A z ə r b a y c a n diLİ VƏ t a r I x I



Yüklə 6,93 Mb.
Pdf görüntüsü
səhifə102/116
tarix15.07.2018
ölçüsü6,93 Mb.
#55880
1   ...   98   99   100   101   102   103   104   105   ...   116

254 
 
rəssam  Vəcihə  Səmədova  müasir  qadınlarımızın  -  tələbə  və  mühəndis  qızların, 
aktrisaların,  mehriban  anaların,  uşaqların  xoş  və  nikbin  obrazlarını  fırçaya  alar, 
gözəlliyi,  səadəti,  məhəbbəti,  müasirlərimizin  yaratmaq  eşqini,  nəcibliyini 
şöhrətləndirərdi.  "Kürün  sahilində",  "Lənkəranda  toy  mərasimi",  "Xəbər  gözləyirlər", 
"Geoloqlar" tablolarının bədii qayəsi məhz belədir. 
Mirzəzadə  "Günorta  çağı",  "Bizim  Lənkəranda"  kimi  tablolar,  əlvan, 
günəşdən  bərq  vuran  mənzərə  və  natürmortlarla  yanaşı,  çoxlu  qadın  portreti 
yaratmışdır. Canlı insan xarakterləri yaratmaq baxımından dirijor Niyazinin, rejissor 
Ş.Bədəlbəylinin,  rəssam  R.Babayevin,  xanəndə  Z.Xanlarovanın  portretləri 
maraqlıdır. 
Müxtəlif nəsilləri təmsil edən rəngkarlar əsərlərinin janr və üslub cəhətdən 
rəngarəngliyinə xüsusi fikir verir, tematik şəkillər, portret, mənzərə və natürmortlar 
yaradırlar.  Zəngin  rəng  duyumuna  malik  Qafar  Seyfullayevin  "Dağlarda", 
"Çobanlar",  "Mürəbbi  qız",  "Naibənin  portreti"  və  digər  əsərlərində  koloritin 
dolğunluğu,  boyaların  ahəngi  gözə  çarpır.  Ən  adi  məişət  səhnələrində  poetik  məna 
tapan Tələt Şıxəliyevin rəng palitrası incə tonlar,  nüanslar dilində insanın yaşadığı 
psixoloji  həyəcanları,  ehtirasları  aşkarlayır.  "Həkimin  yanında",  "Çayxana",  "Kos-
kosa", "Analıq", "Uşaqlıq xatirələri" silsiləsinə  daxil olan digər tablolar, təmkinli, 
düşüncəli  qadın  portretləri,  rəssamın  avtoportretləri,  eləcə  də  lirik  mənzərə  və 
natürmortları  canlı  rəng  yaxıları,  qızılı-narıncı  tonların  nisbəti,  ahəngi  baxımından 
olduqca emosional təsir bağışlayır. 
Əli  Verdiyevin  dəsti-xəttində  dəqiq  və  aydın  rəsm,  mühüm  yer  tutur. 
"Savadsızlığın  ləğvi",  "Əmək  qələbəsi",  "Qızıl  toy",  "Babəkin  döyüşü"  kimi 
tabloları  kompozisiya  bütövlüyü,  lakonikliyi,  boyaların  ciddiliyi,  qənaətcilliyi, 
obrazların monumentallığı ilə fərqlənir. 
Müxtəlif  janrlarda  bir  sıra  maraqlı  əsərlər  yaratmış  olan  tanınmış 
rəssamlardan  Baba  Əliyevin,  Əyyub  Məmmədovun,  Elbəy  Rzaquliyevin,  Vidadi 
Nərimanbəyovun,  Lətif  Feyzullayevin,  Həsən  Haqverdiyevin,  Əbdülxalıqın,  Hafiz 
Məmmədovun ən uğurlu tabloları nikbin hissiyyatla, həyat eşqi ilə aşılanmışdır. 
Tarixi  janrda  uğurla  çalışan  M.Abdullayev,  Ə.Verdiyev,  O.Sadıqzadə, 
Ə.Hüseynov  xalqımızın  qəhrəmanlıq  keçmişinə,  inqilabi  mövzulara,  dahi 
Nizamiyə, Nəsimiyə, xalq qəhrəmanı Babəkə bir sıra tablolar həsr etmişlər. 


255 
 
Elbəy  Rzaquliyevin  "İnqilabi  Bakı",  Toğrul  Sadıqzadənin  "Bakı.  1917-ci 
il",  Nadir  Əbdürrəhmanovun  "Oktyabrın  əks  sədası",  Əbdülxalığın  "Xalq 
qəhrəmanı",  Ə.Məmmədovun "Yeni həyat naminə", Müslüm  Abbasovun "Torpaq 
haqqında  dekret"  kimi  tarixi  lövhələri,  Vidadi  Nərimanbəyovun  Böyük  Vətən 
müharibəsi mövzularında çəkdiyi "41-ci il" və digər tabloları mübarizə  pafosu ilə, 
azadlıq ideyalarının təntənəsinə inamla doludur. 
Müasirlərimizin obrazları portret janrlarının aparıcı mövzusunu təşkil edir. 
Rəssamlardan  T.Salahovun,  M.Abdullayevin,  Böyükağa  Mirzəzadənin,  Salam 
Salamzadənin,  Tağı  Tağıyevin,  Oqtay  Sadıqzadənin,  Həsən  Haqverdiyevin,  Əli 
Verdiyevin, Nəcəfqulunun yaradıcılığında portret janrı mühüm yer tutur. 
Mənzərə  və  natürmort  janrları  Azərbaycan  rəssamlarının  sevimli 
janrlarındandır. Doğma təbiətlə yaxın ünsiyyətdə olan rəssamlar onu tükənməz ilham 
və  poetik  obrazlar  mənbəyi  hesab  edirlər.  Səttar  Bəhlulzadənin,  Tahir  Salahovun, 
Mikayıl Abdullayevin, Toğrul Nərimanbəyovun, Rasim  Babayevin,  Asəf  Cəfərovun, 
Nadir  Qasımovun,  Elbəy  Rzaquliyevin,  Baba  Əliyevin,  Fərhad  Xəlilovun,  Kamil 
Xanlarovun,  Mahmud  Tağıyevin,  Tofiq  Cavadovun,  Əyyub  Hüseynovun,  Ağa 
Mehdiyevin,  Səməd  Haqverdiyevin  ən  yaxşı  sənaye,  şəhər  mənzərələri,  eləcə  də 
"təmiz təbiət" mənzərələri lirik, poetik intonasiyalarla aşılanmışdır. 
Tahir  Salahovun,  Toğrul  Nərimanbəyovun,  Tələt  Şıxəliyevin,  Asəf 
Cəfərovun, Xalidə Səfərovanın, Fikrət Bağırovun natürmortlarında doğma torpağın 
bərəkəti,  səxavəti,  cənub  təbiətinin  günəşli  boyaları,  meyvələrin,  çiçəklərin, 
müxtəlif əşyanın heyranedici gözəlliyi mədh olunur. 
Azərbaycan rəngkarlığı milli mədəniyyətlərin qarşılıqlı əlaqələri və qarşılıqlı 
zənginləşməsi  prosesində  inkişaf  edir.  Bu  da  onun  milli  özünəməxsusluğunun  və 
beynəlmiləl vüsətinin parlaq şəkildə təzahür etməsinə imkan yaradır. 
Azərbaycan  incəsənəti  Avropa,  Asiya  və  Amerika,  Afrika  qitələrinin  bir 
çox  ölkələrində  ardıcıl  nümayiş  etdirilmişdir.  M.Abdullayevin  Hindistana, 
S.Salamzadənin  Misirə  həsr  olunan  əsərləri  C.Nehru  və  Nasir  adına  Beynəlxalq 
mükafatlara  layiq  görülmüşdür.  M.Abdullayevin  "Dost  Hindistan"  və 
S.Salamzadənin  "Ərəb  ölkələrində"  əsərlərindən  ibarət  fərdi  sərgiləri,  həmçinin 
C.Camalın  "Qobi-Monqolustan",  F.Xəlilovun  "İspaniya",  N.Zeynalovun  "Fələstin 
faciəsi" silsilə əsərləri sərgiləri Bakıda, Moskvada, ölkəmizin digər şəhərlərində və 
xaricdə 
göstərilmişdir. 
Rəssamlardan 
T.Salahovun, 
T.Nərimanbəyovun, 
E.Rzaquliyevin, 
N.Əbdürrəhmanovun, 
Ə.Əbdülxalıqın, 
T.Sadıqzadənin, 
H.Məmmədovun  və  başqalarının  xarici  ölkələrə  səyahətləri  Azərbaycan 
rəssamlığının mövzu və bədii idrak diapazonunun genişlənməsinə səbəb olmuşdur. 
80-ci  illərdə  təşkil  olunan  Respublika  və  Ümumittifaq  rəssamlıq 
sərgilərində yeni və novator ruhlu bədii konsepsiyalar aşkara çıxır. 
Əvvəllər təkcə zahiri, vizual  bənzərlik meyarı ilə qiymətləndirilən realist 
üslub  artıq  yeni  məzmun  və  ifadə  prinsipləri  kəsb  edir.  Sənətdə  fərdi  üslub 
rəngarəngliyi,  müxtəlifliyi müstəsna əhəmiyyət qazanır, təsvirdə şərtilik,  stilizasiya, 
deformasiya  təzahürlərinə  təsadüf  olunur.  Bütün  bu  dəyişikliklər  1986-cı  ildə 


Yüklə 6,93 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə