A z ə r b a y c a n diLİ VƏ t a r I x I



Yüklə 6,93 Mb.
Pdf görüntüsü
səhifə99/116
tarix15.07.2018
ölçüsü6,93 Mb.
#55880
1   ...   95   96   97   98   99   100   101   102   ...   116

246 
 
Bu  dövrdə  incəsənətimizin  bütün  sahələrində  olduğu  kimi,  uzaq 
keçmişimizdən  gələn  yerli  memarlıq  inşaat  texnikası  ənənələri  daha  çox  ucqarlarda 
xalq ustaları tərəfindən tikilən yaşayış binalarında özünü göstərirdi. Qeyd etmək lazımdır 
ki,  yaşayış  binalarının  memarlığının  əsas  xüsusiyyəti  onun  məqsədəuyğun  inşa 
olunmasıdır. 
İstər təbii şərait, istərsə də yerli adətlər və təsərrüfat xüsusiyyətləri bu və ya 
başqa bölgənin yaşayış binalarının xüsusiyyətlərini müəyyənləşdirir. 
Abşeron, Naxçıvan, Ordubad, Gəncə, Qazax, Ağdaş, Şəki, Zaqatala, Quba və 
Lənkəran  zonalarının  yaşayış  binaları  bir-birinə  oxşamaqla  bərabər,  eyni  zamanda 
onların hər biri özünəməxsus cəhətlərlə fərqlənir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Sadaladığımız  bölgələrdə  feodal  xarakter  daşıyan  həyat  tərzinin  təsirinə 
baxmayaraq,  xalq  yaradıcılığının  tükənməz  mənbəyi  yüksək  qiymətə  layiq  yaşayış 
binaları nümunələri yarada bilmişdir. 
Azərbaycanın yaşayış binalarının gözəl xüsusiyyətlərindən biri də onun xalq 
yaradıcılığının demək olar ki, bütün növləri ilə sıx əlaqədə olmasındadır. Taxtadan oyma 
naxışlı  dekorativ  tağbəndlər,  müxtəlif  rəngli  şüşələrlə  örtülmüş  və  zərif  işlənmiş 
şəbəkələr, zəngin bəzəkli balkonlar,  sütunlar, bir sıra başqa  memarlıq formalarının 
yaradılması  və  tətbiq  edilməsi  yaşayış  binalarına  bədii  cəhətdən  təqdirəlayiq  bir 
görkəm  verirdi.  Bu  baxımdan  Şuşadakı  Mehmandarovun,  Əsədbəyin,  Natəvanın 
evlərini, Şəkidəki Şəkixanovların, Hacı Mustafanın yaşayış binalarını, Lahıcdakı Hacı 
Xanəhmədin  evini,  Qubada  Xaçmaz  küçəsində  yerləşən  yaşayış  binasını  və 
başqalarını nümunə göstərmək olar. 
Öz  mənşəyi  etibarilə  qədim  tarixə  malik  olan  Azərbaycan  xalq  yaşayış 
binalarının memarlıq və inşaat ənənələrinin bizim zəmanəmizə qədər gəlib çatması 
bu sahədə yaranmış ənənələrin nə qədər yaşan olduğunu sübut edir. 
 
 


247 
 
XX YÜZİLLİKDƏ AZƏRBAYCAN İNCƏSƏNƏTİ 
 
XX  yüzillikdə  Azərbaycan  incəsənəti  milli  bədii  irsin  zəngin 
qaynaqlarından,  eləcə  də  dünya  mədəniyyətinin  mütərəqqi  ənənələrindən  və 
novator  nailiyyətlərindən  faydalanma yolu ilə yüksək inkişaf mərhələsinə çatmışdır. 
Mübaliğəsiz qeyd etmək olar  ki,  həmin dövrün olduqca  gərgin, mürəkkəb, dinamik 
siyasi və ictimai şəraitində formalaşıb boya-başa çatmış milli incəsənətimizdə özünə-
məxsus  tərəqqi  və  intibah  baş  vermişdir.  Bunun  başlıca  səbəbi  xalqın  həyatında, 
cəmiyyətdə,  mənəvi  mədəniyyətin  müxtəlif  sahələrində  gözəçarpan  yeni 
təmayüllərin, yeni estetik tələblərin yaranması ilə bağlı olmuşdur. 
Məlumdur  ki,  XX  yüzilliyin  əvvəllərindən  başlayaraq  rus-Azərbaycan 
mədəniyyətlərinin qarşılıqlı əlaqələri getdikcə genişlənir, maarif, mətbuat, incəsənət, 
bədii  yaradıcılıq,  estetik  fikir  sahələrində  mütərəqqi  meyillər  meydana  çıxır,  yeni 
tipli peşəkar sənət  növləri və janrları  inkişaf edir, milli bədii kadrların yetişdirilməsi 
üçün  zəmin  yaranır.  Peşəkar  teatr,  musiqi,  kino,  memarlıq,  təsviri  və  dekorativ-
tətbiqi  sənətlərin  təşəkkülü  və  sürətlə  inkişafı  baxımından  Şimali  Azərbaycan  bir 
çox  qonşu  Yaxın  Şərq  ölkələrini  ötüb  keçməyə  müvəffəq  olur.  Təsviri  sənətdə 
dəzgah  rəngkarlığı,  satirik  qrafika,  səhnə  qrafikası,  monumental  heykəltəraşlıq 
sənətləri üzrə qazandığımız uğurlar bunu aydın şəkildə sübut edir. 
XX yüzillikdə Azərbaycan incəsənətində klassik bədii irsin zəngin ənənələri 
davam  etdirilməklə  yanaşı,  zamanın  estetik  tələblərinə  və  zövqünə  cavab  verən 
realist sənət üslubu əhəmiyyətli rol oynayır. Bədii sərvətlərin yaranması, yayılması, 
təbliği  üçün  beynəlmiləl  əlaqələr  geniş  vüsət  alır,  sənətdə  üslub  rəngarəngliyi, 
müxtəlifliyi  üçün  meydan  açılır,  bununla  əlaqədar  nəzəri  fikir  və  sənətşünaslıq 
sahəsində də müəyyən yeniləşmə prosesi gedir. 
Sənətdə bədii üslub problemindən danışarkən təəssüflə qeyd etmək lazımdır 
ki,  ötüb-keçmiş  onilliklər  ərzində  totalitar  kommunist  rejiminin  hökmranlığı 
şəraitində bədii yaradıcılıq prosesi marksizm-leninizm təliminin və sosialist realizmi 
adlanan  metodun  ideoloji  təzyiqinə  məruz  qalmış,  əsil  yaradıcılıq  azadlığını 
məhdudlaşdıran müxtəlif  neqativ hallar, inzibati-amirlik prinsipləri mövcud olmuşdur. 
Bunun  nəticəsində  müasir  Azərbaycan  incəsənəti  və  memarlığı  müəyyən  mənada 
dünya  mədəniyyəti  təcrübəsindən  təcrid  olunmuş,  həyatda  və  məişətdə  olduğu 
kimi,  sənətdə  də  sırf  ideoloji  və  sosioloji  amillər,  məzmun  və  forma  bəsitliyi, 
yeknəsəqliyi kimi qüsurlar geniş miqyas almışdır. 
Lakin  bütün  bunlara  baxmayaraq,  milli  zəminə,  özünəməxsusluğa  malik, 
görkəmli sənət  xadimlərin təmsil  etdiyi müasir boyakarlıq, heykəltəraşlıq, memarlıq 
məktəblərinin  təşəkkülü  XX  yüzillikdə  Azərbaycan  təsviri  sənətinin  və  estetik 
mədəniyyətinin ən önəmli nailiyyətlərindəndir. 
Azərbaycan  təsviri  sənəti  XX  əsrin  əvvəllərindən  başlayaraq  bədii 
yaradıcılığın  bir  sıra  yeni  növləri,  janr  və  formaları  ilə  zənginləşmiş,  rəngkarlıq, 
qrafika  və  heykəltəraşlıq,  teatr-dekorativ  rəssamlığı,  monumental-dekorativ  və 
dekorativ-tətbiqi  sənətləri  sahələrində  fərəhli  nailiyyətlər  qazanılmışdır.  Təsviri 


248 
 
sənətimizin  olduqca  rəngarəng,  əlvan  və  uğurlu  nümunələri,  onun  ümumi  inkişaf 
mənzərəsi  respublikada  milli  bədii  məktəbin  formalaşması  mərhələləri  haqqında 
yaşlı,  orta  yaşlı  və  gənc  nəsillərə  mənsub  fırça  və  tişə  ustalarının  yaradıcılığı 
haqqında əyani təsəvvür verir. 
XX  əsrin  əvvəllərində  Azərbaycan  təsviri  sənətinin  inkişafında  yeni 
professional  növ  və  janrların  təşəkkülü  prosesi  genişlənir,  demokratik  satirik 
qrafika  və  dəzgah  rəngkarlığı  nümunələri  yaranır.  Bu  sahədə  irəli  atılan  ilk 
addımlar  satirik  qrafikanın  ustası  Əzim  Əzimzadənin,  lirik  rəssam  Bəhruz 
Kəngərlinin,  maraqlı  mənzərə,  portret  və  məişət  lövhələri  yaratmış  Əli  bəy 
Hüseynzadənin və Abbas Hüseyninin adları ilə bağlıdır. 
1918-1920-ci  illərdə  Azərbaycan  Demokratik  Respublikasının  qurulması 
mədəniyyət  sahəsində  parlaq  iz  buraxmışdır.  Milli  emblem  və  rəmzlər, 
"Türkləşmək,  islamlaşmaq  və  müasirləşmək”  şüarını  təmsil  edən  üçrəngli  bayraq, 
aypara və səkkizguşəli ulduzla zinətlənmiş dövlət gerbi təsis olunur. Dövlət Muzeyi və 
universitet  açılır,  asari-ətiqənin,  mədəniyyət  abidələrinin  qorunmasına  qayğı 
göstərilir. 
1920-ci ildə sosialist inqilabından, əslində bolşevik işğalından sonra sovet 
rejimi  bərqərar  olur.  İncəsənətin  inkişafında  mürəkkəb  və  ziddiyyətli  mərhələ 
başlanır. 
İnqilabın  ilk  illərindən  başlayaraq  respublikada  mədəniyyət  və  incəsənət 
ocaqları  şəbəkəsi  yaratmaq,  kütlələrdə  gözəlliyə,  estetikaya,  yaradıcılığa  maraq 
oyatmaq, milli bədii kadrlar yetişdirmək məqsədilə təşkilati iş genişlənir. O zaman 
respublikanın  bədii  həyatı  yeni  tipli  incəsənət  uğrunda  mübarizə  ruhu  ilə  zəngin 
olmuşdur. Bakıda ilk rəssamlıq məktəbi açılır, BakROSTA-nın təşviqat plakatları 
emalatxanası təşkil edilir, rəssamlar Azərnəşrə,  teatrlara işə cəlb olunurlar. Dövlət 
muzeyi  nəzdində  incəsənət  şöbəsi  yaradılır,  rəsmi  "monumental  təbliğat"  planını 
həyata  keçirmək,  sənət  abidələrini  mühafizə  və  bərpa  etmək,  incəsənəti  kütlələr 
arasında  təbliğ  etmək  sahəsində  tədbirlər  həyata  keçirilir.  Siyasi  plakat,  satirik  və 
kitab  qrafikası,  dəzgah  və  teatr-dekorativ  rəngkarlığı,  monumental  heykəltəraşlığı 
kimi yeni sənət növ və janrlannın təşəkkülü prosesi başlanır. 
 
 
BOYAKARLIQ 
 
Azərbaycan  çağdaş  rəngkarlığının  ilk  addımları  20-ci  illərin  ortalarına 
təsadüf  edilir.  O  zaman  Bakı  rəssamlıq  məktəbinin  yetişdirmələri  böyük  ruh 
yüksəkliyi  ilə  sərbəst  yaradıcılıq  fəaliyyətinə  başlayır,  özlərinin  ilk,  hələ  qeyri-
yetkin  tabloları  ilə  Azərbaycan  Gənc  Rəssamlar  Cəmiyyətinin  və  Azərbaycan 
İnqilabi  Təsviri  İncəsənət  İşçiləri  Cəmiyyətinin  tədris  və  gənclik  sərgilərində  də 
çıxış  edirlər.  Tarixi  və  müasir  mövzularda,  əmək-məişət,  qadın  azadlığı, 
savadsızlığın  ləğvi  mövzularında  kiçikhəcmli  tablolar  meydana  çıxır.  Salam 
Salamzadənin,  Qəzənfər  Xaliqovun,  Ələkbər  Rzaquluyevin  yeni  həyatın  ruhu  ilə 


Yüklə 6,93 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə