A z ə r b a y c a n diLİ VƏ t a r I x I



Yüklə 6,93 Mb.
Pdf görüntüsü
səhifə105/116
tarix15.07.2018
ölçüsü6,93 Mb.
#55880
1   ...   101   102   103   104   105   106   107   108   ...   116

262 
 
Qalereyasında  bədii  sərgilərin  təşkili  intensiv  hal  alır.  Azərbaycan  Rəssamlar 
İttifaqının V.Səmədova  adına  salonunda,  Miniatür  Mərkəzində,  1988-ci  ildə  açılmış 
Bakı  İncəsənət  Mərkəzində  "Azərbaycan  dünyası",  "Qala"  şəkil  qalereyalarında 
mövzu  cəhətdən  müxtəlif,  rəngarəng  tematik,  qrup,  fərdi  rəsm  sərgiləri  nümayiş 
etdirilir. 
Azərbaycan incəsənətinin beynəlxalq əlaqələri yeni vüsət alır. Moskvada, 
Kiyevdə,  Londonda,  Parisdə,  Berlində,  Strasburqda,  Vaşinqtonda,  Ankarada, 
İstanbulda 
Azərbaycan 
incəsənəti 
sərgiləri 
nümayiş 
etdirilir. 
Milli 
mədəniyyətimizin  yeni  uğurlarını  əks  etdirən  həmin  sərgilər  respublika 
ictimaiyyətinin  və  xarici  ölkə  tamaşaçılarının  rəğbətini  qazanır,  mətbuat 
səhifələrində əks-səda oyadır. 
Sevindirici  haldır  ki,  1995-ci  ildə  görkəmli  mənzərə  ustası  Səttar 
Bəhlulzadənin  fərdi  sərgisi  Nyu-Yorkda,  Londonda,  Bakıda,  İstanbulda  rəğbətlə 
qarşılanmışdır. 
Xalq  rəssamı  Toğrul  Nərimanbəyovun  Parisdə  YUNESKO  binasında 
göstərilmiş  sərgisində  doğma  Azərbaycana  həsr  etdiyi  əsərləri  ilə  yanaşı,  dünya 
şöhrətli  musiqiçi  M.Rostropoviçin,  görkəmli  qırğız  yazıçısı  Çingiz  Aytmatovun 
portretləri  və  digər  tabloları  böyük  maraq  oyatmışdır.  ABŞ-da  "Toğrulun 
muzeyində"  rəssamın  40  əsəri  saxlanılır.  Lüksemburqda  və  Turində  ona  həsr 
olunmuş albom-kataloqlar nəşr edilmişdir. 
Rəssamlardan 
K.Nəcəfzadənin 
Vaşinqtonda 
və 
Londonda, 
N.Əbdülrəhmanovun Ankarada, F.Xəlilovun Moskvada, A.Cəfərovun Bakıda Fransa 
səfirliyi  binasında  fərdi  sərgilərinin  təşkil  olunması  bədii  əlaqələrimizin  ildən-ilə 
genişləndiyini sübut edən maraqlı hadisələrdəndir. 
Xarici  ölkələrin  mətbuatında  müasir  Azərbaycan  rəssamlıq  sənətinin 
nailiyyətləri, milli özünəməxsusluğu, yüksək peşəkar səviyyəsi təhlil və təbliğ olunur, 
lazımınca qiymətləndirilir. 
Beləliklə, XX yüzilliyin son mərhələsində Azərbaycan rəngkarlıq və qrafika 
sənətində əsil intibah baş vermişdir. 
Vətənin  istiqlaliyyəti,  doğma  xalqının  qəhrəmanlıq  keçmişi,  nəcib 
ənənələri,  insanın,  təbiətin  gözəlliyi,  müasirlərimizin  yaratmaq,  qurmaq  eşqi  və 
başqa bu kimi mövzular milli sənətimizin leytmotivini təşkil edir. Rəssamların poetik 
boyalar,  dəqiq  rəsmlər  dilində  nəqş  etdikləri  bədii  salnamədə  ulu  müdrik  Dədə 
Qorqudun  tarixi  qəhrəman  sərkərdə  və  şair  Şah  İsmayıl  Xətayinin,  milli  azadlıq 
fədailərinin  canlı  obrazları,  müasir  insanın  arzu  və  düşüncələri,  intim  duyğuları, 
zəngin  mənəvi  dünyası  əksini  tapmışdır.  Bütün  bunlar  bir  daha  sübut  edir  ki, 
Azərbaycan  rəngkarlıq  və  qrafika  sənəti  müasir  dünya  bədii  mədəniyyətinin 
nailiyyətlərinə qovuşmaq sahəsində uğurlu addımlarla irəliləməkdədir. 
 
 
 
 


263 
 
HEYKƏLTƏRAŞLIQ 
 
Təsviri  sənətimizin  başqa  növlərində  görünən  yeniliklər  XX  əsrin 
əvvəllərində heykəltəraşlığımızda da özünü büruzə verməyə başlayır. 
Bu  zamanlar  əsasən  Bakı  şəhərində  müxtəlif  ölkələrdən  gəlmiş 
heykəltəraşlar fəaliyyət göstərirdilər. Onların yaratdığı əsərlərin əksəriyyəti təbliğat 
xarakteri daşıdığından uzunömürlü olmamışdır. 
Beləliklə, professional milli heykəltəraşlığımızın əsas inkişafı 1930-1940-
cı  illərə  təsadüf  edir.  Bu  da  gənc  heykəltəraşlarımız  Cəlal  Qaryağdı,  Fuad 
Əbdülrəhmanov,  Pyotr  Sabsay,  Mirəli  Mirqasımov,  Tokay  Məmmədov,  Ömər 
Eldarovun adı ilə bağlı olmuşdur. 
Bu dövrün heykəltəraşlıq sənətindən bəhs edərkən Fuad Əbdülrəhmanov 
və  Cəlal  Qaryağdının  əsərlərini  xüsusi  qeyd  etməliyik.  Onlar  Azərbaycan  Dövlət 
Rəssamlıq  Məktəbinin  yetişdirmələridir.  Hər  ikisi  rəssamlıq  təhsilini  aldıqdan 
sonra  Bədii  Akademiyaya  daxil  olmuş,  görkəmli  heykəltəraşların  yaradıcılıq 
emalatxanalarında işləmişlər. 
F.Əbdülrəhmanov  və  C.  Qaryağdı  dünya  klassik  incəsənətinin  ən  gözəl 
ənənələrindən  bəhrələnmiş,  sərbəst  yaradıcılıq  həyatına  qədəm  qoyduqları  ilk 
günlərdən realist sənət yolunu tutaraq irəliləmişlər. Bu ümumi yolda onların hər biri 
özünəməxsus  üsluba  malik  olmuş,  fərdi  yaradıcılıq  xüsusiyyətlərini  inkişaf 
etdirmişlər.  Fuad  Əbdülrəhmanov  hələ  otuzuncu  illərdə  yaratdığı  obrazlarda 
monumental  formalara  meyil  göstərirdi.  Əbdülqasım  Firdovsinin  "Şahnamə" 
poemasındakı surətlərdən biri "Ox atan gənc" fiquru buna gözəl nümunə ola bilər. 
Hazırda  Bakıda  İncəsənət  Muzeyində  saxlanılan  bu  əsər  onun  ilk  monumental 
heykəli idi. 
Zaman  keçdikcə  Fuad  Əbdülrəhmanovun  sənətkarlıq  səviyyəsi  daha  da 
artır  və  yüksəlirdi.  Bu  baxımdan  onun  yaratdığı  "Nizami"  abidəsi  xüsusi  maraq 
doğurur. 
F.Əbdülrəhmanov  hələ  1940-cı  illərdən  dahi  Nizaminin  obrazı  üzərində 
yaradıcılıq  axtarışları  aparır.  O,1946-cı  ildə  Nizaminin  vətəni  Gəncə  şəhəri  üçün 
dahi  şairin  obrazını  yaradır.  Elə  həmin  ildə  Gəncə  çayı  kənarında  ucaldılan  dörd 
metrlik  bu  tunc  heykəl  zəmanəmizədək  Azərbaycan  heykəltəraşlığının  yüksək 
nailiyyətlərindən biri kimi sayılır. 
Gəncədə  ucaldılan  bu  abidədən  sonra  F.Əbdülrəmanov  Bakı  şəhərində 
qoyulmuş  Nizami  heykəli  üzərində  yaradıcılıq  işləri  aparır.  1949-cu  ildə  Bakıda 
Nizami  meydanının  mərkəzində  ucaldılan  (memarlar  S.Dadaşov  və  M.Hüseynov) 
bu altı metrlik tunc abidə respublikamızda heykəltəraşlığın inkişafında irəliyə doğru 
addım  sayılır.  Gəncə  abidəsində  olduğu  kimi,  Bakı  şəhərindəki  monument  də 
mürəkkəb  plastik  formaya  malikdir.  Fiqura  geydirilmiş  üst  paltarlardan  üzü  aşağı 
ritmik şəkildə sallanan qırışlar  monumentə klassik heykəllərə münasib bir görkəm 
verir. 
Azərbaycan  Milli  Elmlər  Akademiyası  Rəyasət  Heyəti  binasından  Gənclər 


Yüklə 6,93 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə