000  illiyinə  həsr  olunan  yubiley 
sərgisinin  eksponatları  üçün  də  səciyyəvi  idi.  Q.Xalıqov  milli  üslub  yaratmaq 
naminə  klassik  Şərq  və  Azərbaycan  miniatüründən  faydalanaraq  "Firdovsinin 
dəfni" adlı maraqlı tablo yaratmışdır. 
Tarixi  və  portret  janrları  xüsusi  mövqe  qazanır,  istehsalat  mövzularını, 
quruculuğu,  əməyin  vüsətini  əks  etdirən  məişət  tabloları  meydana  çıxır.  Tağı 
Tağıyevin "Pambıq təhvili  məntəqəsi", Sadıq Şərifzadənin "Üzüm  yığımı",  Həsən 
Haqverdiyevin Xalq rəssamı Ə.Əzimzadənin portreti kimi əsərlər buna misal ola bilər. 
S.Salamzadə  tanınmış  əmək  adamlarının,  istehsalat  qabaqcıllarının 
portretlərini  təsvir  edir.  Q.Xalıqov  dahi  şair  və  mütəfəkkir  Nizami  Gəncəvinin 
romantik portretini fırçaya alır. Nizaminin şəxsiyyəti və poeziyası ilə bağlı süjetlər 
M.Abdullayev, B.Mirzəzadə və başqa rəssamların diqqətini cəlb edir. 
Gənc  rəssamların  yüksək  professional  vərdişlərinə  yiyələnməsi  xüsusi 
əhəmiyyət  kəsb  edir.  Ali  təhsilli  rəssamlıq  kadrlarına  tələbat  artır.  Məhz  həmin 
illərdə yaradıcı gənclər Moskva və Leninqrad ali rəssamlıq məktəblərinə oxumağa 
gedirlər. 
İkinci dünya müharibəsi dövründə Azərbaycan rəngkarlığı mərdlik, nəcib 
vətənpərvərlik ideyalarından qüvvət alır. O, gərgin illərdə yaranan əsərlərin mövzu 
və  obrazları  qəhrəmanlıq və  hərbi rəşadət  vüsəti ilə aşılanmışdır. Rəssamlar şanlı 
tarixi  keçmişimizin  və  müasirliyin  qəhrəmanlığı  ilə  bağlı  olan  batal  və  məişət 
süjetlərinə  müraciət  edirlər.  Mikayıl  Abdullayev,  Böyükağa  Mirzəzadə,  Sadıq 
Şərifzadə,  Səttar  Bəhlulzadə,  Salam  Salamzadə,  Tağı  Tağıyev,  Baba  Əliyev,  Kamil 
Xanlarov,  Əlibaba  Kazımov,  O.Sadıqzadə  və  başqaları  öz  tablolarında  və 
portretlərində  Azərbaycan  xalqının  əfsanəvi  qəhrəmanları  Cavanşirin,  Babəkin, 
Koroğlunun  surətlərini  canlandırır,  faşizmə  qarşı  mübarizədə  fərqlənən  rəşadətli 
azərbaycanlı  əsgərləri  mərdliyini  tərənnüm  edirdilər.  Həmin  dövrün  portret 
qalereyasında  Mikayıl  Abdullayevin  yaratdığı  dahi  bəstəkarımız  Üzeyir 
Hacıbəyovun,  xalq  şairi  Səməd  Vurğunun  və  digər  yaradıcı  ziyalıların  portretləri 
xüsusi yer tutur. 
Müharibədən  sonrakı  dövrdə  Azərbaycan  rəngkarlığının  fərqləndirici 
xüsusiyyəti müasirliyə nüfuz edilməsindən, janrların geniş və hərtərəfli inkişafından 
ibarətdir.  Rəssamlar  respublikanın  çoxcəhətli  həyatı  ilə  əlaqələrini  ildən-ilə 
möhkəmləndirməyə,  sənətkarlığını  yorulmadan  yüksəltməyə  çalışır,  müasirlərimizin 
əmək fədakarlığını, başdan-başa dəyişmiş vətən torpağının gözəlliyini tərənnüm edən 
bir sıra tarixi və məişət tabloları, portret və mənzərələr yaradırlar. 
Bədii ifaçılıq mədəniyyəti və sənətkarlıq problemləri ümdə əhəmiyyət kəsb 
edir.  Bu  sahədə  aparılan  müvəffəqiyyətli  axtarışlar  haqqında  Mikayıl  Abdullayevin 
"Axşam", "Səadət qurucuları", "Mingəçevir işıqları", "Sevinc", "Racəstan qadınları" 


250 
 
kimi  məişət  tabloları  və  sənaye  mənzərələri,  Böyükağa  Mirzəzadənin  "Pambıq 
yığımı",  "Dirijor  Niyazinin  portreti",  "Çənlər"  lövhələri,  Salam  Salamzadənin, 
Eyyub  Məmmədovun,  Tağı  Tağıyevin,  Vəcihə  Səmədovanın  əmək  adamlarına, 
mədəniyyət  xadimlərinə,  qadın  və  uşaqlara  həsr  etdikləri  psixoloji,  intim-lirik 
portretlər,  Səttar  Bəhlulzadənin  "Qudyalçay  sahili",  "Doğma  düzənlər",  "Xəzər 
üzərində  axşam"  kimi  şairanə  mənzərələri  təsəvvür  verir.  Baba  Əliyevin,  Əyyub 
Məmmədovun,  Ə.Əbdülxalıqın,  Lətif  Feyzullayevin,  Hafiz  Məmmədovun,  Qafar 
Seyfullayevin,  Ağalar  Abdullayevin  tablolarının  leytmotivini  müasirlərimizin  - 
neftçilərin, 
pambıqçıların, 
inşaatçıların  yaradıcı  əməyi 
və 
firavan 
məişəti 
ilə 
əlaqədar  süjetlər  təşkil  edir. 
Nadir Əbdürrəhmanov, Nadir 
Qasımov,  Elbəy  Rzaquliyev 
və 
başqaları 
istehsalat, 
məişət, 
mənəvi-əxlaqi 
mövzularda  tematik  tablolar 
yaratmaqla  bərabər,  tarixi 
janra  da  xüsusi  əhəmiyyət 
verirlər. 
60-70-ci və eləcə də 
80-ci 
illərdə 
incəsənətə 
novatorluq, orijinal axtarışlar 
ruhu  gətirmiş  olan  orta  və 
gənc    nəsillərə  mənsub 
rəssamların 
yaradıcılıq 
fəaliyyəti 
həlledici 
rol 
oynayır. 
Durğunluq  illərində 
sənətdə  nəzərə  çarpan  həyatı 
passiv-seyrçi, 
illüstrativ 
səpkidə 
köçürmək 
kimi 
mənfi 
cəhətlər 
aşkarlıq 
dövründə  tədricən  aradan 
qaldırılır,  rəssamlar  arasında 
varlığın 
fəlsəfi 
idrakına, 
müasirlərin  mənəvi  aləminin, 
zəkasının, 
hiss 
və 
həyəcanlarının təhlilinə meyil 
artır.  Əsərləri  üslub,  kompozisiya  və  plastik  cəhətdən  həll  etmək  prinsipləri  gözə 
çarpacaq  dərəcədə  dəyişir,  təzələnir,  onların  plastik-bədii  quruluşunda  yeni 
əlamətlər,  dramatik,  epik,  lirik,  romantik  intonasiyalar  duyulur,  ümumiləşdirici, 


251 
 
lakonik,  monumental  formalara,  koloritin  dekorativliyinə,  ifadəliliyinə,  forma  və 
rəng çalarlarının ekspressiyasına meyil güclənir. 
Azərbaycan  rəssamlığında  "sərt  üslubun",  qəhrəmanlıq-dramatik  meylin 
parlaq nümayəndəsi, özünəməxsus ehtiraslı, daxilən həyəcanlı, qənaətcil bədii dəsti-
xətə malik istedadlı fırça ustası Tahir Salahovdur. 
"Növbədən  qayıdarkən",  "Səhər  eşalonu",  "Neftçi  portreti",  "Təmirçilər" 
kimi sənaye əməyinin, mənzərələrinin gözəlliyini və qüdrətini canlandıran tabloları 
qəhrəmanlıq vüsəti və romantik ruhla aşılanmışdır. Salahov həyatın dinamikasında, 
ritmində  əsil  zəhmət  romantikasını  duya  bilən  müasir  mövzu  rəssamıdır.  İriplanlı 
kinokadr  prinsipi  üzrə  həll  olunmuş  proqram  əhəmiyyətli  "Təmirçilər" 
kompozisiyası  insanın  mənəvi  aləminin,  iradəsinin  şairanə  təcəssümünə  parlaq 
nümunədir. 
"Abşeron  qadınları"  kompozisiyası  analıq  timsalı  -Azərbaycan  qadının 
mənəvi  zənginliyini  və  ləyaqətini  təcəssüm  etdirən  möhtəşəm  freskanı  xatırladır. 
Yaradıcı  insanın  təbiət  üzərində  təntənəsini  əks  etdirən  "Yeni  dəniz",  "Xəzərdə 
səhər"  tabloları  obrazların  ciddi  sadəliyi,  əzəməti,  siluetlərin  aydın  ahəngi  ilə 
fərqlənir. 
Psixoloji xarakteristikanın dərinliyi, kompozisiya və koloritin kamilliyi ilə 
insanı  valeh  edən  "Bəstəkar  Qara  Qarayevin  portreti"  əsil  yaradıcı  ilhamla  doludur. 
Bəstəkarın  zəka  dərinliyini,  mənəvi  həssaslığını,  pərvaz  edən  təxəyyülünü  ifadə 
edən  bu  obraz  haqlı  olaraq  müasir  portretçilik  sənətinin  zirvələrindən  biri  sayılır. 
Eyni  fikri  zəmanəmizin  görkəmli  bəstəkarı  D.Şostakoviçin  portreti  haqqında  da 
demək lazımdır. Salahov yaradıcılığının mövzu diapazonu genişdir, o, əfsanəvi xalq 
qəhrəmanı  Koroğlunun  və  şair  Rəsul  Rzanın,  bəstəkar  F.Əmirovun,  "Aydan"  və 
"Ana"  portretlərini  məharətlə  yaratmışdır.  "Neft  çənləri",  "Xəzərdə",  "Abşeron 
motivi",  "Köhnə  Ramana",  "Mərdəkan  qalası"  mənzərələri  "Qladiolus",  "Moskva 
pəncərəsi",  "Günəşli  səhər",  "Çiçəklənən  nar"  natürmortları  xarici  ölkələrin  - 
İtaliya,  Fransa,  Birləşmiş  Amerika  Ştatları,  Meksika,  İspaniya  həyatına  həsr 
olunmuş çoxlu əsərləri ilə milli bədii mədəniyyətimizi xeyli zənginləşdirmişdir. 
Əsərləri  məzmun  genişliyi,  kolorit  zənginliyi,  yüksək  ahəngdarlıqla 
fərqlənən  görkəmli  fırça  ustası  Mikayıl  Abdullayev      həmçinin      qrafika,      teatr-
dekorativ  və  monumental-dekorativ  sənətləri  sahəsində  səmərəli  fəaliyyət 
göstərmişdir.  Onun  yaradıcılığı  obrazların  poetik  ümumiləşdirilməsi,  daxili 
ehtiraslılığı,  psixoloji  dərinliyi  ilə  səciyyələnir.  Hələ  Hindistan  silsiləsində  aydın 
şəkildə özünü göstərən bu xüsusiyyətlər, onun proqram əhəmiyyətli "Abşeronda", 
"Astarada çay yığımı" tablolarında, "Azərbaycan çöllərində" triptixində və "Çəltik 
becərən  qızlar"  diptixində  böyük  ideya-emosional  vüsətilə  səslənir.  Abdullayevin 
sənətkar dünyaduyumuna milli ənənələrin müasirliklə üzvi şəkildə qovuşduğu kənd 
həyatı,  kənd  sakinlərinin  mənəvi  aləmi,  məişəti,  fəaliyyəti  üçün  səciyyəvi  poetik 
intonasiyalar  yaxındır.  Triptixin  orta  hissəsi  "41-ci  ilin  iyunu"  adlanır,  ötən 
müharibənin  ciddi  sınaqlarla  dolu  gərgin  və  həyəcanlı  günlərindən  bəhs  edir. 
Monumental  "Çəltik  becərən  qızlar"  tablosu  müasir  qadınlarımıza  xas  olan  nəcib 


Yüklə 6,93 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə