A z ə r b a y c a n diLİ VƏ t a r I x I



Yüklə 6,93 Mb.
Pdf görüntüsü
səhifə97/116
tarix15.07.2018
ölçüsü6,93 Mb.
#55880
1   ...   93   94   95   96   97   98   99   100   ...   116

240 
 
Zəmanəmizədək  bu  əsərlərdən  yalnız  ustası  məlum  olmayan  oyma  işləri 
yox, bir neçə müəllifi bilinən əsərlər də qalmışdır. Belə sənət nümunələri sırasına 
Astara  rayonunun  Pensər  kəndindəki  1895-ci  il  tarixli  usta  Əli  tərəfindən 
bəzədilmiş  köşkü  (ləm),  Şəkidə  Hacı  Lətif  oğlu  usta  Yusif  tərəfindən  öz  evinin 
bədii tərtibatında istifadə etdiyi oyma işlərini və s. aid etmək olar. Şəki sənətkarı, 
usta  Yusifin  yaratdığı  oyma  işləri  xüsusilə  maraqlıdır.  1863-cü  ildən  1935-ci  ilə 
qədər  yaşayıb-yaratmış  bu  sənətkar  taxta  oyması  sənəti  sahəsində  böyük  irs  qoyub 
getmişdir,  məlumatlara  görə  usta  Yusif  tək  taxta  oyması  sahəsində  yox,  daş  və 
gəctəraşlıqda da mahir usta olmuşdur. 
Bu  əsrlərdə  oyma  ilə  yanaşı,  taxta  məmulatları  şəbəkə  və  xatəmkarlıq 
üsulunda da bəzədilirdi. Şəbəkə əsas etibarilə memarlıq abidələrində və böyük məişət 
predmetinin  düzəldilməsində,  xatəmkarlıq  isə  saz,  tar,  kamança  və  başqa  musiqi 
alətlərinin bədii tərtibatında geniş istifadə edilirdi. 
 
 
 
 
MEMARLIQ 
 
Əgər  XIX  yüzilliyin  əvvəllərinədək  Azərbaycanda  tikilən  binalar  hələ 
keçmiş dövr memarlıq ənənələri ilə sıx surətdə əlaqədar olmuşdusa, Azərbaycanın 
Rusiyaya  birləşdirilməsindən  sonra,  XX  yüzilliyin  ortalarına  doğru  istər  yaşayış 
məntəqələrinin, istərsə də ayrı-ayrı binaların planlaşdırılmasında və tikilişində yeni 
meyillər özünü göstərməyə başlayır. 
Bu dövrdə sənayenin, ticarət və sənətkarlığın yüksəlişi şəhərlərin inkişafına 
xeyli  təkan  verir.  Bakı,  Şamaxı,  Quba,  Gəncə,  Şuşa,  Şəki  şəhərlərinin  inkişafında 
irəliyə doğru böyük addımlar atılır, həmin şəhərlərdə müəyyən inşaat işləri görülür. 
Bakının  memarlıq  quruluşu  və  tarixinə  aid  bəzi  təfsilat  bizə  1806-cı  ildə 
tərtib  edilmiş  plandan  məlum  olur.  Bu  planın  İçərişəhərə  aid  hissəsi  demək  olar 
XVIII yüzillikdə olduğunu təkrar edir. Bu planda yenilik şəhərin qala divarlarından 
kənara  aiddir.  Bundan  da  aydın  olur  ki,  qala  divarlarına  yaxın  sahədə,  təxminən 
indiki Azərnəşr binası ətrafında olan evlər "Bayırşəhər" adlandırılmışdır. Bugünkü 
Rus  Dram  Teatrı  yanındakı  bağça  ətrafında  qruplaşmış  ikinci  yaşayış  evlərinə 
"Xəlfədam" deyərmişlər.  İndiki Nizami muzeyinin yanındakı bağçanın yerində Xan 
bağı yerləşirmiş. 
Nəhayət,  1806-cı  il  planında  Qaladankənar  sahənin  əkin  yeri  olduğu  qeyd 
edilir. Burada taxıl və hətta zəfəran əkilirdi. 
Aparılmış elmi araşdırmalar göstərir ki, 1810-cu ildən başlayaraq, Bakı yeni 
plan əsasında sürətlə tikilməyə başlayır. Tikinti əsasən şəhərin şimal-şərq hissəsində 
aparılır.  1845-ci  ilin  planından  göründüyü  kimi,  tikilən  hissə  dənizə  tərəfə 
genişlənmişdir. 
1855 və 1870-ci illərə aid Bakı planlarında yeni tikintilərin Qalanı get-gedə 


241 
 
hər tərəfdən əhatə etdiyi göstərilir. 
Beləliklə, XIX yüzilliyin axırlarında kapitalist münasibətlərinin inkişafı ilə 
əlaqədar  Bakıda,  eləcə  də  nisbətən  az  da  olsa  qeyri  şəhərlərimizdə  xəstəxanalar, 
mehmanxanalar,  teatrlar,  gəlirli  yaşayış  evləri,  zavodlar,  fabriklər,  ictimai  bağlar  və 
başqa tipli memarlıq tikintiləri meydana gəlir. 
Bu  iş  təbiidir  ki,  çoxlu  memar,  inşaatçı  və  qeyri-sənət  sahibləri  tələb 
edirdi. Beləliklə, xüsusilə Bakıya müxtəlif yerlərdən mütəxəssislərin axını başlayır. 
Əcnəbi  mütəxəssislərlə  birlikdə  (İ.V.Qoslavski,  İ.K.Ploşko,  N.A.Fon  der 
Nonne  və  b.)  bu  işdə  istedadlı  Azərbaycan  memarları  da  fəal  iştirak  edirdi.  Bu 
dövrdə Bakıda fəaliyyət göstərən yerli memarlarımız sırasında ilk növbədə Zivərbəy 
Əhmədbəyov,  Qasımbəy  Hacıbababəyov,  Mirzə  Qaffar  İsmayılov,  Məhəmməd 
Həsən Hacınskinin adlarını xüsusi qeyd etmək lazımdır. 
 
 
 
 
 
 
 
 
 
 
 
Bakının  XIX  yüzillikdə  bədii  memarlıq  simasının  təşəkkülü  və 
formalaşmasında  Zivərbəy  Əhmədbəyovun  xüsusi  əməyi  vardı.  O,  1873-cü  ildə 
Şamaxıda  anadan  olub,  ali  təhsilini  Sankt-Peterburqda  almış,  vətənə  qayıtdıqdan 
sonra  bir  müddət  Bakı  quberniya  idarəsinin  inşaat  şöbəsində  çalışmışdır.  Qeyd 
etmək  lazımdır  ki,  Zivərbəyin  Bakıdakı  fəaliyyəti  zamanı  burada  tikilən  binaların 
əksəriyyətində  Avropa  sənətinin  böyük  təsiri  görünürdü.  Çünki  Fransada,  İtaliyada 
və Almaniyada müxtəlif vaxtlarda, müxtəlif üslublarda tikilən binalar yerli memarlar 
üçün  istifadə  mənbəyinə  çevrilmişdi.  Bu  dövr  Bakı  binalarının  memarlıq  həllində 
demək olar ki, yerli ənənələrdən istifadə edilmirdi. 
XIX-XX  yüzilliyin  əvvəllərində  Azərbaycanda  fəahyyət  göstərən,  yerli 
memarlıq  ənənələrimizdən  səmərəli  istifadə  edə  bilən  sənətkarlarımızdan  ikisinin 
adını xüsusi qeyd etmək lazımdır. 
Onlardan  biri  Zivərbəy  Əhmədbəyov,  digəri  memar  Kərbəlayı  Səfixan 
Qarabağidir. 
Əgər Zivərbəyin yaradıcılığı əsasən Şirvanda (Bakı, Şamaxı, Göyçay və s.) 
bağlı idisə, Kərbəlayı Səfi xanın memarlıq fəaliyyəti Qarabağda (Şuşa, Bərdə, Füzuli 
və s.) keçmişdir. 
Şirvan memarlığı ilə yaxından tanış olan Zivərbəy öz layihələrində bunlardan 
geniş  istifadə  edirdi.  Bu  baxımdan  onun  layihəsi  ilə  yaradılmış  "Səadət"  məktəbini 


242 
 
(indiki  göz  xəstəxanası)  və  eləcə  də  Zivərbəyin  Çəmbərəkənddəki  şəxsi  yaşayış 
evini  (6-cı  park  küçəsi,  1)  nümunə  kimi  göstərmək olar. Bunlarda  lakonik  memarlıq 
üslubuna malik Abşeron yaşayış binalarının ən gözəl xüsusiyyətləri özünü açıq-aydın 
büruzə verir. 
Millilik,  yerli  ənənələrə  sadiqlik  Zivərbəy  layihələri  əsasında  tikilmiş 
məscidlərdə  xüsusilə  açıq-aydın  görünür.  Belə  məscidlər  arasında  Bakının  ən 
gözəgəlimli yerlərindəki Təzə Pir (1905-1914)  və indiki Səməd Vurğun küçəsindəki 
İttifaq (1912-1913) məscidlərini göstərmək olar. 
Onu  da  qeyd  edək  ki,  XX  yüzilliyin  əvvəllərində  Göyçayda  və  Şamaxıda 
tikilmiş məscidlərin layihəsi də Zivərbəy tərəfindən verilmişdir. Zivərbəy Azərbaycan 
incəsənəti 
və 
memarlıq 
tarixində  bir  ictimai  xadim 
kimi  də  məşhur  olmuşdur. 
O,1917-ci 
ildə 
mülki 
mühəndis  Ömərbəy  Abuyevlə 
birlikdə  "İslam  incəsənəti 
abidələrini 
sevənlər 
və 
qoruyanlar 
cəmiyyəti"ni 
yaradır.  Qeyd  etmək  lazımdır 
ki,  sonralar  bu  cəmiyyət 
"Müsəlman 
arxeoloji 
cəmiyyəti" 
adı 
altında 
fəaliyyətə başlayır. 
Kərbəlayı 
Səfixan 
Qarabaği  1788-ci  ildə  Təbriz 
yaxınlığındakı  Əhər  şəhərində 
anadan  olmuş,  1910-cu  ildə 
Şuşada  vəfat  etmişdir.  Memar 
ömrünün  böyük  bir  hissəsini 
Şuşa  şəhərində  keçirmişdir. 
Bu dövrdə Şuşada tikilən  memarlıq abidələrinin böyük bir qismi də  təbiidir ki, bu 
şəxsin adı ilə bağlıdır. 
Kərbəlayı Səfixan Şuşada bədii xüsusiyyətlər kəsb  edən çoxlu  məscidlər, 
karvansara, məhəllə bulaqları, hamam binası və s. memarlıq abidələri inşa etmişdir. 
Bu tikintilər arasında məscidlər əsas yer tutur. 


Yüklə 6,93 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə